Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Uşaq və din


Recommended Posts

Dünyanın mənzərəsini, dünyada baş verən hadisələri məntiqlə,rasional yolla izah etmək olur. Amma  Insanın metafizik hislərindən doğan mənəvi tələbatıda  var. Bu tələbatı ödəyən isə dindir.

Uşaqlara nəyin yaxşı nəyin pis olduğunu məntiqlə başa salmaq lazımdır.Onların rasional təfəkkürünü formalaşdlrmaq  lazımdlr.Onların hislərini qorxu ilə düyünə salmaq olmaz.Uşaqlar böyüdükcə tədricən onlara inamla bilməyin sərhədini başa salmaq lazımdır. Çünki ətraflarında baş verən hadisələri sağlam mühakimə edə bilmək üçün inanmla biliyi bir-birinə qarışdırmasınlar. Məsuliyyət hissini dərk etdirmək lazımdır. Kobud səhvlərə yol verməməyi öyrətmək lazımdlr.Çünki bilməlidilərki   yalnız özləri cavabdehlik daşıyacaq.və s.

Şüur yetkinləşdikcə,şəxsiyyət kamilləşdikcə qəlbdə sağlam inam hissi yaranacaq. Bu zaman dinidə düzgün anlayacaqlar. 

  • Upvote 1
Link to comment
Share on other sites

On 10/23/2018 at 12:18 PM, ll IcE EyeZ ll said:

Dinden mumkun qeder uzaq tutmaq, beyin xarab elemekden basqa hec ne deyil. Dinsiz de cox terbiyeli usaq boyutmek olar. 

 

On 10/23/2018 at 1:56 PM, ll IcE EyeZ ll said:

Umumiyyetle usagi dine qatmaq lazim deyil. Bas xarab elemeq ancaq dinde olmur raziyam, ama movzu dindendi. Ona gore dinsiz boyutmek lazimdi usagi. Onsuzda yaxsi insan dinsiz de yaxsi insandi. 

 

7 yaşına kimi din öyrətmək lazım deyil heç yaxşıda deyil amma bilmədiyiniz önəmli bir şey var ki din onsuzda təkcə yaxşı insan formalaşdırmaq üçün deyil. onsuzda yaxşı insan olmaq dinin əsas məqsədi deyil :)

Link to comment
Share on other sites

  • 4 weeks later...

Anam duaları bize öyredirdi,daha doğrusu böyüklerime.Niyese onların çox hevesi olmadı,öyrenmediler,amma men o yaşımda öyrendim.Maraqlıdır ki,o yaşımda öyrendiyim dualar heç yadımdan çıxmadı.

 

 Özüm ise telesmirem öyretmeye uşağa.

Öyretdiyim,başa saldığım şeyler exlaqi mövzulardı.Dinle ise yaxından tanış olmanın da zamanı gelecek.

Edited by NOIR
Link to comment
Share on other sites

On 9/25/2016 at 10:02 AM, NOIR said:

Dini tərbiyəni yaxşı halda, məktəb verməlidir. bununla yanaşı, fəlsəfənin əsaslarını da öyrətməlidir. düşünürəm, din bir tədris fənni kimi , həftədə 1 saat olmaqla keçirilərsə, pis olmaz.

musiqi, texnologiya, idman fənnləri əgər ziyanlı deyilsə, din tədris fənninin nə kimi ziyanı ola bilər ? dindən  bir mistika kimi qorxmağın mənası yoxdur. şagirdə sadəcə, fənni davamlı təqdim etmək lazımdır ki, onda dünyagörüş genişlənsin, dinə münasibət formalaşsın. bunlar olmadan, o necə və nə zaman seçim edə biləcək ( ? )

vay o gündən ki, dini tədris edən qatı dindar olsun, onda zombilər yetişdirəcək. Mən təhsildə dinin tədrisini düzgün hesab etmirəm. Din uşaqlardan nə qədər uzaq olsa o qədər yaxşıdı

Link to comment
Share on other sites

Mərkəzdən uzaqlaşdıqca daha cox "dindarlara" rast gəlməyim bəzən məni çox qorxudur. Başı bağlı azyaşlı qız uşağı, əlində təsbeh oynadan, vaxtından əvvəl "böyüyən" oğlan uşağı görəndə çox pis oluram, bu mənzərələr həqiqətən məni çox təşvişə salır.  Bu cür uşaqların "tərbiyyə" olunduğu gələcəyin "zombilər ordusu" yetişdirəcəyi zamanın gəlməyi elə də uzaqda deyil(((

  • Like 1
Link to comment
Share on other sites

    Ümumiyyətlə ifrata varmaq və ya həddindən ziyadə aludə bəzən çox ciddi təhlükə mənbəyinə çevrilə bilir, xüsusən də qorxu altında məcburiyyət və şəxsin iradəsi ziddinə təcrid varsa, bu, həmçinin dində də istisna deyil və getdikcə artaraq qarşımıza çıxmaqda davam edir. "Dində məcburiyyət yoxdur" deyildiyi halda, bəs bu azyaşlılara tətbiq olunan nədir görəsən, seçim imkanları bəri başdan əllərindən alınan onlar, dinin mahiyyətini həqiqətən dərk edə biləcək yaşda olmadıqlarına görə, bəzi qadağaların  mahiyyətini, səbəbini necə anlayırlar?.

     Harada ki kəskin qadağa var, orada, mənəvi və əxlaqı cəhətdən dəyərsiz sayılsa belə, qadağan olunanın cazibəsinə qapılan bir maraq var, həm də hər qadağa  istər istəməz özündə, əleyhinə çıxa biləcək bir üsyançı bəsləyir.

    Harada ki qorxu ( həmçinin ehtimal zorakılıq təhlükəsi) var, orada mütləq yalan və gizli bir nifrət var. Bunları övladlarda, üstəlik də uşaq ikən sınamağın nə mənası? Düzgün ailə mühiti şəraitində tərbiyəsinə və təhsilinə  nail olunan uşağın, öz ağıl və təcrübəsinin ixtiyarına buraxılan seçım heç zaman yanlış ola bilməz və o, doğru olan yolu mütləq axtarıb ÖZÜ tapacaq.

Edited by ceylin
  • Like 2
Link to comment
Share on other sites

10 часов назад, fikus elastica сказал:

vay o gündən ki, dini tədris edən qatı dindar olsun, onda zombilər yetişdirəcək. Mən təhsildə dinin tədrisini düzgün hesab etmirəm. Din uşaqlardan nə qədər uzaq olsa o qədər yaxşıdı

düzgün istiqamətlənmiş tədris - əgər o həqiqətən də uşaqda dünyagörüş formalaşmasına yönəlmişsə, ziyansızdır.

bu baxımdan, ilkin dini təsəvvürlərini uşaq valideyinin subyektiv münasibətindən deyil, tədrisin obyektiv mövqeyindən alması daha faydalı olar

Link to comment
Share on other sites

15 hours ago, NOIR said:

düzgün istiqamətlənmiş tədris - əgər o həqiqətən də uşaqda dünyagörüş formalaşmasına yönəlmişsə, ziyansızdır.

bu baxımdan, ilkin dini təsəvvürlərini uşaq valideyinin subyektiv münasibətindən deyil, tədrisin obyektiv mövqeyindən alması daha faydalı olar

bu da mübahisəli məsələdir, obyektivlik hansı şkala ilə  ölçüləcək?

Link to comment
Share on other sites

Dindən kənar əxlaqın əsası intelektual təhlildir. Hislərin dərin qatı yoxdur.(mənim fikrimcə)Bu ən çox eqoizmdir. Yaranan əxlaq isə kosmetik əxlaqdır.Çoxda ciddi bir şey deyil.Əsas ciddi olan hüquqi çərçivədir.

 

  • Like 1
  • Upvote 1
Link to comment
Share on other sites

Dinin uşaqlara təbliğində məqsəd nədir ?  Uşaqlar nə üçün az yaşında bu kimi mövzularla narahat olmalıdır. Hansısa az yaşlı üşaq həyata başlamamış ölümü sonsuzluğu, dindən qaynaqlanan qorxu və cəzalanma kimi aqressiv anlayışları fikirləşməlidir. 

Din - sadəcə inamdır, İnamdan başqa heç bir şey deyil, bu inam ancaq insanların hisslərində  mövcud ola bilər. İnsan özündən kənarda bunu hiss edə bilməz. Dini anlayışlar və hisslər də insan ağlının təzahürüdür. Kimsə inana bilər kimsə buna uydurma kimi baxar.  Bu inamdan başqa bir şey olmadığı halda , hansı əsasla üşaqlara bunu tədris etmək və aşılamaq olar. Bu inamı sıramağın mənası nədir. Biz əsası olmayan inama bağlı anlayışları necə uşaqlara tədris edə bilərik. 

 

Sual yaranarsa , dini əxlaq və davranış uşaqlara lazımdır, bu da inama bağlıdır.  Bu davranış hansısa cəmiyyətdə və ya deqradadiv icmada norma kimi qəbul oluna bilər, amma digər yerlərdə psixoloji xəstəlik kimi qəbul oluna bilər. Əxlaq davranış- özü də nisbidir. Öz davranışını bütün cəmiyyətlərə etalon kimi sıramaq olmaz. 

 

Hazırda din-i keçmişin qalıqları kimi arxada qoymuş cəmiyyətlərdə. İnsanların nə dərəcədə proqressiv yaşadığının, hər bir sahədə insanın yaratdığı davranış normaların daha üstünlüyünü görmək çətin deyil. İstər ailə münasibətləri, istərsə də cəmiyyətdəki ümumi təfəkkürün insanların yaşayışını nə dərəcədə yüngülləşdirdiyinin şahidi oluruq. 

 

Şüurlu şəkildə inkişafa müassirliyə yönəlmək əvəzinə, suyu sıxılmış vaxtı ötmüş primitiv keçmişin qalıqlarından qaynaqlanan anlayışlara qayıtmaq və onları gələcək nəsillərə təbliğ etməyin nə mənası var, bunu təbliğ edənlər özləri yaratmaq istədikləri cəmiyyətdə yaşaya bilməzlər. 

Edited by plotophyte
  • Like 2
  • Upvote 1
Link to comment
Share on other sites

Inkişaf etmiş demokratik cəmiyyətlər-

də insanlar başa düşürki qanun qarşı-

sında hamı bərabərdir.Yəni xadiməçi-

dən tutmuş nazirə qədər hər bir kəs iş

yerində adi gündəlik münasibətlərdə öz hüquqi məsuliyyətini dərk edir.Başa düşürlərki səhv etsələr qanun pozuntusuna yol versələr hüquqi məsuliyyətdən,cəzadan yaxa qurtara bilməyəcəklər.

Bu ölkələr bir şeyi yaxşı anlayıblar.Dinlə müqayisə aparsaq onların hüquq sistemi qiyamət gününə bənzəyir.Ne-

cəki qiyamət günü pis əməllərivə görə 

cəzadan qurtula bilməyəcəksən  eləcə-də onların hüquq sistemində ayrıseçki-

lik,rüşvət,tanışlıq və s. yoxdur.Qanunu pozmusan cəzalanmalısan vəssəlam başqa yolun yoxdur.Onların əxlaqıda o deməkdir ki, hüquqi çərçivənin içində tam azadsan.Istiyirsən get bütün günü barda oturub pivə iç striptiz oynuyanla-

ra bax, istiyirsən get Las Veqasda qumarda  bütün pullarını uduz  istəyir-

sənsədə get səhərə qədər məsciddə 

və ya kilsədə ibadət et.Öz işindi.Bunun heç kimə dəxli yoxdur.

Həmin ölkələrdə inkişafın əsası odurki 

insan başa düşür ki yaxşı yaşamaq istiyirsənsə kəsə yol kiminsə haqqına girmək rüşvət filan yoxdur. Başqa yol yoxdur.Yol ancaq budur.Əziyyət çək öyrən,yarat,inkişaf elə tənbəl olma.Qanunları pozmağı ağlıva belə gətirmə.

Mövzudan yayındığım üçün üzürlər.

  • Like 1
Link to comment
Share on other sites

On 11/25/2018 at 9:47 PM, Slay said:

Dindən kənar əxlaqın əsası intelektual təhlildir. Hislərin dərin qatı yoxdur.(mənim fikrimcə)Bu ən çox eqoizmdir. Yaranan əxlaq isə kosmetik əxlaqdır.Çoxda ciddi bir şey deyil.Əsas ciddi olan hüquqi çərçivədir.

 

həqiqətəndə əsl əxlaq və əsl mənəviyyat ancaq dindədir.

Link to comment
Share on other sites

On 11/25/2018 at 9:47 PM, Slay said:

Dindən kənar əxlaqın əsası intelektual təhlildir. Hislərin dərin qatı yoxdur.(mənim fikrimcə)Bu ən çox eqoizmdir. Yaranan əxlaq isə kosmetik əxlaqdır.

İntelektual təhlil daha dərindir nəinki hisslərin təhlili. Eqoizm isə erkən yaşdan uşağı özün inandığına inandırmaqdır.

 

On 11/25/2018 at 8:58 PM, Museyib Elekber said:

Problem ondadır ki, dini öyrədərkən mədəniyyət və əxlaqi məsələləri də hökmən buna bağlayırlar. Sanki dindən kənarda bu ola bilməz.

Bəli, dindən uzaqsansa dindarın gpzündə  mütləq əxlaqsız, məqsədsiz birisən

 

12 hours ago, aqilyunus said:

 

həqiqətəndə əsl əxlaq və əsl mənəviyyat ancaq dindədir.

hansı dində? nəzərə alsaq ki, dünyada yüzlərlə etiqad mövcuddur, hər birinin də öz əxlaq kodeksi var və hər biri də özünün mənsub olduğu dini etiqadı daha mükəmməl hesab edir.

Edited by fikus elastica
  • Upvote 1
Link to comment
Share on other sites

3 часа назад, fikus elastica сказал:

İntelektual təhlil daha dərindir nəinki hisslərin təhlili. Eqoizm isə erkən yaşdan uşağı özün inandığına inandırmaqdır.

 

Bəli, dindən uzaqsansa dindarın gpzündə  mütləq əxlaqsız, məqsədsiz birisən

 

hansı dində? nəzərə alsaq ki, dünyada yüzlərlə etiqad mövcuddur, hər birinin də öz əxlaq kodeksi var və hər biri də özünün mənsub olduğu dini etiqadı daha mükəmməl hesab edir.

Mənim üçün hər ikisi həm intelekt həmdə hiss eyni əhəmiyyətli vacib məsələdir.Hansının daha dərin olmasına heç bəşəri fəlsəfə tarixi düz əməlli cavab tapa bilməyib(Empirizm yoxsa rasionalizm?)Uşaqlara dini öyrətmək olmaz.Eqoizmlə bağlı bundan niyə arqument kimi istifadə etdiniz?Uşaqlar və din münasibəti barədə geniş bir post yazmışam.Orada mən qeyd etməmişəmki uşaqlara dini təbliğ edək.

Siz sadəcə mühafizəkarlıq xatirinə cavab yazmısınız.

Link to comment
Share on other sites

2 hours ago, fikus elastica said:

Bəli, dindən uzaqsansa dindarın gpzündə  mütləq əxlaqsız, məqsədsiz birisən

 

təəssüf ki bu zehniyyətdə olan dindarlarda var amma əlbətdə ki dinsiz və ya sonradan inamını itirən adamların əxlaqsız olduğunu düşünmək olmaz.

 

2 hours ago, fikus elastica said:

hansı dində? nəzərə alsaq ki, dünyada yüzlərlə etiqad mövcuddur, hər birinin də öz əxlaq kodeksi var və hər biri də özünün mənsub olduğu dini etiqadı daha mükəmməl hesab edir.

 

heçnəyə bənzəməyən, gözlərin görmədiyi, məkansız məkanda olan Allahın dinində.

Link to comment
Share on other sites

On 9/24/2016 at 5:36 PM, Blackkk said:

Qerbde insanlarin acliq ve safalet ichinde yashadigi, iqtisadiyyatin ve sehiyyenin chox zeif oldugu, dini inanclarin hokmranliq etdiyi vaxtlari indi "dark ages (qara/zulmet dolu vaxtlar)" deye xatirlayirlar. Maraqlidir ki hemin dovrde muselman olkelerinde chox vacib keshfler olurdu.

Bu kəşflərin İslam dini ilə əlaqəsi yoxdur, Sadəcə olaraq xarizma dövründə min illik mədəniyyətin və elmin daşıyıcısı olan xalqlar və sivilizasiyalar zəbt olundu və İslama məcburi yönəldildi. Bu da ki, vahid xarizma daxilində həmin xalqların bilikləri və elmi hesabına kəşvlər üzə cıxdı. Sonradan deqradasiya səbəbi o oldu ki, İslam özlüyündə hər bir inkişaf və elmi dəf etdiyi üçün, həmin elm daşıyıcıları müsəlman olub İslam dövləttində assimilyasiya olduqda,  növbəti nəsillər kasad və primitiv qəbiləyə çevrildi. Məhz bu səbəbdən, İslam kəşvləri və elmi inkişaf ancaq birinci əsrlərə aiddir. Sonrakı mərhələlər isə ancaq geriləmə və tənəzzül ilə yadda qalır. 

Edited by plotophyte
  • Like 1
Link to comment
Share on other sites

В 23.11.2018 в 12:20, fikus elastica сказал:

bu da mübahisəli məsələdir, obyektivlik hansı şkala ilə  ölçüləcək?

)) yaxşı sualdır

məsuliyyət meyarı ilə, öncə... obyektivlik və kütləvilik informasiyanın ən başlıca xüsusiyyətidir. dövlət təlim-tədris sahəsindəki mövqeyinə görə məsuliyyət daşıyır. həm ölkə həm dünyavi qanunlar qarşısında cavabdehlik daşıyır. ailənin məsuliyyəti müqayisədə çox kiçikdir, çox zaman davamlı olmur, bir ya bir neçə fərdin iradəsindən asılıdır.

əgər dövlət təhsil sistemi əhalini qane etməsəydi, bütün ölkələr  tarixi dönüş edib alternativ variant tapıb, seçib, tətbiq edərdilər. məsələn, öz övladlarını təhsil ocaqlarına buraxmayıb, ev şəraitində təhsil verərdilər. 

Edited by NOIR
Link to comment
Share on other sites

  • 1 month later...
On 11/27/2018 at 9:13 PM, aqilyunus said:

 

həqiqətəndə əsl əxlaq və əsl mənəviyyat ancaq dindədir.

Salam 

Çox qətiyyətli bir fikir idi. Sizin bu fikriniz məndə sual yaradır.... Siz bunu hardan bilirsiz ? Kimdənsə eşitmisiz, yoxsa hansısa ədəbiyyatda yazılıb ? Hesab edirəm ki, bu cür qətiyyətli fikir yürütmək üçün əsrləri əhatə edən araşdırmalar aparılmalı və ya hansısa məclisdə eşidilməlidir. 

Link to comment
Share on other sites

29 minutes ago, Буендия said:

Salam 

Çox qətiyyətli bir fikir idi. Sizin bu fikriniz məndə sual yaradır.... Siz bunu hardan bilirsiz ? Kimdənsə eşitmisiz, yoxsa hansısa ədəbiyyatda yazılıb ? Hesab edirəm ki, bu cür qətiyyətli fikir yürütmək üçün əsrləri əhatə edən araşdırmalar aparılmalı və ya hansısa məclisdə eşidilməlidir. 

 

Alekum Salam

bu sözə diqqət etdiyiniz üçün düşünən insana oxşuyursuz. bəli bu mənim fikrim deyil amma bu cümlə özümə məxsusdu. dərk elədiyim üçün qeyd etmişəm və doğruluğuna əminəm. ilahiyyatçı Şahin Həsənlidən öyənmişəm.

Link to comment
Share on other sites

51 minutes ago, aqilyunus said:

 

Alekum Salam

bu sözə diqqət etdiyiniz üçün düşünən insana oxşuyursuz. bəli bu mənim fikrim deyil amma bu cümlə özümə məxsusdu. dərk elədiyim üçün qeyd etmişəm və doğruluğuna əminəm. ilahiyyatçı Şahin Həsənlidən öyənmişəm.

Cavabınıza görə təşəkkür edirəm. Razıyam ki, mövcud olan dinlər həyat tərzini müəyyən edərək  əxlaqi istiqamətdə dəyərli tövsiyələr verir. Amma dindən uzaq bir şəxs də əxlaqi həyat tərzi seçərək yaşaya bilər və həmin şəxs üçün dinə ehtiyac yoxdur. Mövzuya dair isə onu deyə bilərəm ki, mən övladıma istiqamət verəndə bildirirəm ki, ixtiyari "a" negativdir, ixtiyari "b" isə pozitiv. Artıq bunların hansı dini kitablarda (quran, incil və ya tövrat) öz əksini tapması isə o qədər də əhəmiyyətli deyil.  

  • Upvote 2
Link to comment
Share on other sites

6 часов назад, gulia1 сказал:

salam aleikum. Usaq ucun muslim usaq geyim var instagramda. Kim axtarirdi baxin.  Profil   ....

Cox gozel geyimler var.

 

salam

siz bölməni səhv salmısız, bilərəkdən

  • Haha 1
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
      • 28 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 144 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Sad
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Like
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Haha
        • Like
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Like
      • 30 replies
    • Расстрел в «Крокус Сити Холл»
      Как минимум 12 человек погибли и 35 человек пострадали во время стрельбы в ТЦ в Подмосковье.
      Об этом сообщают российские СМИ.
      Кроме того, известно, что в «Крокус Сити Холл» вспыхнул пожар.
      21:29
      В концертном зале «Крокус Сити Холл» в подмосковном Красногорске произошла стрельба.
      Об этом сообщают телеграм-каналы «Осторожно, новости», Baza и Mash со ссылкой на очевидцев.
        По словам очевидцев, мужчина открыл стрельбу из автоматического оружия. Это произошло до или в начале выступления группы «Пикник».
      По данным «Осторожно, новости», есть погибшие. Baza утверждает, что как минимум 12 человек погибли и много раненых.
      На записях, которые публикуют телеграм-каналы, люди бегут из здания. Также появляются видео, где показаны убитые люди.
      На место едут скорая и полиция.
       

      Media.az
        • Like
      • 2,831 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...