Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

"müstəqıllık" nəyə deyirsiniz?


Recommended Posts

    "Filan dövlət müstəqildir" deyəndə nə başa düşməliyik?

    Yəni heç bir dövlətdən asılı deyil? Nə mənada? Bütün dövlətlər bir-biri arasında alış-veriş edirlər. Bir gün Rusiya Ukraynanın qazını kəsəndə, xaxollar vay-şüvən qopardırlar. Şimal sərhəddimiz sezonda beşcə gün bağlansa, Cəlilabad sakinləri kartofu 5 qəpikdən verirlər, il boyu da ac qalmalı olurlar.

     Həqiqi müstəqillik, mənim fikrimcə, özünü təmin etmək bacarığıdır. Dövlətin müstəqil olub-olmadığı "embarqo" qoyulanda bəlli olur. İran və Rusiya embarqolara demək olar ki, tab gətirdi. Bəs Azərbaycana embarqo qoyulsa nə olar? Ya da məsələn, Estoniyaya.

Edited by sultanat
  • Upvote 1
Link to comment
Share on other sites

2 часа назад, sultanat сказал:

Həqiqi müstəqillik, mənim fikrimcə, özünü təmin etmək bacarığıdır.

bu daha çox Ərzaq Təhlükəsizliyi prinsipinə oxşayır

  • Upvote 1
Link to comment
Share on other sites

3 minutes ago, NOIR said:

bu daha çox Ərzaq Təhlükəsizliyi prinsipinə oxşayır

       Düzgün reaksiya verdiniz. Məsələ ondadır ki, ailələrin də, dövlətlərin də ən yaralı yeri ərzaq təhlükəsizliyidir. Amma "özünü təmin etmək" dedikdə, burada həm də qorunmaq, sərhədlərin müdafiəsinin təmin edilməsi var, fabrik, zavod, istehsal, alim, döyüşçü, əlinçi, fəhlə, həkim və s. nəzərdə tuturam Bəlkə də, daha düzgün olardı ki, belə deyək : "Müstəqillik - özünə kifayət etməkdir" . Yəni Allahdan başqa heç kəsə ehtiyaclı olmamaq..

Link to comment
Share on other sites

2 минуты назад, sultanat сказал:

       Düzgün reaksiya verdiniz. Məsələ ondadır ki, ailələrin də, dövlətlərin də ən yaralı yeri ərzaq təhlükəsizliyidir. Amma "özünü təmin etmək" dedikdə, burada həm də qorunmaq, sərhədlərin müdafiəsinin təmin edilməsi var, fabrik, zavod, istehsal, alim, döyüşçü, əlinçi, fəhlə, həkim və s. nəzərdə tuturam Bəlkə də, daha düzgün olardı ki, belə deyək : "Müstəqillik - özünə kifayət etməkdir" . Yəni Allahdan başqa heç kəsə ehtiyaclı olmamaq..

özünə kifayət etmək, yəni самодостаточность kimi başa düşdüm, eləmi ?

bilirsiz, əslində dünyadakı ərzaq və təbii resurslar hamıya bəs edərdi, bəşəriyyət qənaətcil olsaydı, acgöz olmasaydı əgər... israf etməsəydi, maddi maraqlarda dəblə getməsəydi, yarışmasaydı, nəfsinə hakim ola bilsəydi )

  • Upvote 1
Link to comment
Share on other sites

       Razıyam, həqiqətən belədir. Amma gəlin özümüzdən başlayaq, Sabah bütün ərzaq dükanları, marketlər bağlansa, şəhər əhlini demirəm, hələ kənd əhli neçə ay, neçə həftə və ya neçə gün normal yaşaya bilər?  Onda inəyi satıb televizor almağına necə baxacaq? və ya yığdığı pullara..

Link to comment
Share on other sites

         Hələ 350 il bizim eradan əvvəl Aristotel deyirdi ki, insanlar səhvən ev təsərrüfatının aparılmasında əsas məqsədin, yığdıqları pulları saxlamaqdan və ya pulları hədsiz çoxaltmaqdan ibarət olduğunu düşünürlər.

  • Upvote 2
Link to comment
Share on other sites

5 минут назад, sultanat сказал:

       Razıyam, həqiqətən belədir. Amma gəlin özümüzdən başlayaq, Sabah bütün ərzaq dükanları, marketlər bağlansa, şəhər əhlini demirəm, hələ kənd əhli neçə ay, neçə həftə və ya neçə gün normal yaşaya bilər?  Onda inəyi satıb televizor almağına necə baxacaq? və ya yığdığı pullara..

mən də sizinlə razıyam...amma sabahdan - yox )

reforma krizisə keçməməlidir. insanı dərhal əks vəziyyətə saldıqda stress yaranır. amma düzgün ideoloji dayaq, düşünülmüş strategiya, müəyyən uğurlu sınaq proyektlər olarsa, hissəli keçidlə olsa.... olar.

Link to comment
Share on other sites

       Zənginlik - insanın, cəmiyyətin və ya dövlətin yaşayışı üçün vacib olan bütün şeylərin çoxluğudur. Pulun çoxluğu deyil. Pul gətirən şeyləri deyil, həmin bu vacib olan şeylərin ələ gətirilməsi üçün "əbədi mühərrik" icad edilməlidir. Bu əslində daha asandır. Sadəcə bu barədə düşünmək lazımdır.

Link to comment
Share on other sites

  • 3 weeks later...

Müstəqil dövlətlərin başlıca xüsusiyyəti həm xarici həm daxili siyasətində kənar qüvvənin təsiri olmadan qərar çıxara bilməsidir. Biz müstəqilik? məncə xeyr.avropa amerika rusiya avropa hətta iranın da ciddi təsirini dövlətimizin siyasi xəttində görmək mümkündür. Atılan addımlarımızda da həm qonşu İran və Rusiyanın həm də burada marağı olan hegemon dövlətlərin maraqlarını müəyyən qədər təmin etməliyik.buna da ikili standartlar deyirik.

Misal çəkəsi olsaq: vəhabi məscidlərinin ölkədə fəaliyyət göstərməsi ərəblərin (dolayı yolla ABŞ-ın) təsiridir və istədiklərini etmələrinə mane ola bildiyimiz kimi tamamilə ölkədən çıxarılmasına da nail ola bilmirik. Buna da sözdə tolerantlıq deyirik. Başqa bir misal çəkəsi olsaq: Rusiya və ABŞ kəşfiyyatının burada müəyyən qədər məlumat toplamasına və dövləti müəyyən xətlərdə nəzarətdə saxlamasına mane olabilmirik amma bütünlüklə də ipləri kiminsə əlinə vermirik. Avropa ölkələrinin ölkəmizdə biznes reqabetinə girməsinə və müəyyən sahələrdə yerli istehsalımızı məğlub etməsinə qarşı qoya bilmirik amma əksər sahələrdə də monopoliyanı əldə saxlamaqla (bu həm də kənardan ölkəyə yatırılan kapitalın yerli kapitala qalib gəlməsi nəticəsində gələcək illərdə xarici kapitalın kütləvi olaraq yerli banklardan çıxarılması halında baş verə biləcək ciddi böhranın qarşısını almaq üçündür) mümkün böhranları da minimuma endiririk. Məhz buna görə monopolistlər dövlət nümayəndələridir.

 

Müstəqil dövlətlər subyektiv fikrim olaraq bunlardır: ABŞ, Rusiya, Almaniya, Fransa, İtaliya İngiltərə, Çin, Yaponiya.

Digər avropa ölkələri də saydığım dövlətlərin təsiri altındadır.Bir qismi rusiyanın bir qismi ingilislərin bir qismi amerikanın və.s

 

  • Upvote 4
Link to comment
Share on other sites

On 27.05.2016 at 1:41 PM, 513 said:

Müstəqil dövlətlər subyektiv fikrim olaraq bunlardır: ABŞ, Rusiya, Almaniya, Fransa, İtaliya İngiltərə, Çin, Yaponiya.

Digər avropa ölkələri də saydığım dövlətlərin təsiri altındadır.Bir qismi rusiyanın bir qismi ingilislərin bir qismi amerikanın və.s

      Söylədikləriniz doğrudur. Amma daha bir təsirli amil var: Milli Siyasət (Natsionalnaya Politika) və ya İdeologiya. Sadaladığınız dövlətlərdən Amerikada, Çində bu siyasət var. Rusiyada da var, amma olduqca zəif tərtib edilib. Onlar bu siyasətə 50 illik strategiya adını qoyublar.

       Düzgün Milli Strategiya + təbii resurslar + ləyaqətli, əsil-nəcabətli, mərd rəhbər = əsil müstəqillik qurmağın təməli

  • Upvote 1
Link to comment
Share on other sites

Musteqil dovlet olur ki ? Musteqil insan ola biler o da tam yox .   Her hansi bir gucun tesirinde qalmadan azad olan olke  cetin ki tapila .

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

  • 2 weeks later...
10 часов назад, Zaman. сказал:

həri......

var belə dövlətlər

 

Inanilir kimi deyil , cunki adice bir neqliyyat ya texnologiya inkisaf etdikde dunyanin bir terefinden o biri terefine tesir edirse hansi dovlet tam musteqil ola biler.? Dollar kursunun deyishmesi musteqil dovletin ola bilmeyeceyine subut deyil,? Belke de taninmayan olkeler var onu deqiq deye bilmerem..Bir birile elaqede olan dovletlerin tam musteqilliyinden soz gede bilmez . Hetta ne qeder zengin ya da guclu olsa da o qeder chox asilidir cole. Bize musteqil kimi gorunen Lap " super guc "u olan Amerikani misal ceksekde goreceyik ki , Avropa birliyi , Rusiya , Turkiyenin etdikleri ona tesir edir , bu qeder bir birine bagli olan olkeler nece musteqil sayilir.? Tutaqki siz deyirsizki men oz evimde musteqil yashayiram , kirayeci yox lap ev yiyesi de olsaniz musteqillik mumkun deyil , cunki insan oz evinde de istediyi kimi musteqil yashaya bilmez ..

Bir sozle borc olmadan boyuyen olke yoxdu , borcu olan da asili olkedir .

 

 

 

 

  • Upvote 1
Link to comment
Share on other sites

  • 1 month later...
В 06.05.2016 в 18:15, sultanat сказал:

    "Filan dövlət müstəqildir" deyəndə nə başa düşməliyik?

    Yəni heç bir dövlətdən asılı deyil? Nə mənada? Bütün dövlətlər bir-biri arasında alış-veriş edirlər. Bir gün Rusiya Ukraynanın qazını kəsəndə, xaxollar vay-şüvən qopardırlar. Şimal sərhəddimiz sezonda beşcə gün bağlansa, Cəlilabad sakinləri kartofu 5 qəpikdən verirlər, il boyu da ac qalmalı olurlar.

     Həqiqi müstəqillik, mənim fikrimcə, özünü təmin etmək bacarığıdır. Dövlətin müstəqil olub-olmadığı "embarqo" qoyulanda bəlli olur. İran və Rusiya embarqolara demək olar ki, tab gətirdi. Bəs Azərbaycana embarqo qoyulsa nə olar? Ya da məsələn, Estoniyaya.

müstəqil dövlətlər var indi. ABŞ, Rusiya, Çin və sairələri. amma balaca xırda dövlətlər bizim ölkə təki onlar müstəqil deyil. çünki bunları tam idarə etməsələrdə (70 il bunnan öncə ki kimi) yenədə deyirlər ki nəyi necə idarə etməli burda ki dövlət başçısına. yanı ki bir cür avtonom respublikadır balaca ölkələr. 

 

əgər ki asıllığa qalsa heç 1dövlət tam özünü hər şeynən tam təmin edə bilmir. Rusiya zəngin ölkədir.amma yenədə burda kənd təsərrüfatı malları aparılır Rusiya bazarına.yanı ki bu asıllığ deyil. bu adi söhbətdir-nəyimsə yoxdur? pul verirəm alıram. bu bax budur.

 

Azərbaycana embarqo qoyulsa heçnə olmaz. sadəcə burda düzgün siyasət aparsalar, düz ideyanı yeritsələr cəmiyyətə ( sovet vaxtında ki kimi ) məncə Azərbaycan dönər çox imkanlı zəngin ölkəyə. hər mənada zəngin. təkcə faydalı qazıntılar, neft sərvətləri anlayışında yox

  • Upvote 1
Link to comment
Share on other sites

  • 9 months later...
  • 2 months later...
  • 3 months later...
  • 1 year later...
  • 2 months later...

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 6 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 219 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Haha
        • Like
      • 306 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Like
      • 280 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
        • Sad
        • Haha
        • Thanks
        • Like
      • 187 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...