Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

İslamda Qadın Hüquqları

Recommended Posts

Deyirsiz xədicə işləyib pulunu oborota buraxıb, belə sözlər deyirsiz sanki özününüzü bilməməzliyə qoyursuz. Oborota pul buraxmaq iş sayılır? Düzdür, qazancdlr, Amma idarədə səhər 9-dan axşam 6-ya qədər çalışmaqla müqayisədə iş deyil axı. Həm də 100 dəfə dedim ki qadının işləməsi qadağan deyil. Sadəcə qadının işləməmək hüququ var. Amma kişidə bu hüquq yoxdur. Kişi xəstədirsə və ya başqa üzürlü səbəbdən işləməyə bilər əlbətdə ki. Ümumiyyətlə biz niyə iş mövzusunu müzakirə edirik? Ailədə qadın işləyir işləmir bu hər ailənin öz işidi axııı.

Oborota pul buraxmaq pul qazanmaq sayılır .  Siz isə dediniz ki , Xədicə pul qazanmayıb , hamısı   mərhum ərindən qalıb.   İşləmək  barədə də siz  yazdınız ki, uşaqları tərbiyə etmək lazımdır  ya pul qazanmaq ?  Mən də deyirəm ki,  həm pulu , həm də  tərbiyəni  ər arvad   müştərək etməlidir , hər halda müştərək  qərarla .   Məsələn  ,ümumi  qərarla hansı birisə   uşaqların tərbiyəsi ilə məşğul ola bilər.   Yəni , bunlar mənə sual olduğu üçün öz fikrimi yazdım.    İslamda isə   siz deyənə  görə   kişi  qadından  həm də ona görə üstündür ki,  o ailənin maddi təminatını öz üzərinə götürür . İndi  təsəvvür edin ki,  elə  islam ölkələrinin birində  çox ağıllı və savadlı müsəlman qadını ərindən 10 dəfələrlə  ailəyə  çox pul gətirir.  Onda sizin məntiqinizlə   ailə başçısı  qadın olmalıdır ?

Link to comment
Share on other sites

Oborota buraxdığı pul ərindən qalıbda. Çünki siz soruşduz ki niyə maddi məsuliyyət ailədə kişidə olmalıdır? Allah qadına həm analıq məsuliyyəti, həm də evə pul gətirmək məsuliyyəti yükləyəydi sizcə? İşləyə bilər əgər istəyirsə amma məcbur deyil.

Əgər qadın işləyib ərindən 10 dəfə çox pul gətirisə bu onun şəxsi işidir. 1 aylıq uşağını nyanka yanında qoyub işləməyə gedənlər var. Özləri bilərlər öz istəkləridir. Sadəcə Allah rəhm edib qadınlara ana kimi. Boynuna qoymayıb ki uşağı at get işlə pul gətir. Bu halad kişini məsul edib evə pul gətirməyə.

Link to comment
Share on other sites

Elə ailə var heç dindar deyillər, lakin qadın ərinin sözünə baxır, çünki dərk edir ki ərinə itaət etməsə sevgi xoşbəxtlik olmayacaq ailədə.
Əgər kişi qadını işə getməyə qoymursa qadın getməməlidir. Ailənin xoşbəxtliyini puldan, iş yerindən üstün tutmalıdır.

Link to comment
Share on other sites

Mən hər qardaşa sizin kimi bacı arzu edərdim ki, evlənən qardaşın evində də, bacının köçdüyü evdə də müdriklik, həya, ağıl və ədalət olsun.

Çox təşəkkür fikirlərinizə görə  

Amin. Allah cümlə müsəlmanları xoşbəxt etsin. həmişə əmin-amanlıqda yaşasınlar.

Link to comment
Share on other sites

Suriyada bir İŞİD terrorcusu səhrada dəvədə gedir...arvadı da özünən 20 metr qabaqda. bunları qonşu gorür:
-İbin Zeyd, arvadı niyə qabağa buraxmısan? axı Quranda yazılıb ki qadın kişidən arxada olmalıdı..
-assalamu aleykum qonşu. düz deyirsən. amma Quran yazılanda yolları minalamırdılar..

:)

Link to comment
Share on other sites

Лучшее что отец может сделать для своих детей- это любить их мать

Bura azərbaycan dilidə forumdur birincisi, ikincisi də din və fəlsəfə temalarıdır. Peyğımbərlərdən filosoflardan sitatlar yazmaq lazımdır, banal sosial şəbəkə sitatları yox...............

Dində qadını sevmək, qadınla gözəl rəftar haqqında çox deyilib. Ana atadan üstün tutulub, Ərə buyrulub ki arvadını hətta sevməsə də yaxşı rəftar etsin arvadı ilə. 3 qız övladı tərbiyə edənə cənnət vəd olunub. Bu forumda bu temada belə sitalar yazmaq lazımdır

"Sizlərdən ən xeyirlinz, ailəsi ilə gözəl rəftar edəndir".(Məhəmməd Peyğəmbər)

Axirinci defe men yazani oxuyanda etiniz tokulmusdu. Deyesen yene etlenmisiniz.

Link to comment
Share on other sites

mövzunu hələ yarıya qədər oxuya bilmişəm. maraqlı və düşündürücü fikirlər çoxdu.

təəssürat artıq formalaşıb, mahiyyəti hələki araşdırıram.

fikrimcə, cəmiyyətdə, ailədaxili münasibətlərdə, o cümlədən qadın-kişi münasibətlərində , əgər mərhəmət qəzəbi dəf edə bilmirsə, buna qadir deyilsə, bu halda heç bir əxlaq, hüquq normaları həmin münasibətləri xilas edə bilməyəcək.

Link to comment
Share on other sites

"Müasirləşmə" adı ilə aparılan təbliğat əslində qadın hüquqlarının pozulmasıdır, qadının alçaldılmasıdır. İslam qadın hüquqlarının yeganə və əvəzsiz qoruyucusudur.

Müəllif, bu sizin postunuzdandır . "Müasirləşmə" dedikdə konkret nəzərdə tutursuz ?

Mənsə , "müasirləşmə" deyil, əslində dinin sosiallaşmasını görürəm. istənilən Din cəmiyyətin sosial tənzimləyicisidir. bu səbəbdən, istəyimizdən asılı olmayaraq, müasirləşəcək. fikrimcə, bu dinamikanın əleyhinə çıxaraq, nəyin bahasına olursa olsun Dinin "saflığını" qorumaq səyi daha ziyanlıdır.

bir də , diqqqət yetirdim ki, mövzuda bəzən İslam etiqadı və islam həyat tərzi  prinsipləri yanlış olaraq eyniləşdirilir.

Edited by NOIR

İslam sadəcə din deyil, islam həm də həyat tərzidir... yanlışlıq konkret nədə görürsüz?

"Müasirləşmə" - məsələn indiki qadınlar yarımçılpaq gəzirlər və elə bilirlər ki bu müasirlikdir, hicabı "köhnəlmiş" sayırlar. Ona qalsa yarimçılpaqlıq ibtidai icma quruluşudur və hicabdan da qədimdir. Quranda yazılmış hökmlər Qiyamətə qədər aktual və müasirdir.

Edited by brj
Link to comment
Share on other sites

İslamda qadln hüququ axtarmaq və bunu bir neçə misal vasitəsi ilə qiymətləndirmək dinə primitiv və qeyri adekvat yanaşmadır. Məncə bunun üçün hüquq anlayışının nə olduğunu və onun sərhədlərini ilk öncə təyin etmək lazımdır. 

Hüquq və cəmiyyətdəki davranışa hər bir insan öz hislərindən irəli gələn şəkildə sərhəd qoyur. İslam məktəbinin şablon hüquq anlayışı isə artıq hamıya eyni məhtudiyyət qoymaqla hüquqa ziddir.  

İslam məktəbi onun insanlara qoyudğu hüquq və qadağalar yazılı şəkildə bir nəzəriyyədir., Amma hər bir nəzəriyyə praktikada öz əsl simasını və təsdiqini tapır.  Mövzunun açan xanım nikli istifadəçi təbii ki, pozitiv tərəfləri göstərməyə çalışıb, amma praktikada şahidi oluruq ki, İslamın hökm sürdüyü ölkələrdə qadınlar nəyinki təhsil almaq heç ən adi hüquqlardan belə məhrumdurlar. Məsəl üçün istədikləri vaxt evdən çıxmaq, geyinmək, kosmetikadan istifadə etmək, bir cox ixtisas sahələri, sərbəst ər seçimi, hətta bir coxunda avtomobil idarə etmək və.s 

Ümumiyyətlə islam coxluqlu ölkələrdə şahidi ola bilərik ki, sanki insanların bütün maraq və məşğuliyyəti ifrat dərəcədə qadınların həyat tərzinin məhtudlaşdırılması və nizamlanmasına yönəlib. 

İslamdan irəli gələn şəriət, qədim dövrlərdə olan tələb və yaşayış tərzinə uyğunlaşdırılıb, o vaxtlar müharibələrdə cox kişi tələf olduğunu üçün bir neçə qadınla evlənirdilər., indiki zamanda isə bu qanunlar primitiv və mənasızdır. 13 əsr əvvəl beduin mədəniyyətindən qaynaqlanmış qanunları müassir mürəkkəb cəmiyyətdə tətbiq etmək ən azından mümkün deyil. 

praktika onu göstərir ki müsəlmanlar xoşbəxt ailələr qurulur nəsil artır,

o vaxtlar çox qadınla evlənirdilər? indi çox qadınlar evlənən yoxdu??? Düzdür rəsmi 1 arvad olur, Qeyri-rəsmi məhdudiyyətsiz...

Həm də Quranda Allah buyurub "yaxşı olar ki biri ilə kifayətlənəsizniz" Allah özü tövsiyyə edir bir arvad.

Link to comment
Share on other sites

Waterandsun, salam. sualım sizədir :

Azərbaycan Respublikasının vətəndaşı (lap deyək xanım vətəndaşı) şəriət prinsiplərinə uyğun hüququn pozulduğu hesab edirsə, hara müraciət edə bilər ? Hazırki qanunvericilikdə bunu təmin edə biləcək hüquq bazası mövcuddur ?

Link to comment
Share on other sites

Əleykimə salam!

Azərbaycan Respublikası dünyəvi dövlətdir və qanunvericilik şəriətə əsaslanmır (lakin islam,din hüququn mənbələrinə aid edildiyindən onun bir sıra şərtləri nəzərə alınıb ).

Qanunvericiliyə əsasən nə qadağandırsa ona görə məsuliyyət var. Yəni X davranış çoxluğuna aid olan Y etsən məsuliyyət(cinayət,inzibati,mülki,intizam) daşıyırsan. Qadağan olunmayan davranışa görə məsuliyyət yoxdur.

Dinə görə X davranış çoxluğundan qanunun qadağan etdiyi Y və dinin bəyənmədiyi Z çıxırsan, qalan davranış məqbul sayılır.

Dövlətin qəbul etdiyi, tanıdığı hüquqlar pozulubsa hüquq mühafizə orqanları bu pozuntu nəticəsində pozulmuş hüququ bərpa etməyə borcludur.

Konkret sual versəydiniz konkret cavab verərdim

Edited by Waterandsun

Məsələn zina etmək şəriətə görə cinayət olsa da, bizim qanunvericiliyə görə qadağan deyil, ona görə dövlət buna görə cəza verməyəcək. müraciət ediləsi yer yoxdur bizdə.

mən də sizə bir sual verim. Dövlət qanunvericiliyinə görə hicab, başörtüyü qadağan deyil təhsil müəssisələrində iş yerlərində, Lakin hansısa təhsil müəssisəsinin iş yerinni rəhbərinin şəxsi istəyilə hicaba qadağalar qoyulur.. Başqa postsovet ölkələrdə hüquqşünaslar bu cür qanun pozuntularına qarşı qnunla mübarizə apara bilirlər. Bəs bizdə belə təcrübə var?

Nəsə mənə elə gəlir bizim camaat hüquqla heç nə həllə edə bilmirlər, haram yol olan mitinq və demonstrasiyalara çıxırlar.

Zina ilə bağlı doğru fikir bildirdiniz. zinaya görə qanunvericilikdə məsuliyyət yoxdur. Mənəvi məsuliyyət isə qanun çərçivəsinə sığmadığına görə mənəvi məsuliyyət dövlət tərəfindən tanınmır.

Hicabla bağlı fikir bildirim.

Qanunvericilik sisteminə aiddir (qüvvəsinə görə yuxarıdan aşağıya):

-Konstitusiya

-referendumla qəbul edilmiş aktlar,

-qanunlar,

-fərmanlar,

-Nazirlər Kabinetinin qərarları,

-mərkəzi icra hakimiyyəti orqanlarının (nazirlik,komitə,xidmət,agentlik və s.)normativ aktları

+beynəlxalq müqavilələr.

Diqqətinizi "mərkəzi icra hakimiyyəti orqanlarının (nazirlik,komitə,xidmət,agentlik və s.)normativ aktları"na yönəldirəm.

Təhsil Nazirliyinin Əsasnaməsi, ali və orta məktəblərin, digər təlim-tərbiyə-tədris ocaqlarının daxili qaydalarını, bu müəssisələrə rəhbərlik edən şəxslərin,tabeçilik münasibətlərində olan şəxslərin hüquq və vəzifələri nəzərdə tutan digər normativ aktlar qanunvericilik sisteminə daxildir.

təhsil-təlim müəssisəsində həm təhsilin keyfiyyəti, həm də intizam vacib şərtdir.

Qanunvericilik inzibati vəzifəyə təyin edilmiş şəxsə bu vəzifələrin icrasını üzərinə qoyub. 

Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, qanunları da xalqın seçdiyi deputatlar qəbul edir. qanunlar da xalqın əksəriyyət təşkil edən hissəsinin mənafeyi nəzərə alınaraq qəbul edilir. Xalqın (qadın cinsinin nümayəndələri) da əksər hissəsi hicab geyinmir. 

Bir çox islam ölkələrində qadının hicab geyinməsi ənənəyə istinadən vacib olduğundan bu qanunvericilikdə də nəzərə alınır. 

Təlim-tərbiyənin prinsip və metodları var. təhsil ocağında daxili qaydalar hamı üçün ümumidir. Buna görə də əksəriyyətdən fərqlənməmək üçün bü cür inzibati qadağalar qoyulur.

Bu mənim subyektiv fikrimdir. 

Link to comment
Share on other sites

"İslama görə əgər kişi qadını maddi təmin etmirsə, qadının boşanma hüququ var. " - bu sizin postunuzdandır, brj.

Hüquq varsa (mənbəni də göstərin , zəhmət olmasa) , bundan istifadə etmək imkanı da var, imkan varsa, deməli sərait də yaranır.

deməliyəm ki, kişini tənbeh etmək niyyəti ilə ona daima həmin hüququ xatırlatmaq, özü də bir növ cəza metodudur. əslində, psixoloji tələ, şantajdır.

deməli, əgər kişi qadını maddi təmin etmirsə, qadın

- boşanıb , nisbətən imkanlı valideyin himayəsinə qayıda bilər,

- boşanıb, daha imkanlı kişiyə ərə gedə bilər.

.... birdən, növbəti dəfə də maddi uğusuzluq oldu... ?

Link to comment
Share on other sites

Başqa postsovet ölkələrdə hüquqşünaslar bu cür qanun pozuntularına qarşı qnunla mübarizə apara bilirlər. Bəs bizdə belə təcrübə var?

Sualınızı cavablandırmaq üçün Azərbaycan Respublikasının Konstitusiyasından gətirdiyim müddəalar:

Maddə 55. Dövlətin idarə olunmasında iştirak etmək hüququ

I. Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. 

Maddə 57. Müraciət etmək hüququ

I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. 

Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ

I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

II. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

IV. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur.

VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.

40 min tərəfdaşınız hicabın məktəblərdə geyinilməsinə qanun şəklində rəsmi icazənin verilməsinə dair qanuunda əlavə və düzəlişlərin edilməsinə təşəbbüslə çıxış etmək hüququnuz nəzərdə tutulur. Dövlət bu hüququ verib.

Link to comment
Share on other sites

"İslama görə əgər kişi qadını maddi təmin etmirsə, qadının boşanma hüququ var. " - bu sizin postunuzdandır, brj.

Hüquq varsa (mənbəni də göstərin , zəhmət olmasa) , bundan istifadə etmək imkanı da var, imkan varsa, deməli sərait də yaranır.

deməliyəm ki, kişini tənbeh etmək niyyəti ilə ona daima həmin hüququ xatırlatmaq, özü də bir növ cəza metodudur. əslində, psixoloji tələ, şantajdır.

deməli, əgər kişi qadını maddi təmin etmirsə, qadın

- boşanıb , nisbətən imkanlı valideyin himayəsinə qayıda bilər,

- boşanıb, daha imkanlı kişiyə ərə gedə bilər.

.... birdən, növbəti dəfə də maddi uğusuzluq oldu... ?

Ailə Məcəlləsində b belə əks olunur:

Maddə 20. Ərin (arvadın) razılığı olmadıqda nikahın məhkəmə qaydasında pozulması

20.1. Ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur.

Link to comment
Share on other sites

birdən, növbəti dəfə də maddi uğursuzluq oldu .. məsələn, ailə başçısı müflis oldu, beləliklə də, maddi təminat qadını bu dəfə də qane etmədi , yenə boşanacaq ? bəlkə, müqayisə edib , geriyə birinci ərə gönmək hüququnu xatırlayacaq ?

... bəlkə, qadın işləyib, ən azından öz təminatını ödəsin. bununla, həm də ailəsini qorusun, bu daha şərəfli olardı .

maraqlıdır... ata öz ailəsinin, qız övladının maddi rifahını təmin edə bilmirsə, övlad valideyndən imtina etmir. ərli qadının isə həmin səbəbə ərindən imtina etmək hüququ var. ailənin mənafeyinə deyil, daha çox qadının şəxsi mənafeyinə xidmət edən hüququn tərəfdarı olmağı bacarmıram.

Link to comment
Share on other sites

"İslama görə əgər kişi qadını maddi təmin etmirsə, qadının boşanma hüququ var. " - bu sizin postunuzdandır, brj.

Hüquq varsa (mənbəni də göstərin , zəhmət olmasa) , bundan istifadə etmək imkanı da var, imkan varsa, deməli sərait də yaranır.

deməliyəm ki, kişini tənbeh etmək niyyəti ilə ona daima həmin hüququ xatırlatmaq, özü də bir növ cəza metodudur. əslində, psixoloji tələ, şantajdır.

deməli, əgər kişi qadını maddi təmin etmirsə, qadın

- boşanıb , nisbətən imkanlı valideyin himayəsinə qayıda bilər,

- boşanıb, daha imkanlı kişiyə ərə gedə bilər.

.... birdən, növbəti dəfə də maddi uğusuzluq oldu... ?

Qadın ailə quranda hər halda ərinin maddi imkanlarını bilir. Əgər kişi imkanı daxilində təmin etmirsə onda haqsızlıq edir. Kişinin imkanı burda vacib şərtdir.

Link to comment
Share on other sites

birdən, növbəti dəfə də maddi uğursuzluq oldu .. məsələn, ailə başçısı müflis oldu, beləliklə də, maddi təminat qadını bu dəfə də qane etmədi , yenə boşanacaq ? bəlkə, müqayisə edib , geriyə birinci ərə gönmək hüququnu xatırlayacaq ?

... bəlkə, qadın işləyib, ən azından öz təminatını ödəsin. bununla, həm də ailəsini qorusun, bu daha şərəfli olardı .

maraqlıdır... ata öz ailəsinin, qız övladının maddi rifahını təmin edə bilmirsə, övlad valideyndən imtina etmir. ərli qadının isə həmin səbəbə ərindən imtina etmək hüququ var. ailənin mənafeyinə deyil, daha çox qadının şəxsi mənafeyinə xidmət edən hüququn tərəfdarı olmağı bacarmıram.

Allahın icazə verdiyi lakin sevmədiyi əməl boşanmaqdır. Əgər Allah qadına boşanmaq hüququ veribsə o demək deyil ki qadın dərhal boşanmalıdır. Allaha dua edə bilər ki, ərinin ürəyini yumşaltsın, ailəsini ac saxlamasın.

Boşanmağa Allah bəyənməsə də icazə verib. Valideynlərdən imtina, qohumluq əlaqələrinin kəsilməsi isə böyük günahdır.

Link to comment
Share on other sites

Zina ilə bağlı doğru fikir bildirdiniz. zinaya görə qanunvericilikdə məsuliyyət yoxdur. Mənəvi məsuliyyət isə qanun çərçivəsinə sığmadığına görə mənəvi məsuliyyət dövlət tərəfindən tanınmır.

Hicabla bağlı fikir bildirim.

Qanunvericilik sisteminə aiddir (qüvvəsinə görə yuxarıdan aşağıya):

-Konstitusiya

-referendumla qəbul edilmiş aktlar,

-qanunlar,

-fərmanlar,

-Nazirlər Kabinetinin qərarları,

-mərkəzi icra hakimiyyəti orqanlarının (nazirlik,komitə,xidmət,agentlik və s.)normativ aktları

+beynəlxalq müqavilələr.

Diqqətinizi "mərkəzi icra hakimiyyəti orqanlarının (nazirlik,komitə,xidmət,agentlik və s.)normativ aktları"na yönəldirəm.

Təhsil Nazirliyinin Əsasnaməsi, ali və orta məktəblərin, digər təlim-tərbiyə-tədris ocaqlarının daxili qaydalarını, bu müəssisələrə rəhbərlik edən şəxslərin,tabeçilik münasibətlərində olan şəxslərin hüquq və vəzifələri nəzərdə tutan digər normativ aktlar qanunvericilik sisteminə daxildir.

təhsil-təlim müəssisəsində həm təhsilin keyfiyyəti, həm də intizam vacib şərtdir.

Qanunvericilik inzibati vəzifəyə təyin edilmiş şəxsə bu vəzifələrin icrasını üzərinə qoyub. 

Qanunvericilik hakimiyyətini Milli Məclis həyata keçirir, qanunları da xalqın seçdiyi deputatlar qəbul edir. qanunlar da xalqın əksəriyyət təşkil edən hissəsinin mənafeyi nəzərə alınaraq qəbul edilir. Xalqın (qadın cinsinin nümayəndələri) da əksər hissəsi hicab geyinmir. 

Bir çox islam ölkələrində qadının hicab geyinməsi ənənəyə istinadən vacib olduğundan bu qanunvericilikdə də nəzərə alınır. 

Təlim-tərbiyənin prinsip və metodları var. təhsil ocağında daxili qaydalar hamı üçün ümumidir. Buna görə də əksəriyyətdən fərqlənməmək üçün bü cür inzibati qadağalar qoyulur.

Bu mənim subyektiv fikrimdir. 

mərkəzi icra hakimiyyəti orqanlarının (nazirlik,komitə,xidmət,agentlik və s.)normativ aktları - konstitusiyaya zidd olarsa bəs?

Nə fərqi var hicab geyinənlərin sayı nə qədərdir, hər kısin hüququ var. Prezident özü də deyir ki ölkədə hicabı qadağan etməyib, prezidentin qadağan etmədiyini nazir qadağan edə bilər? Maraqlı sistemdir..

Link to comment
Share on other sites

Sualınızı cavablandırmaq üçün Azərbaycan Respublikasının Konstitusiyasından gətirdiyim müddəalar:

Maddə 55. Dövlətin idarə olunmasında iştirak etmək hüququ

I. Azərbaycan Respublikası vətəndaşlarının dövlətin idarə olunmasında iştirak etmək hüququ vardır. 

Maddə 57. Müraciət etmək hüququ

I. Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır. 

Maddə 96. Qanunvericilik təşəbbüsü hüququ

I. Azərbaycan Respublikasının Milli Məclisində qanunvericilik təşəbbüsü hüququ (qanun layihələrini və başqa məsələləri Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim etmək hüququ) Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Ali Məhkəməsinə Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşına, Azərbaycan Respublikası Prokurorluğuna və Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə mənsubdur.

II. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə verdiyi qanun və ya qərar layihələri müzakirəyə təqdim olunmuş şəkildə çıxarılır və səsə qoyulur.

IV. Qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının, Azərbaycan Respublikası Prokurorluğunun və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Azərbaycan Respublikası Milli Məclisinə təqdim etdiyi qanun və ya qərar layihələri iki ay ərzində səsə qoyulur.

VI. Azərbaycan Respublikasının seçki hüququ olan 40 min vətəndaşının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası qanunla müəyyən edilir.

40 min tərəfdaşınız hicabın məktəblərdə geyinilməsinə qanun şəklində rəsmi icazənin verilməsinə dair qanuunda əlavə və düzəlişlərin edilməsinə təşəbbüslə çıxış etmək hüququnuz nəzərdə tutulur. Dövlət bu hüququ verib.

Deməli 40 min vətandaş məktəbdə hicabın geyilməsinin tərəfində olsa icazə veriləcək? Mən bu qanunu bilmirdim, Əminəm ki Azərbaycan da olan 40 mindən çox müsəlmanlar da bilmir. Bilsələr məktəblərdə hicab problemi olmaz. Həmçinin iş yerlərində

Link to comment
Share on other sites

Deməli 40 min vətandaş məktəbdə hicabın geyilməsinin tərəfində olsa icazə veriləcək? Mən bu qanunu bilmirdim, Əminəm ki Azərbaycan da olan 40 mindən çox müsəlmanlar da bilmir. Bilsələr məktəblərdə hicab problemi olmaz. Həmçinin iş yerlərində

Maddəni diqqətlə oxuyun.

40 min vətəndaş təşəbbüs qaldıra bilər. bu layihənin qəbul edilib-edilməməsi Milli Məclisin səlahiyyətindədir.

Link to comment
Share on other sites

mərkəzi icra hakimiyyəti orqanlarının (nazirlik,komitə,xidmət,agentlik və s.)normativ aktları - konstitusiyaya zidd olarsa bəs?

Nə fərqi var hicab geyinənlərin sayı nə qədərdir, hər kısin hüququ var. Prezident özü də deyir ki ölkədə hicabı qadağan etməyib, prezidentin qadağan etmədiyini nazir qadağan edə bilər? Maraqlı sistemdir..

Elə suallar var ki, cavablari susmaqdir.

Və elə məsələlər var ki, daha qlobal və elələri var ki kiçikmiqyaslıdır.

Amma  nəzarətdən kənar qalan ictimai həyatın heç bir sahəsi yoxdur

Edited by Waterandsun
Link to comment
Share on other sites

Qazaxıstanlı hicablı hüquşünas bacı ilə tanış olmuşdum. Ondan soruşanda sizdə hicabla vəziyyət necədi məktəblərdə iş yerlərində. Deyirdi qadağan edənlər olur, yazırıq lazım olan yerlərə problemi qanunla həll edirik. Onda deyəndə ki bizdə belə şeylər işləmir, çox təəcübləndi. Qazaxlar qədər də olmadıq.

Rusiyada məsələn qəsmi qanun şəklində qadağa var məktəblərdə hicaba, buna görə rusiyada yaşayan müsəlmanlar da ev təhsilinə keçirlər. Bizdə isə rəsmi qadağa yoxdu.

Link to comment
Share on other sites

Vüqar, 465 saylı postunuza cavab olaraq :

bəli, kişi ailənin başçısıdır, razıyam. çoxdan razılaşmışam ))

əminəm ki, hər birimiz üçün "başçı" sözü eyni mahiyyət kəsb edir. amma qəbul edirəm ki, başçı-lideri şərtləndirən prioritetlərimiz (önəm verdiyimiz prinsiplər) hər  birimiz üçün fərqli ola bilər.

məncə, anlaşıqlı yazdım.

Link to comment
Share on other sites

Hüquq subyekti kimi kişi-qadın bərabərdirlər (əmək məcəlləsində istisnalar var). Allah qarşısında bərabərdirlər (dini hüquqda istisnalar var).

Bioloji, fizioloji, psixo-fizoloji fərqlilik hər iki cinsi şərtləndirir.

Ruhən isə bir-birini tamamlayırlar (müxtəliflikdə cazibə, fəqrlilikdə tarazlıq)  

Qaraladağım yer , inanıram ki, sizin  də , mənim də və çoxumuzun ( cinsindən asılı olmayaraq )  arzu etdiyi   vacib müddəa olardı ... Təəssüf ki, bu belə deyil .  Həmin Quranın , həmin məlum surəsi ( Nisa ) , həmin məlum 34 - cü ayəsi  bunun tam əksini deyir : 

Kişilər qadınlar üzərində ixtiyar sahibidirlər (onların hamisidirlər). Bu, Allahın onlardan birini digərinə üstün etməsi və (kişilərin) öz mallarından (qadınlar üçün) sərf etməsinə görədir. Əməlisaleh qadınlar (ərlərinə) itaət edib Allahın himayəsi sayəsində gizli şeyləri (ərlərinin sirlərini, mal-dövlətini, namus və şərəfini) qoruyub saxlayırlar. (Ey kişilər!) Özbaşınalıq etmələrindən qorxduğunuz qadınlara nəsihət edin, (yola gəlməzsə) onlardan yatağınızı ayırın və döyün! Sizə itaət etdikdə isə daha onlara (əziyyət vermək üçün) başqa yol axtarmayın. Əlbəttə, Allah ucadır, böyükdür!
 
4:34
 
Biri ( kişi)  digərindən (qadından )üstündür . Biri ( qadın)  digərinə ( kişiyə ) itaət etməlidir.  Biri  ( kişi ) lazım bildikdə  digərini ( qadını ) döyə də  bilər.    Harada gördünüz ki, Allah qarşısında bu ikisinin bərabərliyi elan olunub ?
 
Dünyəvi  qanunlardakı  qadın və kişinin əmək məcəlləsindəki  fərqini ( özü də ki , qadınların xeyrinə )) ) məgər İslamdakı  fundamental qeyri bırabərliklə  müqayisə etmək olar ?   Dövlət qadınlara  pensiyaya daha tez çıxmaq imkanı verirsə , bunu qadın və kişinin qeyri bırabıərliyi  hesab edirsinizsə , onda sözüm yoxdur ))  Yox , başqa şey nəzərdə tutursunuzsa , onu  deyə bilmərəm .
Edited by Sunyata
Link to comment
Share on other sites

Ailə-kiçik dövlətdir. Dövlətin 1 başçısı olar. 

Kişi ailənin başçısıdır (normalda). Bu ona əlavə hüquqlar verir, bununla yanaşı kişi əlavə vəzifələrlə də yüklənir, o tək özünə deyil, ailənin hər bir üzvünə mənəvi məsuliyyət daşıyır.

Bu cəhətlərə görə kişi qadından üstün sayılır. Amma ərinin bu üstünlüyü qadına şərəf gətirməlidir,qıcıq və qısqanclıq oyatmalı deyil. Ər nə qədər hörmətlidirsə, qadın bir o qədər şərəf duymalıdır. Əri hörmətə mindirən həm onun özü, həm də onun xanımıdır

Edited by Waterandsun
Link to comment
Share on other sites

Siz bilirsiz ki, mən dindar müsəlman deyiləm, Sunyata. islama uyğun həyat tərzi, məişət qaydaları, bəzi ayinləri icra etsəm də, bununla belə, dindar deyiləm. məndən postunuzda yazdıqlarınızın (ayənin hər sözünün) tərəfimdən qeyd- şətrsiz qəbulunumu gözləyirsiz ? )

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 0 replies
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
      • 0 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
        • Sad
        • Like
      • 9 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Like
      • 69 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
        • Like
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       
        • Like
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Like
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...