Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Müasir Azərbaycan ədəbiyyatının vəziyyəti


Bushido

Recommended Posts

7 часов назад, Bushido сказал:

Müasit edebiyyatimizin veziyyeti ne haldadir?

Hansi povest ya romani meslehet görerdiniz?

Shairlerden kimi oxumagi tövsiyye edirsiniz?

 

Yeniləri az oxuyuram.Yazanlar var.

Ən çox detektivlə maraqlanıram.Çingiz Abdullayev.Ona heç bir söz ola bilməz. Hər yeni əsərini səbirsizliklə gözləyirəm)sonra  Elxan Elatlıdır.( onu oxuduqca mənə elə gəlir həmin əsərin ayrı-ayrı hissələrini başqa əsərlərdə rastlaşmışam.

Qaraqan fantastik -dram janrında.

Rövşən Yerfi. Vidadi Babanlı.

Yunus Oğuz.( tarixi romanlar ,elmi-publisistika) 

Hüseynbala Mirəliyev ( əsasən yaradıcılığında Qarabağ ,erməni vandalizmindən aid mövzular üstünlük təşkil edir ,elmi -publisist yazıların müəllifidir)

 

Zəlimxan Yaqub.Ramiz Rövşən.Nəriman Həsənzadə.Vaqif Səmədoğlu.

Lap-lap yeniləri oxumuram.) son 10 ili nəzərdə tuturam.

 

Dramaturgiya mənə görə Əfəndiyevlə əbədiyyətə qovuşub.Ondan sonra maraqlı dram əsəri yazan olmadı.Yenə də Elçin,Anar,Əli Əmirli.Səmədoğlu.

 

Yadıma düşən olsa qeyd edərəm.

  • Upvote 2
Link to comment
Share on other sites

В ‎21‎.‎09‎.‎2016 в 20:54, ceylin сказал:

Mütaliə etməyi sevən biri olaraq bu mənim üçün çox böyük bir qüsurdur,amma etiraf edim ki müasirlər-istər nəsr,istərsə də mənzum əbəbiyyatımızda- klassiklərin 1/100 qədər məni cəzb etmir.1f614.png

mən də sizin partiyadanam, Ceylin ) amma bir fərqlə, mütaliəni xoşlamıram

 

sanki qədim dövrdən qalmışam. müasir lirika acı dadır elə bil. mənə qədim üslub daha xoşdur. ərəb, farsla zəngin olduğundan, tərcümə- açıqlamasına zaman sərf edirsən, düzdür... amma "barı şirindir"  ))

 

 

Link to comment
Share on other sites

7 минут назад, Kenul2012 сказал:

həqiqətən də, minnətdaram sizə, Könül xanım.

baxdım, amma maraqlana bilmədim

sonuncu 11-ci hissə, 1990-ci ildən təkrarnəşrdir (переиздание) . əsər belə başlayır : "1962-ci ilin aylı bir bahar axşamı idi.."

Link to comment
Share on other sites

düşünürəm, bəlkə özümüzü dağa-daşa salmayaq ...

Azərbaycan Yazıçılar Birliyinin mətbuatı var : "Ədəbiyyat qəzeti" . müasir ədəbiyyatımızın güzgüsü ! gəlin, nümunə üçün son nömrələrdən birini yükləyib vərəqləyək, təəssüratlar toplayaq

 

yeri gəlmişkən, Maga Qasımov bölməyə baş çəksəydi, fikir bildirsəydi, maraqlı olardı...

 

  • Upvote 1
Link to comment
Share on other sites

Fikrət Qoca yaradıcılığından yeni nümunələr ilə rastlaşdım, təsadüfən.

 

"Bilgəh şeirlərindən"

 

Bəzi istirahət mərkəzlərində

elə qaraqışqırıq olur,

qonşular xəstə düşür.

Dedim: O yer haradı?

Dedilər: Ambrandı.

Bizim aramızdakı

bu yerin adı nədi?

Anqıranı deyirsən?

daim anqırandı o.

Kardioloji mərkəzdə

Sükutu qırandı o,

Ürəyi yorandı o.

Belə qışqırmaq olar?

Belə vur-haray ilə

Suda balıq kar olar,

Göydə quş qırmaq olar!

27.08.2014

 

P.S. bəs hanı mənim incəliyim ? )) nəfəs almaq istədiyim gözəlliyim, şirinliyim hanı ?

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

В 23.09.2016 в 19:25, NOIR сказал:

mən də sizin partiyadanam, Ceylin ) amma bir fərqlə, mütaliəni xoşlamıram

 

sanki qədim dövrdən qalmışam. müasir lirika acı dadır elə bil. mənə qədim üslub daha xoşdur. ərəb, farsla zəngin olduğundan, tərcümə- açıqlamasına zaman sərf edirsən, düzdür... amma "barı şirindir"  ))

 

 

:wow1:Tək deyilmişəm ki..)) Mütaliə həvəskarı olaraq mənim qəbahətim lap çoxdur onda. Son zamanlar doğma ədəbiyyat mənə niyə bu qədər yadlaşıb heç özüm də başa düşə bilmirəm :(

    Müasir lirikadan- demek olarsa, qonşu mövzudan izləyəcəyim qədər məlumatlıyam,yeqin elə "acı dadI" üçün qanım o qədər də qaynamır.)

    Ərəb və fars ədəbiyyatının təsirinə məruz qalan poeziya məktəbinin nümünələri olaraq orta əsr ədəbiyyatı mənim üçün də maraqlı olub.

 

В 23.09.2016 в 20:08, NOIR сказал:

Fikrət Qoca yaradıcılığından yeni nümunələr ilə rastlaşdım, təsadüfən.

 

"Bilgəh şeirlərindən"

 

Bəzi istirahət mərkəzlərində

elə qaraqışqırıq olur,

qonşular xəstə düşür.

Dedim: O yer haradı?

Dedilər: Ambrandı.

Bizim aramızdakı

bu yerin adı nədi?

Anqıranı deyirsən?

daim anqırandı o.

Kardioloji mərkəzdə

Sükutu qırandı o,

Ürəyi yorandı o.

Belə qışqırmaq olar?

Belə vur-haray ilə

Suda balıq kar olar,

Göydə quş qırmaq olar!

27.08.2014

 

P.S. bəs hanı mənim incəliyim ? )) nəfəs almaq istədiyim gözəlliyim, şirinliyim hanı ?

:wow1:Yəqin kardioloji mərkəzdə mülicə zamanı gözlənilən diqqət gostərilməyib şairə,ona görə də belə tənqidi cavab yazıb-incəlikdən,gözəllikdən,şirinlikdən kasad ))

   Sanki bəzi yazıçıların da qarşısında anlaya bilmədiyim mütləq bir öhdəçilik var deyəsən:"Nə olursa olsun yazmaq olsun- heç kimsənin zövqünə xitab etməsə də olar."

 

 

Edited by ceylin
  • Upvote 1
Link to comment
Share on other sites

В 23.09.2016 в 20:03, NOIR сказал:

düşünürəm, bəlkə özümüzü dağa-daşa salmayaq ...

Azərbaycan Yazıçılar Birliyinin mətbuatı var : "Ədəbiyyat qəzeti" . müasir ədəbiyyatımızın güzgüsü ! gəlin, nümunə üçün son nömrələrdən birini yükləyib vərəqləyək, təəssüratlar toplayaq

 

yeri gəlmişkən, Maga Qasımov bölməyə baş çəksəydi, fikir bildirsəydi, maraqlı olardı...

 

Maraqlı mövzudur,müzakirələr olsa mən də maraqla oxuyaram,amma bölməyə maraq yox deyiləcək qədər azdır hər zamankı kimi.

 

Link to comment
Share on other sites

1 час назад, ceylin сказал:

:wow1:Tək deyilmişəm ki..)) Mütaliə həvəskarı olaraq mənim qəbahətim lap çoxdur onda. Son zamanlar doğma ədəbiyyat mənə niyə bu qədər yadlaşıb heç özüm də başa düşə bilmirəm :(

səbəb, vaxt qıtlığıdır, həyat ritmi sürətlidir. yazarlar da, həmçinin həmin ahəngə uyğun yazır.

 

1 час назад, ceylin сказал:

Müasir lirikadan- demek olarsa, qonşu mövzudan izləyəcəyim qədər məlumatlıyam,yeqin elə "acı dadI" üçün qanım o qədər də qaynamır.)

    Ərəb və fars ədəbiyyatının təsirinə məruz qalan poeziya məktəbinin nümünələri olaraq orta əsr ədəbiyyatı mənim üçün də maraqlı olub

qonşu mövzuda seçmə nümunələr toplanıb, həqiqətən də. bəzən iştirakçılar şeirə öz əhvalını da əlavə edirlər ) həmin mövzu mənim, bölmədə çox xoşladığım mövzulardandır.

Link to comment
Share on other sites

2 часа назад, ceylin сказал:

 

 

:wow1:Yəqin kardioloji mərkəzdə mülicə zamanı gözlənilən diqqət gostərilməyib şairə,ona görə də belə tənqidi cavab yazıb-incəlikdən,gözəllikdən,şirinlikdən kasad ))

   Sanki bəzi yazıçıların da qarşısında anlaya bilmədiyim mütləq bir öhdəçilik var deyəsən:"Nə olursa olsun yazmaq olsun- heç kimsənin zövqünə xitab etməsə də olar."

 

 

düşünürsüz, belə təzahür diqqətsizlikdən qaynaqlanır ? .....əslində, Fikrət Qocanın bir nümunəsi ilə müasir Azərbaycan ədəbiyyatını dar ağacına çəkməyimiz böyük ədalətsizlik olardı. amma, siz də düz deyirsiz, yazmaq öhdəçiliyi nədir daha.

mən ara-sıra vaxt imkanı olduqca, mətbuatdan bəzi nümunənələri buraya köçürəcəyəm, əyani -vəsait kimi ))

 

yazıçılar, şairlər sıradan biri deyillər, müstəsna qabiliyyətə malik insanlardır. düşünürəm, onların sözü sizin, mənim, ya qeyrinin sözündən daha gözəl, nizamlı olmalıdır. üstün olmalıdır, zövqlü, axarlı olmalıdır.

Edited by NOIR
  • Upvote 2
Link to comment
Share on other sites

2 часа назад, ceylin сказал:

Maraqlı mövzudur,müzakirələr olsa mən də maraqla oxuyaram,amma bölməyə maraq yox deyiləcək qədər azdır hər zamankı kimi.

 

bu artıq başqa söhbətin mövzusudur

diqqət yetirmisizsə, forum sujetini dəyişib, ana səhifəyə ilk nəzər salan kimi görünür ki, disput ciddiyyətdən uzaqdır. iştirakçılarmı forumu dəyişdi, yoxsa adminlərin iradəsi.. indi daha bu barədə danışmaq mənasızdır. yeni texniki şərtlər, yeni dizayn... hər necə dəyişiklik olsa da, mahiyyətə yaxınlaşma olmadı. lap sonunda avatarları çevrələyib, bizi "WhatsApp uşaqlarına" da oxşatmağa çalışdılar... amma nə olsun ki ?

 

bizim Forumun mahiyyəti fərqlidir, adından da bəllidir. Disput. az .. o az_ dan yox, o biri AZ. (mahiyyət kəşf olunarsa, vəziyyət də dəyişəcək)

)) təkrarlayıram deyəsən, öz mahiyyətinə qarşı çıxan sistem məhkumdur.

 

Edited by NOIR
Link to comment
Share on other sites

В 23.09.2016 в 21:08, NOIR сказал:

Fikrət Qoca yaradıcılığından yeni nümunələr ilə rastlaşdım, təsadüfən.

 

 

P.S. bəs hanı mənim incəliyim ? )) nəfəs almaq istədiyim gözəlliyim, şirinliyim hanı ?

 

Bu şeirdə şairin incikliyi,inciklikdən doğan acığı hiss olunur. Şirinlikdən söz ola bilməz.

Link to comment
Share on other sites

В 25.09.2016 в 17:05, NOIR сказал:

səbəb, vaxt qıtlığıdır, həyat ritmi sürətlidir. yazarlar da, həmçinin həmin ahəngə uyğun yazır.

 

Bütün problemləri də yazıçıların üzərinə yükləmək olmaz,doğrudur.Biznes maraqları az qala təbiət qanunlarını da geridə qoyduğundan bəlkə də elə cəmiyyətin tələbi mövcud təklifləri doğurur.)) Amma düşünmürəm ki,tam olaraq həyatın nəbzini tutaraq yazırlar,elə bil keşmişin sürətindən qalma ətalətlə hərəkət edirlər,əksi təqdirdə böyük əksəriyyətin maraqlarını ifadə etmiş olardılar.

 

В 25.09.2016 в 17:05, NOIR сказал:

qonşu mövzuda seçmə nümunələr toplanıb, həqiqətən də. bəzən iştirakçılar şeirə öz əhvalını da əlavə edirlər ) həmin mövzu mənim, bölmədə çox xoşladığım mövzulardandır

 

Çalışıram mütəmadi izləyim mən də,amma sizin mövzuda xüsusi aktivliyiniz hər zaman nəzərə çarpır.:rroza:

 

В 25.09.2016 в 17:42, NOIR сказал:

düşünürsüz, belə təzahür diqqətsizlikdən qaynaqlanır ? .

Yazıçıların müşahidəçilik qabiliyyəti güclü olur- olamalıdır,məncə belə bir halla qarşılaşmış olması labüddür...)

 

В 25.09.2016 в 17:42, NOIR сказал:

yazıçılar, şairlər sıradan biri deyillər, müstəsna qabiliyyətə malik insanlardır. düşünürəm, onların sözü sizin, mənim, ya qeyrinin sözündən daha gözəl, nizamlı olmalıdır. üstün olmalıdır, zövqlü, axarlı olmalıdır.

Tamamilə razıyam,söz nizamında onların üstünlüyü olmadısa,onda nədir məndən fərqləri?!..:tongue:)

 

В 25.09.2016 в 17:53, NOIR сказал:

öz mahiyyətinə qarşı çıxan sistem məhkumdur.

İnkar etməklə kifayətlənməyib ,hətta,hətta qarşı çıxmaq...:wow1:

Edited by ceylin
Link to comment
Share on other sites

  • 7 months later...

Məncə günümüzdə də oxucu diqqətinə laiq ola biləcək müəlliflər var amma nə yazıq ki onların üzə çıxmağa, yəni kitab dərc etdirməyə imkanları yoxdur. İmkanı olub kitab dərc etdirənlərsə oxucu eşqinə laiq deyillər. Dediyim maraqlı adamlardan bir neçəsini şəxsən tanıyıram. Misal olaraq hamının tanıdığı Hacıbaba Hüseynovu göstərmək istəyirəm. 400-dən çox mənalı və axıcı qəzəl yazan qəzəlxan xanəndənin ömürlük arzusu kiçik də olsa ir kitabının çap olunduğunu görmək olub. Sağlığında söz verənlər olub, amma çifayda.

Ömrün son parçasında, ətrafı seyrəkləşəndən, müəllim saydığı, nüfuzlarına, sözlərinə bel bağladığı şəxsiyyətlər bir-bir dünyasını dəyişəndən, özünə bab olanları asta-asta itirib tənhalaşandan sonra Hacıbaba ustadı incidən, narahat edən bir başqa, üçüncü adamın yoxluğu idi.

Münsif olacaq üçüncü adamın yoxluğu.

«Görürsən ki, hərdən şeirdə bir mətləbin ətrafında mübahisə düşür, muğamda bir guşə, bir keçid ətrafında höcət yaranır.

Mən deyirəm belədir, o biri deyir elədir. İndi mən hardan tapım Seyidi, Zülfünü, hardan tapım Əli Fəhmini, Mirzə Cavadı, Əkrəm Cəfəri ki, desin, həqiqət budur, həmin sözü mən də qəbul edim, mənimlə mübahisə edən də».

 

Nə batıbsan yenə, ey dil, belə dərd ü kədərə?

Gül-danış, ömrümüzü qoyma ki, getsin hədərə.

Mən səni sinəm arasında nihan saxlamışam,

Odu ki, məqsədimiz indi veribdir səmərə.

…Təb-i şeirində, Hacı, bəlkə də nöqsanın var,

Yaz apar, göstər Əli Fəhmiyə, Əkrəm Cəfərə.

Edited by фрилансер
  • Like 1
  • Upvote 2
Link to comment
Share on other sites

  • 9 months later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
        • Facepalm
      • 4 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Facepalm
        • Downvote
        • Haha
      • 39 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 280 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Upvote
        • Like
      • 306 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...