Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Oxuduğumuz Kitablardan Maraqlı Hissələr , Fikirlər


Recommended Posts

- Sözlər,kağıza tökülmüş göz yaşlarıdır.Göz yaşları axan sözlərdir.Onlar olmasa sevincin parıltısı olmaz,heç bir hüznün sonu gəlməz.Buna görə göz yaşlarınız üçün sağ olun.

 

 

-"İçimdə şübhələr var.Çoxu inamla bağlı," -deyə israr etdim."Nə gözəl,insanı irəli aparan da şübhələridir."

 

 

-"Nə qədər çalışsam da, artıq Tanrıya və öz mənliyimə daha yaxınam deye bilmirəm heç cürə,"-narahatçılıq içində dedim."Çünki dünyadakı bütün insanlar kimi,sən də,zaman səni Tanrıya necə yaxınlaşdıracağını öyrədəcək zənn etdin.Amma ki, zaman öyrətməz, zaman bizə sadəcə yorğunluq və yaşlanma hissi verər."

 

Paulo Coelho "Aleph"

Link to comment
Share on other sites

Ümid sosial sistemdə dəyişikliklər etmək, onu canlı və dərk edilən, şüurlu etmək cəhdinin həlledici elementidir. Amma  Ümidin təbiəti tez – tez  səhv anlaşılır və baxış bucağını dəyişdirməklə,  nəticədə Ümidi, onunla heç bir ortaq cəhəti olmayan, hətta ona tamamilə əks  bir anlayış kimi qəbul edirlər. Nə  ”Ümid Etmək” adlanır? Bu, çoxlarının düşündüyü kimi, arzu və istəklərə malik olmaqdır? Belə olsaydı, o zaman daha çox və daha rahat  maşınlara, evlərə və işi yüngülləşdirən  avadanlıqlara malik olmağı arzulayanları Ümid  İnsanları adlandırmaq olardı. Amma bu doğru deyil, bu insanlar daha çox istehlak etmək hərisidirlər, onları Ümid İnsanları adlandırmaq olmaz.

Bəs elə bir vəziyyəti Ümid adlandırmaq olar ki, bu zaman Ümid maddi (əşyavi) istiqamətlənməyib, amma doldurulmuş həyat, istənilən bir vəziyyətdə həyatilik, sonsuz həsrətdən xilas olmaq; və ya bunun üçün teoloji anlayış istifadə etsək, qurtuluşdur; və ya siyasi dillə desək, inqilabdır? Əslində bu tərzdə  gözləmə Ümid ola bilərdi; amma, əgər bu  gözləməni passivliyinin keyfiyyəti  idarə edirsə, Ümid olmaya da bilər  – bu zaman Ümid mahiyyətcə tabelik üçün bəhanəyə, xalis ideologiyaya çevrilir...

Erix Fromm "Ümidin Inqilabi"

Link to comment
Share on other sites

Gencleri terbiye etmekde menim boyuk tecrubem var: Lazimi esas olmadan, genclere hech bir ishde mane olmamali-menim elde dustur etdiyim budur. Ele dushunurem ki, dunyada oz tebietleri etibari ile intizamsizliga meyl eden gencler chox deyil ve mene ele gelirki, boyukler genclerin shexsiyyetlerine hormet etseler, gencler onlara chox da bashagrisi vermezler.

Melum sheydir ki, cilovu hemishe dartsan dinc at ozu de shaxe qalxar. 

 

 

Keshish ata ! Men qisqancliq etmekde , kin beslemekde, pis-pis fikirlere dushmekde gunahkaram, ozu de ele adam haqqinda ki, o mene hech bir shey etmemishdir.

 

Etel Lilian Voynich "Ovod"

Link to comment
Share on other sites

Eger qismetimde ezab chekmek varsa, qoy o, tez gelsin-men deyirdim.Chunki menim qarshimda butov bir heyat var ve ondan mumkun olduqca yaxshi istifade elemek lazimdir. Eger o sechim etmelidirse, qoy tez elesin. Onda men onu gozleyecem.Ya da unudacagam. 

Gozlemek- ishgencedir. Unutmaq-agirdir. Ancaq en dehshetlisi- hansi qerari vereceyi bilmemekdir. 

 

 

 

Heyat yoldashi... ne qeribe soz birleshmesidir,- men dushundum ve dushuncelerime ozum de heyretlendim.

Qorxu- chunki bu menim uchun yeni idi. yenilikse hemishe qorxudur. Qisqancliq-chunki men tedricen basha dushurdum; mehebbet menim tesevvur etdiyimde boyukdur, mehebbet ele serhedleri  kechir, ele yerleri gezir ki, ora hech vaxt menim ayagim deymeyib.

'"Bagishla meni, Muqeddes Meryem,-men dedim. - Bagishla ki, bu qeder ciliz, yaziq, miskin olan men bu adamin tekce meni sevmesini teleb eleyirem". Bes eger onun esl taleyi-dunyadan chekilmek, seminariyaya qapanmaq ve meleklerle dua etmekdirse, nece olsun?

 

Paulo Koeylo "Rio-Pyedranin sahilinde oturdum ve agladim"

Edited by Glamorous_
Link to comment
Share on other sites

Umberto  Eko -  "Qızılgülün adı"

 

Mənə susmaq qalır. О quam salubre, quam iucundum et suave est sedere in solitudine et tacere et loqui cum Deo1   Tezliklə  öz başlanğıcıma qayıdacağam.  Artıq   mənim ordenimin  Abbatlarının  dediyi kimi , Tanrının sərəfli  olmasına,   bir az əvvəlki  Minoritlərin təvəkkül  etdiyi kimi Tanrının  böyük   fərəh  olmasına   və bəlkə də Tanrının mərhəmətli olmasına inanmıram.    Gott ist ein lautes Nichts, ihn rührt kein Nun noch Hier 2... Tezliklə mən  ucsuz bucaqsız ,  nəhayətsiz  , çox hamar  bir səhraya   daxil olacağam.  Elə bir səhraya ki,  orada əsl vicdanlı ürəklər  iltifatdan sıxılır .

 

Mən  ilahi torana  , dilsiz  sükuta və təsviredilməz razılığa dalacağam.  Bu daldırılmada bütün bənzəyiş və  bütün qeyri bənzəyişlər  itəcək ,   bu dərinlikdə  ruhum  öz özündən məhrum olaraq ,  daha bənzəyiş , qeyri bənzəyiş ,  "başqa"  , "özgə"  anlayışlarını itirəcək və  bütün fərqlər yaddan çıxacaq.   Mən sadə başlanğıca ,  susqun boşluğa  -   orada kı , heç bir fərqlilik görünmür ,  orada kı ,  heç kim öz  xüsusi yerini əldə etmir - düşəcəyəm .   Susqun  kamilliyə  ,  məskunlaşdırılmamış  , heç bir işin və obrazın  olmadığı  yerə qovuşacağam.

 

Skriptoriyada soyuqdur , barmağım sızıldayır . Bu yazıları  kimə yazdığımı və nə üçün yazdığımı heç özüm də bilmirəm.  Stat rosa pristina nomine, nomina nuda tenemus3

 

 

1. Ah , Sakitlikdə oturub susmaq ,Tanrı ilə danışmaq  nədər  faydalı .şən və  şirindir  !

 

2. Tanrı   tam heçnədir ,   "indi"  və "burada" nın ona dəxli yoxdur !

 

3. Qızılgülün özü solub gedir , yerdə yalnız onun adı qalır

Edited by Sunyata
Link to comment
Share on other sites

Umberto  Eko -  "Qızılgülün adı"

 

Mənə susmaq qalır. О quam salubre, quam iucundum et suave est sedere in solitudine et tacere et loqui cum Deo1   Tezliklə  öz başlanğıcıma qayıdacağam.  Artıq   mənim ordeinimin  Abbatlarının  dediyi kimi , Tanrının sərəfli  olmasına,   bir az əvvəlki  Minoritlərin təvəkkül  etdiyi kimi Tanrının  böyük   fərəh  olmasına   və bəlkə də Tanrının mərhəmətli olmasına inanmıram.    Gott ist ein lautes Nichts, ihn rührt kein Nun noch Hier 2... Tezliklə mən  ucsuz bucaqsız ,  nəhayətsiz  , çox hamar  bir səhraya   daxil olacağam.  Elə bir səhraya ki,  orada əsl vicdanlı ürəklər  iltifatdan sıxılır .

 

Mən  ilahi torana  , disiz  sükuta və təsviredilməz razılığa dalacağam.  Bu daldırılmada bütün bənzəyiş və  bütün qeyri bənzəyişlər  itəcək ,   bu dərinlikdə  ruhum  öz özündən məhrum olaraq ,  daha bənzəyiş , qeyri bənzəyiş ,  başqa  ,  özgə  anlayışlarını itirəcək və  bütün fərqlər yaddan çıxacaq.   Mən sadə başlanğıca ,  susqun boşluğa  -   orada kı , heç bir fərqlilik görünmür ,  orada kı ,  heç kim öz  xüsusi yerini əldə etmir - düşəcəyəm .   Susqun  kamilliyə  ,  məskunlaşdırılmamış  , heç bir işin və obrazın  olmadığı  yerə qovuşacağam.

 

Skriptoriyada soyuqdur , barmağım sızıldayır . Bu yazıları  kimə yazdığımı və nə üçün yazdığımı heç özüm də bilmirəm.  Stat rosa pristina nomine, nomina nuda tenemus3

 

 

1. Ah , Sakitlikdə oturub susmaq ,Tanrı ilə danışmaq  nədər  faydalı .şən və  şirindir  !

 

2. Tanrı   tam heçnədir ,   "indi"  və "burada" nın ona dəxli yoxdur !

 

3. Qızılgülün özü solub gedir , yerdə yalnız onun adı qalır

Sunyata , bilmek olarmi qeyd etdiyim cumleler hansi dilde yazilib? 

Link to comment
Share on other sites

Chox sagolun. Maraqli dile oxshayirlar, maraqli oldugu qeder de chetin dile benzeyirler

 

Latın dili Avropada   orta əsrlərdə  elm , fəlsəfə , ilahiyyat , din  üçün ümumi  qəbul olunmuş dil idi .   Alman dili  isə   Martin Lüter ,   Göte və klassik Alman fəlsəfəsinin  inkişafı ilə  "fəlsəfə dilinə" çevrildi.   Yəni , zənnimcə avropada fəlsəfi dillərin xronologiyasını tərtib etsək   belə bir sxem yarana bilər : 

 

Yunan   - > latın - >  Fransız  - > Alman    (arada  qismən də ingilis dili )

Link to comment
Share on other sites

Bu korpe movcudlugunu davam etdirir. Korpeler xoshbextdirler. Ve eger biz yeniden dogulmagi bacarmasaq eger heyata ne vaxtsa baxdigimiz kimi- ushaq safligi ile ve shovqle baxa bilmesek, onda bizim movcudlugumuzun hech bir anlami olmayacaq. Intihar etmeyin choxlu usullari var. O kesler ki, cisimlerini oldurmeye cehd gosterirler, Allaha qarshi chixirlar. Lakin ruhun qetline cehd edenler de. onun qanununu pozur-herchend adamlar onlarin bu cinayetini hesaba qatmirlar.

 

 

Vesselam. Bu heqiqet mene eyan olanda , qerara aldim ki, her zaman olmaq istediyim kimi olum. Ozge, orada, menim evimde qaldi, o mene baxirdi, amma men onu bir daha ozume yaxin buraxmadim, baxmayaraq ki, o meni qorxutmaga, geleceyim haqqinda fikrileshmeye, qara gun uchun tedaruk gormemekle boyuk risk etdiyimi beynime yeritmeye chalishirdi. 

Ve ozgeni heyatimdan qovdugum hemin andan etibaren, ilahi enerji oz mocuzelerini gostermeye bashladi. 

 

 

Ne vaxtsa men de butun bunlara inanirdim, lakin zaman kechdi ve yashadigim iller erzinde meydana chixan saglam ve mentiqli dushunce sahibi olduguma , torpagin ustunde mohkem dayandigima inam hissi meni dinden uzaqlashdirdi.

Eger neche iller meni mushayet etmish , evvelki ushaq inami-melekler ve mocuzelere inam, yeniden dirilseydi, ne yaxshi olardi! Lakin tekce istekle onu qaytarmaq qeyri-mumkundur.

 

Paulo Koeylo "Rio-Pyedranin sahilinde oturdum ve agladim"

Edited by Glamorous_
Link to comment
Share on other sites

Men hemishe seni sevmishem, -o , danishmaga bashladi. -Menim bashqa qadinlarimda olub, ancaq tekce seni sevmishem. Men medalyonu hemishe ozumle gezdirmishem, ne vaxtsa onu sene qaytaracagim cesaretimi toplayaraq"Men seni sevirem" deyeceyim umidi ile. Dunyada hansi yolla gedirem-gedim, o, meni mutleq senin yanina getirirdi. Men sene yazirdim ve uzerinde senin imzan olan her zerfi qorxa-qorxa achirdim-axi, cavab mektublarindan istenileni mene senin bashqasi ile gorushduyun xeberini getire bilerdi. Mehz, onda men menevi chagirishi eshitdim. Daha dogrusu men bu chagriya cavab verdim, chunki o mende -ele sen de ushaqliqdan movcud idi.

Men anladim ki, Tanri menim yashamimda heddinden artiq vacib yer tutur ve eger arzumun ardinca yollanmasam, hech vaxt xoshbext ola bilmeyeceyem. 

 

Paulo Koeylo "Rio-Pyedranin sahilinde oturdum ve agladim"

Link to comment
Share on other sites

Tenhaliq qorxu ve qisqancligi sixishdirdi. Qelbimin menimle sohbet etmesine ehtiyyacim vardi-ureyim subhelerle dolu idi ve mene cavablar lazim idi.

 

 

Men seni sevirem,-Onun sesini eshitdim ve cavabinda:

-Men seni sevmeyi oyrenirem

-Sen sorushmamalisan, -men cavab verdim,-Mehebbet sual vermir, eger biz dushunmeye bashlasaq, qorxmaga bashlayacayiq.Bu-izahedilmez qorxudur, hetta men onu sozle ifade etmeye bele chalishmayacam. Bu redd edilmek, sevilmemek qorxusu ola biler, qorxu cazibeni pozacaq. Axmaq seslenir, amma bu beledir. Ona gore de sorushmaq yox , hereket elemek lazimdir. Sen ozun de defelerle dediyin kimi-riske getmek lazimdir.

-Men bilirem.. ve evveller hech vaxt sorushmamashdim.

-Sen artiq menim ureyime sahib olmusan, -ozumu onun sozlerini eshdirmish kimi gostererek dedim;

-Sabah meni terk edib gede bilersen, amma bu gunlerin mocuzesini biz daim xatirlayacayiq: romantik mehebbeti, arzunu, imkani:

Ancaq , mence Tanri fovqalada ve sonsuz mudriklik sahibi oldugundan cehennemi cennetin ortasinda gizledib. Ve ona gore bele edib ki, biz hemsihe ayiq olaq. 

 

Paulo Koeylo "Rio-Pyedranin sahilinde oturdum ve agladim"

Link to comment
Share on other sites

Agilli insanlara bezen ichki ichmek lazim gelir ki,axmaq insanlarla cox cansixici olmasin...

 

-Sogan senin niye xoshuna gelmir?

-Yalniz iyine gore.Basqa hecne. Qalan sheylerine gore o qizilgulden ele de ferqlenmir...

 

Birge ishlediyin insanlara ya axiracan inanmalisan,ya da umumiyyetle inanmamalisan...

 

-Sen kommunistsen?

-Yox,men antifashistem.

-Ne vaxtdan?

-Fashizmin ne oldugunu basha dushdukden sonra.

 

Ernest Heminquey "Ecel zengi"

Link to comment
Share on other sites

-Elə isə niyə ürəyimi dinləməyə məcburam?

-Çünki onu susdurmağı heç bir zaman bacara bilməzsən.Hətta onu dinləmirmiş kimi görünsən də,o yenə orada, sinəndədir; həyat və dünya haqqında nə düşündüyünü sənə təkrarlamağa davam edəcək.

-Bir xain olsa da?

-Xəyanət, gözləmədiyin bir zərbədir.Amma sən ürəyini dinləyəcək olsan,sənə hücum etməyi heç bir zaman bacarmayacaqdır.Çünki onun xəyallarını və arzularını tanıyacaq və onları hesaba alacaqsan.Heç kim öz ürəyindən qaça bilməz.Bunun üçün də ən yaxşısı onun söylədiklərini dinləməkdir.Beləcə də qətiyyən sənə, ondan gözləmədiyin bir zərbə vurmayacaq...

 

Paulo Coelho

Link to comment
Share on other sites

Meni vehshi olkelerin tebii gozellyinden daha chox oradaki tam azad heyat celb edir. Orada insan, dogrudan da ozunu bir shexsiyyet kimi derk eder, insan leyaqetini laziminca hiss ede biler, lakin bizim cansixici sheherlerimizde bu mumkun deyil...

 

 

Cemma tereddudle dedi:

-Eger mumkunse, deyin gorum, nece oldu ki, siz iyirmi yashinda bele uzaq olkelere gedib chixdiniz?

-Nece olacaq? Evimizde, vetende menim qarshimda genish ufuqler achilmishdi, lakin men bunlari atib qachdim.

-Niye?

Ovod guldu:

-Niye?Yeqin ona gore ki, men ozune guvenen axmaq bir ushaq idim.Men chox zengin bir ailede boyumushdum, meni heddinden artiq nazlamishdilar, mene ele gelirdi ki, butun dunya chehrayi pambiqdan, qende tutulmush badamdan hazirlanmishdir. Amma bir gun bildim ki, menim butun varligimla inandigim en yaxshi dostum aldadirmish.

 

 

Cemma dedi:

-Size qehve hazirlamisham.

-Qoyun qalsin, xahish edirem, bura gelin.

Ovod Cemma'nin ellerinden tutdu:

-Men sizin dediyiniz sozleri dushunurdum. Siz tamamile haqlisiniz; tutdugum ish yaxshi deyil. Bunu da bilin ki, adam seve bileceyi qadina hemishe rast gelmir: ne qeder agir musibetler gormushem! Qorxuram...

-Qorxursunuz?

-Qaranliqdan qorxuram. Bezen geceler tek qala bilmirem. Yanimda hiss olunacaq bir shey , canli bir shey olmalidir. 

 

Etel Lilian Voynich "Ovod" 
Link to comment
Share on other sites

-Elə isə niyə ürəyimi dinləməyə məcburam?

-Çünki onu susdurmağı heç bir zaman bacara bilməzsən.Hətta onu dinləmirmiş kimi görünsən də,o yenə orada, sinəndədir; həyat və dünya haqqında nə düşündüyünü sənə təkrarlamağa davam edəcək.

-Bir xain olsa da?

-Xəyanət, gözləmədiyin bir zərbədir.Amma sən ürəyini dinləyəcək olsan,sənə hücum etməyi heç bir zaman bacarmayacaqdır.Çünki onun xəyallarını və arzularını tanıyacaq və onları hesaba alacaqsan.Heç kim öz ürəyindən qaça bilməz.Bunun üçün də ən yaxşısı onun söylədiklərini dinləməkdir.Beləcə də qətiyyən sənə, ondan gözləmədiyin bir zərbə vurmayacaq...

 

Paulo Coelho

Ceylin , bu  "Aleph"   eserindendir? 

Link to comment
Share on other sites

Qeribedir ki, bezen menim ne demek istediyimi evvelceden duyursan. Meselen, bu yaxinlarda mene dedin: "Bashqa atalar kimi uzde gostermesem de , seni hemishe chox istemishem ve bunu da ona gore  bele elemishem ki, ozumu  yalandan bashqa cur gostere bilmirem.". 

 

Frans Kafka "Atama mektub" 

Link to comment
Share on other sites

Sen ikimizi de muqayise et: qisa desek, damarlarimdan Kafka qani axsa da, men Kafkalara xas olan heyat eshqile, emellerle, fatehlik arzusu ile deyil, Luviler nesline mexsus, adami gizli-gizli, qorxa-qorxa eks terefe cheken, bezen de tamamile sonub geden bir hevesle yashamisham. Sen ise, eksine, esl Kafka kimi guclu, saglam, ishtahali, qalin sesli, danishmaga qabil olan,ozundenrazi, qetiyyetli, dozumlu, zamanin nebzini tutan, insanlari taniya bilen, mueyyen menada sexavetli adamsan ve elbette, coshqun bezen de tundmecaz oldugun uchun, butun bu ustunlukleri terkib hissesi kimi sehvlerden , zeif cehetlerden de xali deyilsen. 

 

 

Senden bir xahishim var: unutma ki, seni hech vaxt hech nede gunahlandirmiram. Mene elemeli oldugun qeder tesir etmisen, ancaq ele bilme ki, aciqla bu tesirden kenara chixmamisham. Men qorxaq ushaq idim, hem de butun bashqa ushaqlar kimi inadkar... Duzdur, anam meni bir az erkoyun boyudurdu, o ilk illerden birce  hadiseni xatirlayiram. Belke senin de yadinda qalmish olar... Bir gece tez-tez ulamaga bashladim ki, su isteyirem. Ancaq susadigima gore yox, hem sizi esebleshdirmek, hem de kiminlese danishmaq uchun bele eleyirdim. Bir-iki defe berk hedelesen de, xeyri olamdi ve onda gelib meni yorgan-doshekden zorla qaldirdin, eyvana chixarib qapini bagladin,bir neche deqiqe gece koyneyinde bayirda saxladin. Indi demek isteyirem ki, onda duz elemedin... Belke dogrudan  da hemin gece meni bashqa yolla sakitleshdirmek olmazdi.... Men bunla yalniz senin terbiye usullarini ve hemin usullarin mene nece tesir etdiyini seciyelendirmek isteyirem. Elbette hemin hadiseden sonra men sozebaxan oldum, ancaq bununla bele , ichimde ele bil nese qirildi. 

 

Frans Kafka "Atama mektub" 

Link to comment
Share on other sites

Sen oz gucunle ozunu ele bir seviyyeye qaldirmishdin ki, onun sayesinde oz dediklerine sonsuz derecede inanirdin. Gencliyimde bunu ushaqligimda oldugumdan chox hiss edirdim. Oz kreslonda oturub butun dunyani idare edirdin. Senin dediklerin duz, bashqalarininki ise sefeh, iftira, aglasigmaz, anormal idi. Senin ozune inamin o qeder boyuk idi ki, mentiqe ehtiyyacin qalmirdi, ancaq bununla bele, hemishe haqli chixirdin.

 

Ona gore de men dunyani uch yere bolmushdum. Bunlardan biri: hemin dunya idi ki, men orada qul kimi yashayirdim, oradaki qanunlar yalniz menim uchun keshf olunmushdu ve buna baxmayaraq, onlarin hech birine uygun gelmirdim.

Menden chox -chox uzaqlarda olan ikinci dunyada, sen yashayirdin ve hemin dunya da hokumet qurmaqla, qanunlar hazirlamaqla meshgul idi ve bu qanunlara emel etmeyenlere de berk esebileshirdin. Nehayet uchuncu dunya gelirdi ki, orada da bashqalari emrlerden, qanunlardan uzaqlarda xoshbext heyat  sururduler. 

 

Frans Kafka "Atama mektub" 

Link to comment
Share on other sites

Bunlar size bir xeyal kimi gorunur, ele deyilmi? Siz meni basha dushe bilmirsiniz?Bu, daha yaxshi. Men bunu demek isteyirem ki, tek yashamish olsaydim, yeqin ki, deli olardim. Meni chox da ele ciddi muhakime etmeyin.

-Men sizi muhakime ede bilmerem. Men sizin qeder ezab chekmemishem.Lakin men de chox musibetler gormushem, ancaq bashqa shekilde, mene ele gelir ki, hetta eminem ki, adam ancaq qorxu altinda amansiz, edaletsiz bir ish tutsa, sonra chox pehsman olur.Bundan bashqa , siz chox metanetlisiniz. Men sizin yerinizde olsaydim, tamam ruhdan dusherdim, taleye lenet eleyerdim, olerdim.

-Ovod hele de onun ellerini oz elinde tutmushdu.

Birden yavshca dedi:

-Deyin gorum, siz omrunuzde, birce defe de olsa amansiz ish tutmusunuzmu?

Cemma cavab vermedi, lakin bashi ashagi eyildi, iki damla goz yashi Ovodun elleri ustune dushdu.

Ovod onun elini sixa-sixa pichildayaraq heraretle dedi:

Deyin! Deyin! Men ki bashima gelen ehvalati size dedim.

-Beli... bir defe , chox-chox bundan evvel, amansiz bir ish tutdum. Dunyada hamidan chox sevdiyim bir adamla pis reftar etdim. 

Ovodun elleri titreyirdi, lakin Cemma'nin ellerini buraxmirdi.

Cemma sozune davam etdi:

-O, bizim yoldashimiz idi. Men onun baresinde polis idaresi terefinden uydurulmush bir bohtana , kobud, dehshetli bir yalana inandim.Men onu ishimize xeyanet eden bir adam bilib uzune bir shille vurdum...Ele o gun de o ozunu suya atib oldurdu. Iki gunden sonra eshitdim ki, onun hech bir teqsiri yox imish... Bele bir xatire , belke de, sizin xatirelerinizden hech yungul deyil...Men memuniyyetle bir elimin kesilmesine razi olardim, eger bu tutdugum ishi duzeltmek mumkun olsaydi.

 

Etel Lilian Voynich "Ovod" 

Link to comment
Share on other sites

Sabah seher gun chixanda meni gulleleyecekler. Men size her sheyi demeyi ved etmishdim, bu vedi indi yerine yetirmeli oldum. Bizim aramizda uzun izahata ehtiyac yoxdur. Ushaq olandan da biz bir-birimizi az sozle basha dushurduk.

Indi hebsxanada da men , bizim ushaq kitabchasinda yazilan ,kimi kitabin adi yadimdan chixib "baliq kimi sagam quyrugumu da yere chirpiram".

Allahlara, bizim uchun etdikleri ishlerine gore, teshekkur edirik. Biz bunun uchun onlara minnetdar olmaliyiq. 

O ki, qaldi sabah ki gune , men isterdim sizin ikinizde -siz de Martini de bilesiniz ki, men tamamile xoshbextem. Men oz ohdeme dushen ishi basha chatdirdim, olum hokmu de gosterirki, bu ishi vicdanla yerine yetirmishem. Onlar meni ona gore oldururler ki, menden qorxurlar. 

Cemma goz yashindan islanmish mektubu tez cibine qoydu, uzunu gizletmek uchun qalxib pencereden bayira baxdi.Cemma bir az susduqdan sonra donub Martiniye baxdi:

-Bu nedir? Kilse zengi chalinir? -dedi:

-Gorunur, kimse olub.

 

Etel Lilian Voynich "Ovod" 

Link to comment
Share on other sites

-Xeyalimi reallashdirmaqdan qorxuram,chunki o zaman yashamaq uchun bir sebebim olmayacaq.

 

 

-Men de her kes kimiyem:Dunya heqiqetlerine olduqlari  kimi deyil de, olmasini istediyim kimi baxiram.

 

 

-Umumiyyetle ölum insani heyata qarshi daha diqqetli olmaga mecbur eder.

 

 

-Ureyine, agri qorxusunun, agrinin ozunden de pis bir shey oldugunu soyle.

 

 

Paulo Coelho, "The Alchemist"

Link to comment
Share on other sites

  1994-cü ilin yazında mən Sibirə-Ob çayı boyunca Novosibirskdən Salexarda və əks istiqamətdə 4 aylıq ekspedisiya keçirmək üçün 3 çay teploxodu kirayə etmişdim.Ekspedisiyanın məqsədi – Uzaq Şimalın regionları ilə iqtisadi əlaqələrin tənzimlənməsi idi.

 Mənim karavanım Şimalda 3,5 min km yol getməli,əhalinin nisbətən çox məskunlaşdığı bölgələri –Tomsk,Nijnevartovsk,Surqut,Xantı-Mansisk,Salexardı,eləcə də kiçik,yüklə birlikdə sadəcə kiçik müddət ərzində gedilə bilən yerlərə çatmalı idi.

    Gündüz karavanın gəmiləri yaşayış yerlərinə yaxınlaşmışdılar.Biz ticarətlə məşğul idik,daimi iqtisadi əlaqələrin tənzimlənməsi barədə danışıqlar aparırdıq.Bir qayda olaraq, gecə yola çıxırdıq.Hava şəraiti çayda hərəkətə imkan verməyəndə işçi heyəti daşıyan gəmi ən yaxın yaşayış yerində dayanırdı və biz yerli cavanların istirahəti üçün axşamlar  təşkil edirdik.Orada belə fəaliyyətlər nadirdir.Klublar Və Mədəniyyət evləri son vaxtlar işləmirdi.Demək olar belə tədbirlər keçirilmirdi.

     Hərdən sutka ərzində  bir yaşayış məntəqəsinə belə rast gəlinmirdi,ancaq tayqa və kilometrlər boyunca yeganə nəqliyyat yolu çay idi.Mən onda hələ bilmirdim ki,bu kilometrlərdən birində məni bütün həyatımı dəyişəcək bir görüş gözləyir.

    Bir dəfə biz  əks istiqamətdə qayıdarkən Novosibirskə gedəndə mən heyət olan teploxodu  böyük yaşayış məntəqələrindən 10 km-lərlə uzaq  olan ,bir neçə ev olan kiçik bir kənddə sahilə yaxınlaşdlrmağa qərar verdim.3 saat burda dayanmağı planlaşdırdım ki,teploxodun komandası buralarda gəzə bilsin,yerli sakinlər bizdən əşya və  ərzaq məhsulları ala bilsin, biz də onlardan ucuz qiymətə tayqa balığı və yabanı bitkilərini ala bilək.Burda dayandığımız vaxt ərzində mənə və rəhbərə qəribə bir xahişlə ,mənim o vaxt yerli qocalar hesab etdiyim 2 kişi müraciət etdi.Biri böyük, o biri bir az cavan idi, böyük olan –uzun ağ saqqallı danışmırdı.Cavan olan danışırdı.O məni ,ona dayandığımız yerdən 25 km uzaqda olan tayqaya aparmaq üçün 50 nəfər (teploxodun komandası cəmi 60 nəfər idi)verməyə inandırmağa çalışırdı.Uzaq Tayqaya onların dediyi kimi, Cingildəyən Sidri kəsmək üçün aparacaqdılar. Qocanın  sözlərinə görə,həmin Sidrin boyu 40 metrə çatır ,həmçinin onu kəsib əldə teploxoda aparmaq üçün hissələrə ayırmaq təklif olunurdu.Qoca hər hissəni daha kiçik hissələrə bölməyi və bir hissəni özünə saxlamağı ,qalanlarını yaxınlarına,tanışlarına və onun faydasını görmək istəyən hər kəsə paylamağı  məsləhət gördü.Qoca dedi ki, bu sidr qeyri-adidir.Onun bir hissəsini iplə bağlayıb  sinədə gəzdirmək olar .Amma onu taxarkən otun üstündə yalın ayaq durmaq lazımdır,sol əlin ovucunda açıq sinəyə basmaq lazımdır.Bir dəqiqədən sonra Sidrdən gələn xoş  istilik hiss olunur,sonra bədəndə yüngül üşütmə hiss olunur.

 

(Vladimir Meqre -"Anastasiya")

Link to comment
Share on other sites

  • 2 weeks later...

-Heç üşüdükdən sonra isindiyin oldumu?

Uşaqlarla birlikdə toxunmuş xalçanın altında yatdığım günləri düşündüm:Soyuq,sonra isti.

-"Bəli!" -deyə qışqırdım:"Xoşbəxtlik budurmu?"

Gülümsədi:"Xoşbəxtlik budur."

 

Jerry Spinelli

Link to comment
Share on other sites

  • 2 weeks later...
- Hətta əgər öyrənsən də, qısqanmayacaqsan?

- Qısqanmaq? Nəyə əsasən?

- O ki, əgər mən sənin yanında olduğuma baxmayaraq, keçmişimdə olan hər hansı bir qadın haqqında düşünsəm? Səni tərk edib həmin qadının yanına gedəcəyimdən narahat olmazdınmı?

- Yox.

- Yəqin ki, məni sevmirsən.

- Başa düşmürsən, nə danışırsan. Sevginin qısqanclıq və ya itirmək qorxusu ilə heç bir əlaqəsi yoxdur. Mən səni sevirəm, amma başqa qadını yadından çıxara bilmirsən deyə, getmək istəsən - bu yaxşı bir hal olacaq. Bu elə həqiqət olacaq. Çünki, əgər sən qalsaydın, bu o demək olacaqdı ki, sən yalan danışırsan. Əgər getsən, bu sadəcə o anlamı daşıyacaq ki, biz bir-birimizə uyğun gəlmirik və sənin getməyin yaxşıdır. Çünki sən qalsan, mənə uyğun gələn birisinin yerini tutmuş olacaqsan. O kəs ki, mənə uyğun gəlir və məni tərk edib çıxıb getməyəcək. Nədənsə narahatçılıq hissi keçitmək lazım deyil. Hər şey hər zaman yaxşıdır.

- Sən elə əcaib tərzdə sevirsən ki... Elə bil ki, bağlanmağı heç bacarmırsan, qısqanmırsan...

- Sən hələ də anlamırsan ki, nə danışırsan. Sevginin bağlanmağa heç bir aidiyyatı yoxdur. Bağlanmaq və qısqanmaq - səni sevməmək deməkdir. Özünü kimdənsə pis hiss etmək, səni olduğun kimi heç kəs sevməyəcək deyə qorxmaq. Müqayisə etmək. Sən özünü heç kəslə müqayisə edə bilmirsən. Sən elə sənsən. Sənin şəxsi həyatın var. O sənə verilmişdir. Bu vergidir. Onu özünü başqaları ilə müqayisə etməyə xərcləmə. Bu yanlış fikirdir. Sən yalnız özünə baxmalısan. O zaman səhv etməyəcəksən. O zaman heç kəs getməyəcək, çünki sən dərhal bu insanın sənə uyğun gəlib-gəlmədiyini görəcəksən. 
Link to comment
Share on other sites

  • 2 weeks later...

Olmek - bu sozun hech bir menasi yox idi, bu soz goz onunde hech bir menzere yaratmirdi ve qorxu getirmirdi. Lakin yashamaq - tepenin yamacinda kuleyin dalgalandirdigi zemi demek idi. Yashamaq - semada qanad chalan qirgi demek idi. Yashamaq - taxil doyulenden sonra xirmani toz buruyende ve saman her terefe dagilanda bir bardaq su demek idi. Yashamaq - atin mahmizla sixilmish boyru, yeherin ustune kondelenine atilmish karabin, hem tepe, hem dere, hem chay, hem chayin yaxasi boyu dikelen agaclar, hem vadinin qurtaracagi, hem de onun arxasindaki daglar demek idi. 

 

Heminquey Ecel zengi 

Link to comment
Share on other sites

  • 2 weeks later...
Söhbətlərində, hətta dərslərində belə mənim şerlərimdən sitat gətirməsi üçün ölmürdüm bəs. Ədəbiyyatçı olasan, Fizulidən tutumuş bu günümüzün şairlərinə qədər hamısını oxuyasan, - hələ xarici ədəbiyyatı demirəm - söhbətlərində məndən sitat gətirəsən, övlad məhəbbəti işdə. Bir də Zərdüştü çox sevərdi, rəhmətlik Zərdüşt Şəfini. Bu uşağın qədri bilinmir deyərdi, çox gözəl yazır, çox. Hətta bir dəfə, yadımdadı, kitab evimizdə baxdım ki, payız buludlarıtək qap-qaradı havasatı, doluxsunub. Belə olanda kəlmə kəsmək istəməzdi adamla, yaylığının ucu ilə yanaqlarına gilələnən yaşları silər, dinməzcə durardı. Dedim, ay na, danışmaq istəyirsən, ya mane olmayım? Başını qaldırmadan, "Zərdüştün bir kiçik misrasıdı məni bu hala qoyan" dedi. Sonra özünü ağlamaqdan güclə tuta-tuta o insafsız misraları oxudu:

 

Böyümə, balaca,

demirlər sənə,

böyüdün öləcəksən...

 

("Ay-rılıq" romanından)
Link to comment
Share on other sites

heç kim, heç kim insanı özündən, daxilindəki təkliyindən ayıra bilməz. insan bu dünyaya tək gəlib, tək getdiyi kimi həyatı boyu da təkdir. sadəcə qismətdənmi ya təsadüfdənmi ömür boyu cürbəcür insanlarla rastlaşır, ünsiyyət qurur və bəzən hətta elə zənn edir ki, bu münasibətlər onu təkliyindən ayırır. əsla! heç kəs insanı daxilindəki tanhalıqdan qurtara bilməz! ona görə də hərə təkbaşına qərar çıxarmalıdır: insan qalabalığın içində qeyb olmalı, izdihamda yayılmalı, yoxsa təkliyi mütləq həqiqət kimi qəbul edib hər şeydən və hamıdan uzaqlaşmalıdır. tənhalıqdan qorxsam da, ondan qaçsam da anlayıram ki, ətrafımı adamlarla doldurmağım özümü aldatmaqdır. onsuz da, bu adamlar ömrümün hansısa kəsiyində, həyat konsertimin hansısa hissəsini ifa etmək üçün lazımdır, partiyalarını çalıb tədricən yox olacaqlar. sonra isə konsert qurtaracaq. çünki bu dünyada əbədi heç nə yoxdur. əbədi olan yalnız insanın içindəki sonsuz tənhalıqdır... (Anar 5 mərtəbəli evin 6-cı mərtəbəsi)

Link to comment
Share on other sites

  • 2 weeks later...

Bir gun her sey sona yetir, en cilgin ehtiras bele bitib tukenir ve Eger kisiyle qadini ehtirasdan basqa hec ne baglamirsa-yeni aileyle, usaqla, nikahla bagli deyillerse onda bu cur elaqe ele dehsetli isgenceye cevrilir ki, gel goresen... Anar "5 mertebeli evin 6-ci mertebesi"

Sent from my HTC Desire V using Disput.Az mobile app

Link to comment
Share on other sites

"Traktatlar dünyanı dəyişməyə qadir deyil ki bunu bir şey sübut edir...Bəşəriyyət yaradılandan bəri sadəcə hisslərilə cəzb olunaraq yaşayır(живет  лишь чувствами влекомо)"

Vladimir Meqre - "Birgə yaradılış"

Edited by gonca
Link to comment
Share on other sites

  • 2 weeks later...

"Gizli məhəbbətin ürəyində alovlanmasına imkan verən qadınlar ağılsızdır, onlar anlamırlar ki, cavabsız və eləcə gizli qalan bu məhəbbət onun yetişməsinə şərait yaradan həyatı yandırıb kül edəcək. Yox əgər açılsa və qarşı tərəfdən cavab tapsa, rəqs edən od parçası kimi səni aldadıb özünə sarı çağıracaq, nəhayət qurtulub çıxa bilməyəcəyin bataqlığa düşdüyünü görəcəksən. " 

Şarlotta Bronte "Ceyn Eyr"

Link to comment
Share on other sites

Bu oxudugum kitabdan bir hisse deyil. Sadece oxudum, fikir xoshuma geldi...

 

Əl çəkdim...

Pis günümdə yanımda olmadığın gün səndən əl çəkdim.

Mənə yalan söylədiyini anladığım üçün əl çəkdim.

Gözlərimə baxdığında qəlbinlə baxmadığını və məndən bir şeyləri gizlətdiyini bildiyim gün əl çəkdim.

Hər səhər mənimlə oyanmaq istəmədiyini və gələcəyimizin olmadığını anladığım üçün əl çəkdim.

Düşüncələrimə və dəyərlərimə dəyər vermədiyin üçün əl çəkdim.

Sadəcə öz xoşbəxtliyini və gələcəyini düşünərək məni heçə saydığın üçün əl çəkdim.

Bunlardan heç biri səndən əl çəkməyim üçün yetərli deyildi, çünki sevgim çox güclüydü.

Amma hamısını düşünən də sənin məndən çoxdan əl çəkdiyini anladım.

Bu səbəbdən məndə səndən əl çəkdim.

 Frida Kahlo

Link to comment
Share on other sites

Həyat o qədər məharətlə qurulmuşdur ki, nifrət etməyi bacarmadan, qəlbən sevmək olmaz.

M.Qorkiy

Siz aforizmlər paylaşırsız bunun üçüb ayrıca mövzu var, burada isə oxuduğunuz əsərlərdən paylaşmalısınız :) 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 5 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Red Heart
        • Like
      • 219 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Like
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Like
      • 306 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Upvote
        • Like
      • 280 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
        • Upvote
        • Sad
        • Thanks
        • Like
      • 187 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...