Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Rəssamlar Və Rəsm Əsərləri

Recommended Posts

Mövzu incəsənətlə bağlı olduğuna görə mövzunu bu bölmədə açıram. 

Gəlin hər birimiz xoşladığımız rəsm əsərlərini və rəssamlar barədə məlumatları yerləşdirək burda. 

Vinsent Villem van Qoq (30 mart 1853 – 29 iyul 1890) — məşhur holland rəssamı. Postimpressionizm cərəyanının nümayəndəsi.

Mənim ən sevdiyim rəssamlardan biridir Van Qoq. Ona sevgim, marağım İrvinq Stounun yaşamaq yanğısı kitabından başladı. Çox çətin həyat yolu olan Qoq, həyatın əsl üzünü rəsmlərində əks etdirmək istəyirdi. Rəssamın ən sevdiyim əsərlərindən bir neçəsi...

Avtoportert 

Kartof yeyənlər 

Ulduzlu gecə 

Arlda gecə 

Arlda yataq otağı 

Günəbaxanlar 

Link to comment
Share on other sites

Mövzu incəsənətlə bağlı olduğuna görə mövzunu bu bölmədə açıram. 

Gəlin hər birimiz xoşladığımız rəsm əsərlərini və rəssamlar barədə məlumatları yerləşdirək burda. 

Vinsent Villem van Qoq (30 mart 1853 – 29 iyul 1890) — məşhur holland rəssamı. Postimpressionizm cərəyanının nümayəndəsi.

Mənim ən sevdiyim rəssamlardan biridir Van Qoq. Ona sevgim, marağım İrvinq Stounun yaşamaq yanğısı kitabından başladı. Çox çətin həyat yolu olan Qoq, həyatın əsl üzünü rəsmlərində əks etdirmək istəyirdi. Rəssamın ən sevdiyim əsərlərindən bir neçəsi...

Avtoportert attachicon.gifVincent_Willem_van_Gogh_102.jpg

Kartof yeyənlər attachicon.gifVan-willem-vincent-gogh-die-kartoffelesser-03850.jpg

Ulduzlu gecə attachicon.gifVanGogh-starry_night.jpg

Arlda gecə attachicon.gifVincent_Willem_van_Gogh_015.jpg

Arlda yataq otağı attachicon.gifVincent_Van_Gogh_0011.jpg

Günəbaxanlar attachicon.gifVincent_Willem_van_Gogh_128.jpg

Konsuelo xanım , maraqlı mövzudur . Bizə elə  bu formatda qısa məlumat və bəzi əsərləri  təqdim etsəniz , rəssamlıq barədə  məlumatımız genişlənər . 

Amma , bu rəssamlar da qəribə insanlar olub ...  Məşhurları , yəni .   Mən vaxtilə Salvador Dalinin  "Bir dahinin  gündəliyi " kitabını oxumuşdum .  Çox qeyri standart adam olub  ... Yumşaq desək ))   Əsərləri amma çox xoşuma gəlir  . Tamam başqa  bir baxış bucağıdır ,   dünyanı hiss etmədir . Normal (  standart ) zəka sahibi belə şeylər edə bilməzdi . Onun bu qeyri standart yaradıcı fantaziyası  həm də real ələmdə özünü qeyri standartlığa gətirib.  Yaxud , əksinə )) 

Edited by Sunyata
Link to comment
Share on other sites

Əvvəlcə  Van Qoqdan yazmaq istəyidim , postu yaza- yaza bir də gördüm ki , Salvador Dalidən yazıram ))

Van Qoq haqqında bir filmə baxmışdım .  Çoxdan ,  amma .  O  , əsərlərinin filan qədərini psixiki klinikada çəkib ( filmə görə )  .  Özü də günəbaxanları çəkirmiş müxtəlif rakrusda.    Bu günəbaxanların bir  mənasını izah edən olub ? 

Bir də qulağını kəsməsi barədə izah yalnız psixikası ilə bağlı problemin olmasıdır , yoxsa başqa izahlar da var ? 

Siz özünüz məncə rəssamsıznız , elə deyilmi ?   

Burada Leyla xanım da öz fikir və məlumatları ilə bölüşə bilər .

Bütün dahi insanlar bir az qəribə olublar, xüsusən də Dali. Onu anlamaq chox chetindir və düzünü desəm mən tam anlaya bilmirəm. Amma bir dəfə bir əsərini dostum izah etmişdi mənə, çox maraqli gəlmişdi... Əsərin adı ruscadan tərcümədə "Qul bazarı. Volterin görünməz büstü ilə" (Невольничий рынок с явлением незримого бюста Вольтера) Əsərdə ön planda çılpaq qadın şəklidir. Gunahkardir və hakimlər onu ittiham edirələr. Hakimlərə diqqətlə baxsaq orda Volterin büstünü görərik. Dalinin bir çox əsərlərində güzgü, optik illüziya usulu istifadə olunub. İlk baxışda bir şey, diqqət etdikdə isə başqa şey görə bilirik onun rəsmlərində.

 max_xyk_1252260764.jpg

Edited by Консуэло

Van Qoq çox xeyirxah, sevgi dolu, gözəl ruhlu bir insan olub. İş həyatına bir rəsm qalereyasında rəsm əsərləri satmaqla başlayıb.İlk sevdiyi qadın Ursula onun sevgisinə qarşılıq vermədiyinə görə hər şeyi atıb və o şəhərdən gedib. Düşünürəm əyər Ursula Qoqun sevgisinə qarşılıq versəydi, çox güman ki, biz onu bir rəssam kimi tanımayacaqdıq. :) 

Doğrusu Günəbaxanlar əsərinin nəsə bir mənası olduğu barədə bir məlumatım yoxdur. 

Psixi klinikada bir çox rəsmlər çəkib amma mənim ən xoşuma gələn Qoqun müalicə həkimi Qaşenin rəsmidir. rəsmdə Qaşenin üzündən yorğunluq, dərd-qəm yağır. Elə bil ki, Qoq öz hiss etdiklərini, yaşadıqlarını onun simasında əks etdirib. 

Qulağını kəsməsi məsələsinə gəlincə mən inanıram ki, bu həqiqətdir. Qoq həddən artıq çox miqdarda absent içirmiş. Bu içki isə hallusinasiyalara, aqressiyaya  səbəb olur adətən. Bu səbəbdən də içkinin təsiri altda yəqin ki, edib bunu. 

Sunyata, təəssüf ki,  rəssam deyiləm. Sadəcə rəsm əsərlərinə, rəssamlara marağım çox böyükdür. :)

Doktor Qaşenin portreti Doctor%20Gachet_Van%20Goch_4.JPG

Link to comment
Share on other sites

Pyer-Ogüst Renuar  ( 25 fevral 1841 Limoj - 2 dekabr 1919 Kan-Sur-Mer ) Fransız rəssamı, qrafiki və heykəltaraşı. Janr portret, peyzaj, natürmort. 

Pyer Oqyüst Renuar xəstəlik səbəbindən yatağa düşdükdən sonra dostu hər gün onu ziyarət edərdi. Renuar artrit iflicindən əziyyət çəkirdi və buna baxmayaraq dözülməz ağrı içində öz emalatxanasında öz əsərlərini yaratmaqda davam edirdi.
Bir dəfə hər bir kistin hərəkətinin ona necə ağrı bahasına başa gəldiyini görən Anri Matiss dözməyərək soruşdu: "Oqyüst nə üçün əsəri dayandırmırsınız, siz ki, çox əzab çəkirsiniz.?"
Oqyüst isə «La douleur passe, la beauté reste» ( Ağrı keçicidir, gözəllik əbədidir və qalıcıdır.) deməklə kifayətlənir.
Renuar bütünlüklə belə idi, son nəfəsinədək yaradıcılıq eşqi ilə aşıb-daşan.

Renuarın fırçasını rəsmdən bir azca anlayan adam belə o an hiss edə bilər. O qədər incə ruhlu, gözəlliyi sevən olub ki...

Sevdiyim bir neçə əsəri....

Avtoportret 

466px-Pierre-Auguste_Renoir_-_Autoportra

Renuarın ən məşhur əsərlərindən biri olan aktrisa Janna Samarinin portreti 

450px-Actress_Jeane_Samary_IMG_6910.JPG

Yaz çələngi 

455px-Pierre-Auguste_Renoir_-_Bouquet_pr

Düşüncələrə dalmış gənc qız

Xz4Jyivw4gA.jpg

Çətirlər 

GrI7FcUIHcMMN00ii84VlnWgL920j2.jpg

Edited by Консуэло
Link to comment
Share on other sites

Rəssamlardan danışılanda Səttar Bəhlulzadə kimi görkəmli şəxsiyyətdən danışmamaq olmaz.

gapgara, haqlısız, elə bayaq düşünürdüm gərək ilk öz rəssamlarımızdan yazaydım. Amma keçənə güzəşt deyiblər. Səttar Bəhlulzadədən də Siz yazın əyər mümkündürsə. 

Link to comment
Share on other sites

Bütün dahi insanlar bir az qəribə olublar, xüsusən də Dali. Onu anlamaq chox chetindir və düzünü desəm mən tam anlaya bilmirəm. Amma bir dəfə bir əsərini dostum izah etmişdi mənə, çox maraqli gəlmişdi... Əsərin adı ruscadan tərcümədə "Qul bazarı. Volterin görünməz büstü ilə" (Невольничий рынок с явлением незримого бюста Вольтера) Əsərdə ön planda çılpaq qadın şəklidir. Gunahkardir və hakimlər onu ittiham edirələr. Hakimlərə diqqətlə baxsaq orda Volterin büstünü görərik. Dalinin bir çox əsərlərində güzgü, optik illüziya usulu istifadə olunub. İlk baxışda bir şey, diqqət etdikdə isə başqa şey görə bilirik onun rəsmlərində.

Dalinin yaradıcılığında  sürrealist əsərləri daha çox diqqəti cəlb edir .  "Sürrealist  otaq" adlı əsəri çox maraqlıdır , həm də ona görə ki ,  deyilənə görə  bu otaq gerçək həyatda da reallaşdırılıb ))

9f358a14235ea2a686ef92967c8a92d3.jpg

"Yaddaşın daimiliyi"   əsərində onun əşyaların "axarlılığı"  , "yumşaqlığı"  diqqəti cəlb edir

3dd2aa34a8826ecf58aade3946b10879.jpg

Xoşuma gələnlərdən daha bir əsər -  "Vətəndaş müharibəsi duyğusu"  

30c95680f9be9161669f43bbe3bae042.jpg

Edited by Sunyata
Link to comment
Share on other sites

Bəhlulzadə Səttar Bəhlul oğlu — Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Azərbaycanın əməkdar incəsənət xadimi (1960), Azərbaycan xalq rəssamı (1963), Azərbaycan Dövlət mükafatı laureatı (1972).

Səttar Bəhlulzadə 15 dekabr 1909-cu ildə Bakının Əmircan kəndində dünyaya gəlib. 1927-ci ildə rəssamlıq məktəbinə, 1931-ci ildə Azərbaycan Rəssamlıq Məktəbinə, 1933-cü ildə isə Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olub. 1941-ci ildə V. İ. Surikov adına Moskva Rəssamlıq İnstitutunu bitirib. V. A. Favorskinin və Q. M. Şaqalın tələbəsi olub. Yaradıcılığa “Kommunist” qəzetində Əzim Əzimzadənin rəhbərliyi ilə başlayıb. 1931-1933-cü illərdə müasir məzmunlu ilk karikaturaları çap edilib.

Səttar Bəhlulzadə bir sıra orden və medallarla təltif edilmiş, 2 Qırmızı Əmək Bayrağı ordeni və medallarla təltif olunmuşdur.

Əsərləri: R.Mustafayev ad. Azərbaycan Dövlət İncəsənət Muzeyində və Azərbaycan Dövlət Şəkil Qalereyasında, eləcə də Moskva və s. şəhərlərin muzeylərində saxlanılır.

Bəhlulzadə 14 oktyabr 1974-cü ildə Moskvada vəfat etmişdir. Əmircanda dəfn olunmuşdur, qəbiri üstündə ona abidə ucaldılmışdır.

Moskvadan qayıtdıqdan sonra Bəhlulzadənin yaradıcılığında tarixi mövzülar və tarixi şəxsiyyətlərin təsviri (“Babək üsyanı”, “Fətəli xan”, “Xəttat Mir Əli” və s. əsas yer tutmuşdu. Müharibədən sonrakı illərdə Bəhlulzadə Abşeronun neft mədənlərini, bağ və kəndlərini təsvir edən rəsmlər yaratmışdır. Bəhlulzadənin yaradıcılığında təbiət təsvirlərinə meyl getdikcə güclənmiş, o, mənzərə janrında daha bitkin əsərlər yaratmağa başlamışdır. 1946-1947-ci illərdə Respublika bədii sərgilərində Bəhlulzadənin Abşeron etüdləri (“Buzovna neft mədənləri”, “Əmircan” və s.) nümayiş etdirilmişdir.

Bəhlulzadənin gərgin yaradıcılıq axtarışlarının məhsulu olan “Xəzər üzərində axşam”, “Xəzər gözəli”, “Əbədi məşəllər”, “Kəpəzin göz yaşları”, “Vətənimin baharı”, “Azərbaycan nağılı”, “Suraxanı atəşgahı” , “Əfsanəvi torpaq”, “Şahnabat”, “Naxçıvan. Axşamçağı Ordubad bağlarında”, “Vətənimin baharı”, “Bakıda atəşfəşanlıq”, “Qudyalçay vadisi”, “Qızılbənövşəyə gedən yol”, “Suraxanı atəşgahı, “Şahnabat”, “Əmircan”, “Neft daşları”, “Şamaxı üzümlükləri” və s. əsərləri əsas yer tutur.

Onun mənzərə-peyzajlarında, intim-lirik natürmortlarında, incə xalça ornamentlərinin düzülüşünü əks etdirən ənənəvi xalq yaradıcılığı motivləri hiss edilir. Bəhlulzadənin fərdi sərgiləri Əlcəzair, Misir, Livan, Suriya Tunis, Norveç, ADR, Çexoslovakiya, Bolqarıstan, İraq, Kuba, Kanada, Belçika, Fransa, Yaponiya və dünyanın bir sıra başqa ölkələrində nümayiş etdirilmişdir. Dünyanın onlarla muzeylərində Səttar Bəhlulzadənin əsərləri daimi eksponatlar sırasındadır.

Edited by Igolka
  • Upvote 1
Link to comment
Share on other sites

Nərimanbəyov Toğrul Fərman oğlu (7 avqust 1930, Bakı, Azərbaycan SSR - 2 iyun 2013, Paris, Fransa) — Azərbaycan rəssamı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, SSRİ-nin və Azərbaycanın xalq rəssamı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü.

Toğrul Nərimanbəyov 7 avqust 1930-cu ildə Bakı şəhərində doğulmuşdur. 1950-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Rəssamlıq Məktəbini, 1955-ci ildə isə Litvada Vilnüs Rəssamlıq İnstitutunu bitirmişdir. XX əsrin 50-ci illərindən etibarən yaradıcılığa başlamışdır. Mənzərə, portret, monumental boyakarlıq, illüstrasiya və teatr rəssamlığı kimi müxtəlif sahələrdə yaratdığı əsərlər mövzu və janr rəngarəngliyi, estetik kamilliyi və özünəməxsus üslubu ilə səciyyələnmişdir. Fərdi üslubunu müəyyən edən başlıca xüsusiyyətlər dekorativ Azərbaycan incəsənətinə xas rəng harmoniyası və müasir dünya incəsənətinin yeni istiqamətləri ilə sıx bağlı olmuşdur. İnsanların daxili aləminin ən incə çalarlarınadək təsvirini verən portretləri bu janrda yaradılmış əsərlər içərisində öz orijinallığı, bədii forma kamilliyi və novatorluğu ilə seçilmişdir. Təzad və şərtiliyi, ənənəvilik və müasirlik kimi müxtəlif yanaşmaları öz əsərlərində harmonik şəkildə əks etdirmişdir. Ayrı-ayrı tamaşalara verdiyi bədii tərtibatlarla Azərbaycan teatr rəssamlığının dəyərli nümunələrini yaratmışdır.

Monumental boyakarlıq və divar rəssamlığı janrında işlənmiş tabloları xəlqilik ruhu ilə seçilərək böyük estetik təsir qüvvəsinə malikdir.

Portret, mənzərə, məişət və natürmort janrlarında çəkdiyi lövhələr müasir Azərbaycan rəssamlığının qiymətli əsərləri olaraq dünyanın mötəbər sərgi salonlarında, rəsm qalereyalarında və incəsənət muzeylərində uğurla nümayiş etdirilir, müxtəlif dövlətlərin muzeylərində və ayrı-ayrı şəxslərin kolleksiyalarında saxlanılır.

2 iyun 2013-cü ildə Parisdəki hospitallardan birində vəfat etmişdir. Parisin mərkəzində yerləşən Passi qəbiristanlığında dəfn olunmuşdur.

attachicon.gifimage.jpg

Igolka, çox gözəl əsərlərdir. Xüsusən də lalələr. Çox təşəkkür edirəm. rroza.gif 

Link to comment
Share on other sites

Azərbaycan rəssamlarından danışdıqsa gənc rəssam Qənbər Qənbərlinin bir neçə əsərini bölüşmək istərdim sizinlə. Qənbərin rəsmlərində məni ən çox rənglər cəlb edir və bir də ruhu, duyğuları. 

Donmuş akkordlar

photo.php?fbid=691392364205595&set=at.491383143_691392364205595_79581188_n.jpg

1185657_662305767114255_915543546_n.jpg

999378_604631202888162_1370061244_n.jpg

Xəzərin sahilində

994352_10202271265609020_1136221574_n.jp

"Nefti bitmiş şəhərdə caz"

533339_354054271321070_532531941_n.jpg

Link to comment
Share on other sites

Azərbaycan rəssamlarından danışdıqsa gənc rəssam Qənbər Qənbərlinin bir neçə əsərini bölüşmək istərdim sizinlə. Qənbərin rəsmlərində məni ən çox rənglər cəlb edir və bir də ruhu, duyğuları. 

Konsuelo xanım , əla ! Millət başdan ayağa talant imiş ki ))  Bu "xəzərin sahilində"  olan mənzərə  həqiqətən var ?  Yoxsa rəssamın fantaziyasıdır ?

Edited by Sunyata
Link to comment
Share on other sites

Konsuelo xanım , əla ! Millət başdan ayağa talant imiş ki ))  Bu "xəzərin sahilində"  olan mənzərə  həqiqətən var ?  Yoxsa rəssamın fantaziyasıdır ?

Genc, istedadli ressamlarimiz choxdur, Sunyata. Sadece onlara ireli getmekchun sherait yoxdur teessuf ki...

Mence xezerin sahilinde ressamin oz fantaziyasidir. Amma maraqli alinib. )

Daha bir genc ressamin ishi. Bu tablo menim ad gunu hediyyemdir. Muellifi Fexri Musazade 

68430_445752195460947_1381586602_n.jpg

Link to comment
Share on other sites

Genc, istedadli ressamlarimiz choxdur, Sunyata. Sadece onlara ireli getmekchun sherait yoxdur teessuf ki...

Mence xezerin sahilinde ressamin oz fantaziyasidir. Amma maraqli alinib. )

Daha bir genc ressamin ishi. Bu tablo menim ad gunu hediyyemdir. Muellifi Fexri Musazade 

Şərait deyəndə nəyi nəzərdə tutursunuz ?  Yəni, rəsm əsərləri bazraının , tələbatının olmaması səbəbilə  rəssamların maddi vəzuyyətinin aşağı olması ? Ya başqa şeylər nəzərdə tutmuşdunuz ? 

Əla hədiyyədir.  Bizdə evdə xanım daha çox sevir rəsm əsərlərini evi doldurub rəsm əsərləri ilə ))  Mən də sevirəm , amma ,  buna pul çatdırmaq olar ?   Hamısı da , yəni , əl işləridir .  Trafaret deyil .  ))   Hərdən onu əsəbləşdirmək üçün deyirəm ki, ramkaları daha qəşəngdir nəinki şəkillər özü tespe.gif

Link to comment
Share on other sites

Rafael haqqında  danışmaq yadımızdan çıxıb  )) 

Rafaello Santi adlı   intibah dövrünün italyan rəssamı , arxitektoru və s.  Dahi rəsm əsərləri  və freskaları ilə məşhurdur .  Daha çox dini mövzularda əsərləri var  .  ( baxmayaraq ki , o dövrün dahilərinə xas olan qəbul olunmuş mənəvi dəyərlərlə  və əxlaqla o qədər də yumşaq desək hesablaşmayıb )) ) 

Bəzi əsərləri və  əsasən Vatikanda olan  freskalarını diqqətinizə çatdırıram -

Avtoportret  

raffaello00.jpg

Sikstin Madonnası  ( Madonnaları çox çəkib )

raffaello01.jpg

Örtüklü qadın

raffaello07.jpg

 Freskalarından bəziləri -   

Adəm və Həvva

raffaello04.jpg

Afina məktəbi

raffaello08.jpg

Solomonun məhkəməsi

raffaello06.jpg

Beli, resm eserlerine bizde telebat chox azdir. hech kim el ishi almaq istemir. Oz ressamlarimizin ishlerine shubhe ile yanashirlar. Almaq istedikde ise chox gulmeli qiymetlere almaq isteyirler. Bu da ressamlari ruhdan salmaga sebeb olur bir chox hallarda. 

Xaniminiza menden salam! :) Demek ince ruhlu, senete qiymet veren xaniminiz var. 

Link to comment
Share on other sites

Rafael haqqında  danışmaq yadımızdan çıxıb  )) 

Rafaello Santi adlı   intibah dövrünün italyan rəssamı , arxitektoru və s.  Dahi rəsm əsərləri  və freskaları ilə məşhurdur .  Daha çox dini mövzularda əsərləri var  .  ( baxmayaraq ki , o dövrün dahilərinə xas olan qəbul olunmuş mənəvi dəyərlərlə  və əxlaqla o qədər də yumşaq desək hesablaşmayıb )) ) 

Bəzi əsərləri və  əsasən Vatikanda olan  freskalarını diqqətinizə çatdırıram 

Rafaelin eserlerini chox beyenirem. Xususen de Afina mektebini. Bu eser neinki Rafaelin, umumiyyetle renesans dovrunun en yaxshi eserlerinden biri hesab olunur. Eserin en maraqli terefi eserde eks olunan butun insanlar taninmish insanlardir. Vikipediyadan goturduyume gore adlar kiril elifbasi ile olacaq. Umid edirem, buna gore meni qinamazsiz, sunyata smile.png

1.Зенон Китийский или Зенон Элейский

2.Эпикур

3.Фредерико II, герцог Мантуи

4.Аниций Манлий Торкват Северин Боэций или Анаксимандр или Эмпедокл Акрагантский

5.Аверроэс

6.Пифагор

7.Алкивиад или Александр Македонский

8.Антисфен или Ксенофонт

9.Гипатия (возлюбленная Рафаэля, Маргерита)

10.Эсхин

11.Парменид

12.Сократ

13.Гераклит Эфесский (Микеланджело)

14.Платон (Леонардо да Винчи)

15.Аристотель (держащий Никомахову этику)

16.Диоген

17.Плотин

18.Евклид или Архимед с учениками

19.Скорее всего, Гиппарх[2], по другим версиям Страбон или Заратустра

20.Клавдий Птолемей

21.Протоген

22.Апеллес (Рафаэль)

Link to comment
Share on other sites

Beli, resm eserlerine bizde telebat chox azdir. hech kim el ishi almaq istemir. Oz ressamlarimizin ishlerine shubhe ile yanashirlar. Almaq istedikde ise chox gulmeli qiymetlere almaq isteyirler. Bu da ressamlari ruhdan salmaga sebeb olur bir chox hallarda. 

Xaniminiza menden salam! smile.png Demek ince ruhlu, senete qiymet veren xaniminiz var. 

Məncə bu problem rəssamların qlobal və əbədi problemidir.  Çox nadir hallarda sağlığında varlanan rəssam olub sad.png   Amma , maddi  ehtiyacı   -  onların aldığı  ruhi  və yaradıcılıq  məmnuniyyəti  , ümidvaram ki,  kompensasiya edir ...

Mən Bakıda olanda bir neçə kiçik rəsm əsəri almışam  . Düzü . elə tarqovıdakı satıcılardan . Özü də "uqadayte s trex raz"   hansı şəkilləri ...  Düz  tapdınız smile.png   Bakının şəkillərini  romashka.gif

P.S.  Baş üstə ,xanıma da salam  deyərəm smile.png

Edited by Sunyata
Link to comment
Share on other sites

Bir ehvalat aglima geldi. Dusundum ki, en uygun yer buradir.

Taninmis bir ressamin telebesi artiq dersleri bitirir ve muellimi ile ayrilmaga hazirlasir. Bu vaxt ressam son bir ders ucun telebesinin cekdiyi bir resmi sheherin en gur yerinde yerlesdirmesini, yanina qirmizi boya ile bir firca qoymasini ve bir kagizda da bele bir qeyd yazmasini isteyir: "Resmde olan noqsanlari qirmizi boya ile gosterin." Telebe deyileni edir. Bir gun sonra gelir gorur ki, resm qirmizi isarelerle doludur. Pis halda muelliminin yanina gedir ve resmi gosterir. Muellim hemin resmi tekrar cekmesini ve hemin yere qoymasini isteyir. Lakin bu defe resmin yaninda muxtelif rengler olan palitra, bir nece firca da olur. Kagizda da bele yazir: "Resmde olan noqsanlari tapin ve duzeldin." Bir gun sonra gelir gorur ki, resm tertemizdir. Muelliminin yanina gedir ki, bu ne meseledir bele? Muellimi qayidib deyir ki, insanlar bilmedikleri bir seyde her zaman cizma-qara elemeye hazirdirlar, amma ish yaradici bir sey etmeye geldikde hec kimi curet etmir, xususile de o seyden basi cixmirsa. Ona gore de cekdiyin resmleri yalnizca onu basa duse bilen insanlara teqdim et. Digerleri ona lazimi deyeri vermeyecek.

Link to comment
Share on other sites

  • 3 weeks later...

Tisiano Veçellio (1488/1490—27 августа 1576) İtaliyan. İntibah dövrü rəssamı

Tisianın adını öz dövrünün ən məşhur rəssamları Leonardo Da Vinçi, Rafael,  Mikelancelo və s. məşhur rəssamlarla bir sırada çəkmək olar. Bibliya və mifoloji mövzularda işləyən Tisian əsas portret ustası kimi məşhurlaşmışdı. Ona Krallar, Roma papaları, kardinallar, hersoqlar, knyazlar rəsm sifariş verərdilər. Hələ 30 yaşı olmamış Tisian Venesiyanın ən məşhur rəssamı kimi tanınırdı artıq.

Tisianın şərəfinə Merkuridə karterə onun adı verilib.

Avstriya yaziçısı, dramaturqu Hugo von Hofmannsthal Tisiana həsr etdiyi Tisianın ölümü pyesində bu sətirləri yazmışdı (Rusca daha uyğun səsləndiyinə görə tərcümə etmirəm)
«Когда б не он, мы жили бы во мраке

И не познали б красоту земли.»

Məncə çox haqlıdır.

Avtoportret 

441px-Vecellio_di_Gregorio_Tiziano_-_aut

Zaman Alleqoriyası

536px-Titian_-_Allegorie_der_Zeit.jpg

Violante 

070310534872.jpg

Ayna qarşısında qadın

483px-Portrait_d'une_Femme_%C3%A0_sa_Toi

Avropanın qaçırılması 

684px-Tizian_085.jpg

Venera və Adonis 

735px-Titian_(Tiziano_Vecellio)_(Italian

Link to comment
Share on other sites

  • 4 weeks later...

Yuxuda görmüşəm Klod Mone mənə rəsm dərsi keçir...)) Ona görə də indi onun haqda məlumat verməyi qərara aldım...:)

Oskar Klod Mone (fr. Oscar-Claude Monet, 1840—1926) — fransız rəssam, impressionizm cərəyanının yaradıcılarından biri.

Klod Mone 1840-cı ildə Parisdə dünyaya gəlib.O 5 yaşındaykən ailəsi Normandiyaya köçür. Notre-Dame-de-Lorette kilsəsində təhsil aldığı illərdə onun adı Oskar Klod Mone kimi yazıldı.Ata-baba sənəti olan baqqallığı davam etdirməsi üçün atası çox cəhd göstərsə də, o, musiqiçi anasının sənətinə maraq göstərirdi.1851-ci ildə La Havre-də orta məktəb təhsilinə başlayan Mone qara karandaşla çəkdiyi cizgilərlə çevrəsində tanınırdı.Onun incəsənətə olan marağı məhz bu cizgilərdə təzahür edirdi.Fransis Oçarddan ilk dərslərini alan Klod bu ərəfədə gələcək karyerasında əvəzsiz rolu olacaq Boudinlə də tanış oldu.
28 yanvar 1857-ci ildə anası öldüyündə onun 16 yaşı vardı.O, Luvru ziyarət etmək üçün Parisə getdiyində məsləkdaşlarının bir çoxu ilə dostluq əlaqələri qurdu.

Onun məşhurluğunun ilk addımı isə 1866-cı ildə çəkdiyi "Yaşıl paltarlı qadın" əsəri oldu. Burada o, gələcək həyat yoldaşını çəkib.Sonra isə Camille adlı həmin qadından onun iki uşağı dünyaya gəldi.

Rəssamın ən gözəl əsərləri Parisdə yaradıb.1879-cu ildə Mone həyat yoldaşını itirdi.1883-1908-ci illər ərzində Ağdəniz sahillərinə səyahət edən rəssamın təbiət mövzulu əsərlərinin çoxu məhz burada kətana köçürülüb.

Rəssam 5 dekabr 1926-cı ildə dünyasını dəyişib.

mənbə:  http://az.wikipedia.org/wiki/Klod_Mone

Avtoportret

self-portrait-with-a-beret-1886.jpg

Su zanbaqlaı və yapon körpüsü

mone5.jpg

Təəssürat. Doğan günəş

780px-Claude_Monet%2C_Impression%2C_sole

Günəbaxanlar

image001.jpg

Çətirli qadın

image001.jpg

Link to comment
Share on other sites

Van Qoq çox xeyirxah, sevgi dolu, gözəl ruhlu bir insan olub. İş həyatına bir rəsm qalereyasında rəsm əsərləri satmaqla başlayıb.İlk sevdiyi qadın Ursula onun sevgisinə qarşılıq vermədiyinə görə hər şeyi atıb və o şəhərdən gedib. Düşünürəm əyər Ursula Qoqun sevgisinə qarşılıq versəydi, çox güman ki, biz onu bir rəssam kimi tanımayacaqdıq. :) 

Doğrusu Günəbaxanlar əsərinin nəsə bir mənası olduğu barədə bir məlumatım yoxdur. 

Psixi klinikada bir çox rəsmlər çəkib amma mənim ən xoşuma gələn Qoqun müalicə həkimi Qaşenin rəsmidir. rəsmdə Qaşenin üzündən yorğunluq, dərd-qəm yağır. Elə bil ki, Qoq öz hiss etdiklərini, yaşadıqlarını onun simasında əks etdirib. 

Qulağını kəsməsi məsələsinə gəlincə mən inanıram ki, bu həqiqətdir. Qoq həddən artıq çox miqdarda absent içirmiş. Bu içki isə hallusinasiyalara, aqressiyaya  səbəb olur adətən. Bu səbəbdən də içkinin təsiri altda yəqin ki, edib bunu. 

Sunyata, təəssüf ki,  rəssam deyiləm. Sadəcə rəsm əsərlərinə, rəssamlara marağım çox böyükdür. :)

Doktor Qaşenin portreti Doctor%20Gachet_Van%20Goch_4.JPG

Irvinq Stounun YAsamaq eshqi kitabi Van Qoq haqdadi. Cox maraqli avtobioqrafik eserdi, orda butun sekillerin nece cekildiyi cox gozel tesvir olunub. Van Qoq en sevdiyim ressamlardan biridi. Ve uslubunu min eser arasindan o saat secmek mumkundu

Link to comment
Share on other sites

Tisiano Veçellio (1488/1490—27 августа 1576) İtaliyan.

Mence TSianin en mehshur eserlerinden biri de Tovbe eden Maqdalena eseridi. Bu esere rast gelmishem :Rodriqo Kortesin Kukolnik eserinde, bir de opera balet teatrinin repertuarinda olan Toska operasinda , AZer Zeynalov operanin baslangicinda bu sekli cekir , daha dogrusu Mario Kavaradossi

Edited by fikus elastica
Link to comment
Share on other sites

Rafael haqqında  danışmaq yadımızdan çıxıb  )) 

Rafaello Santi adlı   intibah dövrünün italyan rəssamı , arxitektoru və s.  Dahi rəsm əsərləri  və freskaları ilə məşhurdur .  Daha çox dini mövzularda əsərləri var  .  ( baxmayaraq ki , o dövrün dahilərinə xas olan qəbul olunmuş mənəvi dəyərlərlə  və əxlaqla o qədər də yumşaq desək hesablaşmayıb )) ) 

Bəzi əsərləri və  əsasən Vatikanda olan  freskalarını diqqətinizə çatdırıram -

Avtoportret  

raffaello00.jpg

Sikstin Madonnası  ( Madonnaları çox çəkib )

raffaello01.jpg

Örtüklü qadın

raffaello07.jpg

 Freskalarından bəziləri -   

Adəm və Həvva

raffaello04.jpg

Afina məktəbi

raffaello08.jpg

Solomonun məhkəməsi

raffaello06.jpg

Bu ressam mende Den Braunla assosasiya olunur,axir vaxtlar

Link to comment
Share on other sites

Bu ressam mende Den Braunla assosasiya olunur,axir vaxtlar

Den Braun məndə  Da Vinçi ilə assosiasya olunur )) 

Leonardo da Vinçi  demişkən   -   İntibah dövrünün bu  ən məşhur  ( universal adam )  nümayəndəsinin də  rəsm əsərləri və freskalarından danışmamaq olmaz.   Mühəndiis ,  rəssam , arxitektor ,  mütəfəkkir ,   musiqiçi ,  ixtiraçı  olması bir yana ,  bir şəxsiyyət kimi də çox mürəkkəb  , müəmmalı   insan olmuşdur.  Yəqin ki ,  çoxlarının kitablardan , filmlərdən   onun haqqında məlumatı var.  Mənim üçün şəxsən ,  əgər onun haqqında yazılanlar , deyilənlər hamısı doğrudursa  ,  bu insan dahiliyin  son həddidir ...  Bəzi əsərlərini  yerləşdirirəm  : 

Ən məşhur rəsm əsəri Monna Liza  ( Cakonda )   1503 -04

image001.jpg

Madonna mağarada  1483 -86  

image001.jpg

Madonna 1510 

image001.jpg

Vəftizçi İohann   (  Иоанн Креститель ) 

image001.jpg

Ən məşhur freskası  - Sonuncu şam yeməyi  (  тайная вечеря )

  vinci-supper1.jpg

Edited by Sunyata
Link to comment
Share on other sites

Den Braun məndə  Da Vinçi ilə assosiasya olunur )) 

Leonardo da Vinçi  demişkən   -   İntibah dövrünün bu  ən məşhur  ( universal adam )  nümayəndəsinin də  rəsm əsərləri və freskalarından danışmamaq olmaz.   Mühəndiis ,  rəssam , arxitektor ,  mütəfəkkir ,   musiqiçi ,  ixtiraçı  olması bir yana ,  bir şəxsiyyət kimi də çox mürəkkəb  , müəmmalı   insan olmuşdur.  Yəqin ki ,  çoxlarının kitablardan , filmlərdən   onun haqqında məlumatı var.  Mənim üçün şəxsən ,  əgər onun haqqında yazılanlar , deyilənlər hamısı doğrudursa  ,  bu insan dahiliyin  son həddidir ...  Bəzi əsərlərini  yerləşdirirəm  : 

Den Braun mene Dureri, Bernininin ,Boticellini ve sozsuz Leonardonu yaxinlashdirib.

Dunyani deyismish 100insan dergisi vardi. Derginin birinci nomresi bu dahiye hesr olunmushdu. Yaradiciligi tapmacalarla dolu ustad

Edited by Sunyata
Link to comment
Share on other sites

Genber Genberlinin daha bir neche eseri...

1474602_713860665292098_137771407_n.jpg

Konsuelo xanım , patefonda  hansı mahnıya qulaq asırdınız ? ))   Maraqlıdır , hansı musiqi sizi belə "yüngül"  transa salıb ))

Edited by Sunyata
Link to comment
Share on other sites

Konsuelo xanım , patefonda  hansı mahnıya qulaq asırdınız ? ))   Maraqlıdır , hansı musiqi sizi belə "yüngül"  transa salıb ))

Eslinde patefonda musiqi dinleyen men deyilem, ondan sonraki resmde menem. ) Amma mence de benzerlik var. ) Musiqi ise nedirse gorunur chox gozel musiqidir. Ne oldugunu oyrenib burda bolusherem. smile.png

Edited by Консуэло
Link to comment
Share on other sites

Eslinde patefonda musiqi dinleyen men deyilem, ondan sonraki resmde menem. ) Amma mence de benzerlik var. ) Musiqi ise nedirse gorunur chox gozel musiqidir. Ne oldugunu oyrenib burda bolusherem. smile.png

Sonrakını tanıdım , "əgib döyür" ? ))  Amma. əvvəlki də elə bildim 100 % sizsiniz .  Yəqin ki , rəssam ,  kimi çəkməyindən asılı olmayaraq nəticə etibarılə həmişə sizi çəkir secret.gif

Edited by Sunyata
Link to comment
Share on other sites

Sonrakını tanıdım , "əgib döyür" ? ))  Amma. əvvəlki də elə bildim 100 % sizsiniz .  Yəqin ki , rəssam ,  kimi çəkməyindən asılı olmayaraq nəticə etibarılə həmişə sizi çəkir secret.gif

Bele gorunur blush.png (umid edirem, bu utanan smaylikdir) )

Edited by Консуэло
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
      Специалист в области недвижимости Эльнур Фарзалиев считает, проблему с нехваткой автостоянок в столице необходимо решать на государственном уровне.
       
      В Баку нужно строить новые парковки, в противном случае цены их услуги будут продолжать расти.
      • 3 replies
    • В Азербайджане удостоверения личности будут полностью оцифрованы
      До конца года в законодательство будут внесены изменения, которые предусматривают полную оцифровку свидетельств о рождении, браке и смерти, а также удостоверений личности в Азербайджане.
      Как сообщает Report, об этом министр цифрового развития и транспорта Рашад Набиев сказал на проходящем сегодня в Баку саммите Insurtech.
      По его словам, на выдачу данных документов приходится около 40% всех услуг, предоставляемых государством населению: «В связи с этим в законодательство будет внесено более 250 актов и изменений».
      Набиев подчеркнул, что с этими изменениями подавляющее большинство транзакций между государством и бизнесом, государством и гражданами перейдет в электронный формат.
      Media.az
        • Upvote
        • Sad
        • Like
      • 55 replies
    • Принудительная смена интернет провайдера!
      Приходят представители Бакинтернета и можно сказать угрожая отключением телефона, насаждают подключение к Бакинтернету. Правда они новую  оптическую проводят линию телефона. У нас катв1 и нас устраивает. Могут ли они отключить телефон стационарный? говорят отключим потом будете себе новый проводить за большую сумму. Насколько это реально?  Телефон я хочу оставить естественно, он нужен для катв. если кто в курсе подскажите плиз.
        • Like
      • 88 replies
    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
        • Like
      • 9 replies
    • Вай❗Переехавший в США журналист Натик Наиляоглу обручился с мужчиной
      О помолвке Натик Наиляоглу сообщил на своей странице в социальной сети Facebook.
      Помолвка проживающего в Вашингтоне Н.Наиляоглу с риелтором Эндрю Корднером состоялась 15 февраля, но о переменах в личной жизни журналист сообщил в Facebook сегодня, указав в графе «семейное положение» имя своего партнера и дату помолвки.
      Отметим, что ряд СМИ сообщают о том, что Н.Наиляоглу и Э.Корднер поженились, но в Facebook у журналиста нет информации о вступлении в брак, а сообщается только о помолвке.
      Напомним, что журналист долгое время работал репортером в новостном эфире канала ANS – в США Н.Наиляоглу переехал сравнительно недавно.
       
      Фото: Instagram by @dr3ww___
        🤗🤗🤗
        • Haha
      • 285 replies
    • [VERIFIED] Строительство и ремонт домов, квартир и других объектов недвижимости  от 100 м²
      Профессиональная бригада мастеров под моим руководством производит комплексное строительство и  ремонт домов, квартир и любых других помещений . Большой опыт работы. Работаем как по Вашему проекту , так и предоставляем услуги своего дизайнера. Предоставляем весь спектр услуг :электрика,сантехник­а, декоративное покрытие, монтаж пластиковых окон и кондиционеров, малярные работы, монтаж напольных покрытий(черный пол, ламинат, паркет), любые виды работы с алчипаном(потолок, полки, перегородки), монтаж теплого пола, установка дверей.
      Работаем по договору и без договора.
      По желанию заказчика устанавливается Online-видео наблюдение(бесплатно) на объекте.
      Телефон: 070 636 53 83
      л
        • Upvote
      • 342 replies
    • Почему молодой картофель на столичных рынках стоит так дорого? - ВИДЕО
      На столичных рынках картофель из Шамкира предлагается покупателям по разным ценам.
      Как передает xezerxeber.az, одни продавцы продают 1 кг шамкирского картофеля за 3 маната, а другие - за 5.
      Граждане сообщили, что при покупке данного овоща не обращают внимания на то, из какого региона он был привезен.
      Продавцы, в свою очередь, отметили, что картофель из Шамкира продается дороже, чем привезенный из других районов страны, потому что при его выращивании не используются химикаты.
      Подробнее - в сюжете.
       
        • Haha
      • 66 replies
    • Чингиз Абдуллаев в больнице
      Народный писатель Чингиз Абдуллаев находится в тяжелом состоянии. Он помещен в отделение реанимации Центрального таможенного госпиталя. Сообщается, что три дня назад Чингиз Абдуллаев был госпитализирован с отравлением, но затем выписан. Сегодня его состояние вновь ухудшилось. = Здоровье Чингиза Абдуллаева - тайна за семью печатями? - обновлено — Haqqin
        • Milli
        • Like
      • 20 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...