Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Русско - Азербайджанский Разговорник


Recommended Posts

Эта тема открыта для русскоязычных граждан нашей страны которые затрудняются писать и читать на азербайджанском языке, но имеют желание усвоить язык. В этой теме вы можете задавать вопросы по языку, по грамматике, по правописанию и вообще по всему что вас интересует касаемо азербайджанского языка, специфические слова которые вы часто встречаете но не понимаете.
На этом форуме только в этой теме можно писать по теме на русском языке.
Любой пост не по теме будет немедленно удален без предупреждения


Bu mövzu azərbaycan dilini pis bilən lakin dili öyrənmək arzusunda olan rus dilli vətəndaşlarımız üçün nəzərdə tutulub. Bu mövzuda azərbaycan dilinin qrammatikasına, orfoqrafiyasına, nadir rast gəlinən və spesifik sözlərinə aid suallar vermək olar.

Yalnız bu mövzuda rus dilində və kiril əlifbası ilə mövzu üzrə yazmaq icazə verilir.



Русско-азербайджанский словарь можете скачать здесь

 

Bilberry və Paradise xanımların mövzularını birləşdirdim .

Edited by Sunyata
Link to comment
Share on other sites

  • 5 months later...

Burada hər hansı bir sözün yazılışını, cümlədə yerini, işarələri və sairə müzakirə edirik.
Suallar veririk, dəqiq cavablar alırıq.
Əgər qrammatikada son dəyişikliklər varsa, dilimizə yeni söz daxil olubsa (hansına ki, şübhə edirəm), yazırıq.
Rusca elə söz var ki, onu işlədirik, azərbaycanca müvafiq sözü bilmirik, onu buraya yazıb azərbaycanca qarşılığını soruşuruq.
Bir sözlə, dilimizə aid hər şeyi burada müzakirə edib öyrənək.

P.S. Mövzunu açmağım özümü usta saymağım demək deyil, əsla!!! Əksinə, öyrənmək istəyənlərdənəm.

 

 

 

Bilberry və Paradise xanımların mövzularını birləşdirdim .
 

Edited by Sunyata
Link to comment
Share on other sites

Sozum size deyil Billberr xanim. Buyursun ozunu agli gorseden yuzerler.

Men de bir defe sizin sehvinizi duzeltmishdim, Ramin bey, onda men de sizin xetrinize deymishem? bawl: Bilerekden olmayib, uzr isteyirem :(

P.S: Movzudan lazimi qaydada istifade olunsa, mence chox xeyir goturmek olar. Ugurlar, Bilberry! :rroza:

Link to comment
Share on other sites

Azərbaycan dilində kompyuter yoxsa kompüter yazılır. Mən kitablarda müxtəlif cür görmüşəm, hətta 1-ci sinif kitabları və digər vəsaitləri arasında da bu fərq var. Hansı yazılış Azərbaycan qramatikasında düzgün hesab olunur? Bilən varmı?

Link to comment
Share on other sites

Men de "kompüter" kimi bilirem o sozu. Nayihə və layihə də düzgün yazılışdır. Hansı ki çoxları lahiye deye ifadə edir;) Özü də televizorda yekə yekə dövlət adamlarının ağzından tez-tez eşitmək mümkündür bu sözü..

Size deyim ki,kitab tərcumə edərkən, heç redaktəyə vermirlər deyəsən, o qədər səhvlər olur ki..

Link to comment
Share on other sites

Men de "kompüter" kimi bilirem o sozu. Nayihə və layihə də düzgün yazılışdır. Hansı ki çoxları lahiye deye ifadə edir;) Özü də televizorda yekə yekə dövlət adamlarının ağzından tez-tez eşitmək mümkündür bu sözü..

Size deyim ki,kitab tərcumə edərkən, heç redaktəyə vermirlər deyəsən, o qədər səhvlər olur ki..

Edit eləyə bilmədiyim üçün, təzədən yazıram;

Men de "kompüter" kimi bilirem o sozu. Nahiyə və nayihə sözlərində fərq var deyəsən. Nayihə bədəndə hansısa hissədən söhbət gedərkən istifadə olunur, nahiyə isə səhv etmirəmsə inzibati ərazi bölgüsü vahidini ifadə edir ( hardasa XIX əsrin ortalarından gedir söhbət).Layihə də düzgün yazılışdır. Hansı ki çoxları lahiye deye ifadə edir;) Özü də televizorda yekə yekə dövlət adamlarının ağzından tez-tez eşitmək mümkündür bu sözü..

Size deyim ki,kitab tərcumə edərkən, heç redaktəyə vermirlər deyəsən, o qədər səhvlər olur ki..

Link to comment
Share on other sites

Azərbaycan dilində kompyuter yoxsa kompüter yazılır. Mən kitablarda müxtəlif cür görmüşəm, hətta 1-ci sinif kitabları və digər vəsaitləri arasında da bu fərq var. Hansı yazılış Azərbaycan qramatikasında düzgün hesab olunur? Bilən varmı?

Mənim bildiyimə görə rus dilini "ю" hərfi dilimizə "ü" kimi tərcümə olunur və yazılır. Bir dəfə Nazirlər Kabinetinin Azərbaycan dilinin qrammatikasına dair səhv etmirəmsə qərarı idi əlimə keçmişdi. İnanırsız orada da məktəblərdə keçdiyimiz qrammatikadan fərqli qaydalar var idi. Mən dərsliklərə üstünlük verdim fərqə baxanda :)

P.S.Mən Azərbaycan və ədəbiyyat dili müəlliməmin təhsilinə heyran qalmışdım. Olduqca savadlı müəllimə idi və dilimizlə bağlı qaydaları dəqiq bilirdi. Az da olsa qrammatikanı ondan öyrənə bilmişdim. O qaydalar isə qrammatik cəhətdən düzgün əsaslandırılmamışdı. :nettt:

Link to comment
Share on other sites

Bu da qərar. Onu sonadək oxusaz, niyə daha əvvəlki yazıda irad tutduğumu asanlıqla görəcəklər.

Azərbaycan dilinin orfoqrafiya qaydaları"nın təsdiq edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI

1. "Azərbaycan dilinin orfoqrafiya qaydaları" təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikası Nazirlər Kabinetinin

2004-cü il 5 avqust tarixli 108 nömrəli qərarı ilə

TƏSDİQ EDİLMİŞDİR

Azərbaycan dilinin orfoqrafiya qaydaları

Saitlərin yazılışı

1. O saitli alınma sözlər a və ya o ilə deyilməsindən asılı olmayaraq o ilə yazılır: avtomat, biologiya, velosiped, ensiklopediya, kollektiv, kombinat, laborant, obyekt, poeziya, poema, poçtalyon, problem, professor, solist, motor, polkovnik.

2. Ü saitli alınma sözlər ü ilə də yazılır: alüminium, bülleten, büro, jüri.

3. Aşağıdakı sözlər ədəbi tələffüzdə olduğu kimi iki heca ilə yazılır: qəbir, qədir, eyib, ətir, zehin, isim, nəsil, ömür, səbir, sətir, sinif, fəsil, fikir, şəkil, heyif, meyil, əsil, şeir.

4. Əslində sonu a ilə bitən alınma sözlərdən aşağıdakılar a -sız yazılır: anket, aptek, armatur, atmosfer, vitrin, qəzet, idiom, kayut, kaset, kontor, konfet, lent, maşın, perspektiv, pyes, planet, reklam, sistem, sitat.

Samitlərin yazılışı

5. Birinci hecasındakı samiti həm n, həm də m ilə deyilən sözlər n ilə yazılır: anbar, qənbər, zənbil, günbəz, sünbül, şənbə.

Kombayn, kombinat, kömbə, pambıq sözləri istisnadır.

6. Əslində sonu qoşa samitlə bitən iki və ya çoxhecalı sözlər bir samitlə yazılır: ekspres, kilovat, kiloqram, konqres, metal, mühüm, proses, sərhəd, hüsnxət.

7. Sonu-iy, -skiy ilə qurtaran xüsusi və ümumi alınma isimlərin sonundakı y yazılmır: Qorki, Yaroslavski, Mayakovski, ssenari, planetari, profilaktori, sanatori.

Qeyd. Kimyəvi element adları əslinə uyğun olaraq yazılır: kalium, maqnezium, natrium.

8. Rus dilində tərkibində u olan ümumi isimlər s ilə yazılır: dosent, konsert, sex, sirk, semnt, lisey.

Vitse sözü isüsnadır.

Xüsusi isimlərdə sözün əvvəlində s, sözün ortasında və axırında ts yazılır:

Setkin, Sialkovski, Vorontsov, Kuznetsov, Motsart, Muromets.

9. Rus dilində tərkibində ş olan alınma sözlərin əvvəlində və axırında bir ş, sözün ortasında isə iki ş (şş) yazılır: Şedrin, Şerba, şotka, borş, Vereşşaqin, Quşşin, meşşan.

10. Əsli h samitli alınma sözlər h ilə yazılır: Heynə, hektar, Hegel, hegemon, hidrogen, himn, hospital, hotel.

11. Əsli c samitli alınma sözlər c ilə də yazılır: Cek London, cemper, Siciliya.

12. Əsli q samitli alınma sözlər incə saitli hecalarda g ilə yazılır: biologiya, dialektologiya, genezis, general, geologiya, gigiyena, gimnastika, gitara.

Sözün müxtəlif yerlərindəki qoşa sait və samitlərin yazılışı

13. Qoşa saitlə deyilən sözlər qoşa saitlə də yazılır: maaş, saat, camaat, bədii, əmtəə.

14. Təkhecalı sözlərin sonunda qoşa samitin hər ikisi yazılır: vatt, zənn, zidd, küll, rədd, sirr, fənn, xətt, haqq, hiss.

Bu sözlərə samitlə başlanan şəkilçi əlava olunduqda söz kökündəki qoşa samitdən biri düşür: zid-dir, sir-daş, fən-lər, xət-siz, his-siz.

15. İki sait arasında gələn qoşa samitlər qoşa samitlə yazılır: ballada, kassa, şassi, vassal, kapella, klassik, libretto, operetta, nəqqaş, səyyar, kəmiyyət.

Qeyd. Qruppa, antenna, tonna, apparat, parallel sözləri və -ma hecası ilə qurtaran sözlər aşağıdakı kimi yazılır: qrup, anten, ton, aparat, paralel, diaqram, proqram, stenoqram, teleqram.

Şəkilçilərin yazılışı

16. Sözdüzəldici şəkilçilər aşağıdakı kimi yazılır:

1. Bir cür yazılan şəkilçilər:

1) -i və ya -vi şəkilçisi: daxili, tarixi, həyati, cənubi, şimali, dairəvi, kimyəvi, kütləvi, Gəncəvi;

2) -vari şəkilçisi: buynuzvari, qalxanvari, yüngülvari, üzükvari.

2. İki cür yazılan şəkilçilər:

Kar samitlə bitənlərdə: -qan, -kən; cingiltili samitlə bitənlərdə -ğan, -gən şəkilçiləri: yapışqan, çalışqan, döyüşkən, sürüşkən, burulğan, deyingən.

3. Dörd cür yazılan şəkilçilər:

1) -kı, -ki, -ku, -kü şəkilçisi: axşamkı, bildirki, səhərki, onunku, gündüzkü, bugünkü;

2) sifət və isim düzəldən -ı, -i, -u, -ü şəkilçisi: badımcanı, darçını, narıncı, ceyranı, dərbəndi, çərkəzi, novruzu, gümüşü;

3) fel köklərindən isim və sifət düzəldən şəkilçilər:

sonu kar samitlə bitənlərdə:

a) -ki, -qı, -kü, -qu: bıçqı, seçki, pusqu, sürtkü;

B) -kin, -qın, -kün, -qun: bitkin, satqın, ötkün, tutqun;

sonu cingiltili samitlə bitənlərdə:

a) –gi, -ğı, -gü, -ğu: vergi, çalğı, bölgü, vurğu;

B) -gin, -ğın, -gün, -ğun: əzgin, qırğın, düzgün, yorğun.

4) -ıstan, -istan, -ustan, -üstan şəkilçisi samitlə bitən sözlərdə: Dağıstan, Türkmənistan, Monqolustan, Türküstan.

Qeyd. Saitlə bitənlərdə -stan yazılır.

Rəqəmlə yazılan miqdar saylarında şəkilçilərin yazılışı

17. Rəqəmlə yazılan miqdar saylarına mənsubiyyət və hal şəkilçiləri əlavə edildikdə şəkilçidən əvvəl defis qoyulur: 20-dən, 3-də, 2-yə, 6-nın, 5-i, 17-si.

Ərəb rəqəmlərindən sonra ahəngə görə sıra sayının şəkilçisi ixtisarla (-cı, -ci, -cu, -cü) yazılır: 6-cı, 2-ci, 10-cu, 3-cü.

Mürəkkəb sözlərin yazılış

18. Bir vurğu ilə deyilən mürəkkəb sözlər bitişik yazılır: arabir, balacaboy, beşillik, beşmərtəbə, qalxanabənzər, qanunvericilik, qurultayqabağı, dilucu, günəbaxan, gülərüz, müxtəliftərəfli, özbaşınalıq, soyuqqanlı, ümumbəşəri, ucdantutma, bugünkü, hərgecəki, ilbəil, günbəgün, qaçaqaç, Bülbüloğlu, Qənbərqızı, Həsənoğlu, Çərkəzqızı, Əliağa.

19. Tərkibindəki sözlərin səciyyəsindən asılı olaraq aşağıdakı hallarda defisdən istifadə edilir:

1) qoşa sözlərdə: adda-budda, az-maz, qara-qura, qarma-qarışıq, qonaq-qara, dedi-qodu, əzik-üzük, kağız-kuğuz, sür-sümük, aşıq-aşıq, top-top;

2) tərkibində qeyri, əks, külli, anti, eks, vitse, kontr, ober, super sözləri işləndikdə: qeyri-adi, qeyri-iradi, əks-inqilab, əks-hücum, külli-ixtiyar, vitse-admiral, kontr-admiral, ober-leytenant, super-market;

3) izafət tərkiblərində: tərzi-hərəkət, nöqteyi-nəzər, həddi-buluğ, tərcümeyi-hal;

4) tərkibində mənaca bir-birinə yaxın və ya zidd sözlər işləndikdə: ab-hava, alış-veriş, ölüm-itim, kafe-restoran, kilovat-saat, cənub-qərb, şimal-şərq, az-çox, elə-belə, gec-tez, ağıllı-kamallı, ucsuz-bucaqsız, pis-yaxşı, fabrik-zavod, iki-üç, gedər-gəlməz, yazar-yazmaz, bitməz-tükənməz, dinməz-söyləməz.

Köməkçi sözlərin yazılışı

20. İdi, imiş, ikən köməkçi sözləri adlardan (isim, sifət, say, əvəzlik) və saitlə qurtaran fellərdən sonra ayrı, samitlə bitən fellərdən sonra həm ayrı, həm də ilk saiti buraxılaraq, şəkilçiləşmiş variantlarda bitişik yazılır: ata idi, ata imiş, ata ikən, uşaq idi, uşaq imiş, uşaq ikən, gəlməli idi, gəlməli imiş, gəlməli ikən, gəlmişdi, gəlmişmiş, gəlirkən, gəlmiş imiş...

21. Qoşmalar iki cür yazılır:

1) birhecalı qoşmalar (-can, -cən, -dək, -tək) aid olduqları sözə bitişik yazılır: dağacan, evəcən, küçəyədək, quştək;

2) ikihecalı qoşmalar (qədər, kimi, ötrü, təki, təkin, üçün, ilə)

aid olduqları sözdən ayrı yazılır: evə qədər, adam kimi, ondan ötrü, sənin təki, şagird üçün.

Qeyd. İlə qoşması samitlə bitən sözlərdə ahəng qanununa uyğun olaraq -la, -lə şəklində bitişik yazıla bilər.

22. Mənşəcə mürəkkəb olan aşağıdakı bağlayıcılar bitişik yazılır: yainki, yaxud, nəinki, habelə, halbuki, həmçinin, hərgah, hərçənd, çünki.

23. İki sadə bağlayıcıdan və sadə bağlayıcı ilə başqa nitq hissələrindən əmələ gələn bağlayıcılar və bağlayıcı sözlər bir-birindən ayrı yazılır: belə ki, buna görə də, bununla da, bunun üçün, və ya, və yaxud, daha da, demək ki, yoxsa ki, guya ki, odur ki, ona görə, ona görə də, onun üçün də, tutaq ki, həm də.

24. Ədatlar sözlərdən ayrı yazılır: di get, gör ha, dedim də, sən ki, daha gözəl, lap pis, ən yaxşı.

-mı, -mi, -mu, -mü və -sana, -sənə ədatları istisnadır.

Onlar aid olduqları sözlərə bitişik yazılır: Qəşəngdirmi? Kitabdırmı? Oxudumu? A kos-kosa gəlsənə, torbanı doldursana?

Qeyd. -mı, -mi, -mu, -mü sual ədatı -da, -də ədatından ayrı yazılır: Sən də mi gedirsən? O yenə də mi danışacaq?

25. Eyni nidanın təkrarından əmələ gələn nidalar defislə yazılır: bəh-bəh, vay-vay, pəh-pəh, uy-uy, ha-ha-ha.

26. Müxtəlif sözlərdən əmələ gələn nidalar ayrı yazılır: ay aman, ay haray.

Birinci hərfi böyük yazılan sözlər

27. Xüsusi isimlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Səməd Vurğun, Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyli, Uzun Həsən, Süleyman Rüstəm, Süleyman Sani, Bəxtiyar Vahabzadə, İsgəndərlər, Mehdi Hüseynzadələr, Nizamilər, Hacı Qaralar...

28. Bədii əsərlərdə heyvanlar və cansız əşyalar surət kimi işlədildikdə onların adlarının birinci hərfi böyük yazılır: Qırat, Alapaça, Bozdar, Məstan...

29. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, nomenklatur terminlə işlənən yer adlarının, eləcə də qədim yazılı abidələrin və s. adlarının birinci sözünün birinci hərfi böyük yazılır: Vətən müharibəsi, Yeddiillik müharibə, Versal sülhü, Dəmir dövrü, Orxon-Yenisey abidələri, Çaldıran döyüşü, Sasanilər dövrü, Səfəvilər sülaləsi, Xəzər dənizi, Azadlıq meydanı, Şuşa qalası...

Belə mürəkkəb adlara fərqləndirici söz əlavə olunduqda onun da birinci hərfi böyük yazılır: Orta Paleolit dövrü. Son Paleolit dövrü.

30. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.

31. Yüksək dövlət vəzifələri (Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Baş naziri, Azərbaycan Respublikası Milli Məclisinin Sədri), fəxri adlar, habelə nazirlik, komitə, birlik, cəmiyyət, qurum, akademiya, universitet, texnikum, teatr, filarmoniya, siyasi partiya, eləcə də tarixi günlərin və s. adlarının tərkibindəki bütün sözlərin (yardımçı sözlərdən başqa) birinci hərfi böyük yazılır: Azərbaycan Respublikasının Milli Məclisi, Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası Nəsimi adına Dilçilik İnstitutu, M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası, Heydər Əliyev adına Bakı Beynəlxalq Aeroportu, Azərbaycan Dövlət Nəşriyyatı, M.Mirqasımov adına Respublika Klinik Xəstəxanası, Beynəlxalq Qadınlar Günü, Ağstafa Rayon Təhsil Şöbəsi ...

32. Orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran, düşərgə, yeməkxana, mağaza və s. adları dırnaqda və böyük hərflə yazılır: "İstiqlal" ordeni, "Azərbaycan Bayrağı" ordeni, "Ata və oğul" povesti, "Yeddi gözəl" baleti, "Uzaq sahillərdə" filmi, "Azərbaycan" qəzeti, "Cücələrim" kafes, "Bahar" mağazası, "Badamlı", "İstisu" mineral suları...

Qeyd. Dırnaqda yazılan belə adlara artırılan şəkilçi dırnaqdan kənarda yazılır: "Xalq qəzeti"nin bugünkü nömrəsi, "Yeddi gözəl"in ilk tamaşası...

33. Mirzə, hacı, şeyx, seyid, şah, soltan, ağa, boy, bəyim, xan, xanım və s. sözlər rütbə, ləqəb və titul bildirib sözlərdən əvvəl gəldikdə böyük, sözlərdən sonra gəldikdə isə kiçik hərflə yazılır: Mirzə Fətəli, Hacı Qara, Şeyx Nəsrallah, Seyid Əzim, Şah İsmayıl, Soltan Mahmud, Abbas mirzə, Nadir şah, Abbasqulu ağa, Fətəli xan, Heyran xanım...

İxtisarlar (abreviaturlar)

34. İxtisarlar üç cür yazılır:

a) tam ixtisarlar aid olduqları sözlərə (xüsusi və ya ümumi isimlər) uyğun olaraq böyük və ya kiçik hərflə yazılır: AR (Azərbaycan Respublikası), BMT (Birləşmiş Millətlər Təşkilatı), MM (Milli Məclis), m.(metr), c. (cild)..;

B) yarımçıq ixtisarlar aid olduqları sözlərə uyğun olaraq, böyük və kiçik hərflərlə, mürəkkəb adların tərkib hissələri isə bitişik yazılır: akad. (akademik), prof. (professor), Azərkitab (Azərbaycan kitabı), AzərTAc (Azərbaycan Teleqraf Agentliyi)..;

c) sözün orta hissəsinin düşməsi ilə yaranan ixtisarlar defislə yazılır: d-r (doktor), z-d (zavod)...

35. İxtisarlara əlavə edilən şəkilçilər onların son hecasına uyğun olaraq yazılır: MEA-dan, BMT-yə, MDB-nin...

Sözün sətirdən sətrə keçirilməsi

36. Sözlər yeni sətrə hecalarla keçirilir: və-tən, mək-təb-li-lər Bir saitdən ibarət hecalar istisnadır: ai-lə-li...

Edited by zerishka
Link to comment
Share on other sites

Azərbaycan dilində kompyuter yoxsa kompüter yazılır. Mən kitablarda müxtəlif cür görmüşəm, hətta 1-ci sinif kitabları və digər vəsaitləri arasında da bu fərq var. Hansı yazılış Azərbaycan qramatikasında düzgün hesab olunur? Bilən varmı?

Düzgün yazılış kompüterdir. Əksər hallarda rus dilində olan sözlərdə "ью" birləşməsi bizim dildə "Ü" kimi səslənir(əgər söz eyni qalırsa,yəni tərcümə olunmursa).

Link to comment
Share on other sites

под покровительством-degig fikri azerice nece demek olar?Nezreti altinda yoxsa himayesi altinda?Mene ele gelir her ikisi duzgun gelmir.Help me,please.

Link to comment
Share on other sites

30. Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır: Azərbaycan Respublikası, Naxçıvan Muxtar Respublikası, Bakı Şəhər İcra Hakimiyyəti.

Diqqətsizliyə bax...Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adları....və misal olaraq da Bakı Şəhər İcra Hakimiyyəti. Bakı Şəhər İcra Hakimiyyəti mən biləni nə ölkə deyi, nə muxtar respublika deyil, nə vilayət deyil, nə də diyar deyil. Niyə bəs böyük yazılıb bu qərarda? Cavab: Çünki diqqətsizlik edib bir bənd aşağıya aid olanı bu bəndə yazıblar...Kim nəyə gəldi qol çəkir e deyəsən...

Link to comment
Share on other sites

под покровительством-degig fikri azerice nece demek olar?Nezreti altinda yoxsa himayesi altinda?Mene ele gelir her ikisi duzgun gelmir.Help me,please.

Əslində himayə uyğun gələ bilər, amma baxır cümlədə necə işlənir. Havadarlıq sözü necə, uyğun gəlirmi?

Link to comment
Share on other sites

Əslində himayə uyğun gələ bilər, amma baxır cümlədə necə işlənir. Havadarlıq sözü necə, uyğun gəlirmi?

Havadarlig nedir?Komeklik?

под покровительством-mesel ucnun "arvad erinin nezareti altindadir",duzgun gelmir,"eri arvadina havadarlig eDIR",duzgun gelmir,"arvad erinin himayesi altindadir",bir balaca duzgun gele biler.

Himayenin degig meNAsi nedir?yeni ki,mesel ucun "ana boyuk oglunun himayesi altindadir"-yeni ogul anaya her terefli komek edir?

Link to comment
Share on other sites

Havadarlig nedir?Komeklik?

под покровительством-mesel ucnun "arvad erinin nezareti altindadir",duzgun gelmir,"eri arvadina havadarlig eDIR",duzgun gelmir,"arvad erinin himayesi altindadir",bir balaca duzgun gele biler.

Himayenin degig meNAsi nedir?yeni ki,mesel ucun "ana boyuk oglunun himayesi altindadir"-yeni ogul anaya her terefli komek edir?

Havadarlıq - köməklik sözünün pis bir iş haqqında işlənməsidir demək olar ki...Məsələn tez tez deyirlər, "Rusiya ermənilərə havadarlarıq edir" ..Yəni ki ermənilərin böyük böyük danışmaları arxayın hərəkət etmələri üçün onların arxasında dayanır.

Konkret siz deyən cümləyə gəlincə, arvad misalında hərfi tərcümə edilirsə himayə sözü işlənməlidir. Bədii tərcümə gedirsə söhbətin hansı "pokrovoitelstvo"dan (maddi, mənəvi və s) getməyindən asılı olaraq başqa sözlər işlənə bilər. Böyük oğul misalında isə məna budur ki, ana ya maddi cəhətdən ya təhlükəsizlik cəhətdən ya ev cəhətdən (həmçinin ayrıca olaraq nəzərdə tutula bilməsə də bu iksi ilə birlikdə "mənəvi" cəhətdən də ola bilər) böyük oğlun dəstəyi altındadır. Amma adətən bu cümlə maddi cəhət mənasında işlənir

Edited by Scorpio_1
Link to comment
Share on other sites

Havadarlig nedir?Komeklik?

под покровительством-mesel ucnun "arvad erinin nezareti altindadir",duzgun gelmir,"eri arvadina havadarlig eDIR",duzgun gelmir,"arvad erinin himayesi altindadir",bir balaca duzgun gele biler.

Himayenin degig meNAsi nedir?yeni ki,mesel ucun "ana boyuk oglunun himayesi altindadir"-yeni ogul anaya her terefli komek edir?

Himayə ərəb mənşəli sözdür, hərfi tərcüməsi qoruma deməkdir. Sizin cümlənizdə , bəli, hər-tərəfli kömək mənasında işlənir.

Link to comment
Share on other sites

Havadarlig nedir?Komeklik?
Sözbəsöz tərcüməsi "hava verən".

Yəqin çoxunuz nə vaxtsa ocaq qalayarkən onu üfürmüsünüz. Havadar sözü oradan götürülüb. Əsas mənası qızışdıran.

Kim dəmirçixana görübsə o yaxşı başa düşər. Dəmiri yumşaq etmək üçün gur alov tələb olunur, dəmirçilər xüsusi avadanlıqdan istifadə edirlər.

Link to comment
Share on other sites

Men de bir defe sizin sehvinizi duzeltmishdim, Ramin bey, onda men de sizin xetrinize deymishem? bawl: Bilerekden olmayib, uzr isteyirem :(

P.S: Movzudan lazimi qaydada istifade olunsa, mence chox xeyir goturmek olar. Ugurlar, Bilberry! :rroza:

salam.

Men demirem ki, sef duzeldende menim xetirme deyir. Porsda ele insanlar var ki, bunu ele formada edir ki, adami ozunden cixarilar..

Link to comment
Share on other sites

Burada özümüzdən əvvəl yazılmış postlarda səhvləri düzəldək ki, həmin istifadəçilər özləri də bunu bilsin. Fikir vermişəm ki, eyni istifadəçilər həmişə eyni səhvlər edir ;) Mənim səhvimi kim düzəltsə, mən incimərəm, əksinə sevinərəm.

Edited by Bilberry
Link to comment
Share on other sites

Diqqətsizliyə bax...Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adları....və misal olaraq da Bakı Şəhər İcra Hakimiyyəti. Bakı Şəhər İcra Hakimiyyəti mən biləni nə ölkə deyi, nə muxtar respublika deyil, nə vilayət deyil, nə də diyar deyil. Niyə bəs böyük yazılıb bu qərarda? Cavab: Çünki diqqətsizlik edib bir bənd aşağıya aid olanı bu bəndə yazıblar...Kim nəyə gəldi qol çəkir e deyəsən...

Təəssüf ki, belə başbilənlərimiz hədsizdir...

Link to comment
Share on other sites

Diqqətsizliyə bax...Ölkələrin, muxtar respublikaların, vilayət və diyarların rəsmi adları....və misal olaraq da Bakı Şəhər İcra Hakimiyyəti. Bakı Şəhər İcra Hakimiyyəti mən biləni nə ölkə deyi, nə muxtar respublika deyil, nə vilayət deyil, nə də diyar deyil. Niyə bəs böyük yazılıb bu qərarda? Cavab: Çünki diqqətsizlik edib bir bənd aşağıya aid olanı bu bəndə yazıblar...Kim nəyə gəldi qol çəkir e deyəsən...

Başa düşmədim sizi. Siz onun vilayətlər, respublikalarla bir sırada yazılmasına irad tutursunuz, yoxsa böyük hərflərlə yazılmasına? Böyük hərflərlə yazılmalıdır axı. Çünki təşkilat, qurum, birlik adları böyük hərflərlə yazılır. Yanlışım varsa, düzəldin. :unsure:

Link to comment
Share on other sites

Başa düşmədim sizi. Siz onun vilayətlər, respublikalarla bir sırada yazılmasına irad tutursunuz, yoxsa böyük hərflərlə yazılmasına? Böyük hərflərlə yazılmalıdır axı. Çünki təşkilat, qurum, birlik adları böyük hərflərlə yazılır. Yanlışım varsa, düzəldin. :unsure:

Böyük hərflərlə yazılmağına düzdür, böyük hərflərlə yazılmalıdır, təşkilat qurum və s böyük hərflərlə yazılır. Amma bu, Nazirlər Kabinetinin qərarında 30-cu bəndə deyil, növbəti bəndə misal olmalıdır. 30-cu bənddə sırf ölkə diyar adlarına misallar olmalıdır. İradım qərardakı diqqətsizliyə və qərara gözüyumulu qol çəkilməsinədir.

Link to comment
Share on other sites

Başa düşmədim sizi. Siz onun vilayətlər, respublikalarla bir sırada yazılmasına irad tutursunuz, yoxsa böyük hərflərlə yazılmasına? Böyük hərflərlə yazılmalıdır axı. Çünki təşkilat, qurum, birlik adları böyük hərflərlə yazılır. Yanlışım varsa, düzəldin. :unsure:

Məncə də, siz haqlısız.

Link to comment
Share on other sites

Böyük hərflərlə yazılmağına düzdür, böyük hərflərlə yazılmalıdır, təşkilat qurum və s böyük hərflərlə yazılır. Amma bu, Nazirlər Kabinetinin qərarında 30-cu bəndə deyil, növbəti bəndə misal olmalıdır. 30-cu bənddə sırf ölkə diyar adlarına misallar olmalıdır. İradım qərardakı diqqətsizliyə və qərara gözüyumulu qol çəkilməsinədir.

Aydındı. Mən sizi düzgün başa düşməmişdim, üzürlü hesab edin. :rroza:

Link to comment
Share on other sites

Mövzuya görə təşəkkürümü bildirmək istəyirəm.

Felin keçmiş zamanına aid sualım var.

Aşağıda "etmək" felinin sadalanmış yazılış formalarından hansıları düzgündür? Xahiş edirəm, cavab verərkən, formanın düzgün olub olmadığını qeyd etməklə kifayətlənməyəsiniz, bunu təsdiqləyən qaydaları da qeyd edəsiniz. Əlavə olaraq, xahiş edirəm, düzgün yazılmış formaların semantikasını izah edəsiniz, yəni bunların mənaca fərqləri nədir.

etdi

etmişdi

etmişdir

etmiş idi

edib

edibdi

edibdir

etmisən

etmişsən

P.S. Bu postda etdiyim səhvləri düzəltsəniz, minnətdar olacağam.

Link to comment
Share on other sites

Mövzuya görə Azərbaycanlı nikli userimizə hamının adından təşəkkür edirəm. İdeya onundur.

Mövzuya görə təşəkkürümü bildirmək istəyirəm.

Felin keçmiş zamanına aid sualım var.

Aşağıda "etmək" felinin sadalanmış yazılış formalarından hansıları düzgündür? Xahiş edirəm, cavab verərkən, formanın düzgün olub olmadığını qeyd etməklə kifayətlənməyəsiniz, bunu təsdiqləyən qaydaları da qeyd edəsiniz. Əlavə olaraq, xahiş edirəm, düzgün yazılmış formaların semantikasını izah edəsiniz, yəni bunların mənaca fərqləri nədir.

etdi

etmişdi

etmişdir

etmiş idi

edib

edibdi

edibdir

etmisən

etmişsən

P.S. Bu postda etdiyim səhvləri düzəltsəniz, minnətdar olacağam.

Məncə çətin sualdır, yəni izahlı cavab vermək üçün çətindir, məncə bunun üçün dil-ədəbiyyat müəlliməsi lazımdır.

Ay narod, hamımız sənədlərlə işləyirik, yəqin ki, səhvlərə rast gəlirsiniz, ən çox rats gəldiyiniz səhvləri yerləşdirin də(((

Mövzunun müəllif hüququ Azərbaycanlı-ya məxsusdur, amma o da mövzunu dirçəltmir...

Meyid yoxsa meyit? :devil:

Edited by Bilberry
Link to comment
Share on other sites

Mövzuya görə təşəkkürümü bildirmək istəyirəm.

Felin keçmiş zamanına aid sualım var.

Aşağıda "etmək" felinin sadalanmış yazılış formalarından hansıları düzgündür? Xahiş edirəm, cavab verərkən, formanın düzgün olub olmadığını qeyd etməklə kifayətlənməyəsiniz, bunu təsdiqləyən qaydaları da qeyd edəsiniz. Əlavə olaraq, xahiş edirəm, düzgün yazılmış formaların semantikasını izah edəsiniz, yəni bunların mənaca fərqləri nədir.

etdi

etmişdi

etmişdir

etmiş idi

edib

edibdi

edibdir

etmisən

etmişsən

P.S. Bu postda etdiyim səhvləri düzəltsəniz, minnətdar olacağam.

eyni sözdür, sadəcə birində keçmiş zaman şəkilçisi bitişik yazılıb, digərində ayrı. Amma üstünlük veriir daha çox "etmişdir" sözünə. Cümlədəki mənasından asılıdır.

Link to comment
Share on other sites

Mövzuya görə təşəkkürümü bildirmək istəyirəm.

Felin keçmiş zamanına aid sualım var.

Aşağıda "etmək" felinin sadalanmış yazılış formalarından hansıları düzgündür? Xahiş edirəm, cavab verərkən, formanın düzgün olub olmadığını qeyd etməklə kifayətlənməyəsiniz, bunu təsdiqləyən qaydaları da qeyd edəsiniz. Əlavə olaraq, xahiş edirəm, düzgün yazılmış formaların semantikasını izah edəsiniz, yəni bunların mənaca fərqləri nədir.

etdi

etmişdi

etmişdir

etmiş idi

edib

edibdi

edibdir

etmisən

etmişsən

P.S. Bu postda etdiyim səhvləri düzəltsəniz, minnətdar olacağam.

Mən dəqiq bildiklərimi yazmaq istəyirəm , amma onlar nə üçün doğrudur deyə bilməyəcəyəm.

1. Etdi. Etmək məsdəri və üstə gəl "-dı" dörd cür yazılan şühudi keçmiş zaman şəkilçisi. Nəqli keçmiş zaman şəkilçisi isə "-mış 4" olacaqdır.

2.Bu sözün belə yazılışı düzgün deyil. Bu ya "etmişdir" olmalıdır və ya "etmiş idi", bu iki sözün arasında da mənaca çox fərq vardır, bu haqda daha sonra yazacağam. Mən, nə üçün "etmişdi" düzgün deyil deyirəm , bunu belə izah edərdim: "-mış" dörd cür yazılan şəkilçi nəqli keçmiş zaman şəkilçisidir, onun ardınca şühudi keçmiş zaman şəkilçisini yəni "-dı 4" qəbul etməsi mümkün deyil , yalnız o halda ola bilər ki , bu idi ilə əvəz olunsun və ayrıca yazılsın.

3. və 4. Yuxarıda da yazıldığı kimi bunlar doğrudur.

5., 6. , 7. isə qətiyyən doğru deyildir. ıb dörd cür yazılan şəkilçilər hərəkət bildirən şəkilçilər arasında yoxdur . Bu , yalnız danışıqda işlənir .

8. və 9. hər ikisi doğrudur zənnimcə, amma üstünlüyü "etmişsən"ə verirəm. Etiraf edirəm ki , dəqiq bilmirəm , amma kitablarda etmisənə də rast gəlmək mümkündür. Burada "sən" ikinci şəxsin təkinin şəkilçisidir , "miş" isə nəqli keçmiş zaman şəkilçisidir ona görə də, diqqət yetirsək "etmişsən"in daha doğru olduğunu görərik:

Mən etmiŞəm

Sən etmiŞsən

O, etmiŞdır

Biz etmiŞik

Siz etmiŞsiniz

Onlar etmiŞlər.

Link to comment
Share on other sites

"Kompüter", "Kompyüter" yoxsa "Kompyuter"

"Az.SCOT"un direktoru: "Ensklopediyada söz "Kompüter" kimi yazıldığından biz də bu cür yazmışıq"

Azərbaycan dilində elə sözlər var ki, onlar ayrı-ayrı yerlərdə müxtəlif cür yazılır. Mətbuatda bir, reklamlarda, dövlət idarələrində isə başqa cür yazılan sözlər kifayət qədərdir.

Məsələn, "kompyuter". Bu sözü, demək olar ki, kim necə istəyir, elə də yazır. Hətta elmi-tədris mərkəzlərinin reklamlarında da dilin orfoqrafik qaydalarına riayət olunmur.

Ərəb, fars, ingilis, fransız, alman dillərini öyrədən belə elmi tədris mərkəzlərinin reklamlarında barəsində danışılan söz "Kompüter" kimi yazılıb. Amma Nazirlər Kabinetinin qərarında "Kompyuter" düzgün yazılış qaydası kimi göstərilib.

Metrodakı reklamlarında "Kompüter" yazan "Az.SCOT" Elmi Tədris Mərkəzi də müxtəlif dillər tədris edir. Amma bu mərkəz də, digərləri kimi, öz dilimizin yazılış qaydalarına riayət etməyib.

Əslində, "Kompüter" yazanları o qədər də qınamaq olmur. Çünki bir müddət öncəyə qədər dövlət sənədlərində, yazışmalarında söz "Kompüter" kimi göstərilirdi.

"Az.SCOT"un direktoru Ümid Əliyev bizimlə söhbətində bildirdi ki, reklam hazırlanarkən qeyd olunan sözün yazılışı mübahisəyə səbəb olub: "Hər kəsin bir təklifi var idi. Yəni sözün dəqiq yazılışının necə olduğunu heç kəs bilmirdi. Mübahisələrə son qoymaq üçün Milli Ensklopediyaya nəzər saldıq. Orada "Kompüter" kimi yazılmışdı. Biz də sözün yazılışını Ensklopediyadan götürmüşük. Nazirlər Kabinetinin qərarında "Kompyuter" göstərilibsə, biz reklamlarımızı dəyişdirəcəyik və oradakı yanlışlığı aradan qaldıracağıq".

http://www.baki-xeber.com/new/2009/08/10/get=31732

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Haha
        • Like
      • 50 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Confused
        • Haha
        • Thanks
      • 38 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Like
      • 147 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Confused
        • Haha
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
        • Like
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
        • Upvote
        • Sad
      • 11 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Sad
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...