Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

"История одной песни"


Recommended Posts

  • Replies 507
  • Created
  • Last Reply

Hemisheki kimi cox maraqli verilish kecdi, lakin tesuflenirem ki HELEDE VERILISHIN DEQIQ VAXTI YOXDU!!!!

Konul ugurlar sene, cox istedadli ve peshakar,. oz ishini yaxshi bilen xanimsan. Sene daha ugurlu proekler arzu edirem. Ve dushunurem ki ITV senin kimi peshakarnan fexr elemelidi.!!!!!

Link to comment
Share on other sites

  • 3 weeks later...

В понедельник в эфир пошла передача песня [b]Yasha Prezidentim, Yasha![/b] (Reshad hashimov/Fikret Qoca). Тока что закончился повтор этой же передачи.
А сегодня вечером в 23.15 покажут выпуск посвященный песне [b]Xalq-Heyder[/b] (Kamaleddin Heydarov/ Baba Veziroqlu).

Link to comment
Share on other sites

her kese salamlar...men bu verilise baxiram.mence neinki ITVde hetta butun telekanalklar arsinda en yaxsi verilis(lerden)dir.hetta metbuatda derc olunmus bir yazimda bu verilisi ve Bakinskiye tayni verilisini medeniyyetimizi yeterince tanitdiran 1-2 verilisin sirasina daxil etmisdim.amma men bu tele proqramin vaxtini tuta bilmirem....bu defe ne vaxt olacaq?mene bu barede melumat verin.evvelceden tesekkur edirem...

Link to comment
Share on other sites

Konul xanim ve Murad bey sizin bu yaratdiginiz verilish az.tv.mekaninda en deyerli verlishlerden biridi.Bu materiallar "gizil fonda" daxil olunmalidi mutleg ,gelejek nesile chatdirilmasi uchun.
Bir megamida geyd edim ki,"Bir mahninin tarixchesi"nde Konul xanimdan bashga apariji tesevvur etmirem.Mehz onun danishig terzi,diksiyasi movzu ve verlishle garmoniya yaradir,Garmoniyasiz bir gunumuz olmasin:)
Ugurlar size...

Link to comment
Share on other sites

[quote name='Karandash' post='2245361' date='Dec 19 2007, 11:03 ']Konul xanim ve Murad bey sizin bu yaratdiginiz verilish az.tv.mekaninda en deyerli verlishlerden biridi.Bu materiallar "gizil fonda" daxil olunmalidi mutleg ,gelejek nesile chatdirilmasi uchun.[/quote]
Teesuf ki, buraxilishlarin bilavasite yaradilmasinda menim rolum getiyyen yoxdur. Razve cto, menevi destek ve 1-2 meslehet :rolleyes:

[b]B.M.T. - in heveskarlarina kichik bir anons:[/b]
Bir neche klassik romans ve eserler, daha sonra dovletchilik ve Veten movzusunda olan mahnilarin ardinca, Kenul Arif gizi, cox maragli bir mahninin tarixchesini arashdirib. Bu, cox shen, ritmik, shenlik ve busatlarda cox telebatli olan bir mahnidir...

Verilishin ishtirakcilari:
Ashig Xanish (mahninin muellifi)
Alim Qasimov
Ferqane Qasimova
Besti Sevdiyeva
Qurban Mesimov(pantomima teatrinin aktyoru)
Zabit Nebizade
Teyyub Aslanov
Abbas Bagirov
Rafael Isgenderov(Qudretin obrazi ile bagli)

[size=3][i]"Eshgin mehebbeti dushub canima.
Ana, gez yashimi sil gadan alim"[/i][/size] :)



[color="#0000FF"][b]24 Dekabr, axsham saat 22.20de.[/b][/color]

Link to comment
Share on other sites

[b]"Bir mahnının tarixçəsi"nə əsasən ziyalı insanlar baxırlar"
KÖNÜL ARİFQIZI: "BU DA ONUNLA ƏLAQƏDARDIR Kİ, ƏSL SƏNƏTİ, MƏDƏNİYYƏTİ HAMI QİYMƏTLƏNDİRƏ BİLMƏZ" [/b]

İctimai Televiziyada efirə gedən "Bir mahnının tarixçəsi" verilişi elə ilk buraxılışından geniş tamaşaçı auditoriyasının diqqətini cəlb edib. Bu proqramın özünəməxsus məzmun-forma keyfiyyətləri, əsasən də müəllif və aparıcı Könül Arifqızının fərdi dəsti-xəttindən irəli gələn müsbət cəhətlər verilişin tez bir zamanda sevilməsinə, populyarlıq qazanmasına səbəb olub. Qeyd edək ki, verilişdə Azərbaycan musiqi sənətinin inciləri sayılan ən yaxşı mahnılar haqda söhbət açılır, onların ən möhtəşəm ifaçılarından danışılır. Könül Arifqızı ilə görüşüb söhbətləşmək qərarımız onun hazırladığı bu maraqlı veriliş barədə ətraflı məlumat almaq istəyimizdən irəli gəldi.

[b] - Könül xanım, yəqin, bu suala cavab almaq hər bir tamaşaçı üçün maraqlı olardı ki, "Bir mahnının tarixçəsi" necə yaranıb? [/b]

-İlk öncə onu qeyd edim ki, mən ali təhsilli pianoçuyam və musiqi ilə sıx bağlı bir insanam. İctimai Televiziyanı izləyənlər bilirlər ki, "Bir mahnının tarixçəsi"ndən əvvəl mənim aparıcı olduğum "Patefon" adlı musiqi verilişi efirə çıxırdı. Verilişin ideyası mənə məxsus idi. Həftədə bir dəfə efirdə olan bu verilişin ssenarisi təxminən "Bir mahnının tarixçəsinə" yaxın idi. Fərq sadəcə onda idi ki, "Patefon"da əsasən retro ifaçılardan danışılırdı, "Bir mahnının tarixçəsi" isə retro mahnılardan bəhs edir. O vaxtacan mən retro araşdırmalarla məşğul idim və bu iş mənə çox yaxın idi. Zaman keçdikcə püxtələşdik və bir mahnının tarixçəsindən bəhs edən verilişi yaratmaq fikrinə gəldik. Əslində bu verilişin ideyası mənim qardaşım Murad Arifə məxsusdur. Verilişin üstün cəhəti odur ki, başqa telekanallarda onun analoqu yoxdur.

[b] - Bu günə kimi təxminən neçə mahnının tarixçəsi tamaşaçılara təqdim olunub? [/b]

- "Bir mahnının tarixçəsi" 2006-cı ilin əvvəllərindən efirə gedir və bu müddət ərzində təxminən 30-dan çox mahnının tarixçəsini tamaşaçılara təqdim etmişik. İlk verilişimiz Rəsul Rzanın sözlərinə Vasif Adıgözəlovun yazdığı "Bakı" mahnısı olub. Daha sonra Cahangir Cahangirovun, Tofiq Quliyevin, Rauf Hacıyevin və başqa məşhur bəstəkarların mahnılarını, qədim xalq mahnılarımızdan söz açmışıq.

[b] - Mahnının tarixçəsini araşdırarkən hansı mənbələrə müraciət edirsiniz? [/b]

- Təbii ki, əgər mahnının müəllifləri, ifaçıları sağdırlarsa, onlarla görüşüb dəqiq məlumat almağa çalışırıq, əgər həyatda yoxdurlarsa, övladlarından, yaxınlarından mahnı haqqında informasiya toplayırıq və ən əsası, musiqi fondlarına, arxivlərə müraciət edirik.

[b] - Mahnıları hansı prinsiplərlə seçirsiniz? [/b]

- Mahnı mütləq tanınmış olmalıdır. Tanınmış deyəndə mən öz zamanında tanınmış mahnıları nəzərdə tuturam, təbii ki, bu gün üçün məşhur olmaya da bilər, amma hələ də yaddaşlarda qalan musiqi olmalıdır. Məncə, belə mahnılar az deyil və orta, yaşlı nəslin nümayəndələrinə yaxşı tanışdır.

[b] - Elə olubmu ki, bir mahnının ifaçılarını sadalayarkən hansısa ifaçı kənarda qalsın? [/b]

- Çalışırıq ki, mahnını yüksək səviyyədə oxumuş ifaçıların adlarını mütləq səsləndirək. Çox az hallarda olub ki, kiminsə adını unutmuşuq. Məsələn, "Sənə də qalmaz" mahnısında belə olub. Bu onunla bağlı olmuşdu ki, biz araşdırdığımız arxivlərdə, fondlarda konkret olaraq bir ifaçının adına rast gəlməmişdik. Onu da bildirim ki, bir mahnı müxtəlif dövrlərdə fərqli sənətçilər tərəfindən ifa olunur. Və biz hansısa mahnını araşdırarkən yüksək, orta və aşağı səviyyəli ifalarla rastlaşırıq, təbii olaraq aşağı səviyyəli ifaları efirdə işıqlandırmağı lazım bilmirik. Tamaşaçıya yalnız keyfiyyətli ifaları təqdim etməyə çalışırıq.

[b]- Hansısa mahnının taleyi ilə bağlı gizli, heç kimə məlum olmayan müəyyən bir fakt üzə çıxarmısınızmı? [/b]

- Bizim işimiz elə bundan ibarətdir. Deməzdim ki, heç kəsə məlum olmayan, amma, kifayət qədər maraqlı faktları üzə çıxarıb efirə vermişik. Onu da qeyd edim ki, bu gün gənclərin belə mahnılar haqqında məlumatı çox azdır, demək olar ki, yoxdur. Əgər biz retro musiqidən danışırıqsa, bu da normal qarşılanmalıdır. Mənə elə gəlir ki, bizim retro musiqi haqqında verdiyimiz məlumatlar gənc nəslin bilmədikləridir.

[b] - Hər bir mahnının tarixçəsini nə qədər vaxt ərzində araşdırırsınız?
[/b]
- Bildiyiniz kimi, bu veriliş ayda iki dəfə 30 dəqiqə müddətində efirdə olur. Tamaşaçılara bu iş asan görünə bilər, amma mən deyərdim ki, verilişin ərsəyə gəlməsi asan proses deyil. Bir mahnının tarixçəsini tam öyrənmək üçün 2 həftə bəlkə də azdır. Yəni 2 həftə ərzində bir mahnı haqqında həm məlumat toplamaq, həm mahnının ifaçılarını və yaranma tarixini araşdırmaq, veriliş halında efirə çıxarmaq çox gərgin iş və böyük məsuliyyət tələb edir.

[b] - Mümkündürmü ki, verilişiniz hər həftə efirə çıxsın? [/b]

- Yox, hələlik bu mümkün deyil. Çünki bu verilişin yaradıcı heyəti çox kiçikdir. Yəni bu proyekt üzərində çalışan insanların sayı çox deyil. Gələcəkdə verilişin yaradıcı heyəti genişlənsə, bəlkə də hər həftə bu veriliş yayımlana bilər. Məndə olan məlumata görə, bu verilişi böyük maraqla izləyən, efir vaxtını intizarla gözləyənlər var. Amma etiraf etməliyik ki, bu verilişi heç də hər kəs izləmir və hətta əminəm ki, verilişin tamaşaçılarının sayı məhduddur. Çünki bu xarakterli verilişlər hər kəsi cəlb edə bilməz. Hamıya məlumdur ki, bugünkü tamaşaçını əyləncə, şoular və qalmaqallar daha çox maraqlandırır. Lakin hər halda, "Bir mahnının tarixçəsi"nin, məhdud sayda da olsa, öz tamaşaçıları var və biz buna çox sevinirik. Verilişimizə əsasən orta və yaşlı nəslə mənsub ziyalılar, elit təbəqəyə məxsus insanlar baxırlar. Bu da onunla əlaqədardır ki, əsl sənəti, mədəniyyəti hamı qiymətləndirə bilməz.

[b] - Artıq ikinci ilə keçir ki, bu veriliş efirdədir. Bu müddət ərzində hansı yeniliklər etmisiniz? [/b]

- Mən deməzdim ki, tamamilə nəyisə dəyişmişik, amma hər yeni verilişdə biz bu işdə daha da püxtələşirik. Əvvəllər biz çəkilişlərimizi küçədə aparırdıqsa, sonradan bunu studiya çəkilişləri ilə əvəz etdik. Və bu gün birinci dəfə efirə gedən verilişlə sonuncunu müqayisə etsək, irəliyə doğru atılan addımları aydın görərik.


Aynur QULİYEVA

Link to comment
Share on other sites

[b]MUSIQISIZ DUYĞULAR


[/b]
Ötən son sənələrin gündəmində olan bir mövzuyla - milli musiqimizin şou-biznesin məngənəsində əzilməsilə bağlı söylənən fikirlər deyəsən get-gedə unudulmaqdadır. Xatırlayırsınızsa, məmləkətimizin ünlü sənətçiləri -Azərbaycan musiqisinin inkişafı və təbliğində yetərincə xidmətləri olan, hələ də milli musiqinin yükünü çiyinlərində daşımağa təpəri, mənəvi haqqı olan muğam ustaları, xalq və estrada mahnıları ifaçıları son zamanlar səhnəyə kütləvi axının başlanmasından nigarançılıqlarını bildirir, bu tendensiyanı ciddi tənqid edirdilər.
Onların narahatçılığı milli dəyərlərin, minillik tarixi olan musiqilərin unudulması, Azərbaycan musiqisinə xas elementlərin yad çalar və adlarla əvəzlənməsindən yana idi. Çıxışlarına “ərindən boşananlar, evindən qovulanlar müğənni olurlar” iradıyla başlayan sənətkarlar səhnəni su yoluna döndərənləri topa tutur, musiqimizin, mədəniyyətimizin, əxlaqımızın uçuruma yuvarlandığını iddia edirdilər. Əslində bunlar haqlı və gərəkli tənqidlər olsa da, nədənsə, söz-söhbət səngiyib. Ya danışanlar beziblər, ya onlara qadağa qoyulub, ya da söz deməyə meydan yoxdur. Səhnəyə maraqsa azalmayıb. Hamı bilir, pul qazanmağın, varlanmağın asan yolu müğənnilikdən, klip çəkilişlərindən, onların maqazin proqramlarında təqdimatından, özəl həyatını gündəmə gətirməkdən, bütün bunların sonucunda toy tutmaqdan, özünə dövlətli sevgili tapmaqdan keçir.
Ay Çimi, Çimnaz xanımlar...
Əslində tənqidlər seyrəlməyib, yoxa çıxıb. Səbəbi bəllidir, deyilənlər qulaqardına vuruldu, diqqətdən kənarda qaldı. Xalq artıistləri Əlibaba Məmmədovun, Habil Əliyevin, Nəriman Əzimovun, Ilhamə Quliyevanın kəskin çıxışlarına nə “müğənnilər”, nə də Mədəniyyət Nazirliyi (köhnə və təzə nazir olmaqla) önəm verdi. Bu fikirlər televiziya və mətbuatdan kənara çıxmadı. Çünki iradlar doğru ünvana yönəlməmişdi. Mənim fikrimcə, günahkar müğənni olmaq istəyənlər yox, onlara dəstək verən, yaşıl işıq yandıranlardır. Aşağıdan yuxarı sıralasaq, suçlu SPONSORLAR və TELEVIZIYALARDIR. “Çimi”ləri Çimnaz xanım edənlər. Ödənilən haqqın qarşılığında “Çimnazlara, Bağdagüllərə, Güladamlara” “sənətçi”, “ulduz” , “pop, top, super star” adı verən teleaparıcılar, həmin o teleaparıcıların arxasında gizlənən teleişbazlar. “Müğənnilər”ə sənət vəsiqəsi, sənətə giriş haqqı verənlər məhz televiziyalardır. Televiziyalar olmadan nə kaset satdırmaq, nə də konsert yapmaq mümkündür. Məhz televiziyalarda dəbdə olan SMS-li “istedad” yarışmalarında bir ucdan konveyerdən çıxmış kimi xalq, estrada mahnıları, aşıq və muğam ifaçıları istehsal olunur. Bu bir. Ikincisi, səsi olmasa da, bir balaca musiqi duyumu, el arasında deyildiyi kimi “gəl bərisi” ( yəni xarici görkəmi), Sənubər nənəm demiş, “qoğal”ı (yəni, yaraşıqlı, yumru üzü) olanlar televiziyaların köməyilə üçcə ayın içində məşhurlaşa bilirlər. Bu yolla hər iki tərəf qazanır. Əlbəttə söhbət hələlik puldan gedir. Çağdaş telekanallar Azərbaycan musiqisinin, incəsənət və mədəniyyətinin zənginləşməsinin xidmətində deyil, müğənnilərin sayının artmasına dəstək verməkdədirlər. Bu sıradan müəyyən mənada ITV və AzTV-ni bir dəqər gerilətmək, bəlkə, müqayisə olunarsa, çıxmaq da olar. Təbii, sıralanmada birinci yeri ATV tutur. Onu Space dabanbasaraq izləyir. ANS-lə Lider orta mövqedədir, “Xəzər”in yeri bəlli deyil, çünki məramı, məqsədi aydın deyil. Yeri gəlmişkən, ara-sıra xatırladıram, “Xəzər” hələ də professionallıqdan çox uzaqdır. Odur ki, əksər hallarda bizim icmallardan qıraqda qalır. Əslində, “Xəzər”lə bağlı Nəsibə xanım demiş, “bir qazıtlıq” sözüm var, ancaq tərpətmirəm, “Xəzər”in oyanacağını gözləyirəm.
ATV-nin özəl maraqları milli maraqları üstələyir
Bu gün musiqiyə və musiqi olaylarına efirində ən çox yer verən ATV-dir - Azad Azərbaycan Televiziyası. Çox doğrudur, ATV-də musiqi və müğənnilər azaddır. Burda musiqi pula, pul da musiqiyə xidmət edir. Efirə vəsiqə istedadlı ya istedadsız araşdırması ilə verilmir, meyar kanalın özəl təməl prinsipləri, rəhbərliyin şəxsi münasibətidir. Bu gün ATV istədiyi müğənnini “ulduz” etmək, ya da gözdən salmaq üçün geniş imkan yiyəsidir. Onlar bunu çox ustalıqla, yəni professionallıqla, bütün çılpaqlığı ilə, yorulmadan, davamlı şəkildə, yəni gücləri tükənmədən etməyi bacarırlar. Aidiyyatı qurumlar kanalın az qala şou-biznes aləmini diqtə etmək gücündə olan fəaliyyətini daraltmaq zorunda deyillər, anlayırıq, Azərbaycan reallığıdır. Bəs adları ATV-nin himayəçiləri sırasında çəkilən məmurlar niyə buna cəhd göstərmirlər, onu anlamırıq. Yeri gəlmişkən, 6-7 il öncə “Yeni Müsavat” qəzetində qısqanclıq üzündən arvadını öldürən bir kişinin qohumlarının təqdimatıyla mərhum qadının audio kasetə yazılmış telefon danışığının mətni silsilə şəklində dərc edilirdi. Bütün açıqlığı ilə, hərdən də üç nöqtələr olmaqla. Qəzetə zəng etdim, növbətçi redaktorla danışdım, həmkar olaraq iradlarımı bildirdim, arqumentlər gətirdim. Qəbul olunmadı. Mənə bildirdilər ki, həm bu yazıların hesabına qəzetimizin satışı yüksəlib, həm də məhkəmənin obyektiv keçirilməsinə təsir imkanı yaranıb. Qarşılıqlı ittihamlardan sonra, “axı bunlar ləyaqətsizlik, əxlaqsızlıq nümunəsidir, sizin qəzetin təsisçisinin adına, yaşam prinsiplərinə yaraşmayan bir işdir” söylədim. “Təsisçi bizim işimizə qarışmır”- cavabını aldım. “Elə isə onun adını pozun, mən də bilim ki, yiyəsizlikdir, məcburən dözüm”-, dedim. Redaktor mənimlə razılaşmadı, ancaq yazılar yarımçıq dayandırıldı. Görünür, mənimkimiləri çox olub. Bir qədər mətləbdən uzaqlaşdım, ancaq üzümü ATV-nin himayəçilərinə (bildiyimə görə onların arasında bəzi məmurlar və onların xanımları da var) tutub söyləyirəm: “Insafınız olsun, musiqimizi, mədəniyyətimizi, əxlaqımızı korlayanlara qarşı çıxın, gəncliyimizi, gələcəyimizi düşünün”. Həmkarlarımdan isə xahiş edirəm, qarşılaşa biləcəkləri maneələrdən çəkinməsinlər, ara-sıra televiziyalarda baş alan mənəvi aşınmalardan yazmaqdan çəkinməyin. Tam məsuliyyəti ilə bildirirəm, tezliklə ATV-nin musiqimizə kölgə salan, əxlaqa zidd şou proqramlarına qarşı senzura tətbiq etməlidir. Və bu daxili senzura da ola bilər.
Doğrudur, ATV-də hərdən özündə təpər tapıb ölkənin böyük səhnələrində konsert verən müğənnilərin konsertlərinin lent yazılarına yer verilir, ancaq düşünəndə ki, burda da ölçü vahidi maliyyə sərfidir, konsertin dəyəri azalır. Yenə olsun. Nisə Qasımova, Faiq Ağayev, Zülfiyyə Xanbabayeva, Nazpəri Dostəliyeva, Aygün Kazımova (söhbət konsertdən gedir), Röya, Könül Kərimova həftəboyu ekranı zəbt edən şou-qeybətlərin qarşılığında bunlar çox azdır. Ölkənin baş sarayı təmirdədir, artıq bu konsertlər də yoxa çıxıb. Kimsə qazancsız konsert vermək istəmir.
AzTV-nin musiqi kollektivləri niyə görünmür
Öncə qeyd etdiyimiz kimi musiqi proqramlarının təşkilində nisbi üstünlük ITV və AzTV-dədir. ITV mümkün qədər öz prinsiplərinə sadiq qalır. Bölgələrdə, ucqar kənd rayonlarında maraqlı konsertlər təşkil edir, ən önəmlisi və mənim bəyəndiyim Müdafiə Nazirliyi ilə birgə hərbi qulluqçular üçün maraqlı tərtibatı, bitkin rejissor işi və doğru müğənni, repertuar seçimi ilə fərqlənən kütləvi verilişlər hazırlayır. [b]Örnək götürməyə dəyər. ITV-nin “Bir mahnının tarixçəsi” proqramı da uğurludur. musiqinin təbliğinə xidmət edir. [/b]Bu yerdə kanalın beynəlxalq musiqi layihələrinə qoşulması da üstün faktlardandır. Halbuki bir neçə il öncə bu üstünlük AzTV-də idi.
Qabaqlar AzTV-də “Sən bir nəğmə, mən bir nəğmə” adlı musiqi yarışması vardı. Ideyası da gözəl idi, aparıcısı da. Ancaq çox bəsit formada təqdim olunurdu, gözəl aparıcı işinin öhdəsindən gələ bilmirdi. Fikrimcə, bu verilişin yeni formada təqdimatı barədə düşünməyə dəyər. AzTV-nin zəngin musiqi fondu var, ancaq ona az-az müraciət olunur. “Qızıl fond”a müraciətləri çoxaltmaq gərəkdir. Bu məqamda məni bir sual düşündürür, nədən AzTV-də musiqi kollektivlərini görmürük? Bir zamanlar, Xalq çalğı alətləri orkestri, Estrada və simfonik orkestrlər, Xor kollektivlərinin çıxışları olardı. Indi onlar gözə dəymir. Bildiyim qədər bu kollektivlər hələ də AzTV-nin balansındadırlar. Professional axtarırıq, şəkililər demiş, “ha budu, ağzımızın içində”, biz onları görmürük. Görmək istəmirik. Onları arxivə göndərmək, bəzi maraqlar üzündən bütün diqqəti muğama yönəltmək doğru deyil axı. Mütləq göstəriş Mədəniyyətin dostları fondundan gəlməlidirmi?
Kliplərdən kliplərəcən
“Kliplər, kliplər” - bu gün ölkə televiziyalarında musiqi təbliği əsasən onların vasitəsilə aparılır. Bu çox asan və sərfəli yoldur. Tamaşaçı üçün də əlverişlidir. Qısa zaman kəsiyində dincəlmiş olur. Əlbəttə, əgər seçim normal səviyyədə aparılsa. Ancaq, yüksək səviyyəli musiqi verilişləri, yarışmaları yox dərəcəsindədir. Klassik musiqi unudulub. ATV-də vəziyyət bərbad, Space-də dözülməzdir. Bu televiziyalarda nümayiş olunan əksər kliplərə uşaqlar zarafatla “rakkı-çıqqı-çıqqı” deyirlər. Adam baxır, xəcalət çəkir. ATV-dən fərqli olaraq, Spacedə hərdən nə isə olur. Məsələn, mən burda “VIP”ə baxdım və gördüm ki, mənim çox bəyəndiyim Elnarə xanım canlı ifa etməyi bacarmırmış. Inciməsə deyərdim, heç səsi də yoxmuş. Arada-bərədə belə açıqlamalara gərək var. Dünən - dekabrın 23-də “Hər səhər” proqramında gözəl sənətkarımız Tükəzban Ismayılovanın ad günü münasibətilə maraqlı konsert proqramı düzənlənmişdi. Bəyənilsin. Bu sayaq ad günlərini, yaradıcılıq gecələrini keçirməyə mane olan nədir, bilinmir. Yaxşı ki, Arif Qaziyev hərdən “Muğam” teatrında bu istəkdə bulunur, Space-in üzünü ağardır. Bu yerdə Rusiya kanallarından örnək götürməyə dəyər - onların “Şənbə axşamı” proqramı və yaradıcılıq gecələrini təşkili sahəsində öyrənməli təcrübələri var. TRT-nin “Üçü bir yerdə”, “Türkülər” adlı kütləvi konsert proqramlarını bizim televiziyalar hazırlaya bilməzmi? Əlbəttə bilər. Lider televiziyası türk müğənnisi Sərdar Ortacın təqdimatında türk musiqisini təbliğ edən veriliş yayımlayır. Gözəldir, zövqlüdür, böyük coşğu var. Bizdə niyə belə verilişlər olmasın? Maddi imkanımızmı çatmır? Bəhanədir. ATV-nin yeni il proqramının reklamları gedir - görüntülərdən bəllidir, bahalı dekorasiyası var. Hələ görün yeni ilə AzTV nə qədər pul xərcləyəcək. Deməli, ildə bir dəfə xəsislik etməmək olar. Həmin məbləğə çoxillik proqram açmağa qarşı çıxan bəhanələrsə bəs qədərincədir.
Sənubər Ismayılqızı
P.S. Həftə sonu üçün mənə ayrılan səhifə bitdi, iradlarsa bitmədi. Ürəyimdə qalmasın deyə, “Bir cümlə, bir xəbər”lə yetərlənməli oluram.
Nə qədər ki, AzTV var, “Qurban bayramı”nın yaratdığı assosiasiya bundan artıq olmayacaq. Bir kiloqram ət - bir sicilləmə tərif, minnətdarlıq, yaltaqlıq...
Bildiyim qədər, “Sitatın son”u verilişinin müəllifi ikinci kərə Həccə gedib. Görünür, ötən kərə Tanrı onun günahlarından keçməyibmiş.
Metropolitenin rəisi Tağı müəllimin nəzərinə: Gündə azı yüz yol metroda gediş haqqının 250 manat olduğu barədə elan verirsiniz. Tağı müəllim, gediş haqqı 5 qəpikdir. Inanın mənə!
Bu məmləkətdə milli musiqiyə dəyər verəni axtarmağa dəyməz axı...

Link to comment
Share on other sites

  • 2 weeks later...

Новый выпуск посвящается песне [color="#FF0000"][b]"БАЯТЫЛАР"[/b][/color] Эльдара Мансурова.

Песню исполняли:

[b]Брилиант Дадашева
Ильгар Мурадов
Левент Юксел
Сезен Аксу(!)
гр "Ашгабад"
Фаик Агаев
Айгюн Казымова
с лекгой руки самого [u][color="#FF0000"]Питера Габриель[/color][/u]я(!) песня обошла весь мир.
Услышем также версии, немецких, бразильских, английскиx музыкантов[/b]


Итак [b][color="#0000FF"]в понедельник, в 22.15[/color][/b] на ИТВ, "История БАЯТЫЛАР" gizildish

Link to comment
Share on other sites

[font="Arial"]Mən bu verilişin bütün yaradıcı kollektivinə təşəkkür edirəm. Çox yüksək səviyyədə hazırlanmış və Azərbaycan mədəniyyətini təbliğ edən verilişdir.

Yeri gəlmişkən, mən bu verilişin bütün zaöislərini necə əldə edə bilərəm? [/font]

Link to comment
Share on other sites

JAMIROQUAI-verilishin vaxtini yazdiqiniz uchun SIZE minnetdaram.Verilish herden proqramda yazilan vaxtla duz gelmir axi,bunun uchun de otururem,baxa bilmirem.Bu hefte olan proqramda da bele yazilib:
12-yanvar saat 23:15
13 yanvar------11:30
Yeqin bu da duz deyil ne?
Evvelceden teshekkurler.
Yaradici HEYYET de var olsun,chox baximli verilishdir.

Link to comment
Share on other sites

[quote name='Rashad_Rasul' post='2339661' date='Jan 12 2008, 13:05 ']Yeri gelmishken, bu verilishin zapislerini nece elde ede bilerem?[/quote]
Eslinde, teesuf ki, bu verilishin DVDleri resmi olarag satishda yoxdur... Cunki bizde bele TV en-eneleri inkishaf etmeyib. Nece ki, NTV kanali Parfenovun "Namednisini" satisha cixardigi kimi... Halbuki, oxshar teshebbusde cox bulunmushug. ne ise.
Size ne ile bagli lazim idi, zapisler?

[quote name='Amica' post='2339911' date='Jan 12 2008, 14:03 ']JAMIROQUAI-verilishin vaxtini yazdiqiniz uchun SIZE minnetdaram.Verilish herden proqramda yazilan vaxtla duz gelmir axi,bunun uchun de otururem,baxa bilmirem.Bu hefte olan proqramda da bele yazilib:
12-yanvar saat 23:15
13 yanvar------11:30
Yeqin bu da duz deyil ne?
Evvelceden teshekkurler.
Yaradici HEYYET de var olsun,chox baximli verilishdir.[/quote]
Deymez.
Amma cox boyuk ehtimalla Yeni Ilden verilishin vaxti stabil ve deyishilmez olacag :dedmoroz:


Unutmayin [color="#FF0000"]22.15[/color]'de...

Link to comment
Share on other sites

Очень хотела бы чтоб в последуюших выпусках рассказали историю песни Саида Рустамова-гетме гетме гел. Возможно я пропустила, и етот выпуск уже был. Но очень хотелось бы узнать побольше об етой песне.

Link to comment
Share on other sites

[quote name='JAMIROQUAI' post='2341748' date='Jan 12 2008, 22:44 ']Eslinde, teesuf ki, bu verilishin DVDleri resmi olarag satishda yoxdur... Cunki bizde bele TV en-eneleri inkishaf etmeyib. Nece ki, NTV kanali Parfenovun "Namednisini" satisha cixardigi kimi... Halbuki, oxshar teshebbusde cox bulunmushug. ne ise.
Size ne ile bagli lazim idi, zapisler?[/quote]

[font="Arial"]Sadəcə baxa bilmədiyim verilişlərə baxmaq istəyirdim, ona görə. Çünki, bu verilişdən çox maraqlı faktlar öyrənirəm.[/font]

Link to comment
Share on other sites

[b]По техническим причинам, передача о [color="#FF0000"]BAYATILAR[/color] сегодня не пойдет в эфир. В место нее, покажут повтор [color="#FF0000"]SEN GELMEZ OLDUN[/color]. Следите за анонсами.[/b] :)

Link to comment
Share on other sites

[quote name='DoloresOriordan' post='2350161' date='Jan 14 2008, 21:40 '][b]По техническим причинам, передача о [color="#FF0000"]BAYATILAR[/color] сегодня не пойдет в эфир. В место нее, покажут повтор [color="#FF0000"]SEN GELMEZ OLDUN[/color]. Следите за анонсами.[/b] :)[/quote]
Verlish cox xoshuma geldi..birce Faiqin yekexana sohbetleri meni hovseleden cixardi yene..

Link to comment
Share on other sites

Hazirda yegane verilishdi ki, moyuk maraqla baxiram. Cunki nese oyrenirem. Tamashaci kimi zeng edib Konul xanima oz minnetdarligimi bildirmishem. Ideya agilli dusunulub. En cox beyendiyim Sen gelmez oldun mahnisin tarixi olub. Mehriban olaq da maraqli idi. Eslinde hansisa mahninin tarixini digerinden daha maraqli adlandirmagim duz deyil. Umumilikde bu verilishin vaxti mene catmir. Niye bele maariflendirici, jurnalist emeyi olan layiheye ITV ogey munasibet gosterir :rolleyes: Bu verilish mence heftenin 2 gunu en baximli vaxtda tekrar verilmelidi. Eybi yoxdu qoy tekrar olsun. Inanin mutleq baxacaqlar. ne qeder ettoken saxta qalmaqal ve ya ulduzcuq starciq istehsalini yayimlamaq olar :unsure: Kutlevi mahnilarin tarixini bilmediyimizden basqalari menimseyir. Millet, xalq olaraq haqlarimizi mudafie etmeyin vaxti kecir axi!

Link to comment
Share on other sites

[b]Ictimai TV-nin ictimai adina yarashan tek verilishdir. Chox maraqli verilishdir. Radiolardan 106.3 FMde de buna oxshar bir shey eshitmishem. Her halda baxib, qulaq asib nese oyrenirik. TVlerimizde gormediyimiz "esl jurnalist" tefekkurunun mehsuludur. TEBRIKLER[/b]

Link to comment
Share on other sites

[quote name='luleburgaz' post='2380958' date='Jan 21 2008, 03:01 '][b]Radiolardan 106.3 FMde de buna oxshar bir shey eshitmishem. Her halda baxib, qulaq asib nese oyrenirik. TVlerimizde gormediyimiz "esl jurnalist" tefekkurunun mehsuludur. TEBRIKLER[/b][/quote]
Eslinde biz de bunu eshidende shokda idik... Verilish il yarim efire gedenden sonra 106.3de eyni adli proekt start geturdu... Indi deyesen dayandirilib. Amma bu profesional giciglari kenara qoysaq, etiraf etmeliyik ki, bele verilishler cox lazimlidir.

Link to comment
Share on other sites

SALAM. :conf_icon.php:
Eslinde, bu verlishin insanlarda dogurdugu memnuniyyet ele onun ne ise oyretmesindedir. Mahnilarla bagli kecmishimize bir nezerdir,hetta BU GUNumuzede,musiqimiz baximindan maariflenmedir.Shablon seslensede bele verlishlerin sayi(bashqa istiqametlerde de)ne qeder chox olsa bir o qeder YAXSHI olar.
Heleki, insanlarin nezerinden MEMNUNLUQ adini itirmemesi dileyile, bu verlishe UGURLAR!

Link to comment
Share on other sites

я приветствую всех юзеров, особенно тех, кто время от времени посещают эту страничку... :)
истинная благодарность всем за то, что сочли нужным написать свои мысли, иногда и желания... :nemmi:

то, что касается очередного, нового выпуска…
Я, как ведущая передачи постараюсь пообещать точное время. (Надеясь не оказаться в очередной раз в неловкой ситуации. :thinking: )
Она состоится в следующий понедельник, Иншаллах.
28 января в 22.15 вечера…

приятного просмотра… :conf_icon.php::morqqqq:

Link to comment
Share on other sites

[quote name='JAMIROQUAI' post='2381342' date='Jan 21 2008, 10:09 ']Eslinde biz de bunu eshidende shokda idik... Verilish il yarim efire gedenden sonra 106.3de eyni adli proekt start geturdu... Indi deyesen dayandirilib. Amma bu profesional giciglari kenara qoysaq, etiraf etmeliyik ki, bele verilishler cox lazimlidir.[/quote]
[b]Salam
106.3FM de ki, proyekt hele baglanmayib chunki seher ishe gelende qulaq asirdim. Vagzali haqqinda danishilirdi. Beyendim. Etrafli melumat var idi, TV versiyada da baxmaq isterdim.[/b]

Link to comment
Share on other sites

[quote name='luleburgaz' post='2390103' date='Jan 22 2008, 19:49 ']Vagzali haqqinda danishilirdi.[/quote]
[quote]TV versiyada da baxmaq isterdim.[/quote]

il yarim bundan evvel "([b]orijinal![/b])BIR MAHNININ TARIXCHESI"nde Vagzali hagda gozel bir verilish erseye gelmishdi... Inshaallah ITV'de yagin yaxin gunlerde izleyerik...

Link to comment
Share on other sites

[quote name='JAMIROQUAI' post='2335949' date='Jan 11 2008, 15:40 ']Новый выпуск посвящается песне [color="#FF0000"][b]"БАЯТЫЛАР"[/b][/color] Эльдара Мансурова.

Песню исполняли:

[b]Брилиант Дадашева
Ильгар Мурадов
Левент Юксел
Сезен Аксу(!)
гр "Ашгабад"
Фаик Агаев
Айгюн Казымова
с лекгой руки самого [u][color="#FF0000"]Питера Габриель[/color][/u]я(!) песня обошла весь мир.
Услышем также версии, немецких, бразильских, английскиx музыкантов[/b]
Итак [b][color="#0000FF"]в понедельник, в 22.15[/color][/b] на ИТВ, "История БАЯТЫЛАР" gizildish[/quote]


Еще эту песню пел певец из средней Азии, его кажется звали Рено, сказали что он брат Азизы....

Link to comment
Share on other sites

Мне передача очень мне нравиться, правда смотрю не всегда, но я знаю, что делать ее очень сложно. Я бы вместо Кенуль ханум к конце бы на основе этих передач написала бы научную работу....

Link to comment
Share on other sites

Dunen ilk defe baxdim ve chox xoshuma geldi. 'Bayatilar' mahnisinin tarixinden en azi iki vacib mesele ortaya chixir: 1. muellif huguglarinin pozulmasi ve ya gorunmamasi; 2. bizim musiqilere dunya musiqi 'bazarinda' olan maraq (hansi ki, eger muellif huhguglari gorunsaydi bestekarlar uchun yaxshi gelir menbeyi ve marketing olardi). Konul, teshekkurler ve ugurlar!!! :algish:

Link to comment
Share on other sites

Menim sozoum yoxdur Konul SUPERsen Dunen Mashin shounu yarimchiq goyub senin verilishine baxdim hech de peshman olmadim hadiselirin mentiqli deyishmesi meseleye duzgun terefden yanashman stendaplarin ne bilim eeee daha neleri deyim choxdandir yerli kanallarimizda bu cur seviyyeli ve maraqli profiseonal baximdan duzgun teqdim olunan verilish izlemirdim bir daha bu ishine gore chox sag ol mene ele gelir ki bu defe de subut etdin ki [b]HELE BIZIM MAHNILAR DIGERLERI TEREFINDEN OGURLANIR!!![/b] Sukani bele saxla sene ugurlar
PS Chox gozel gorunurdun :)

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Haha
        • Like
      • 34 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Confused
        • Haha
        • Thanks
      • 33 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Confused
        • Haha
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
        • Like
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Upvote
        • Sad
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Sad
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...