Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Qadınlar nə istəyir?

513

Recommended Posts

7 часов назад, gapgara сказал:

Hamıya aid etmək olmaz, canında olmayana xeyri yoxdur )

zaman keçdikcə , hamıya aid olacaq. bəlkə bizim nəsil o günü görmədi, amma inf-nin, rəbitənin, düşüncənin - çox şeyin sürətlə ötürüldüyü dünyada hər şey axına tabedir. bu bilirsizmi nəyə bənzəyir : trass boyunca avtomobillər hərəkət edir. axında olan sürücürərin bəlkə də 20% ancaq, tələsir. qalanları isə gecikmir, zamanı var hələ... amma həmin azlıq öz sürəti ilə axını yönəldir, onlara diqtə edir.

mən fikrimi yekunlaşdıra bilmədim... dönəcəm. 513 qadınların dəyişkən, infantil, emosional olduğu barədə söz salıb. cavablandıracağam. yuxarıdakı son postlarımı qruplaşdırın, əgər imkan varsa.

Link to comment
Share on other sites

1 minute ago, NOIR said:

Onda biz görməsək də dünya getdikcə gözəlləşəcək.

Link to comment
Share on other sites

Цитата

çünki bizim dünya patriarxal dünyadır.

bu qaldı 20 ci əsrin əvvəllərində.

Цитата

kişinin tələbi(münasibəti) qadını dəyişir və bu gün mövcud dünya kislərin istək-tələbi ilə dəyişmiş dünyadır. belə demək olar, nə istəyibsiz, onu da alıbsız ))

bugünki qadın tipi son 50 ilin feminizm propagandasının məhsuludur.biz bunu istəməmişik.həm bizimlə bərabər olmaq istəyirlər həm də bütün problemləri bizim həll etməyimizi istəyirlər.həm bizi başadüşün deyirlər həm də biz sirrliyik bizi başadüşməkdənsə bizi sevin deyirlər.həm iddialıdırlar həm də ilk problemdə göz yaşı tökürlər...

Цитата

Əgər kişi əmindirsə, elə lap olsun Freyd.... əmindirsə ki, hər şeyi qadının xeyiri və yaxşılığı üçün edib, niyə həmin sualı versin ki : "qadın nə istəyir ? " demək ki, öz davranışından narahatlıq ya şübhə var.

Bugün kişi qadın müasibətləri təkcə kişinin qadını anlamamasından getmir ki.qadınla kişi, xüsusilə də ərlə arvad arasında problemlər ailədaxilidir.bunun səbəbi qadının kişidən onun xarakterinə uyğun olmayan şeylər tələb etməsidir.bu reallıqdır.bu səbəbdən boşanan yüzlərlə ailə var. Kişi qadın münasibətlərində bütün problem kişinin qadını başadüşməməsi deyil! bunu nəzərdən qaçırmısınız.

Цитата

Qadın kişinin oxşarı olmamalıdır. kişi xüsusiyyətlərini özündə daşımamalıdır. 

qadınlara şalvarı kişilər geyindirməyib.qadınlara avtomobil idarə etməyi kişilər məcbur etməyib.qadınlara işləmək istəyini kişilər aşılamayıb. 

Kişilərin qadınlardan istədiyi tək şey qadınların onları dinləyəbilməsidir! budur qadınların problemi.onlar üçün mövcud olan bir gerçək varsa artıq mühakiməsiz o "gerçəyə" möhkəm sarılırlar.

bugün dünyada evli və xoşbəxt ailə sayı ağlagəlməyəcək qədər çoxdur.bu xoşbəxtliyin sirri nədir? hər ik tərəfin bir birinə anlayış göstərib bir birilərini dinləyəbilməsidir.problem olanda dədəsinin evinə qaçan qadın obrazı xoşbəxt olmamaqda günahı özündə axtarmalıdır, kişinin onu başadüşməməsində deyil... əslində çox söz yazmaq olar amma onu bilirəm ki bugün kişi və qadın bir birindən asılıdır.tərəzinin iki gözü kimidir.hər iki tərəf müəyyən mənada kiçik problemlərə göz yummalıdır ki ideal çəkini tutabilsin. qadınların çoxunda isə son zamanlar dediyim kimi feminizmin təsiri ilə üstünlük qazanmaq istəyi var.qəbul edin ki kişilər aslılığı sevmir.onları sıxdıqca sizdən uzaqlaşacaqlar. Kişi sizi sevirsə və dəyər verirsə bu halda artıq nəsə istəməyin.çünkü heçnə ideal deyil. necə ki siz ideal deyilsiz.

Link to comment
Share on other sites

1 час назад, 513 сказал:

bu qaldı 20 ci əsrin əvvəllərində.

20- ci əsr qadını hüquq azadlığı ilə təmin etdi . bununla belə, qadın dünyanı yenə də kişi strukturlu qəbul edir. məsələn, təbiət isə qadın mahiyyətlidir. 20-ci əsrin əvvəlidən indiyədək hansının üstünlüyünü görürük ?..

kişi texnoloji və idarəçilik cəhətdən inkişafa çox böyük təsir edib. mühüm kəşflər, silahlanma, siyasət.... qadınların töhvəsidir yoxsa ? bəlkə kişi cinsi "eşidilməmək" xofunu üstələmək xatirinə nəaliyyət əldə edib ? yox.

Link to comment
Share on other sites

fikirlərinizi daha aydın şəkildə yazın.yazdıqlarınızda ikili standartlar var.həm də cavab versəm qadın düşməni kimi görəcəklər məni.çünkü movzunu yoxuşa çəkirsiz.halbuki mənim qadın gözəlliyinə və qadının iradəli xarakterinə verdiyim dəyəri bilənlər az deyil.mən sadəcə anlaşılmada problemin olduğunu demişəm.yazdıqlarıma isə cavab əvəzinə sual vermisiz.məncə bu yolla nəticə əldə etmək imkansızdır...

Link to comment
Share on other sites

1 час назад, 513 сказал:

 Kişi sizi sevirsə və dəyər verirsə bu halda artıq nəsə istəməyin

bu azdır, mejdu proçim ))

siz bir azca səbirli olun, zəhmət olmasa.... postu sonacan redaktə etmək alınmır. hissələrlə yazıram

Link to comment
Share on other sites

Mən bu mövzu çərçivəsində, kişi-qadın münasibətlərini geniş mənada nəzərdən keçirirəm. milli məişət, boşanma səbəbləri bu halda əhəmiyyətli deyil. bu başqa söhbətin mövzusudur. bir sözlə geniş anlamda yazıram, şəxsi qəbul etməyin, xahiş...

bircə bunu anlamadım, siz "bütün problemlərin həllini istəyirlər" deyərkən məhz nəyi nəzərdə tuturduz ? aydın məsələdir, kişi Herakl deyil, Zevs deyil axı. qadının ona qarşı qeyri-adi hansı gözləntisi ola bilər ki ? əgər səmadan ulduz istəyirsə, deməli axmaq qadındır.

Feminizm tərəfdarı olmamışam heç zaman....

Kişi ideal oldu ya olmadı, qadın özünü kişi ilə müqayisə edəcək , yenə də... bu sizə qəribə gəlməsin və qıcıqlandırmasın. qadın özünü digər canlılarla müqayisə etməyəcək, hər halda... VƏ qadın özünü kişi ilə müqayisə edərkən, onun yüksəkdə olduğunu dərk edir. onu sivilizasiyaya böyük töhvə verən lider kimi dərk edir. ona bənzəməyə çalışır, ona çatmağa çalışır (şüuraltı olaraq). kişi isə qadının bu meylini bir qədər fərqli dərk edir, manipulyasiya edə bilər. nə isə, bu tamam başqa mövzudur.

Problemin kökü, fikrimcə, onda deyil ki, kişi arzulayır ki, qadın onu dinləsin, yaxud qadın arzulayır ki, kişi ona mənəvi dayaq olsun....

Cinslər arasında anlayış olmamasının səbəbi :

Edited by NOIR
Link to comment
Share on other sites

7 часов назад, NOIR сказал:

mən fikrimi yekunlaşdıra bilmədim... dönəcəm. 513 qadınların dəyişkən, infantil, emosional olduğu barədə söz salıb. cavablandıracağam. yuxarıdakı son postlarımı qruplaşdırın, əgər imkan varsa.

qadın kişiyə nisbətən emosionaldır. kişi daha sabitdir. bu bioloji varlığın fiziologiyası ilə əlaqədardır. hormonal fon, əsrlər boyu formalaşaraq hər cinsə özünəməxsus davranış vərdişləri verib. estrogenlər (hormonlar qrupu) təxminən 1 aylıq tsiklə müvafiq azalıb-artır. qadının psixo-emosinal vəziyyətinə təsir edir. androgenlər isə kişinin bütün həyatı botunca tədricən (!) enərək azalır. bu şərt kişinin emosional sabit durumunu təmin edir.

Edited by NOIR
  • Upvote 2
Link to comment
Share on other sites

Цитата

bir sözlə geniş anlamda yazıram, şəxsi qəbul etməyin, xahiş...

bircə bunu anlamadım, siz "bütün problemlərin həllini istəyirlər" deyərkən məhz nəyi nəzərdə tuturduz ? aydın məsələdir, kişi Herakl deyil, Zevs deyil axı. qadının ona qarşı qeyri-adi hansı gözləntisi ola bilər ki ? əgər səmadan ulduz istəyirsə, deməli axmaq qadındır.

baxın.ilk 40 saniyə ən gözəl cavabdır..

Link to comment
Share on other sites

Цитата

kişi ideal oldu ya olmadı, qadın özünü kişi ilə müqayisə edəcək , yenə də... bu sizə qəribə gəlməsin və qıcıqlandırmasın. qadın özünü digər canlılarla müqayisə etməyəcək, hər halda...

qadın özünü səmayla günəşlə ayla ulduzlarla təbiətin gözəllikləri ilə müqayisə etsə bu halda öz dəyərini də anlayıb mövqeyini və məsuliyyətlərini də daha yaxşı bilər...

Цитата

qadın kişiyə nisbətən emosionaldır. kişi daha sabitdir. ....

paylaşdığım video da məhz bu qazanılmış genetik xüsusiyyətlərə son 50 ildə ciddi dəyişiklik etmək istəyinin axmaqlığını ortaya qoyur.videoya mütləq baxın. 

mövzudan kənar bir sual verəcəm: nəyə görə bütün bunları bilib qəbul etdiyiniz halda təkamül nəzəriyyəsini qəbul etmirsiz?

Link to comment
Share on other sites

В ‎10‎.‎07‎.‎2016 в 19:19, 513 сказал:

qadın özünü səmayla günəşlə ayla ulduzlarla təbiətin gözəllikləri ilə müqayisə etsə bu halda öz dəyərini də anlayıb mövqeyini və məsuliyyətlərini də daha yaxşı bilər

bunu obrazlı deyibsiz yəqin, elə anladım )

В ‎10‎.‎07‎.‎2016 в 19:19, 513 сказал:

mövzudan kənar bir sual verəcəm: nəyə görə bütün bunları bilib qəbul etdiyiniz halda təkamül nəzəriyyəsini qəbul etmirsiz?

qeyri-ixtiyari, ötən illərdən bir epizodu xatırladım ))

orta məktəbdə, biologiya fənninin tədrisi zamanı, proqram üzrə, müəllim təkamül nəzəriyyəsi barədə dərs keçirdi... dərsin sonunda şagirdlərdən biri (yaman dələduz uşaq idi)) müəllimdən soruşdu : bəs indiki meymunlar niyə təkamül etmir daha ? müəllim cavab verdi :  indiki meymunların təkamül üçün stimulu yoxdur, yoldaş Məlikov.

İnsan dual varlıqdır : fiziki_energetik....

təkamül halı ali varlığa aid ola bilər, çünki perspektiv üçün stimul olmayana təkamül gərək deyil.

....

  • Upvote 1
Link to comment
Share on other sites

4 halın vəhdətini dərk edən və yüksəlməyə qadir varlıq təkamül edə bilərdi : 1. fiziki 2. emosional 3. intellektual 4. psixi

məlumdur ki, nəyisə dərk edib anlamaq hələ azdır. çünki mövcudluğu dəyişmək üçün fiziki durumu energetik imkanla əlaqələndirmək bacarığı olmalıdır, heç olmasa. Magistr Şimpanze bunu bacarırdı ? bəlkə çömçəquyruq ?..

əgər təsəvvür etsək ki, fizioloji dəyişmək üçün insan cinsinə milyon il gərək olub, emosional və intellektual dəyişmək üçün elə həmin "50 il" insana kifayət edə bilər. bunu heç təsəvvür etmək gərək deyil, müşahidə edirik.

hazırdakı uyğunsuzluğun, təzadların kökü 4 halın tarazlığının pozulmasındadır. bəşəriyyətin psixi və emosional durumu, onun intellektual səviyyəsi ilə ayaqlaşa bilmir, fiziki halı isə bundan ən çox ziyan çəkəndir.

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

Цитата

bunu obrazlı deyibsiz yəqin, elə anladım

hərhalda.qadın özünü gözəlliklə incəliklə zərifliklə müqayisə etməlidir.kişidən daha yaxşı maşın sürməklə yox... 

Цитата

təkamül halı ali varlığa aid ola bilər, çünki perspektiv üçün stimul olmayana təkamül gərək deyil.

Din fəlsəfə bölməsində Sultanat bəylə müzakirələrimiz olmuşdu.o da bəzi məsələlərdə qaçaq döyüşən tipli cavablar yazırdı...

Цитата

əgər təsəvvür etsək ki, fizioloji dəyişmək üçün insan cinsinə milyon il gərək olub, emosional və intellektual dəyişmək üçün elə həmin "50 il" insana kifayət edə bilər. bunu heç təsəvvür etmək gərək deyil, müşahidə edirik.

heyvanları əhilləşdirməyi dərk edəcək zamanda baş verən əqli təkamüllə, rəngsiz televizordan günümüz texnologiyasına doğru gedən təkamülü müqayisə edib nəticə çıxarmaq istəyirsizsə bu çoox absurddur.çünkü türklər demiş altyapısı primitiv olan beyinlə, fəlsəfəni məntiqi astranomiyanı riyaziyyatı kəşfetmiş beyinin inkişaf sürəti fərqli olmaq məcburiyyətindədir.arada nisbət fərqi var. bu eynilə körpə uşağın ilk addımları kimidir.lakin o böyüdükdə uşaqkən 2 dəqiqəyə qət etdiyi yolu 10 saniyəyə qət edir.indi biz bu adamın uşaq olmadığını düşünə bilərikmi? buarada revolusiya üçün şüurlu səbəbə ehtiyac yoxdur. Təbiət şüurlu səbəblə formalaşmır. tək səbəb instiklərdir, primitiv qorxu kimi..din fəlsəfə bölməsində bu barədə mövzu var.vaxtınız olsa orda davam edərik..

Link to comment
Share on other sites

  • 4 weeks later...

1. Qadın qarşılıqlı sevgi istəyir. Əlbəttə ki, ən əsası böyük, təmiz sevgi istəyir. Qadın sevib sevilmək və hiss etmək istəyir ki, onun qayğısını çəkən insan var.

2. Qadın ailə istəyir. Əlbəttə ki, qadın bütöv ailə istəyir, uşaq, onu sevən həyat yoldaşı - sözün əsl mənasında möhkəm ailə. 

3. Qadın özünü və ailəsini sağlam görmək istəyir. Belə bir deyim var - can sağlığı olmadan insan xoşbəxt ola bilməz. Bunu boşuna deməyiblər. 

4. Qadın firavanlıqda yaşamaq istəyir. Hər bir qadının öz həyatında görmək istədiyi məhz budur. 

5. Qadın cazibədar olmaq istəyir. Zahirən cazibədar görünmək istəyir. Çünki qadınlar hər zaman təravətli və gözəl görünməyə can atırlar. 

6. Qadın həyatda özünü təsdiq etmək istəyir. Demək olar ki, qadınlar hər zaman özlərini təsdiq etməyə çalışırlar. Biz sevdiyimiz işi istəyirik və məqsədə çatmaq üçün çalışmalıyıq. 

7. Qadın müstəqil olmaq istəyir. Yəqin ki, son illər qadınların idarəetmə, siyasət, biznes sahəsində uğurlar qazandıqlarını gözdən qaçırmamısınız. Çox qadınlar müstəqil olmağı sevir. 

8. Qadın sabahkı gününə görə inamlı olmağı istəyir. Kim istəməz sabahından arxayın olsun?! Sabahına güvənən qadın öz gücünü qoruyub sağlamlığın qədrini bilir və bütün gücünü gələcək məqsədlərinə sərf edir. 

9. Qadın hədiyyə, çiçək, kompliment eşitmək, zərif, romantik olmaq istəyir. Gül dəstəsi və diqqət qadını həyata daha da bağlı və sevgi dolu edir. 

10. Qadına güclü kişi lazımdır. Çünki qadın gücü, güvəni kişidən almaq istəyir.

Mənbə: Lent.az

  • Upvote 2
Link to comment
Share on other sites

  • 1 month later...
В ‎06‎.‎08‎.‎2016 в 13:35, gapgara сказал:

10 punkt , çox deyil ? )

bunlardan hansı birinə qadın özü, təkbaşına, kişinin dayağı, köməyi, iştirakı olmadan nail ola bilər ? əldə edə bilər ?

:rolleyes:

(araşdırmanın müəllifi kişidir yəqin )

Edited by NOIR
Link to comment
Share on other sites

13 часа назад, NOIR сказал:

10 punkt , çox deyil ? )

bunlardan hansı birinə qadın özü, təkbaşına, kişinin dayağı, köməyi, iştirakı olmadan nail ola bilər ? əldə edə bilər ?

:rolleyes:

(araşdırmanın müəllifi kişidir yəqin )

Həyatda tək başına nə əldə etmək olur ki? Əlbəttə qadın kişinin dayağı olmadan heç nə əldə edə bilməz, ucala bilməz.

Bütün yazılanlarla razıyan, yəni qadın istəyində haqlıdır. Bircə 7-ci bənddən başqa. Müstəqil olmaq istəyən qadın xoşbəxtliyi başqa cür görmək istəyir. Müstəqillik axtaran qadınlar üçün sadalananlar qüvvəsini itirir. 

  • Upvote 1
Link to comment
Share on other sites

В ‎25‎.‎09‎.‎2016 в 23:22, gapgara сказал:

Həyatda tək başına nə əldə etmək olur ki? Əlbəttə qadın kişinin dayağı olmadan heç nə əldə edə bilməz, ucala bilməz.

yəni heçmi şansı yoxdur ? )

kiçik dəqiqləşmə etsəm, inciməzsiz yəqin.

qadının kişinin köməyi, iştirakı olmadan, sırf öz ağılsızlığı ucbatından ziyana düşməsi, alçalması, özünü çətin vəziyyətə salması mümkündürsə əgər .... (məsələn, acğözlüyü nəticəsində ona həvalə olunun əmanəti xərcləyərsə, yaxud onun məsuliyyətində olan maddi dəyərləri mənimsəyərsə, oğurluq edərsə, rəfiqələr qrupuna məxsusluq xatirinə narkotiklərə aludə olarsa, dəb xatirinə siqarət çəkərsə, alkoqol isf. edərsə və s) .... demək, bunun əksi də mümkündür. yəni qadın kişinin yardımı olmadan, ucala bilər, yüksələ bilər.

Edited by NOIR
  • Upvote 1
Link to comment
Share on other sites

7 - ci punkt :

qadın müstəqil olmaq istəyir, amma qadınların çoxu bunu istəmir. müstəqillik məsuliyyət hissi ilə bağlıdır, məsuliyyət  yükü isə ağır olur . doğru və zamanında qərarvermə bacarığı ilə bağlıdır. ədalət hissi, himayədarlıq istəyi ilə bağlıdır. qadın uğurlu və faydalı olmaq istəyir, bəşəri tərəqqidə iştirak etmək istəyir. mən, müstəqil olmaq istəyini məhz belə görürəm.

Murad bəy, sizin 7-ci bəndlə əlaqədar yazdığınızı çox yaxşı başa düşürəm. bunun adı fərqlidir amma ) buna deyirlər : qadın sərbəst olmaq istəyir ))

Link to comment
Share on other sites

:wow1:Qadınların bitməz-tükənməz istəklərindən hazırlanmış bir onluq.)

19 часов назад, NOIR сказал:

yuxarıdakı 10-luğun çox hissəsini kişinin təmin etməsi mümkündür. elə isə, qısaca demək olar ki, qadın kişi tərəfdən təminat istəyir

Sonuncu- 10-cu  punkt da ümumiləşdirilmiş olaraq deyəsən elə bunu ifadə edir.)

  • Upvote 1
Link to comment
Share on other sites

В 9/27/2016 в 18:44, NOIR сказал:

yəni heçmi şansı yoxdur ? )

kiçik dəqiqləşmə etsəm, inciməzsiz yəqin.

qadının kişinin köməyi, iştirakı olmadan, sırf öz ağılsızlığı ucbatından ziyana düşməsi, alçalması, özünü çətin vəziyyətə salması mümkündürsə əgər .... (məsələn, acğözlüyü nəticəsində ona həvalə olunun əmanəti xərcləyərsə, yaxud onun məsuliyyətində olan maddi dəyərləri mənimsəyərsə, oğurluq edərsə, rəfiqələr qrupuna məxsusluq xatirinə narkotiklərə aludə olarsa, dəb xatirinə siqarət çəkərsə, alkoqol isf. edərsə və s) .... demək, bunun əksi də mümkündür. yəni qadın kişinin yardımı olmadan, ucala bilər, yüksələ bilər.

Bir şans verərik onlara )

Qadın hiss eləməlidir arxası/dayağı olmağını, həm fiziki, həm də mənəvi. Tək-tək insanları nəzərə almayaq. Heç iri dövlətlər müstəqil ola bilmirlər, qalmışdı zərif cinsin nümayəndələri. Mən yenə də sözümdə dururam. 

  • Upvote 1
Link to comment
Share on other sites

В 9/27/2016 в 19:03, NOIR сказал:

yuxarıdakı 10-luğun çox hissəsini kişinin təmin etməsi mümkündür. elə isə, qısaca demək olar ki, qadın kişi tərəfdən təminat istəyir

7-ci bəndi çıxaq, qalanların hamısını halal edək xanımlara. )

  • Upvote 1
Link to comment
Share on other sites

В ‎28‎.‎09‎.‎2016 в 21:40, gapgara сказал:

Bir şans verərik onlara )

Qadın hiss eləməlidir arxası/dayağı olmağını, həm fiziki, həm də mənəvi. Tək-tək insanları nəzərə almayaq. Heç iri dövlətlər müstəqil ola bilmirlər, qalmışdı zərif cinsin nümayəndələri. Mən yenə də sözümdə dururam. 

elə isə, mən də öz sözümdə dururam )

dövlət müstəqil ola bilmir, o halda ki, bu digər dövlətin srateji marağına ziddir. eyni məntiqlə davam etsək, qadın müstəqilliyi də kişinin marağına zidd kimi görünür. qüdrəti öz hakimiyyətinə bərabər olan ikinci hakimiyyəti kişi qəbul etməz. ən yaxşı halda alyansa gedər. amma bu o demək deyil ki, qadın kişinin dayağı olmazsa heçdir, yüksələ bilməyəcək. kişi qadının başından basmasa, ayağından çəkməsə , təmənnasız dəstək olsa, qadın yüksələr )) 

arxa-dayaq barədə isə sizinlə tam razıyam. ümumiyyətlə, bu ifadəni bəyənirəm. kişi qadının arxasında durursa - sonunacan, ölənədək, yarı yolda qoyub getmirsə, sədaqətli və sevimlidirsə, uğur, yüksəliş filan qadın üçün çox cılız ifadələrdir... qadın bəxtəvərdir demək ki !

Edited by NOIR
  • Upvote 2
Link to comment
Share on other sites

В ‎28‎.‎09‎.‎2016 в 22:23, gapgara сказал:

Sərbəst olmaq istəməyən varmı həyatda?)

insan ruhən sərbəst deyilsə, azad deyilsə yaxud sərbəstliyi ilə mübadilə (ticarət) etməyi öyrənibsə , demək ki, o sərbətliyin nə dəyərini nə də istifadəsini bilir )

Link to comment
Share on other sites

В ‎28‎.‎09‎.‎2016 в 22:27, gapgara сказал:

7-ci bəndi çıxaq, qalanların hamısını halal edək xanımlara. )

çox sağ olun, Murad bəy )

həmsöhbət olduğunuz üçün minnətdaram )

  • Upvote 1
Link to comment
Share on other sites

Allah(təbiət) kişini qadından üstün

yaradıb...Deməli məsuliyyəti biz kişilər daşıylrıq...Hər bir qadın öz ailəsinə sadiq gözəl ana olmalıdır..

Əgər dünyada bu belə deyilsə bu biz kişilərin zəifliyidir...Qadın müstəqil olub məsuliyyət yükünü kişi ilə bölüşmək istəyirsə bu kişinin zəifliyidir...

Bir məqamıda qeyd edim...Dünyada əxlaqsız qadınlara görədə biz kişilər məsuliyyət daşıyırıq...Çünki biz sırtılmış ehtirasın əsiri olmasaq belədə olmaz...(hamıya şamil eləmirəm)

  • Upvote 2
Link to comment
Share on other sites

17 часов назад, NOIR сказал:

elə isə, mən də öz sözümdə dururam )

Mübahisə etməyəcəm. )

17 часов назад, NOIR сказал:

kişi qadının arxasında durursa - sonunacan, ölənədək, yarı yolda qoyub getmirsə, sədaqətli və sevimlidirsə, uğur, yüksəliş filan qadın üçün çox cılız ifadələrdir... qadın bəxtəvərdir demək ki !

Arxa/dayaq hiss etməyən qadın xoşbəxt ola bilməz. 

17 часов назад, NOIR сказал:

çox sağ olun, Murad bəy )

həmsöhbət olduğunuz üçün minnətdaram )

Sizinlə söhbət həmişə xoşdur.

Link to comment
Share on other sites

  • 4 weeks later...
  • 3 months later...
  • 2 years later...
В 27.9.2016 в 18:44, NOIR сказал:

yəni heçmi şansı yoxdur ? )

kiçik dəqiqləşmə etsəm, inciməzsiz yəqin.

qadının kişinin köməyi, iştirakı olmadan, sırf öz ağılsızlığı ucbatından ziyana düşməsi, alçalması, özünü çətin vəziyyətə salması mümkündürsə əgər .... (məsələn, acğözlüyü nəticəsində ona həvalə olunun əmanəti xərcləyərsə, yaxud onun məsuliyyətində olan maddi dəyərləri mənimsəyərsə, oğurluq edərsə, rəfiqələr qrupuna məxsusluq xatirinə narkotiklərə aludə olarsa, dəb xatirinə siqarət çəkərsə, alkoqol isf. edərsə və s) .... demək, bunun əksi də mümkündür. yəni qadın kişinin yardımı olmadan, ucala bilər, yüksələ bilər.

:appl:

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
      • 20 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Haha
        • Like
      • 50 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Like
      • 266 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
        • Haha
        • Like
      • 276 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
        • Like
      • 182 replies
    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 4 replies
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
      • 16 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...