Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

1915-Ci Ilin Saxtakarlığı


rehimzade13

Recommended Posts

1897-ci ildə Osmanlıda aparılan əhalinin siyahıya almasının göstəricilərinə görə, ölkənin 1.139.651 erməni təbəəsi var idi. Ermənilərin iddiasına görə 1915-ci ildə türklər 1.500.000 erməni qırıb, 900.000 mini ölkədən deportasiya ediblər. Sual yaranır ki, bunlar 18 il ərzində düz iki dəfə çox saylarını nətər artırıblar. Cavab sadədir, ermənilərin qədimdən əhalini qısa zaman kəsiyində artıran texnologiyaları var idi, alçaq çinlilər isə xaylardan həmin texnologiyanı mənimsəyiblər

 

Link to comment
Share on other sites

1897-ci ildə Osmanlıda aparılan əhalinin siyahıya almasının göstəricilərinə görə, ölkənin 1.139.651 erməni təbəəsi var idi. Ermənilərin iddiasına görə 1915-ci ildə türklər 1.500.000 erməni qırıb, 900.000 mini ölkədən deportasiya ediblər. Sual yaranır ki, bunlar 18 il ərzində düz iki dəfə çox saylarını nətər artırıblar. Cavab sadədir, ermənilərin qədimdən əhalini qısa zaman kəsiyində artıran texnologiyaları var idi, alçaq çinlilər isə xaylardan həmin texnologiyanı mənimsəyiblər

Qardaş böyük mübahisələrə səbəb olan "soyqırım" məsələsini araşdıraraq, forumun imkanları vasitəsi ilə dünya ictimaiyyətinə çatdırdığınız üçün Sizə təşəkkür edirik! Allah sizdən razı olsun. Ancaq.... yaxşı deyil..... Çinliləri niyə təhqir edirsiniz? 

Edited by Aspire2920
Link to comment
Share on other sites

Qardaş böyük mübahisələrə səbəb olan "soyqırım" məsələsini araşdıraraq, forumun imkanları vasitəsi ilə dünya ictimaiyyətinə çatdırdığınız üçün Sizə təşəkkür edirik! Allah sizdən razı olsun. Ancaq.... yaxşı deyil..... Çinliləri niyə təhqir edirsiniz? 

 

Təşəkkürt edirsiz, bir dənə də Şürküt edin zəhmət olmasa :) 

Link to comment
Share on other sites

Sultanın sifarişi ilə 1913-cü ilin sonu – 1914-cü ilin əvvəllərində əhali sayımı ilə məşğul olan bir Fransa təşkilatı Osmanlı imperatorluğunda mükəmməl bir əhali sayımın həyata keçirmişdi. Həmin əhali sayımının nəticələrinə görə bütün Osmanlı imperiyasında Birinci dünya müharibəsi astanasında 1, 259, 000 (Bir milyon iki yüz əlli doqquz min) erməni yaşayırdı. Belə olan halda 1,5 milyon erməni necə qırıla bilərdi? Digər tərəfdən tarixi sənədlər şəhadətlik edir ki, Şərqi Anadolunun döyüş bölgələrində yaşayan ermənilər mənsub olduğu dövlətə kütləvi şəkildə asi çıxdıqlarına görə Türkiyə hökumətinin himayəsi altında Osmanlı İmperiyasının bir yerindən başqa bir yerinə köçürülmüşdülər. Bu köçlər həkim briqadaları ilə təmin edilsələr də, ölüm-itim olmuşdu. Bu inkar edilmir. Amma “könüllü” adı altında təşkilatlanıb Şərqi Anadoluda dinc türk xalqına, müsəlman əhalisinə qarşı kütləvi qətllər, talanlar, soyğunçuluq törədən erməni silahlı başıpozuq  dəstələrinin əməlləri kimin adına yazılmalıdır?

Dahi rus yazıçısı Lev Nikolayeviç Tolstoyun qızı Aleksandra tibb bacısı kimi Qafqaz cəbhəsində xidmət edib, Qars, Ərzurum, Van və digər yerlərdə baş verənləri öz gözləri ilə görüb. Çox sonralar isə gördüyü mənzərələri xatirə kimi qələmə alıb və bu xatirələr 1979-cu ildə Kanadada nəşr edilib. Sovetlər dağılandan sonra 1992 və 2001-ci ildə həmin xatirələr iki dəfə Moskvada da nəşr edilib. (Bax: Александра Толстая. Дочь. Большевики против дочери Льва Толстого. Москва, 1992 – 2001). Kitabın 4 bölümündə (4-8-ci bölümlər) bilavasitə Qafqaz cəbhəsində, Şərqi Anadoluda müəllifin gördüyü hadisələr təsvir edilmişdir. Dinc türk əhalisinə qarşı erməni vəhşiliklərinin  canlı şahidi olmuş Aleksandra yazır: «Türklərlə ermənilər arasında düşmənçilik əsrlərlə davam edib. Hər iki  tərəfdən qəddarlıq olub, lakin burada, Vanda biz ermənilərin qeyri-insani qəddarlığını görməli olduq. Danışırdılar ki, ermənilər qadınların döşlərini kəsir, onların ayaqlarını, əllərini qanırıb qırırlar, bu qeyri insane qəddarlığın qurbanlarını mən şəxsən gördüm”.  (Bax: Александра Толстая. Дочь. Большевики против дочери Льва Толстого М., АО «Книга и бизнес», 1992, с. 54). Daha sonra Aleksandra yazır ki, “ermənilər şəhərin (Van şəhəri nəzərdə tutulurC.H.) bütün türk məhəllələrini oda yaxıb yer üzündən sildilər, belə ki, gil-palçıqdan tikilmiş evlər çətin yandığından, hər evə ayrı-ayrılıqda od vurdular”.  Kitabda əsir yaralanmış, əsir alınmış türklərin diri-diri basdırılması haqqında dəhşətli faklar vardır.

Qafqaz cəbhəsində döyüşən rus ordusunun qərargah rəisi general Leonid Mitrofanoviç Bolxovitinov Qafqaz cəbəsi komandanına yazırdı ki, “rus ordusu Van rayonunu ələ keçirən zaman (7 may 1915-ci ildə - C.H.) erməni drujinaları daşı-daş üstündə qoymadılar və heç kəsə rəhm etmədilər” (Bax: General L.M.Bolxovitinovun Qafqaz canişinin hərbi məsələlər üzrə köməkçisinə raportu. 11.12.1915. //Rusiya Dövlət Hərbi Tarix Arxivi, fond 2100, siyahı 1, iş 646, vərəq 71).  

Link to comment
Share on other sites

Məlum səbəblərdən türk tarixçilərinin böyük əksəriyyəti rus dilini bilmirlər. Azərbaycan tarixçiləri isə bu işi bacara bilərdilər. Söhbət Qafqaz cəbhəsində istinad edilən 1915-ci il sənədlərinin dövriyyəyə gətirilməsindən gedirdi. Soyqırım iddialarının inkarı, Şərqi Anadoluda 1915-ci ilin gerçək həqiqətlərinin ortaya qoyulması, türklərə qarşı törədilən erməni vəhşiliklərin tam mənzərəsi Rusiya Dövlət Hərbi Tarix Arxivinin, Rusiya Xarici Siyasət Arxivinin, Rusiya Dövlət Arxivinin çox nadir fondlarının keçir. Niyə? Birincisi dünya Osmanlı Arxiv materiallarını tərəfli hesab edib ona inanmaq istəmir. İkincisi, ermənilərin soyqırım iddialarının ilkin mənbəsi sayılan  İstanbuldakı Amerika səfiri Henri MorgentaununHekayələribilavasitə ermənilərin  gizli məlumatları əsasında yazılıb. Üçüncüsü və ən başlıcası isə ruslar 1915-ci il hadisələrinin bilavasitə içində idilər. Onlar hadisələri öz gözləri ilə görür, baş vermiş faciələr, xüsusilə türklərin ermənilər tərəfindən qətl edilməsi, ermənilərin içində olduğu Osmanlı dövlətinə qarşı qiyam qaldırmağa təhrik edilməsi haqqında Petroqrada yüzlərlə gizli raportlar göndərirdilər. Müharibə dövrünə uyğun olaraq qafqazdakı rus hərbi senzurası müxtəlif Avropa ölkələri və Amerikadan türklərə qarşı vuruşmağa gələn ermənikönüllülərinerməni dilində öz yaxınlarına və üzvü olduğu siyasi qurumlara yazdıqları məktubları ələ keçirib onları rus dilinə tərcümə edir və paytaxt Petroqrada göndərirdilər. Həmin məktublarda nə baş verdiyi, kimin kimi qətl etdiyi, kimin soyqırıma məruz qaldığı çox qabarıq şəkildə əks olunub. Rus zabitlərinin, diplomatlarının, xüsusi xidmət işçilərinin Qafqaz cəbhəsindən verdiyi bu məlumatlar çox böyük gizlinlərə aydınlıq gətirir. Bu sənədlərin etimadlılıq əmsalı çox yüksəkdir

Link to comment
Share on other sites

1914-cü ilin yayında Birinci dünya müharibəsi başlandı. Qısa bir müddət müharibə alovu Yaxın Şərq və Qafqaz regionunu da bürüdü. Artıq 1914-cü ilin sentyabr ayının 16-da Rusiyanın İstanbuldakı səfiri Mixail Qirs Peterburqa göndrdiyi gizli teleqramda yazırdı ki, «görünür Türkiyə ilə müharibə qaçılmazdır». Bu məlumatı alan kimi ondan bir gün sonra sentyabr ayının 17-də çar II Nikolayın erməni xalqına Bəyannaməsi elan edildi. Orada göstərilirdi ki, rus xalqı böyük iftixar hissi ilə özünün şanlı erməni övladlarını xatırlayır. Ermənilərin bir əsr boyunca rus hakimiyyətinə sədaqətlə xidmət etdiyinə toxunan çar bundan sonra həmin xidmətin rus ordusunun və həqiqətin qələbəsində mühüm rol oynayacağına əmin olmaq istəyirdi. Bəyannamənin sonunda II Nikolay ermənilərə vəd edirək deyirdi: “nəhayət ki, siz azadlığın və ədalətin ləzzətini anlayacaqsınız”. Çarın bəyannaməsindən dərhal sonra Rus ordusunun Qafqaz cəbhəsinin göstərişi ilə 1914-cü ilin oktyabr ayının sonunda Türkiyə ermənilərinə müraciətin gizli layihəsi hazırlandı. Gizli müraciətdə Eçmiədzində təşkil olunan erməni drujinaları Türkiyə ərazilərinə girəcəkləri haldaqüdrətli Rusiya hökmdarının torpaqlarında erməni xalqına altı erməni vilayətində və onunla sıx bağlı olan Kilikiyada Böyük Rusiyanın güclü himayəsi altında muxtar Ermənistan yaratmağa təminat verilirdi”. Əslində, çar II Nikolayın müraciəti və bu gizli vədlərlə Şərqi Anadoluda ermənilərin törətdiyi qanlı əməllərə start verildi. Hər şey burdan başladı…

Link to comment
Share on other sites

1914-ci ilin ikinci yarısında dünya müharibəsinin başlanmasına ermənilər özlərinin milli ideallarını gerçəkləşdirmə məqamı kimi baxırdılar. İndi artıq onlar Trabzondan Kilikiyaya, Angoradan Urmiyaya qədər ərazilərə iddialı olduqlarını gizlətmirdilər. Bu iddianı gerçəkləşdirmək üçün 1914-cü ilin sentyabr ayında könüllü erməni drujinalarına çağırş elan edildi. Çağırışa səs verənlərin çoxu Türkiyə erməniləri idi, lakin bununla yanaşı Cənubi və Şimalı Qafqaz, Rostov və Don üzərindən, Naxçıvan, Krım, Bessarabiya, Zakaspi və Türkistan, Rumıniya, Bolqarıstan, Misir və hətta uzaq Amerikadan vəcdə gəlmiş erməni gəncləri Tiflisə axışmağa başladılar.

haribə başlayan kimi Qafqaz ordusu qərargahının rəhbərliyi noyabr ayının 20-də erməni nümayəndəliyinin ordu komandanlığının yanına gəldiyini və ruslara itaət göstərəcəklərini izhar etdiklərini bildirirdi. General Leonid Bolxovitinov 1914-cü ilin oktyabr ayının 5-də Qafqaz ordusunun təchizat idarəsinin rəisinə verdiyi göstərişdə bildirirdi ki, “Eçmiədzin monastrını silahlandırmaq üçün Qafqaz ordusunun baş komandanı “Mandixeramarkalı 120 tüfəngin və hər tüfəngə 200 patron verilməsini əmr etmişdir. Tüfəng və hərbi sursat Tiflis şəhəri, Qriboedov küçəsi 23-də yaşayan məhkəmə andlı iclasçısı Samson Stepanoviç Artyunov vasitəsi ilə çatdırılacaqdır. Ona təklif edilmişdir ki, bu məsələ ilə bağlı Sizin yanınıza gəlsin” (Bax: General Leonid Bolxovitinovun Qafqaz Ordusu təchizat idarəsinin rəisinə gizli məktubu. 05.10.1914. // RDHTA, f.2100, s.1. i.729, v. 3).

Elə həmin tarixdə Bolxovitinov qərargah rəisinə məlumatında bildirirdi ki, “bütün ermənilərin katalikosu uyğun bildiyi adamlara paylamaq üçün onun sərəncamına patronla yanaşı 250 tüfəng verilməsini xahiş etmişdir”. Qafqaz ordusunun qərargah rəisi general Nikolay Yudeniç bu məlumatın üzərinə “icazə verirəmdərkənarını qoymuşdu. Bu silahlar Tiflisin şəhər rəisi Aleksandr Xatisov vasitəsi ilə katalikosa çatdırılmalı idi. Belə gizli yollarla, müharibənin ilk aylarında yalnız Aleksandropol ( Gümrü) qəzasının ermənilər yaşayan 45 kəndinə (siyahıda qeyd olunan kəndlərin çoxunun adı türk toponimləridir) 1200 “berdanasistemli tüfəng və 24 min patron paylanmışdı.

Link to comment
Share on other sites

Qafqaz canişini İllarion Vorontsov-Daşkov 1915-ci ilin fevral ayının 6-da Rusiya Xarici İşlər Nazirliyinə göndərdiyi gizli  teleqramda yazırdı ki, “hazırda Qafqaz ordusunun qərargahına Zeytun ermənilərinin nümayəndələri gəlmişdir. Onlar bəyan etdilər ki, 15 minə yaxın erməni Türkiyəyə hücum etməyə hazırdır. Lakin silah və sursatları yoxdur. Zeytun vilayətinin Türkrzurum ordu qruplaşmasına yaxın olması nəzərə alınsa, zəruri həcmdə tüfəng və patronun Aleksandrettaya (Hataya) çatdırılması məqsədəuyğundur. Orada silah ermənilər tərəfindən götürüləcəkdir. Nəzərə alsaq ki, Zeytun ermənilərinin türklərə hücum etməsi fransız və ingilislər üçün də faydalı olacaq, silahın bilavasitə bizim tərəfimizdən verilməsinin mümkünsüzlüyünü və bu məsələnin tələbeeeeep yerinə yetirilməsinin vacibliyini nəzərə alaraq mən hesab edirəm ki, fransız və ya ingilis silah və sursatının, fransız və ya ingilis gəmiləri ilə Aleksandrettaya çatdırılması barədə fransız və ingilis hökumətləri ilə əlaqəyə girmək zəruridir” (Bax: Qafqaz canişini İllarion Vorontsov-Daşkovun Rusiya Xarici İşlər Nazirliyinə teleqramı. 06.02.1914. // RDHTA, f.2100,s.1. i.558, v. 172). Canişinin bu teleqramından sonra Rusiya Xarici İşlər Nazirliyi dərhal fəaliyyətə keçdi və bu istiqamətdə Londondakı rus səfiri Aleksandr Benkendorfa və Parisdəki səfir Aleksandr İzvolskiyə  Zeytun ermənilərinə silah çatdırılmasının mümkün yollarını araşdırmaq barədə təlimat verdi. Zeytun ermənilərini Türkiyəyə qarşı qaldırmaq üçün Amerika ermənilərindən ibarət könüllü dəstə yaratmaq məqsədilə türk cəbhəsindəki erməni drujinalarından birinin rəhbəri Artyom Qasparyan 1915-ci ilin ortalarında Tiflisdən Birləşmiş Ştatlara yollanmışdı. Lakin Avropadan Amerikaya gedən su yollarına Alman gəmiləri nəzarət etdiyindən o, geri qayıtmalı olmuşdu. Tiflis qubernatoruna yazdığı məktubda Qasparyan bildirirdi ki, “İngiltərə hökuməti Zeytunda ermənilərin üsyan hazırlanmasına öz razılığını verdi”.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В АМУ выступили с заявлением по поводу суицида бывшего главного педиатра
      У нас каких-либо новых назначений на руководящие должности не производилось.
      Об этом в ответ на запрос Oxu.Az заявила завотделом по связям с общественностью Азербайджанского медицинского университета (АМУ) Гюнель Асланова.
      • 1 reply
    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
      • 66 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
      • 666 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
      • 25 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...