Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Akp-Nin Mühafizəkar Siyasəti


Museyib Elekber

Recommended Posts

AKP Türkiyədə iqtidara gələndən bəri məntiqli-məntiqsiz bir çox qanunlar çıxarmağa başlayıb. Bu, artıq insanların şəxsi həyatlarına müdaxilə edəcək həddə gəlib çatıb. 1923-də qurulmuş dünyəvi Türkiyədən əsər-əlamət qalmayıb. Onun yerinə şəriətin hökm sürdüyü bir dövlət gəlib. İş orasındadır ki, əhalinin böyük hissəsi din yönümlü olduğundan AKP-nin bu siyasətinə müsbət yanaşır. Az bir hissə buna etirazını bildirsə də, elə də təsiri olmur. Seçki də olsa, çox hissə Ərdoğanı və ya AKP-ni seçəcək. Ona görə də ortada 1980-də baş vermiş "darbe" söhbətləri də gəzir.

 

Mən bu mövzuya tərəfli yanaşıb yazdım. Sizcə bu siyasətin nəticəsi nə olacaq?

Link to comment
Share on other sites

AKP Türkiyədə iqtidara gələndən bəri məntiqli-məntiqsiz bir çox qanunlar çıxarmağa başlayıb. Bu, artıq insanların şəxsi həyatlarına müdaxilə edəcək həddə gəlib çatıb. 1923-də qurulmuş dünyəvi Türkiyədən əsər-əlamət qalmayıb. Onun yerinə şəriətin hökm sürdüyü bir dövlət gəlib. İş orasındadır ki, əhalinin böyük hissəsi din yönümlü olduğundan AKP-nin bu siyasətinə müsbət yanaşır. Az bir hissə buna etirazını bildirsə də, elə də təsiri olmur. Seçki də olsa, çox hissə Ərdoğanı və ya AKP-ni seçəcək. Ona görə də ortada 1980-də baş vermiş "darbe" söhbətləri də gəzir.

 

Mən bu mövzuya tərəfli yanaşıb yazdım. Sizcə bu siyasətin nəticəsi nə olacaq?

 

Məncə  AKP   bir mülayim islam partiyası kimi  xalq tərəfindən dəstəklənirsə  bu normal hadisədir .  Özü də ,   mən bilən onlar demokratik seçkilər sistemini saxlayıblar və Ana yasada  da  islamçı dövlətə  çevrilə biləcək bir qanun dəyişikliyi etməyiblər . AKP- ya  bir növ Avropada Xristian Demokratları kimi baxmaq olar. 

 

Əgər onlar ordunu  siyasətdən uzaqlaşdırırsa  (  bir qədər dünyəvilik hesabına )   bunu yalnız alqışlamaq lazımdır . Ordu dövlətin xidmətində olmalıdır ,  dövlət ordunun yox ))   Misirdə baxın nə baş verir ... Prezidentlər gəlib gedir , amma , ordu həmişə fon olaraq hakimiyyətdədir smile.png

Link to comment
Share on other sites

Qanun olaraq belə deyilsə də, türklər demiş, hal və tavırları tam radikal xarakterlidir. Düzdür, heç bir qanun filan çıxmayıb, amma gündəmdə olan söhbətləri eşidəndə deyirsən ki, bura din dövlətidir. Yəni ilk fürsətdə deyilənləri qanuna keçirə bilərlər. Bir-iki nümunə verim: hamiləlik testi cihazı alanları siyahıya salmaq, hamilə olanları siyahıya salıb sonra da onların necə inkişaf etməsinə nəzarət etmək, hamilə qadınların ictimai yerdə gəzməsi, abortun qadağan edilməsi, qız və oğlanların bir yerdə təhsil alması və s. Bilmirəm siz də buradakı ortaq nöqtələri hiss etdinizmi? Yerdə qalan bir çox fikirlər də bu tərz fikirlərdir.

Link to comment
Share on other sites

Qanun olaraq belə deyilsə də, türklər demiş, hal və tavırları tam radikal xarakterlidir. Düzdür, heç bir qanun filan çıxmayıb, amma gündəmdə olan söhbətləri eşidəndə deyirsən ki, bura din dövlətidir. Yəni ilk fürsətdə deyilənləri qanuna keçirə bilərlər. Bir-iki nümunə verim: hamiləlik testi cihazı alanları siyahıya salmaq, hamilə olanları siyahıya salıb sonra da onların necə inkişaf etməsinə nəzarət etmək, hamilə qadınların ictimai yerdə gəzməsi, abortun qadağan edilməsi, qız və oğlanların bir yerdə təhsil alması və s. Bilmirəm siz də buradakı ortaq nöqtələri hiss etdinizmi? Yerdə qalan bir çox fikirlər də bu tərz fikirlərdir.

 

Bu da demokratiyanın kənar təzahürlərindəndir ))    Səs çoxluğu ilə hakimiyyətə gələn partiya  müəyyən dəyişiklik əlbəttə ki,  edəcək ...  Amma , əsas hakimiyyətin azad  seçkilər  əsasında dəyişilməsini ləğv etməsinlər .  

 

O ki,  qaldı abort məsələsinə -  dünyanın çox  ölkələrində bu və ya digər səbəbdən  qadağa və ya bəzi hallrda  bu qadağadan istisna var .  Türkiyə  hələlik ( wiki- dən )  ən liberal dövlətlər siyanısinə  daxildir . 

 

550px-Abortion_Laws.svg.png

 

 

Göy rənglə olan ölkələrdə  hamiləliyin ilk dövrlərində   azad abort imkanı var .

Edited by Sunyata
Link to comment
Share on other sites

  • 2 weeks later...

Türkiyə dini bir ölkədir, həmişə də elə olub. Hətta onu dünyəvi bir ölkə etmək cəhdləri belə heç bir nəticə verməyib. 

Xalqın böyük əksəriyyəti də öz seçimindən razıdır.

Xürafatçılıq olmasa, Dini olduğu kimi yaşasalar və ədalətli olsalar bu işlərin hamısı yaxşı olacaq.

Link to comment
Share on other sites

Ərdoğana məsləhət: “Kreslonu Gülə təhvil ver”

ABŞ jurnalı “The Economist” “Dünya-2014” xüsusi buraxılışında Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın nüfuzunun düzəldilməsi mümkün olmayacaq qədər zərər gördüyü, onun ehtiraslarından imtina etməsi, simvolik prezidentlik vəzifəsinə keçərək baş nazirliyi prezident Abdulla Gülə təhvil verməsinin lazım olduğu qeyd edilib.

“The Economist”in yazarı Türkiyənin ən böyük dördüncü narahatlığın ətrafındakı problemli qonşular, xüsusilə də Suriyadakı vətəndaş müharibəsinin olacağı fikirindədir. Ərdoğanın Suriya lideri Bəşər Əsədin devrilməsini istəyən qüvvələrin yanında olduğunu xatırladan Peet Əsədin iqtidarda qaldığı müddətdə Türkiyənin mövqeyinin də zəifləyəcəyini ifadə edir.“Türkiyənin digər narahat qonşuları Ermənistan, Kipr, Misir və İsraildir. Ərdoğanın “qonşularla sıfır problem” siyasəti “problemsiz sıfır qonşu”ya çevrildi”, -yazıda bildirilir.

 

http://publika.az/news/d_nya/rdo_ana_m_sl_h_t_kreslonu_g_l_t_hvil_ver/
 

Link to comment
Share on other sites

Türkiyədə Dərshanələr – universitetlərə özəl hazırlıq kursları yeni tədris ilindən olmayacaq. Türkiyə Baş naziri Rəcəb Tayyib Ərdoğanın islamçı təmayüllü partiyası – AKP noyabr ayından etibarən hazırladıqları qanun layihəsi ilə bunu nəzərdə tutur.

Hökumətin planına görə, ali məktəblərdə hazırlıq üçün Türkiyədə çox geniş yayılan, az qala hər bir yuxarı sinif şagirdlərinin Universitetlərə qəbul imtahanına azı 1 il qalmış getdiyi məktəbdənkənar hazırlıq kursları, o cümlədən əlavə istedad tələb edən kurslar qapadılacaq.

Hökumət əmin etməyə çalışır ki, bu dərshanələrin qapadılmasının səbəbi ümumilikdə təhsil islahatı – orta məktəblərdə təhsilin keyfiyyətinin artırılmasıdır.

Ancaq eyni Ərdoğan hökuməti uzun illər dərshanələri müdafiə etdiyindən indi bu planların birbaşa təhsillə bağlı olmasına inananlar azdır.


DƏRSHANƏLƏR - GÜLƏN CAMAATININ MARAQ DAİRƏSİ

Türkiyədə dərshanə
Səbəb isə odur ki, Türkiyədəki dərshanələrin və
dərshanələrinin nəzdindəki yurtlar – yataqxanalar böyük əksəriyyəti Amerikada yaşayan nurçu camaatın lideri olan Fətulla Gülən davamçılarının nəzarətindədir. Bu dərshanələr uşaqlara 12 ildə məktəblərin öyrətmədiyi bilikləri verib, yüksək balla universitetlərə qəbul olma imkanı verməklə yanaşı, həm də dünya görüşlərinin formalaşdırılmasında iştirak edir, faktiki olaraq Tükiyə cəmiyyətində işıqlı gələcəyi olan tərəfdarlar ordusu qazanırlar.
Dərshanələrdə hazırlığın qiymətləri Anadoluda illik 1000 dollar, böyük şəhərlərdə isə 2000– 3000 dollar arasında dəyişir.

Dərshanələr həm hazırlığa görə pul alır, yəni Gülən camaatının maliyyə dayaqları möhkəmlənir, həm də istedadlı gəncləri öz tərəflərinə çəkə bilirlər.

Bundan öncə bu cür dərshanələri qapadılma zamanı adətən Türkiyədə mühavizəkarların hakimiyyətdə olduğu dövrlərdə, dindarlara qarşı olan generallar tərəfindən olmuşdu. Ancaq o zaman Fətulla Gülən hətta kurslar qapadılmasın deyə, onlara nəzarəti verməyə hazır olduğunu da bildirmişdi və məsələ həll olunmuşdu.

İndi isə, sonuncu dəfə noyabrın 24-də televiziya ilə çıxışında Ərdoğan açıqca vurğulayıb ki, bu yoldan dönməyəcəklər və iyun ayının sonunda dərshanələr bağlanacaq, yetərli imkanlara sahib olan kurslar özəl məktəblərə çevriləcək.


GÜLƏN TƏRƏFDARLARI NƏ DEYİR?

Fətulla Gülən
Noyabr ayı boyunca Gülən camaatının nəzarətində olan
media orqanları – Saman Yolu t

eleviziyası, Zaman qəzeti və internet saytlar ilk dəfə Ərdoğanı sərt şəkildə tənqid elədilər. Türkiyədəki dərshanələrin ittifaqları da hökümətin planlarına qarşı çıxır. Ötən həftə Təhsil naziri Nəbi Avcı ilə görüşü də nümayişkaranə şəkildə tərk edən dərshanə ittifaqlarının rəhbərləri bu cür təzyiqlərlə hətta Türkiyədə hərbi çevrilişlər edən generalların vaxtında da üzləşmədiklərini bildiriblər.

Amerikada olan Fətulla Gülən özü isə internetdə yerləşdirilən video çağırışında hökumətin bu qərarının ürəklərinə sancılan biçaq zərbəsi kimi qiymətləndirib.

Ərdoğan mediaya açıqlamalrında Gülən camaatının qəzet və televiziyalarında tənqid olunmasına sərt reaksiya verib. Bundan sonra Gülənə yaxınlığı ilə bilinən bir sıra nüfuzlu şəxslər hocalarının yeni çağırışlarını çatdırıblar. Gülənin tərəfdarlarını açıq qarşıdurmadan və “yollarımızı bağlayanların” yollarını bağlamaqdan uzaq durmağa çağırıb.


ERDOĞAN - CAMAAT DAVASININ SƏBƏBİ NƏDİR?

İslamçıların dəstəyi ilə hakimiyyətə gələn AKP hökumətinin indi nədən Gülən camaatına qarşı çıxması haqda isə şərhçilər deyirlər ki, əslində bu qarşıdurma yeni deyil.

Cemaatın içindən gələn Türkiyə Parlamentinin spikeri Bülənt Arıncın Baş nazir Erdoğanla olan öncəki fikir ayrılıqlarına da toxunan şərhçilərdən Hurriyyət qəzetinin yazarı Mustafa Akyolun fikrincə, hər şey əslində 2-3 il əvvəl başlayıb.

Öncə, Ərdoğanın İsrailin Mavi Marmara gəmisinə hücumuna görə Tel-Əvivlə diplomatik münasibətləri kəsməsi, anti-Qərb çağırışları zamanından.

Mustafa Akyol deyir ki, Fətulla Gülən davamçıları islamçı olsalar da, mərkəz sağçılara yaxınlıqları, Qərb tərəfdarı olmaqları və İsrailə qarşı normal münasibətləri ilə seçilirlər. Ərdoğan is artıq daha mühavizəkar islamçı roluna bürünüb.

Qarşılarında ciddi müxalifət gücləri də qalmadığından indi 10 il əvvəl yaranan bu ittifaqıın daxilində hesablaşmalar və yeni güc bölgüsü başlanıb. Gülənçilər Ərdoğanı hakimiyyətə gələndən sonra korlanmaqda ittiham edir, Ərdoğançılar isə Gülənçilərin dövlət içində dövlət kimi fəaliyyət göstərməsindən. Ancaq görünən odur ki, bu qarşıdurmanın nəylə sonuclanacağını növbəti bələdiyyə seçkiləri göstərə bilər.

Link to comment
Share on other sites

  • 4 weeks later...

yayınlandı. Sohbetinde "Şimdiye kadar demediklerimi diyeceğim" diyen Fethullah Gülen,"Umumun hukukuna tecavüz edilmişse, bir tek arpa umum milletin hakkıysa, o yenmişse, o mevzuda birisi göz yumuyorsa, o da o haramîlerle müşterek demektir. İşte orada göz yumulamaz" dedi.

"Mesâvîyi Allah biliyor, harâmîliği Allah biliyor, hırsızlığı Allah biliyor, rüşveti Allah biliyor. Öbür tarafta teker teker tek arpadan hesap sorma esprisine bağlı olarak hepsinin hesabını Allah sorar" diyen Gülen, "Hırsızı görmeden hırsızı yakalayanın üzerine gidenler, cinayeti görmeyip de masum insanlara cürüm atmak suretiyle onları karalamaya çalışanlar.. Allah onların evlerine ateşler salsın, yuvalarını yıksın, birliklerini bozsun, duygularını sinelerinde bıraksın, önlerini kessin, bir şey olmaya imkan vermesin" diye konuştu.

"O kadar diş gösterildi, o kadar salya atıldı, o kadar kimse tahrik edildi, o kadar o “twit”lerde o mel’un düşünceler bir yönüyle vizesiz rahat dolaştı ki..." diyen Gülen, sohbetini "Bir sürü mü’minin gönlünü yıktılar. Kendimizi de istisna etmedim. Haksız, kimse, o mutlaka cezasını bulacaktır" sözleriyle noktaladı.

Link to comment
Share on other sites

Türkiyədəki olaylar hazırda qonşu ölkədə siyasi ehtirasları artıraraq pik həddə çatdırıb. Gözlənildiyi kimi Baş nazir Ərdoğan uzun müddət susqunluqdan sonra AKP-yə yönəlik addımlara cavab verməkdədir. Amma hazırda Türkiyədə baş verənlərin sadə bir rüşvət qalmaqalı olmadığını düşünənlər də az deyil. Və baş verənləri hakimiyyət uğrunda bir mübarizənin tərkib hissəsi sayanlar da az deyil. Hadisələrin pərdəarxası məqamlarına aydınlıq gətirməsi üçün politoloq Vəfa Quluzadəyə müraciət etdik:

- Türkiyədə baş verənlərlə bağlı kifayət qədər cavabsız suallar var. Baş verənlərin əsas diqqət yetirilməli məqamı Ərdoğanın uzun müddət hakimiyyətdə qalmasıdır. Türklərin böyük bir qismi Ərdoğandan razılıq etsə də, onu güclü dövlət rəhbəri saysa da, bu rəhbərin də getmək vaxtının çatdığını düşünür. Ərdoğan artıq uzun müddətdir ki, hakimiyyətdədir və onun iqtidarda bu qədər qalması müxaliflərin sayını artırıb. Türkiyə hazırda bölünmüş vəziyyətdədir. Onu da nəzərə almaq lazımdır ki, Türkiyədə dünyəvilik çoxdan bərqərar olunub. Bu dövlət Atatürkün müəyyənləşdirdiyi yol ilə getməkdədir. Hazırda Türkiyə əhalisinin böyük bir qismi Avropa dəyərləri ilə yaşayır. Amma Türkiyənin əhalisinin bir qismi də Islam dəyərlərini həyatında ən vacib məqam sayır. Bir qism üçün bu dəyərlər rəhbərdir. Iqtidar da gərək bu balansı gözləyə bilsin. Nə dünyəvi dəyərləri, nə də Islamı üstün tutanlar əziyyət çəkməməlidirlər. Bu balansı saxlamaq olduqca əhəmiyyətlidir. Eyni zamanda burada xarici qüvvələrin də rolu ola bilər. Çünki Türkiyə Yaxın Şərqdə olduqca güclü bir dövlətdir və iqtisadi baxımdan regiona nüfuz edir. Türkiyənin Qərblə normal münasibətlərinin olması, Avropa Birliyi ilə danışıqlar aparması onun nüfuzunu daha da artırıb. Yəni, Türkiyə dünyanın əsas qüvvələri ABŞ və Avropa Birliyi ilə sıx əməkdaşlıq səviyyəsindədir. Ümumiyyətlə Yaxın Şərq regionunda idarə olunan xaos hökmrandır. Ərəb aləmi olduqca çətin vəziyyətdədir. Hazırda sual olunur ki, Türkiyədə sabitliyin pozulması dünyanın maraqlarına uyğun olacaqmı? Türkiyə də ərəb ölkələri kimi bu cür duruma yuvarlansa proseslər hansı istiqamətdə cərəyan edəcək?

 

Indiyə qədər belə təəssürat var idi ki, AKP hakimiyyəti Türkiyədə baş verənlərə tam nəzarət edir. Amma korrupsiya əməliyyatlarının gözlənilmədən keçirilməsi və yüksək post tutan məmurların belə bu əməliyyatlardan xəbərsiz olması maraqlı durum yaradır. Bu nəyin təzahürü idi?
- Əslində bu məqam təhlükəli tendensiyadır. Əgər ölkə miqyasında bu cür addımlar atılırsa və ölkəni idarə edənlərin bundan xəbəri olmursa, bu ciddiyyə alınmalıdır. Bu ondan xəbər verir ki, ölkədə hakimiyyətə qarşı açıq etiraza belə hazır olan güclü müxalifətçi qüvvələr var. Ya da baş verənlər xarici müdaxilənin nəticəsində meydana gəlib.

- Qeyd etdiniz ki, Türkiyədə hazırda baş verənlərdə beynəlxalq güclərin də əli ola bilər. Bir sıra ekspertlər də düşünür ki, Türkiyədə baş verənlər əslində bu dövlətin regional gücə çevrilmək istəyinin qarşısının alınması üçündür. Çünki son zamanlar Türkiyə istər Yaxın Şərqdə, istərsə də Cənubi Qafqazda aktiv siyasət yürüdür. Yəni, məhz daxildəki bu cür gərginlik hesabına Türkiyənin xarici siyasət vektoru zəiflədilməyə çalışılır...
- Xarici siyasət hər zaman ölkə iqtisadiyyatının, daxildə yürüdülən siyasətin davamıdır. Türkiyə xarici siyasətdə ona görə aktivləşib ki, dövlətin iqtisadiyyatı daha güclü olub, vətəndaşın həyat səviyyəsi yaxşılığa doğru dəyişib. Nəticədə Türkiyə yerləşdiyi regionda özünü böyük güc kimi aparmağa meyl edir. Bu tendensiya da başqa qüvvələrin Türkiyəyə qısqanclıqla yanaşmasına gətirib çıxara bilər. Digər tərəfdən Türkiyənin xarici siyasətdəki aktivliyi konkret olaraq nəticə verməyib. Məsələn, Türkiyə ərəb dünyasında proseslərə müdaxilə edir. Amma bu müdaxilənin hələ ki, müsbət nəticəsi yoxdur. Ona görə sual yaranır ki, Türkiyənin xarici siyasətdə aktivliyi nə qədər uğur gətirir? Eyni zamanda Türkiyə Qarabağ məsələsində aktivləşib. Amma hələlik bu aktivliyin heç bir nəticəsi yoxdur. Ona görə xarici siyasət kursu uğurlu seçilməlidir. Türkiyə dünyadakı güc nisbətini unutmamalıdır. Türkiyənin Israil ilə münasibətləri gərginləşdirməsi düzgün yol deyil. ABŞ və Israil Türkiyənin müttəfiqləridir. Bu müttəfiqlərlə də münasibətlər normal olmalıdır. Türkiyə Israil ilə münasibətləri düzəltməlidir. Türkiyə hələlik Israilə meydan oxuyacaq qüvvə deyil.

 

Türkiyə baş verənlərdən necə çıxacaq?

- Türkiyənin iqtisadiyyat naziri Zəfər Çağlayan korrupsiya qalmaqalı ilə bağlı açıqlamasında deyib ki, hazırda onlar məqsədi və hədəfi çox fərqli olan böyük bir tələ ilə üz-üzədirlər. Bu açıqlamanı necə anlamaq olar?
- Hər halda Türkiyə hakimiyyəti nə qədər də bu açıqlamalardan xəbərsiz olsa da, lakin son məqamda iqtidar bu hadisələri cilovlaya bildi. Baş verənlərə cavabdeh qüvvələr ortalığa çıxarıldı və onlara qarşı tədbirlər görülməkdədir.

- Belə bir fikirlər də var ki, hazırda baş verənlər dövlətin içərisində mövcud olan bir “dərin dövlət” tərəfindən həyata keçirilib. Bu mülahizələr nə dərəcədə əsaslıdır?
- Belə fikirlər mətbuatda yer alıb. Amma bu fikirlərə dəqiq cavabı bu cür heç kim verə bilməz. Bu məsələlərdə bir çox faktorlar qarışır. Amma əsas faktor ondan ibarətdir ki, Türkiyənin daxili görünür, kiməsə ümid verir ki, formalaşan daxili durumdan istifadə edərək öz məqsədlərinə çatsın.

- Maraqlıdır ki, baş verənlər daha çox Ərdoğanla Fətullah Gülənin tərəfdarlarının qarşıdurmasına bənzəyir. Yəni bu cür mənzərə pozulan münasibətlərin nəticəsi kimi meydana gəlib. Hətta belə bir fərziyyədə irəli sürülür ki, burada hədəf Ərdoğan hökumətidir və Fətullah Gülən bu planı Israil ilə birgə həyata keçirib?
- Bəli, gərginliyin olması göz önündədir və bunu inkar etmək olmaz. Əslində bu tendensiya da bir qədər qəribə görsənir. Çünki Ərdoğanla Fətullah Gülənin arasında həmişə normal münasibətlər olub. Amma axır zamanlar belə məlumatlar sızmaqdadır ki, Gülən Ərdoğandan narazıdır. Amma bu narazılığın nədən qaynaqlandığını söyləmək çətindir. Bu narazılığın kökündə Israil və ya Iranla bağlı yürüdülən siyasətlə barışmamağın durduğunu demək olmur.

 

- Hazırda Türkiyədə yaşananlar qarşıdan gələn bələdiyyə seçkilərinin nəticələrinə necə təsir göstərəcək? Çünki Türkiyədə bələdiyyə seçkiləri hakimiyyətə gedən yolda bir mərhələ kimi dəyərləndirilir...
- Bələdiyyə seçkilərində sözsüz ki, AKP nəzarətini gücləndirməyə və seçkidə qalib gəlməyə çalışacaq. Seçkilərdəki uğursuzluq Ərdoğan iqtidarı üçün ciddi fəsadların yaranmasına apara bilər.

“Türkiyədə stabiliyin qorunması artıq bir nömrəli məsələdir”

- Bəzi ekspertlər belə hesab edir ki, baş verənlər Türkiyədə dövlət böhranına səbəb ola bilər. Sizin bu barədə düşüncələrinizi bilmək istərdik. Türkiyənin hazırkı durumu ölkəni siyasi böhrana salacaq vəziyyətdədirmi?
- Türkiyədə dövlət böhranının baş vermə ehtimalları var və bu ehtimal artmaqdadır. Bunu istisna etmək olmaz. Amma mən arzu edərdim ki, Türkiyədə heç bir problem yaşanmasın. Türkiyədə stabiliyin pozulması bütün xalqa təhlükədir. Ona görə ölkədə stabilliyin pozulmasına imkan yaratmamaq lazımdır. Bu barədə həm hakimiyyət, həm də müxalifət qüvvələri düşünməlidir. Türkiyədə stabilliyin pozulması öz təsirini ölkənin iqtisadi durumunda göstərəcək. Türkiyə xeyli sayda xarici investisiyalardan məhrum ola bilər. Ona görə Türkiyədə stabiliyin qorunması artıq bir nömrəli məsələyə çevrilməkdədir. Digər tərəfdən Türkiyə baş verənlərdə böyük qüvvələrin istəklərini bilməlidir. Türkiyə özü üçün müəyyən etməlidir ki, böyük qüvvələr Türkiyənin bundan sonra da güclü dövlət kimi inkişaf etməsini, yoxsa ərəb dünyası kimi xaosun içərisinə daxil olmasını istəyir. Hazırda Yaxın Şərqdə maraqlı bir durum yaranıb. Qərb Iranla danışıqlar aparır və Tehrana qarşı sanksiyalar azaldılaraq, bu dövlətə bir qədər nəfəsini dərmək üçün imkan yaradılır. Aydınlaşmalıdır ki, Qərb Yaxın Şərqdə iki nüfuzlu qüvvənin - Türkiyə və Iranın olmasını istəyirmi? Amma burada Israil faktoru da nəzərə alınmalıdır. Iran və Türkiyənin Israil ilə münasibətlərinin normal olması region üçün çox əhəmiyyətlidir. Bu barədə düşünmək lazımdır. Ona görə Israilə qarşı düşmənçilik siyasəti gündəmdən getməlidir. Bu cür siyasətin hansı fəsadlara gətirib çıxardığı göz önündədir.
Türkiyənin gələcəyi ilə bağlı ABŞ-ın mövqeyi necədir?

 

Hazırda daha çox verilən suallardan biri də Ərdoğan hökumətinin hansı addımları ata biləcəyi ilə bağlıdır. Artıq Ərdoğandan bir neçə sərt bəyanat verilib. Ərdoğan əks addımlar kimi nələri edə bilər? Ərdoğan AKP-ni düşdüyü vəziyyətdən qurtara biləcəkmi?
- AKP artıq 10 ildən çoxdur ki, hakimiyyətdədir. Türkiyə düşünməlidir ki, AKP gələn beş il müddətinə də ölkəni idarə etmək potensialındadırmı? Yox əgər AKP bu vəzifənin öhdəsindən gələ bilmirsə, o zaman ölkəni idarə edə biləcək yeni qüvvələrə şərait yaratmalıdır. Yox əgər belə imkan yoxdursa, AKP öz hakimiyyətini qorumağa çalışacaqdır. Demokratik ölkələrdə iqtidarların hakimiyyətdə qalması Konstitusiya ilə müəyyənləşdirilir. Türkiyə isə tam demokratik ölkə saymaq olmaz. Türkiyə yarım demokratik dövlətdir və proseslərin sonrakı inkişafı bu ölkədə hansı tendensiyanın demokratik, yoxsa qeyri-demokratik kəsimin qalib gəlməsindən asılıdır. Türkiyənin taleyi bax bu tendensiyalardan asılıdır.

- Baş verən proseslərdə Amerikanın maraqları nədən ibarətdir? Çünki Türkiyə ABŞ-ın regionda arxalandığı başlıca müttəfiqidir...
- Baş verənlərdə Amerikanın maraqlarını hesablamaq çətindir. ABŞ beyin mərkəzləri vasitəsilə istənilən dövlətin bütün addımlarını hesablaya bilir. Həqiqətən də ABŞ-ın Türkiyənin gələcəyi ilə bağlı baxışları mühüm əhəmiyyət kəsb edir. Amerikanın hansı siyasət kursu yürütdüyünü anlayaraq, düzgün addımlar atmaq mümkündür.
 

Link to comment
Share on other sites

 Mence Türkiyede demokratik seckileri olduguna göre, tehlüke yoxdu. Xalq istemese, basqasini sececek. AKP indiye qeder cemaatin desteyini alirdi, Indinin özünde bele partiya memurlari diplomatik ifadeler islederek cemaat sesini itirmemeye calisirlar. AKP cemaat sesini itirerek, cemaati sevmeyenlerin regbetini qazana bilerdi. Amma son olub bitenler olmasaydi. Nezere alaq ki, hetta dersanelerin baglanmasinda da sonra, cemaat ücün en yaxsi alternativ olaraq AKP qalir. Ya da ki,  Gülene yeni partiya qurmaq qalir, hansi ki, Gülen öz kecmis iddialarinda hec bir siyasi iddiasi olmadigini söylemisdi. Görüntü olaraq hem AKP Gülene, hem de ki Gülen AKP-e serf edirdi. Mene sadece maraqlidi, AKP getse kim gelecek. CHP en shansli partiyadi. Amma onlarin gelen seckileri qazanmasi ücün Kilictaroglunun bashqanliqdan getmesi labüddür

Edited by Ulvi Li
Link to comment
Share on other sites

Son hadiselerden sonra men de bunu dushunmeye bashlamisham AKP-ye alternativ quvve varmi?Duzu mence CHP bu guce sahib deyil. Kilicdarogludan bir lider kimi danismaga bele deymez. AKP hetta idareciliyinde buraxdigi mueyyen qusurlarla bele Turkiyede alternativsiz quvveye chevrilmeyi bacarib. 

Link to comment
Share on other sites

  • 1 month later...
  • 11 months later...

Erdoğan Türkiyənin gələcəyini Britaniya monarxiyası kimi görür

 

TRT dövlət telekanalına canlı müsahibəsində Erdoğan deyib ki, hətta İngiltərədə də yarı-prezident üsul-idarəsi mövcuddur.

Türkiyə prezidenti Recep Tayyip Erdoğan bildirib ki, onun Türkiyədə yaratmaq istədiyi system kraliçanın dövlət başçısı olduğu Britaniya monarxiyasındakı sistemə bənzəməlidir.

Öz əlində daha çox səlahiyyətlər cəmləşdirməyə çalışan Recep Tayyip Erdoğan bir sıra siyasətşünasların fikrincə, özünün “sultanlıq” ambisiyalarını artıq Ankara ətrafında yeni prezident sarayını “yapdırarkən” nümayiş etdirmişdi.

“The Guardian” qəzetinin İstanbul müxbiri Constanze Letsch yazır ki, bu saray böyüklüyünə görə nəinki Bukingem sarayını, hətta Kreml və Ağ Evi də kölgədə qoyub.

Müxbir yazır ki, belə olduğu halda cənab Erdoğan Türkiyənin siyasi sistemini kraliçanın Britaniyasındakı sistemə bənzətmək təşəbbüsünü artıq gizlətmir.

“Elə ABŞ da monarxiyadır”

Məqalədə deyilir ki, Türkiyənin ilk ümumxalq seçkili prezidenti olan Erdoğan fəal bir siyasi fiqur olacağını vəd edib.

Başqa sözlərlə bu o deməkdir ki, Erdoğan bu vaxtadək daha çox mərasim funksiyası daşıyan prezidentiliyi qürdrətli bir təsisata çevirmək əzmindədir.

Ötən həftə Erdoğan öz çıxışlarından birində deyib ki, konstitusiyalı monarxiya olan Britaniyada kraliça dövlət başçısıdır, lakin qanunvericilik işi seçkili parlamentin səlahiyyətindədir.

Türkiyə prezidenti öz ölkəsində belə bir sistem yaratmaq istədiyini bəyan edib.

TRT dövlət telekanalına canlı müsahibəsində Erdoğan deyib ki, hətta İngiltərədə də yarı-prezident üsul-idarəsi mövcuddur.

“Orada hakimiyyət kraliçanın əlindədir” – deyib Türkiyə prezidenti.

Erdoğan ünvanına səslənən tənqidləri də “başqa yerlər də bu gündədir” prinsipi ilə rədd edib.

“Söhbət ABŞ-dan, Braziliyadan, Cənubi Koreya və Meksikadan gedəndə heç kəs demir ki, bunlar da monarxiyadır, - deyib Erdoğan, - Elə ki, Türkiyə buna bənzər bir sistem yaratmaq istəyir, adını monarxiya qoyurlar”.

Demokratiyanın “Qorxulu geriləmə”si

Bu arada insan haqları təşkilatları bildirirlər ki, Türkiyə demokratiya və azadlıqlar sahəsində “qorxulu geriləmə” yaşayır.

Tənqidlərdə deyilir ki, hakim Ədalət və İnkişaf Partiyası media və ədliyyə üzərində birbaşa təsirə malik olmaq siyasəti yürüdür.

Erdoğan sözü gedən çıxışında bildirmişdi ki, Türkiyə “milli iradəni möhkəmləndirmək” üçün mərkəzləşdirilmiş siyasi sistemə malik olmalıdır.

“Hər bir kəs milli iradə ilə ona verilmiş səlahiyyətləri mümkün olan ən yaxşı yolla tətbiq edə bilməlidir, - deyib prezident, - Lakin hazırda mən bunu edə bilmirəm. Hazırda qəbul olunmalı hər bir qərar üçün, hər bir təyinat üçün üç müxtəlif adamdan icazə alınmalıdır. Heç kəs ölkəni bu şəkildə idarə edə bilməz. Məncə bu, bizim parlament sistemimizin ən böyük qüsurudur”.

“The Guardian” yazır ki, son rəy sorğuları türklərin 42 faizinin prezident sistemini bəyənmədiyini göstərib.

Mərkəzində Erdoğan olan sistem

Bu da qeyd edilir ki, əgər hakim partiya Türkiyə parlamentindəki 550 mandatdan 330-nu qazana bilsə, onda onlar konstitusiya dəyişikliyini referenduma çıxara biləcəklər. Bu halda isə hakim partiya niyyətinə çata biləcək.

“Erdoğanın kraliça və ya prezident idarəçiliyi sistemində fəaliyyət göstərən digər inkişaf etmiş ölkələr barəsində əsaslandırmaları absurddur – deyib siyasi təhlilçi Cengiz Aktar, - Lakin ən əhəmiyyətli olanı budur ki, tərəfdarları Erdoğan-a inanacaqlar”.

Bir çoxları narahatdlrar ki, Erdoğan-ın yaratmaq istədiyi sistem Türkiyəni diktatutra üsul-idarəsinə çox yaxınlaşdırmış olacaq.

Cengiz Aktarın fikrincə Erdoğan belə bir sistemin mərkəzində yalnız özünü görür.

“Əgər bu baş verərsə, - deyir təhlilçi, - onun heç bir qərarının hesabatını sormaq mümkün olmayacaq. Bu isə təkcə Türkiyə yox, bütövlükdə region və Avropa üçün pisdir”.

http://www.azadliq.org/content/article/26823416.html

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Facepalm
      • 28 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 144 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Haha
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
        • Like
      • 112 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Facepalm
      • 10 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Haha
      • 97 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Like
      • 30 replies
    • Расстрел в «Крокус Сити Холл»
      Как минимум 12 человек погибли и 35 человек пострадали во время стрельбы в ТЦ в Подмосковье.
      Об этом сообщают российские СМИ.
      Кроме того, известно, что в «Крокус Сити Холл» вспыхнул пожар.
      21:29
      В концертном зале «Крокус Сити Холл» в подмосковном Красногорске произошла стрельба.
      Об этом сообщают телеграм-каналы «Осторожно, новости», Baza и Mash со ссылкой на очевидцев.
        По словам очевидцев, мужчина открыл стрельбу из автоматического оружия. Это произошло до или в начале выступления группы «Пикник».
      По данным «Осторожно, новости», есть погибшие. Baza утверждает, что как минимум 12 человек погибли и много раненых.
      На записях, которые публикуют телеграм-каналы, люди бегут из здания. Также появляются видео, где показаны убитые люди.
      На место едут скорая и полиция.
       

      Media.az
      • 2,831 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...