Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Hekayələr...


Recommended Posts

Əməliyyat masasındakı möcüzə !

 
Hərbi həkim, cəbhədə ağır yaralanan əsgərin əməliyyat masasına yatırdılmasına köməkçi oldu. Təlaşı gözlərdən qaçmayan həkim, işıqları nizamladıqdan sonra, xüsusi alətlərinə ehtiyac olduğunu fərq etdi. Bir dəmir parçası yazıq gəncin başına girmiş və bəzi sinirləri parçalamışdı. Bu sinirləri bir-birinə bağlaya bilmək üçün ən incəsindən bir iynəyə068c586a56.jpg və yenə o qədər incə bir ipliyə ehtiyac vardı. Lakin, döyüşün orta yerində bunları tapmaq qeyri-mümkün idi. Bu sırada, əsgərin komandiri gənc leytenant, həkimin ümidsizlik içində qıvrıldığını gördü. Vəziyyəti izah edən həkimə, özünün sivil həyatda saat təmirçiliyi etdiyini və əlinin belə şeylərə vərdiş etdiyi üçün onun istədiyi iynəni dərhal edə biləcəyini söylədi. "Yaxşı, amma çox sürətli hərəkət etməmiz lazımdır. Xəstənin bu şəkildə uzun müddət yaşaması mümkün deyil. "Komandir dərhal işə başlayaraq, bir neçə dəqiqə içində iynəni hazırladı. Həkim, əvvəl təşəkkür etdisə də, bir neçə saniyə sonra yüzünə yenə ümidsiz bir ifadə yerləşdi. Əlbəttə ki, o incəliklə bir iplik tapıla bilmədikdən sonra iynə nə işə yarayardıki? Leytenant buna da bir əlac tapdı. Əlini cibinə atıb parlaq bir qutu çıxardı və içindən çıxardığı şeyi həkimə uzatdı. Həkimin üzü bu dəfə bir möcüzəyə şahid olmanın sevinciylə işıldadı. Çünki gənc zabitin uzatdığı şey onun ehtiyacını tam tamına qarşılayırdı. Bir az sonra yaralı əsgər müvəffəqiyyətli bir əməliyyatdan çıxaraq normal xəstə kamerasına alındı. Ölüm təhlükəsini sovuşdurmuşdu. Onun həyatının xilas olmasını təmin edən iplik isə, leytenantın yoldaşının onu döyüşə yollarkən bir qutuya qoyub hədiyyə etdiyi uzun saç telindən başqa bir şey deyildi!
 
Link to comment
Share on other sites

Padşahın işi nədir?

 
Sultan Murad xan səhər yuxudan çox həyəcanlı qalxdı. Sanki nə isə demək istəyir, ancaq nəsə qarşısını kəsirdi. Baş vəziri Səyavuş Paşa onun bu vəziyyətini görüb soruşdu:
- Çox narahat görünürsünüz. Bəlkə, sizi narahat edən bir şey var?
- Gecə qəribə bir yuxu gördüm.
- Xeyir ola?
- Xeyirdir, yoxsa şər, bunu sonra biləcəyik.
- Necə?
- Hazırlaş, yola çıxırıq.
Sultan Murad xan da, vəziri də molla qiyafəsində yola düşdülər. Padşah hələ də gördüyü yuxunun təsiri altında idi və görünür, gedəcəyi yeri yaxşı bilirdi. Əvvəlcə, Bəyazidə, oradan Vəfaya, sonra da Zeyrəkə üz tutdular. Nəhayət, Unqapı ətrafında nəfəslərini dərdilər. Padşah ətrafa diqqətlə baxmağa başladı. Yaxında bir meyit var idi.
- Kimdir bu? - deyə padşah orada yığışan adamlardan soruşdu. 30c3899a88.jpg
- Əyyaşın, əxlaqsızın biri...
- Haradan bilirsiniz?
- Qırx ildir qonşuyuq. Gəl bunu da bilməyək.
Bir anlıq ətrafa sakitlik çökdü. Birdən yaşlı bir qocanın səsi eşidildi:
- Əslində o, yaxşı sənətkar idi. Yaxındakı bazarda nalbənd işləyirdi. Yaxşı nal vururdu. Bu işdə tayı-bərabəri yox idi. Ancaq qazandıqlarını içkiyə, eyş-işrətə xərcləyirdi. Hər gün evinə şərab daşıyırdı, qadınlarla əylənirdi...
Qoca susdu. Bir az sonra artıq hamı üz çevirib getmişdi. Təkcə padşahla vəzir qalmışdılar. Vəzir getmək istəyəndə padşah onun yolunu kəsdi.
- Hara?
- Bilmirəm. Ancaq hər halda buradan getsək, yaxşıdır.
- Sən onlara fikir vermə. Onlar üz çevirib gedə bilərlər, ancaq biz gedə bilmərik. Necə də olsa, rəiyyətimizdir. Meyiti ortalıqda qoymaq olmaz.
- Olsun, saraydan bir neçə molla göndərərik, qurtarıb gedər.
- Olmaz. Hələ də gördüyüm yuxunun sirrini aça bilməmişəm.
- Yaxşı, biz indi nə edək?
- Meyiti yuyaq, kəfənləyək, sonra da namazını qılıb, dəfn edək.
- Padşahım, axı biz bunu necə edə bilərik? Mən bu günə kimi meyit yuyub kəfənləməmişəm.
- Narahat olma. Hər şeyi mənim öhdəmə burax. Ancaq əvvəlcə ölünü yumaq üçün bir məscid tapmalıyıq.
- Burada kiçik bir məscid var, bəlkə, ora gedək?
- Olmaz. Sən olsaydın, hansı məscidə getmək istəyərdin?
- Nə bilim, yəqin ki, Süleymaniyyəyə, heç olmasa, Fateh məscidinə...
- Süleymaniyyədə dövlət adamları çoxdur. Bizi tanıya bilərlər. Ancaq Fateh məscidini yaxşı fikirləşmisən. Hazırlaş gedək...
Məscidə gəldilər. Vəzir tez-tələsik kəfən, tabut tapdı. Padşah mis qazanları ocağa vurdu. Meyiti yudular. Sanki meyit birdən-birə gözəlləşdi. Sanki alnında bir nur var idi. Qəribədir ki, üzündən əxlaqsız, əyyaş adama da oxşamırdı. Dodaqlarında mənalı bir təbəssüm var idi. Padşahın ona əməlli-başlı qanı qaynamışdı. Elə vəzirin də... Nalbəndi kəfənləyib tabuta qoyduqdan sonra müsəlla daşının üstünə uzatdılar. Ancaq namaz vaxtına hələ var idi. Bu vaxt vəzir təlaşla padşaha yaxınlaşdı:
- Padşahım, bəlkə, biz səhv edirik.
- Niyə?
- Heç soruşmadıq. Kim bilir, bəlkə də, ailəsi, uşaqları var?..
- Düz deyirsən. Sən burada gözlə, mən məhəlləyə baş çəkib gəlirəm.
Vəzir məsciddə qaldı. Padşah isə bu qəribə macəranın başladığı yerə qayıtdı. Soruşub nalbəndin evini tapdı. Qapını yaşlı bir qadın açdı. Səbirlə padşahı dinlədi. Sanki qadın nalbəndin öləcəyini bilirdi. Qadın:
- Haqqını halal elə, oğlum, - dedi, - görürəm ki, çox yorulmusan.
Sonra qapının ağzındakı səkinin üstündə oturdu. Damarları çıxmış əllərini gicgahına dayadı. Adama elə gəlirdi ki, o ağlayır. Ancaq yox, o, ağlamırdı. Bir qədər sonra xəyal dünyasından ayrıldı:
- Bilirsən, oğlum, onunla neçə ilin ömür-gün yoldaşı idik. Başqa bir aləm idi bizim nalbənd. Axşama qədər atların ayağına nal vurardı. Ancaq birinin əlində şərab görsə, əlində-ovcunda nə varsa verib alardı. Sonra gətirib çölə tökərdi.
- Niyə?
- Başqaları içməsin deyə.
- Qəribədir.
- Sonra küçə qadınlarının pulunu verər, evə gətirərdi. Mən sizin pulunuzu verdim, indi də mən deyəni etməlisiniz, deyərdi. O, çıxıb gedərdi, mən də onlara dinimizdən, əxlaqımızdan danışardım.
- Sən işə bax. Ancaq gör camaat nə deyir.
- Kim nə deyir-desin, heç vecinə də deyildi. O, həmişə qəsəbədən uzaq məscidlərə gedərdi. Gərək elə bir imamın arxasında durasan ki, təkbir gətirəndə Kəbəni görsün, - deyərdi.
- İndi haradadır elə imam?
- Elə buna görə də Nişançıya, Sofular Məscidinə gedərdi. Bir gün ona dedim ki, gəl sən belə eləmə. Sən beləsən, ancaq qonşular sənin haqqında başqa cür fikirləşirlər. Axırda elə edəcəksən ki, səni yerdən götürən də olmayacaq. Fikrə getdi. Sonra “qoy heç kimə yüküm düşməsin“ dedi. Həyətdə özünə bir qəbir qazdı. Bir gün yenə “iş qəbirlə bitmir, səni kim yuyacaq, kim dəfn edəcək?“ dedim.
- Bəs o nə cavab verdi?
- Əvvəlcə gülümsədi, sonra da, “Allah böyükdür... Bir də padşahın işi nədir?“ dedi.
Link to comment
Share on other sites

Lələk və Qılınc

 
Qılınc geniş otağın bir küncündəydi. Poladdan olan parlaq tiyəsinə günəşin kürən şəfəqləri toxunur və onu daha da parıltılı edirdi. Öz varlığının otaqda sezildiyini qururla seyr edirdi, hiss olunurdu ki, burdakı hər şey onun parıltısından zövq alır. Hər şeymi? Yox bu zövqdən kənar düşən də vardı. Bu da stolun üstündəki mürəkkəbqabına dayanıb qalmış lələk idi və yalnız o silahın möhtəşəm parıltısına uymamışdı. Bu vəziyyət qılıncı özündən çıxardı və onu dinməyə məcbur etdi.
“ Kimsən axı sən, ey dəyərsiz əşya? Niyə sən də digərləri kimi mənim parıltıma baş əymirsən? Niyə buna təəccüblənmirsən? Bir ətrafa nəzər sal! Buradakı hər şey qaranlığa qərq olub. Parlaq günəş məni, yalnız məni öz sevimlisi bildi, məni öz alovlu öpüşü ilə əzizlədi, əslində mən elə buna layiqəm, onun işığını dəfələrlə artıq əks etdiriəm. Günəş mənim gücümə bələddir, buna görə də parıltısını özündən sonra mənə həvalə edir.”

Lələk gülərək buna etiraz etdi:

“ Gör necə də özündən razısan, necə də lovğasan, özgəsinin parıltısı necə də sinəni qabardır. Bir düşün, biz axı səninlə lap yaxın qohumuq. Hər ikimiz03b93fda38.jpg qayğıkeş torpaqdan bəhrələnmişik, bəlkədə əcdadlarımız əsrlər boyu eyni bir dağın ətəyində yanaşı olub, ta o vaxta qədər ki çalışqan insan öz əməyi sayəsində onları faydalı qazıntı kimi kəşf edib, biz də onların tərkib hissəsiyik. Hər ikimiz təbiətin yöndəmsiz övladları idik, kürənin yandırıcı istisi üzərində və alətin ağır zərbələri altında bihudə fəaliyyətin vacib üzvləri olmaq kimi formalaşdırıldıq. Hər şey eynən dediyim kimi olub. Və beləcə sən qılınc oldun- böyük və kəskin uclu qılınc, Mən isə incə, zərif formada düşünülüdüm. Yaşamaq, yaratmaq, təsir etmək istəyiriksə gərək parlaq tiyəmizlə işə girişək. Sən qan, mən isə yalnız mürəkkəblə!”

“ Bu nitqini elə burdaca yarım saxlasan daha yaxşı olar, çünki mənim üçün çox gülünc gəlirsən” deyə qılınc yenidən söhbətə başladı. “Sənin bu bənzətmələrin balaca, lazımsız bir siçanın özünü boşu boşuna yoraraq fil ilə olan qohumluğunu sübut etməyə çalışmasını xatırladır. Əminəm ki, o da sənin kimi danışardı. Heç bənzəməsələrdə onun da fil kimi dörd ayağı və hətta hər ikisinin burnu var deyərdi. Siçanın belə danışıqlarından sonra düşünmək olar ki, fil ilə siçan əmi uşağıdır. Əziz lələk bilirsənmi sən bizim ümumi oxşar cəhətlərimizi saymaqla ağıllı və əvvəlcədən fikirləşilmiş addım atdın. Mən isə bizi ayıran cəhətləri saymaq istərdim. Məni – məğrur və parlaq qılıncı mərd və qocaq cəngavər hər zaman üzərində gəzdirir, səni isə hansısa qoca yazı yazan insan uzun qulağının arxasına sancır. Sahibim məni güclü əlləri ilə havaya qaldırır və düşmən olan cərgəyə mən ondan əvvəl gedirəm, müharibədə bələdcisi oluram. Səni isə hər hansı bir oxumuş insan titrək əlləri ilə saralmış kağız üzərində əsdirir. Öz qorxunc səsimlə düşmənlərin canına vəlvələ salıram, şücaətlə gah ora gah da bura atılıram. Sən isə ömrün boyu yeknəsəq şəkildə kağızın üzərində sağa sola cızma-qara edirsən, səni idarə edən o əlin sənə verdiyi istiqamətdən kənara çıxmağa cürət belə etmirsən. Və nəhayət gücdən, qüvvədən düşdükdə məni qəhramanlara layiq olan kimi əcdadlarımın olduğu zala, göz önünə qoyacaqlar və beləcə məni görən hər bir insan heyran qalacaq. Bəs sən, sənin başına nə gələcək? Sahibin səndən razı qalmayacaq, sən artıq qocalacaq və köhnələcəksən, artıq kağızın üzərinə köbüd xəttlər çəkəcəksən, əgər sahibin rəhmili olub səni digər bacılarınla köhnə əşyalar alvercisinə bir neçə kreytserə satmasa zibilliyə atacaq.”

“Həqiqətən də bu sözlərindən doğru olanları da var”- deyə lələk xeyli ciddi şəkildə sözə başladı- “ İnsanlar çox vaxt məni olduğumdan az dəyərləndirirlər, bunu da doğru deyirsən ki, istifadəyə yaramadıqda mənimlə çox pis davranırlar. Amma bu məhz ona görədir ki, var olduğum zamanlar məni yaratmağa şövq edən qüvvə çox əzəmətlidir. Bilirsənmi, bunun üçün mərcə getməyə dəyər! “

“Mənə mərcləşməyi təklif edirsən?” deyə lovğa qılınc soruşdu.
“Bəli! Təbii ki, əgər çəkinmirsənsə qəbul edəcəksən.”
“Mərcləşməyimizi istəyirsən?” qılınc gülməkdən çətin nəfəs alaraq yenidən soruşdu “ Bəs mərcimizin şərti nədən ibarətdir?”
Lələk ciddi bir görkəm aldı və yenidən başladı:
“Mərcimin şərti budur, işini davam etdirməkdə sənə mane ola bilərəm, həyatın anlamlı mübarizəni əngəlləyə bilərəm!“
“Ha ha! Amma bu çox risklidi!”
“Razısan?”
“Yaxşı, razıyam səninlə”
“Əla, yaşayarıq görərik! ”

Bu iki iddialı alətin razılaşmasından az vaxt keçmişdi ki, otağa bahalı ordu geyimində bir cavan daxil oldu, qılıncı götürdü, havaya qaldırdı. O buradan parlaq qılıncı həvəslə seyr etdi. Bayırda kərənay səsi, baraban titrəşiminin səsi ətrafa yayılmışdı, döyüş başlamaq üzərəydi. Cavan əsgər otağı tək etmək istəyərkən, içəri vəzifəcə daha yüksək olan hərbiçi daxil oldu, bunu onun varlı geyimindən təyin etmək olardı. Cavan əsgər onu salamlamaq üçün qarşısında əyildi. Vəzifəcə daha yüksək olan hərbiçi stola yaxınlaşdı, lələyi götürdü və tələsik nəsə yazdı.O, sevincək söylədi “Gözün aydın olsun, sülh müqaviləsini imzalandıq!” Əsgər qılıncı götürdüyü yerə qoydu və hər ikisi otağı tərk etdi.

Link to comment
Share on other sites

Aslanın üç tükü

 

Anası o hələ on yaşında olanda vəfat etmiş, bir il sonra isə atası başqa bir qadınla evlənmişdi.
Qadın çox xoşniyyət və xoşxasiyyət bir insan idi. Ancaq balaca oğlan onu heç cür qəbul edə bilmirdi. Ögey ana ona cürbəcür hədiyyələr alır, o da bu hədiyyələri küçəyə atırdı. Qadın onunla danışmaq istəyəndə isə ya ondan qaçır, ya da ən acı sözlərlə ürəyini sındırırdı. Qadın artıq çarəsiz qalmışdı. Axırda dərdini qonşu kənddə yaşayan müdrik bir qocaya açmağı qərara aldı...
Qadın, bir tərəfdən, qocaya başına gələnləri danışır, bir tərəfdən də, göz yaşlarını saxlaya bilmirdi. Qoca diqqətlə onun dediklərini dinlədi və: “Mən sənə kömək edə bilərəm. Ancaq bir şərtlə ki, gərək mənə üç aslan tükü gətirəsən. Üstəlik, bu tükləri öz əllərinlə qoparmalısan“, - dedi. Qadın, əvvəlcə, qulaqlarına inanmadı. Çünki aslan kimi vəhşi bir heyvandan bu üç tükü necə qopara bilərdi? Vəziyyətin çox ciddi olduğunu başa düşəndən sonra isəc84439b526.jpg tükləri gətirmək üçün yola çıxdı. Çox keçmədi ki, aslanın yaşadığı meşəyə çatdı. Aslan həm çox böyük, həm də çox ac idi. Üstəlik, dayanmadan nərə çəkirdi. Qadın istər-istəməz qorxdu və arxasına da baxmadan oradan uzaqlaşdı. Ertəsi gün qadın yenə aslanın yanına gəldi. Ancaq o, bu dəfə əliboş deyildi. Özü ilə aslana ət də gətirmişdi. Əti aslanın yaxınlığına qoyub, oradan uzaqlaşdı. Aslan ətin hamısını yedi. Ertəsi gün qadın yenə ət gətirdi. Bu dəfə əti aslana daha yaxın bir yerə qoydu. Aslan bu dəfə də ətin hamısını yedi. Beləliklə, qadın hər gün aslana ət gətirir, aslan da ətin hamısını yeyirdi. Aslan artıq qadının “təhlükəsiz“ olduğunu başa düşmüşdü. Onu görən kimi nə qəzəblənir, nə də nərə çəkirdi. Əksinə, bir az da sevinirdi. Bu, bir-iki həftə belə davam etdi...
Bir gün qadın aslanın lap yaxınlığına gəldi. Ona öz əlləri ilə ət verdi. Sonra da aslanı sığallamağa başladı. Axırda da yalından üç tük qopardı. Aslan buna əhəmiyyət belə vermədi...
Qadın qopardığı tükləri götürüb sevinclə qocanın yanına qayıtdı. Tükləri göstərib: “İndi mən bu tükləri nə edim?“ - deyə soruşdu. Qoca təbəssümlə qadına baxıb: “Heç bir şey!“ - dedi, - “artıq sən vəhşi bir heyvanla necə davranacağını öyrəndin. İndi eyni şeyi oğlun üçün də et. İnanıram ki, gec-tez onun sevgisini qazanacaqsan“...

Link to comment
Share on other sites

  • 1 month later...
  • 2 weeks later...

Bir gün siçan görür ki, fermanın sahibi tələ qoyub. O bu barədə toyuğa, qoyuna və inəyə danışdı. Amma onlar hamısı bele cavab verdilər: «Tələ — bu sənin problemindir, onun bizə heç bir aidiyyəti yoxdur»! Az sonra bu tələyə ilan düşür və fermerinın sahibinin arvadını sancır. Onu sağaltmaq üçün toyuqdan şorba hazırlanır. Sonra qoyunu kəsdilər ki, xəstəni görməyə gələn hər kəsi yedizdirsinlər. Və nəhayət, inəy kəsildi ki, dəfin mərasimini layiqincə versinlər. Bütün bu müddət ərzində siçan baş verənlərə divardakı deşikdən baxıb, baş verənləri müşahidə edərək, bəzilərinin hec kimə hec bir adiyyatının olmaması haqda fikirəsirdi..

 

Əgər Sizə nəyinsə bir başa dəxli yoxdursa, elə düşünməyin ki, bu nəsə hec vaxt Sizin başınıza gələ bilməz.

 

Edited by gapgara
Link to comment
Share on other sites

- "Nə, bu gecəni sizinlə keçirim? Əsla olmaz!"

Ətrafdakı hər kəs oğlana baxınca, oğlan utancaq vəziyyətdə keçib yerinə əyləşir.

Az sonra qız özü oğlana yaxınlaşıb- "Mən psixologiya üzrə təhsil alıram. Bayaq bir oğlanın utanaraq və pərt olaraq necə reaksiya verəcəyini yoxlamaq istədim. Üzr istəyirəm"...

Bu dəfə oğlan yüksək səslə deyir:

- "Nə, 200 dollar? Bir gecəyə?"

Bu dəfə də hər kəs qıza baxmağa başlayır. Oğlan isə sakitcə ayağa qalxır və qızın qulağına deyir:

- "Mən də hüquq üzrə təhsil alıram. İnsanlara birini necə günahkar kimi göstərmək olar onu yoxlamaq istədim. Mən də üzr istəyirəm"...

Link to comment
Share on other sites

Qartal ağacda oturub istirahət edirdi və heç nə etmirdi. Balaca dovşan qartalı görüb və soruşur: -Olar məndə sizin kimi ağacın altında oturum və heçnə etməyim? Əlbəttə, niyə də olmasın, — deyə qartal cavab verir. Dovşan ağacın altında oturdu və istirahət etməyə başlayır. Bir qədər keçmişdi ki, birdən bir tülkü peyda oldu və dovşanı tutub, yedi.

 

Oturub heç nə etməmək üçün  Siz çox, çox yüksəklərdə oturmalısınız.

Link to comment
Share on other sites

Qoca qatara yenicə minmişdi ki, ayaqqabısının bir tayı ayağından çıxıb relsin üzərinə düşdü.

Artıq onu götürmək də mümkün deyildi. Çünki qatar çoxdan hərəkət etmişdi.

Yanındakılar qocanın nə edəcəyini görmək üçün maraqla ona baxırdılar.

O, isə sakit bir şəkildə ayaqqabısının o biri tayını da çıxarıb əvvəlki tayına yaxın bir yerə tulladı. Yanındakılardan biri dözə bilməyib:

«Niyə belə etdiniz?» – deyə soruşdu. Gülümsəyən qocanın cavabı isə sadə, lakin mənalı idi:

«Dəmir yolunun üstündəki ayaqqabının tayını bir kasıb taparsa, o birini də tapıb rahat geyinsin deyə»...........

Əlinizdə olanları paylaşın ...

Link to comment
Share on other sites

Bir peçenye

Böyük bir hava limanının gözləmə salonunda gənc bir qadın təyyarəyə minik vaxtı üçün oturub gözləyirdi.Uçuşa hələ çox qaldığı üçün vaxt keçirmək məqsədilə bir kitab və bir balaca peçenye qutusu aldı... İstirahət etmək və kitabını oxumaq üçün VIP salonuna bir kresloya əyləşdi. Peçenye qutusunu qoyulduğu stolun yanındakı kresloya da bir adam oturdu. Gənc qadın ilk peçenyesini götürdü.

Həmin oturan şəxs də bir dənəsini götürdü.

Qadın özünü Çooox narahat hiss etdi və "Əsəb korlayıcı!O halımda olsaydım bu cürətinə görə onu yumruqlayardım!"deyə düşündü.Qadın bir peçenye götürür,

Adam birin daha götürürdü,

Qadın dəli olmuşdu.Ama hadisə yaratmaq istəmirdi.

Nəhayət son peçenyeyə sıra çatanda qadın:

"Bu gicbəsər adam indi neyniyəcək görəsən?" deyə düşündü.

Adam son peçenyeni də aldı, onu ikiyə böldü və bir parçasın qadına verdi.

`Bu qədəri də Çox oldu ama!`

Qadın əsəbi şəkildə kitabını və digər əşyalarını alar və bir fırtına kimi giriş salonuna, ordan da təyyarənin içinə yönəldi.Təyyarədəki qoltuğuna oturdu. Eynəyini götürmək üçün çantasını açdı və Peçenye qutusu açılmamış çantasında qaldığını gördü.

Çox utandı:

Çox böyük bir səhv etdiyini anladı .Peçenye qutusunu heç açmadan çantasına qoyduğun unutmuşdu.

Ammaki o adam peçenyelərin heç əsəbləşmədən və paxıllıq etmədən qadınla bölüşmüşdü.

Və indi bu vəziyyətin geri qaytarmaq şansı yoxdu, heç üzr istəmək variantı da qalmamışdı.

tesir edici hekaye idi

Link to comment
Share on other sites

Bir qaranquş bir adama aşiq olur. Pəncərənin önünə qonub bütün cəsarətini toplayır, tüklərini qabardır, gözəl durduğuna əmin olduqdan sonra kiçik dimdiyi ilə pəncərəyə vurur: Tık… Tık… Tık… Adam pəncərəyə baxır. İçəridə işi ilə məşğuldur. Kimdir onu işindən aralayan? Balaca bir qaranquş! Həyəcanlı qaranquş dərin bir nəfəs alaraq dimdiyindən sözlərini yağdırdı:

— Hey adam! Mən səni sevirəm. Niyəsini soruşma. Uzun zamandır səni izləyirəm. Danışmağa bu gün cəsarət tapdım. Pəncərəni aç, məni içəri al. Birlikdə yaşayaq.

Adam hirslə cavab verir:…

— Yox daha nələr! Sən hardan gəldin? Olmaz. Ola bilməz. Sən bir quşsan. Heç quş insana aşiq olar?

Qaranquş pərt olur. Yenə də ümidini itirmir. Bir müddət sonra təkrar pəncərəyə gəlib gülümsəyərək təkrar şansını yoxlayır:

— Adam, ay adam. Aç bu pəncərəni. Al məni içəri. Səni heç incitmərəm. Bax soyuqlar da başladı, üşüyürəm. Yoxsa isti ölkələrə getməli olacam. Mən ancaq istidə yaşaya bilirəm. Peşman olmazsan. Sən də mənim kimi yalnızsan, yalnızlığını paylaşaram.

Bu dəfə adam əməlli hirslənir: — Mən yalnızlığımdan məmnunam. Məni rahat burax!

Bu dəfə qaranquş başını önə əyib gedir. Bir daha görünmür pəncərədə. Aradan zaman keçir. Adam öncə düşünür, sonra öz-özünə etiraf edir: — Hey mənim ağılsız başım, nə qədər axmaqlıq etdim. Gözlənilməz anda qarşıma çıxan fürsəti əldən verdim. İndi belə tək oturacağıma əyləncəli vaxt keçirərdik birlikdə. Peşman olur amma iş işdən keçib. Yenə də öz-özünü rahatlatmaq üçün deyir: İstilər başlayanda qaranquşum necə olsa gələr. Mən də onu yanıma alar, maraqlı bir həyat keçirərəm.… Və çox uzun müddət istilərin gəlməsini gözləyir. Gözü yollarda qalır. Yaz gəlir, başqa qaranquşlar gəlir, amma… onun qaranquşu heç görünmür. Yazın sonuna qədər pəncərəsi açıq gözləyir,amma nahaq. Qaranquş yoxdur! Gələn başqa qaranquşlardan soruşur, görən olmayıb. Sonunda dərdini demək və məlumat almaq üçün bir müdrikə gedir. Olanları danışır. Müdrik gözlərini adama dikir və deyir:

— Qaranquşların ömrü 6 aydır...

Həyatda bəzi fürsətlər vardır ki,sadəcə bir dəfə əlinizə keçər və dəyərləndirməsə­niz uçub gedər. Həyatda bəzi insanlar vardır ki, yalnız bir dəfə qarşınıza çıxar, dəyərini bilməsəniz qaçıb gedər. Və heç vaxt geri dönməzlər. Diqqətli olun və düşünün:

Görəsən siz bu günə qədər neçə qaranquşu pəncərənizdən qovmusunuz?!

Link to comment
Share on other sites

Qoca kişi artıq təqaüdə çıxmış və bir məktəbin yanında özünə yeni bir ev almışdı.

Heç olmasa, bundan sonra rahat və qayğısız yaşamaq istəyirdi. Bir neçə həftə sonra dərslər başladı. Elə birinci gündən dərsdən çıxan uşaqlar hay-küy salmağa, evinin qarşısındakı zibil qablarını dağıtmağa başladılar. Bu hay-küy sonrakı günlərdə də davam etdi. Artıq qoca bu işə bir çarə tapmalı idi. Ertəsi gün uşaqlar yenə zibil qablarını dağıtmağa başlayanda qoca onların qarşısına çıxdı və:

— Uşaqlar, sizin bu əyləncəniz mənim xoşuma gəlir. Hətta mənə öz uşaqlığımı xatırladır. Əgər yolunuzu hər gün buradan salsanız, sizə 1 dollar verərəm — dedi.

Bu təklif uşaqların da xoşuna gəldi. İndi hər gün onlar qocanın evinin qarşısından keçir, hay-küylə zibil qablarını dağıdırdılar. Bir neçə gün sonra qoca yenə uşaqların qarşısına çıxdı və:

-Uşaqlar, bilirsiniz ki, yaşamaq çətindir. Mən də ki qoca adamam. Uzun sözün qısası, bundan sonra sizə ancaq 50 sent verə bilərəm — dedi.

Bu söz uşaqların xoşuna gəlməsə də, razı olmaqdan başqa çarə yox idi. Aradan bir neçə gün də keçdi. Qoca yenə uşaqların qarşısına çıxdı və:

-Bilirsiniz, uşaqlar, bahalıqdır, çatdıra bilmirəm. Bəlkə bundan sonra sizə 50 sent yox, 25 sent verim — dedi.

Bu dəfə uşaqlar etiraz etdilər və:

-Siz nə danışırsınız? 25 sent nədir ki? İncimə, baba, biz 25 sent üçün bu işi görə bilmərik — dedilər.

O gündən uşaqlar bir daha qocanın evinin qarşısından keçmədilər.

Edited by Sunyata
Link to comment
Share on other sites

Bir qaranquş bir adama aşiq olur. Pəncərənin önünə qonub bütün cəsarətini toplayır, tüklərini qabardır, gözəl durduğuna əmin olduqdan sonra kiçik dimdiyi ilə pəncərəyə vurur: Tık… Tık… Tık… Adam pəncərəyə baxır. İçəridə işi ilə məşğuldur. Kimdir onu işindən aralayan? Balaca bir qaranquş! Həyəcanlı qaranquş dərin bir nəfəs alaraq dimdiyindən sözlərini yağdırdı:

— Hey adam! Mən səni sevirəm. Niyəsini soruşma. Uzun zamandır səni izləyirəm. Danışmağa bu gün cəsarət tapdım. Pəncərəni aç, məni içəri al. Birlikdə yaşayaq.

Adam hirslə cavab verir:…

— Yox daha nələr! Sən hardan gəldin? Olmaz. Ola bilməz. Sən bir quşsan. Heç quş insana aşiq olar?

Qaranquş pərt olur. Yenə də ümidini itirmir. Bir müddət sonra təkrar pəncərəyə gəlib gülümsəyərək təkrar şansını yoxlayır:

— Adam, ay adam. Aç bu pəncərəni. Al məni içəri. Səni heç incitmərəm. Bax soyuqlar da başladı, üşüyürəm. Yoxsa isti ölkələrə getməli olacam. Mən ancaq istidə yaşaya bilirəm. Peşman olmazsan. Sən də mənim kimi yalnızsan, yalnızlığını paylaşaram.

Bu dəfə adam əməlli hirslənir: — Mən yalnızlığımdan məmnunam. Məni rahat burax!

Bu dəfə qaranquş başını önə əyib gedir. Bir daha görünmür pəncərədə. Aradan zaman keçir. Adam öncə düşünür, sonra öz-özünə etiraf edir: — Hey mənim ağılsız başım, nə qədər axmaqlıq etdim. Gözlənilməz anda qarşıma çıxan fürsəti əldən verdim. İndi belə tək oturacağıma əyləncəli vaxt keçirərdik birlikdə. Peşman olur amma iş işdən keçib. Yenə də öz-özünü rahatlatmaq üçün deyir: İstilər başlayanda qaranquşum necə olsa gələr. Mən də onu yanıma alar, maraqlı bir həyat keçirərəm.… Və çox uzun müddət istilərin gəlməsini gözləyir. Gözü yollarda qalır. Yaz gəlir, başqa qaranquşlar gəlir, amma… onun qaranquşu heç görünmür. Yazın sonuna qədər pəncərəsi açıq gözləyir,amma nahaq. Qaranquş yoxdur! Gələn başqa qaranquşlardan soruşur, görən olmayıb. Sonunda dərdini demək və məlumat almaq üçün bir müdrikə gedir. Olanları danışır. Müdrik gözlərini adama dikir və deyir:

— Qaranquşların ömrü 6 aydır...

Həyatda bəzi fürsətlər vardır ki,sadəcə bir dəfə əlinizə keçər və dəyərləndirməsə­niz uçub gedər. Həyatda bəzi insanlar vardır ki, yalnız bir dəfə qarşınıza çıxar, dəyərini bilməsəniz qaçıb gedər. Və heç vaxt geri dönməzlər. Diqqətli olun və düşünün:

Görəsən siz bu günə qədər neçə qaranquşu pəncərənizdən qovmusunuz?!

 

İqolka xanım , çox ibrətamiz və bir qədər də kədərli  hekayədir . Çox  xoşuma gəldi rroza.gif

 

Belə hekayələriniz olanda , hərdən uyğun bildiklərinizdən  mənim "Din,fəlsəfə ..."  bölməsində  "Pritçalar"   adlı mövzum var ,  ora da yaza bilərsiniz . Belə qısa və ibrətamiz  hekayələri / pritçaları çox sevirəm .

Edited by Sunyata
Link to comment
Share on other sites

İqolka xanım , çox ibrətamiz və bir qədər də kədərli  hekayədir . Çox  xoşuma gəldi :rroza:

 

Belə hekayələriniz olanda , hərdən uyğun bildiklərinizdən  mənim "Din,fəlsəfə ..."  bölməsində  "Pritçalar"   adlı mövzum var ,  ora da yaza bilərsiniz . Belə qısa və ibrətamiz  hekayələri / pritçaları çox sevirəm .

Oldu reis! :)
Link to comment
Share on other sites

Bir gün bir alimdən soruşurlar:

— Kimdən nümunə götürək? Alimlərdən, yoxsa tacirlərdən?

— Heç birindən. — deyə alim cavab verir və davam edir:

— Ən gözəl nümunə uşaqlardır.

— Axı, uşaqlar heç nə bilmirlər.

— Yanılırsınız. Uşaqlar hamımıza nümunə olan üç keyfiyyətə malikdirlər. Birincisi,həmişə xoşbəxtdirlər, ikincisi həmişə məşğuldurlar. Üçüncüsü həmişə istədiklərini necə əldə edəcəklərini bilirlər.

Link to comment
Share on other sites

Bir adam güləşməkdə şöhrət tapmışdı. O, üç yüz altmış fənd

bilir, gündə bir fəndlə güləşirdi. Şagirdlərindən birinə hüsn–rəğbət

bəslədiyinə görə ona üç yüz əlli doqquz fənd öyrətdi. Ancaq bir fəndi

cürbəcür bəhanələrlə geri salır, öyrətmirdi. Xülasə, oğlan gücdə,

ustalıqda elə məşhur oldu ki, onun qabağında heç kim dayana

bilmədi. Hətta iş o yerə çatdı ki, o, bir gün hökmdar hüzurunda

lovğalanaraq dedi:

– Ustam ona görə məndən üstündür ki, həm böyük, həm də

mürəbbimdir. Yoxsa mən gücdə ondan əskik deyiləm, ustalıqda da

ona bərabərəm.

Bu söz hökmdarın xoşuna gəlmədi. Əmr etdi, usta ilə şagird güləşsinlər.

Hündür bir yer düzəltdilər, dövlət başçıları, saray xadimləri

və ölkə pəhlavanları toplandılar. Oğlan qızmış bir fil kimi elə bir

heybətlə meydana çıxdı ki, qabağında qurğuşun dağ olsaydı yerindən

qoparardı. Usta başa düşdü ki, şagirdi gücdə ondan üstündür. Ona

görə gizli saxladığı fəndlə şagirdi ilə güləşməyə başladı. Oğlan ona

girişə bilməyib hirsləndi. Usta onu başı üstə qaldırıb yerə vurdu.

Camaat içərisində hay–küy qopdu. Hökmdar ustaya xələt, bəxşiş

verməyi əmr elədi. Sonra oğlana acıqlanıb danladı ki, öz ustadına

vəfasız çıxdın və etdiyin iddianı da başa çatdıra bilmədin.

Oğlan dedi:

–Ey hökmdar, o, pəhləvanlıqda mənə üstün gələ bilməzdi, bəlkə

həyatı boyu məndən gizlətdiyi fənddən istifadə edib qələbə çaldı.

Hökmdar dedi:

–Demək, həmin fəndi belə bir gün üçün gizlədibmiş, zirək

adamlar demişlər: «Dostu o qədər gücləndirmə ki, düşmənçilik

fikrinə düşdükdə bir şey edə bilsin!». Eşitməmisənmi öz şagirdindən

cəfa görmüş bir mürəbbi nə deyibdir?

Ya vəfa olmamış özü dünyada,

Ya onu heç kəsə etmir zəmanə.

Kimə öyrətdimsə ox atmağı mən,

Axırda qəlbimi etdi nişanə

Link to comment
Share on other sites

Eşitməmisənmi öz şagirdindən

cəfa görmüş bir mürəbbi nə deyibdir?

Ya vəfa olmamış özü dünyada,

Ya onu heç kəsə etmir zəmanə.

Kimə öyrətdimsə ox atmağı mən,

Axırda qəlbimi etdi nişanə

Kəlilə və Dimnə?

Link to comment
Share on other sites

Müdrik bir insanın tələbələrindən biri uzun illər getdiyi dərsi tərk etmişdi. Artıq dərslərdə iştirak etmirdi. Bir neçə ay keçsə də, onun dərsə gəlmədiyini görən müdrik ustad tələbəsini ziyarət etmək qərarına gəldi.

Qış mövsümü idi, tələbəsi evdə tək idi. Otaqdakı böyük sobanın içindəki odunlar çatırtı ilə yanırdı. Ustadının onu nə üçün ziyarət etdiyini təxmin edən tələbə qonağını sobanın yanına dəvət etdi. Özü də mətbəxə keçərək hazırlıq görməyə başladı. Sobanın yanında oturan müdrik adam təqdim olunan ikramı qəbul etdi, lakin tələbəsinə heç nə demədi. Sanki evdə heç kəs yoxmuş kimi hərəkət edirdi. Bütün diqqətini sobada yanan ocağa yönəltmişdi. Bir neçə dəqiqədən sonra maşanı götürdü, qızmar közlərdən birini götürdü və ocağın kənarına qoydu. Oturmağa davam edir, heç nə danışmırdı. Kənara qoyulmuş közün odu yavaş-yavaş zəiflədi, sonra söndü. Otaqda sükunət hökm sürürdü. İlk salamlaşma xaricində heç kim bir kəlmə də olsun danışmamışdı.

Müdrik adam getməyə hazırlaşarkən yenidən maşanı əlinə aldı və sönmüş közü alovun içinə atdı. Tezliklə yanan ocağın istisinə və alovuna yenidən yanmağa başladı. Ayrılmaq üçün qapıya gəldikdə ev sahibi: «Ziyarətinizin səbəbini anlayıram. Bir az əvvəl verdiyiniz dərsiniz üçün minnətdaram. Bundan sonra dərslərinizi qətiyyən axsatmayacağam» — dedi.

Link to comment
Share on other sites

Deyəsən yaşlanıram )) Hekayələr üçün minnətdaram, başdan ayağa hamsın oxumuşam.

Yaşlanmanın deyeseni yoxdu ki.Ya yaşlanmısınız ya yox :) Siz de yazın biz oxuyaq.

Oxuyan gözleriniz ağrı görmesin :)

Link to comment
Share on other sites

Yaşlanmanın deyeseni yoxdu ki.Ya yaşlanmısınız ya yox smile.png Siz de yazın biz oxuyaq.

Oxuyan gözleriniz ağrı görmesin smile.png

Yazmaq qəlizimə gəlir nəsə, mənimki oxumaqdı)

Yazan əlləriniz ağrı görməsin, həmçinin klaviaturanızın düymələri də)

Link to comment
Share on other sites

Yaşlanmanın deyeseni yoxdu ki.Ya yaşlanmısınız ya yox smile.png Siz de yazın biz oxuyaq.

Oxuyan gözleriniz ağrı görmesin smile.png

Yazdiqlariniz maraqlidir ve mutemadi olaraq oxuyuram,davami olsun)  Men de yazmaqdan chox oxumaga ustunluk versem de, kichik bir hekaye elave edirem:

 

Afrikada calishan bir alim,qebilelerden  birinde ushaqlara  bir oyun oynamagi teklif edir.O agacin yanina muxtelif  meyvelerle dolu bir sebet qoyur ve usaqlara deyir:”Kim agaca qeder tez qachsa,bu dadli meyveler ona chatacaq.”

O oyunun bashladigini  ishare eden zaman ushaqlar hamisi bir-birinin elinden berk yapisharaq  birlikde agaca teref qachdilar ve hamisi birlikde oturaraq,hevesle meyveleri yemeye bashladilar.Teeccublenmish antropoloq usaqlardan, bu qeder dadli meyveleri ker kesin tek yemek shansinin oldugu halda ne uchun birlikde qachdiqlarini sorushdu.Usaqlar iseObonatocavabini verdiler.Her kes kederliyken bir neferin xoshbextliyi mumkundurmu? “Obonato” onlarin dilinde “Biz movcud oldugumuz uchun,men de varam” menasini ifade edirmish.

Link to comment
Share on other sites

Yazdiqlariniz maraqlidir ve mutemadi olaraq oxuyuram,davami olsun)  Men de yazmaqdan chox oxumaga ustunluk versem de, kichik bir hekaye elave edirem:

 

Afrikada calishan bir alim,qebilelerden  birinde ushaqlara  bir oyun oynamagi teklif edir.O agacin yanina muxtelif  meyvelerle dolu bir sebet qoyur ve usaqlara deyir:”Kim agaca qeder tez qachsa,bu dadli meyveler ona chatacaq.”

O oyunun bashladigini  ishare eden zaman ushaqlar hamisi bir-birinin elinden berk yapisharaq  birlikde agaca teref qachdilar ve hamisi birlikde oturaraq,hevesle meyveleri yemeye bashladilar.Teeccublenmish antropoloq usaqlardan, bu qeder dadli meyveleri ker kesin tek yemek shansinin oldugu halda ne uchun birlikde qachdiqlarini sorushdu.Usaqlar iseObonatocavabini verdiler.Her kes kederliyken bir neferin xoshbextliyi mumkundurmu? “Obonato” onlarin dilinde “Biz movcud oldugumuz uchun,men de varam” menasini ifade edirmish.

Minnetdaram :)
Link to comment
Share on other sites

Bir əsgərin hekayəsi

 

Əsgərliyini bitirmiş olan gənc əsgərlikdə olduğu şəhərdən ailəsinə zəng etdi: 
-Ana ata, evə qayıdıram, amma sizdən bir şey xahiş edəcəm. Yanımda bir yoldaşımı da gətirmək istəyirəm. 
-Məmnuniyyətlə, onunla tanış olmaq istəyərik dedilər. 
Oğulları: 
-Ancaq bir məsələni bilməyiniz lazımdır deyə davam etdi. Yoldaşım döyüşdə ağır yaralandı. Minaya düşdü və bir qoluyla bir ayağını itirdi. Gedəcək heç bir yeri yoxdu və onun gəlib bizimlə qalmasını istəyirəm. 
-Bunu eşitdiyimə kədərləndim oğlum. Bəlkə onun başqa bir yer tapmasına köməkçi ola bilərik. 
-Xeyr. Ana, ata, onun bizimlə yaşamasını istəyirəm. 
-Oğlum, dedi atası, bizdən nə istədiyini bilmirsən. Onun kimi qüsurlu biri bizə qorxunc bir yük olar. Bizim öz həyatımız var, bunun kimi bir şeyin həyatımıza mane olmasına icazə verə bilmərik. Məncə bu yoldaşını unudub evə dönməlisən. O öz başının çarəsinə baxacaq. Oğlu o anda telefonu söndürdü. 
Ailəsi ondan bir müddət xəbər ala bilmədi. Amma bir neçə gün sonra, polis şöbəsindən bir zəng gəldi. Oğullarının yüksək bir binadan düşüb öldüyünü öyrəndilər. Polis bunun intihar olduğuna inanırdı. 
Kədər dolu ana-ata oğullarının cəsədini təsbit etmək üçün şəhər meyitxanasına aparıldılar. Onu tanıdılar və bilmədikləri daha bir xəbəri öyrənincə dəhşətə gəldilər: 
Oğullarının yalnız bir qolu və bir ayağı vardı. 

P.S.Bəzilərimiz bu hekayədəki ailə kimiyik;
Gözəl olan ya da birlikdə olmaqdan zövq aldığımız insanları sevmək bizim üçün çox asandır, amma bizə narahatlıq verən ya da yanlarında özümüzü narahat hiss etdiyimiz insanları sevə bilmirik. Bizim qədər sağlam, gözəl ya da ağıllı olmayan insanların yanından uzaq gəzməyi seçirik.

Link to comment
Share on other sites

Bir qurdu ovçular qovalayır. Qurd meşədə ora bura qaçır, ancaq ovçularıdan canını qurtara bilmir. Yolda bir kəndliyə rast gəilr. Qurd adamın önünə çökər və yalvarmağa başlayar: «Ey insan, nə olar mənə yardım et, ovçulardan qaçacaq nəfəsim qalmadı, əgər sən yardım etməsən bir az sonra tutub öldürəcəklər. Kəndli bir an düşünəndən sonra yanındakı boş çuvalı açar, qurdu içinə salar. Çuvalın ağzını bağlayar, dalına atıb gedər. Bir neçə dəqiqə sonra da ovçulara rast gələr. Ovçular adma bir qurd görüb görmədiyini soruşar, kəndli „görməmişəm“ deyər və ovçular uzaqlaşır. kəndli dalındakı torbayı endirir, ağzını açır, qurdu çıxarır.

»Çox təşəkkür edirəm" deyər. Qurd, «Mənə böyük bir yaxşılıq etdin.» «Dəyməz» deyər kəndli və tarlasının yolunu tutar. «Bir dəqiqə» deyə səslənər qurd: "Çox uzun zamandır bu ovçulardan qaçıram, çox bitkin düşdüm, qüvvət toplamaq üçün bir şeylər yeməliyəm və burda səndən başqa yiyəcəyin bir şey yoxdu." Kəndli çaşıb qalır: «Olar mı, mən sənin həyatını qurtardım.» «Edilən yaxşılıqlardan daha tez unudulan bir şey yoxdur» deyər qurd. «Mən də öz mənfəətim üçün sənin yaxşılığını unudmaq və səni yeməliyəm.»

Bir müddət münaqişədən sonra, qarşılaşacaqları ilk üçə bunu soruşmağa və ona görə əməl etmək qərarıma gəldilər. Qarşılarına əvvəl yaşlı bir qısraq (dişi at) çıxır. «Nə vəfa» deyər qısraq, «Mən sahibimə illərdi xidmət etdim, arabasını çəkdim, taylar doğdum, gəzdirdim. Və yaşlanıb bir işə yaramayanda məni belə qapıya qoydu… „Bir sıfır önə geçən qurd sevinirkən bir itə rast gəldilər.

“Mən xidmətin dəyərini bilən bir əfəndi görmədim» deyər it, «Illərdir sədaqətlə xidmət edərəm sahibimə, qoyunlarını qoruyaram, yadlara hürərəm, amma o məni hər gün döyür…» Qurd kəndliyə dönər, «gördün» deyər. Kəndli də «Amma üç demişdik, birinə də soruşaq, sonra məni ye» deyə cavab verir. Bu dəfə qarşılarına bir tülkü çıxar. Başlarına gələni danışırlar.

Tülkü həmişə nifrət bəslədiyi qurda bir oyun oynayacağı üçün sevinər. «Hər şeyi başa düşdüm, amma bu balaca torbaya sən necə sığışmısan?» deyər. Qurd nə desə də tülkü: «Gözümlə görməsəm inanmam» deyər. Işin sonuna gəldiyini düşünən qurd torbaya girər, tülkü kəndliyə işarə edər və kəndli torbanın ağzını yaxşıca bağlayar. Kəndli əlinə bir daş alar və «Məni yemək istəyirdin ha nankor heyvan» deyərək torbanın içindəki qurdu xeyli vurar. Sonra tülküyə: «Sənə minnətdarım, məni bu qurddan qurdardın» deyər. Tülkü də «Mənim üçün bir zövq idi» deyə cavab verər. O an kəndlinin gözü tülkünün parlaq kürkünə sataşır. Bu kürkü satarsa alacağı pulu düşünər və heç gözləmədən əlindəki daşı başına vurub tülkünü öldürər. Sonra da torbanın içindəki qurdu ayağıyla dümsükləyər: «Haqlısanmış qurd, edilən yaxşılıqdan daha tez unudulan bir şey yoxmuş.

Link to comment
Share on other sites

Həyatını günahlarla doldurmuş bir adam, yağışlı və palçıqlı bir gündə ayağı sürüşür və yerə yıxılır. Yıxılan zaman üstündəki paltarları çirklənməsin deyə əlləri ilə yerdən tutur və ayağa qalxır.Yerdən tutuduğu üçün sağ əli daha çox çirklənmişdi. Amma bu bədəvi və mədəniyyəti olmayan biri, əlini yumaq yerinə, bir yerə silməyi üstün tutur. Siləcək bir yeri olmadığından, həmin anda yoldan keçən bir uşağın başını oxşayaraq əlini silir və ordan ayrılar. Bu hərəkətdən uşağın xəbəri belə olmur. Adam qısa bir müddət sonra günahlarına tövbə edəcək fürsət belə tapmamış vəfat edir.

Getdiyi yer mələklər tərəfindən göstəriləcəyi zaman çox qorxur, çünki həyatı büs-bütün günahlarla dolu idi. Cəhənnəmi gözləyərkən həmin anda mələklər ona cənnət bağçalarından bir bağça göstərirlər. Adam çaşıb qalır və bu qədər günahı olduğu bir halda necə olur ki, Allah ona cənnəti bəxş edir? O quluma söyləyin, bir gün əli palçığa bulaşdığında, o, əlini silmək üçün bir uşağın başını oxşamışdı. Etdiyi hərəkət yalnış olsa belə, o uşaq yetim idi. Kimsə ona yaxınlaşıb başını oxşamamışdı. O qulum pis niyyətli olsa da, o yetimi o qədər sevindirdi ki; mən də, o, gözəl yetim qulumun hörmətinə, o, günhkar qulumu bağışladım.

Peyğəmbərimizdən bir hədis:

«Kim məhəbbətlə əlini bir

yetimin başına çəksə, Allah

qiyamət günü yetimin başındakı

tükün sayı qədər ona nur

bağışlayacaq»

Link to comment
Share on other sites

Bir kəndli gəmiçilərin ucsuz-bucaqsız dənizlərdə uzaq-uzaq yerlərə səyahətə çıxmaqlarına, həyatlarını göylə dəniz arasında coşqun dalğaların ixtiyarına vermələrinə heyrət eləyir, gəmiçiləri ağılsız adlandırırdı.

Günlərin bir günü həmin kəndli sahildə rast gəldiyi bir gəmiçidən atasının harada öldüyünü soruşur.

Gəmiçi də:

- Harada olacaq, dənizdə, — deyə cavab verir.

- Yaxşı, bəs baban… Babanın atası?

- Onlar da dənizdə ölüblər.

- Yaxşı, atan da dənizdə öldü. Baban da, onun atası da dənizdə öldülər. Ancaq sən yenə də bu taxta parçalarının üstündə dənizə çıxmaqdan, bu amansız dalğaların qoynuna atılmaqdan qorxmursan, eləmi?

Dənizçi gülə-gülə soruşur:

- Yaxşı, bəs sənin atan, sənin baban harada öldülər?

- Yataqda öldülər, harada olacaq?!

Bu sözləri kəndlinin dilindən eşidəndə dənizçi deyir:

— Yaxşı, baban da, atan da yataqda ölüblər. Bəs sən hər gecə yatağa girib yatmaqdan qorxmursan? Ey, dostum, öldüyün yer əsas deyil; mühüm olanı odur ki, insanlar namusla, vicdanla yaşadıqdan sonra inamlı adamlar, mömin bəndələr kimi bu dünyaya əlvida deyib, gözlərini yumsunlar.

Link to comment
Share on other sites

Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir :

— Suta, iki üstəgəl bir neçə edir?

Suta cavab verir:

— Üç.

Balu gülüb deyir:

— Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.

Suta deyir:

— Yox, üç edir.

Balu deyir:

— Beş.

— Yox, üç.

— Yox! Beş.

Nə isə, bunların mübahisəsi uzanır, uzanır…

Axırda başlayırlar dalaşmağa. Bir-birlərini yerdə sürüyərkən müəllim içəri daxil olur. Onları ayırıb nə baş verdiyini soruşur. Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir:

— Sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma.

Suta üç gün qaranlıq otaqda qalandan sonra müəllim qapını açır. Suta müəllimindən küsmüş halda ona tərs-tərs baxır. Sonra deyir:

— Müəllim, axı mən düz deyirdim. İki üstəgəl bir üç edir. Amma Balu deyirdi ki, beş edir. Sizsə düz cavab verdiyimə baxmayaraq, məni cəzalandırdınız. Əslində isə siz Axmaq Balunu cəzalandırmalıydınız.

Müəllim cavab verir:

— Balu ağılsızdır, ona görə səhv danışa bilər. Bir üstəgəl iki doğrudan da üçdür. Amma sən 100 % əmin olduğun bir şeyə görə mübahisə etdin.

İndi de görüm hansınız daha axmaqsınız?

Link to comment
Share on other sites

Bu hadisənin baş verdiyi bir az şübhə doğurur. Bəzi mənbələr yazır ki, bu sadəcə bir şəhər əfsanəsidir. Yəni dildən-dilə dolaşan, şişirdilən bir hadisədir. Hər halda maraqlıdır.

Kaliforniyanın yanğınsöndürənləri bir meşə yanğınından sonra meşənin ortasından yanmış insan cəsədi tapırlar. Həmin cəsədin bir dalğıc olduğu müəyyən edilir. Çünki onun üzərində dalğıc ləvazimatları və geyimi varmış. Hamı təəccüblənir. Bir dalğıcın meşənin ortasında nə işi varmış görəsən? Adamın şəxsiyyəti müəyyən edildikdən sonra onun yanğın olan gün 20 km uzaqlıqda dənizə daldığı bəlli olur. Dalğıcın dənizin ortasına necə gəlib düşdüyü isə sonra çözülür.

Meşə yanğınını söndürmək üçün helikopterlər dənizdən su götürüb yanğın olan yerə tökürmüş. Həmin o bəxtsiz dalğıc da suyun götürüldüyü yerlərdə üzürmüş. Həmin vaxt dalğıc bir də gözünü açır ki, helikopterin su deposunun içindədir. Nə baş verdiyini bilməyən dalğıc yüksəklikdən alovun içinəşür...

Link to comment
Share on other sites

"Dööz!" - son eşitdiyi söz bu oldu...işıqlar söndü, zülmət çökdü, hər yer sükuta qərq oldu...
 
Bir xeyli belə keçdi. Yavaş-yavaş uzaqdan bir səs gəlməyə başladı:
 
- Oğlum, Murad, qalx!
 
Səs getdikcə yaxınlaşırdı:
 
- Vaxtdı, oyan artıq, ana qurban!
 
Səs elə hüzurlu idi ki...
 
Xumarlana-xumarlana gözlərini açdı. İlahi, bu ki, anası idi. Bütün vücudunu heyrət bürüdü. Dirsəklənib, təəccüb içində dilləndi:
 
- Gözlərimə inanmıram, anacan, sən həyatdasan?!
 
Ana həzin səslə cavab verdi:
 
- Yox, əziz balam, sadəcə sən həyatda deyilsən!...

 

Ilqar Kamil

Link to comment
Share on other sites

Məqsəd... Ümid... Tənbəllik...

Günlərin bir günü dünyaya balaca Məqsəd gəlir.Ciddi ana-Savad və ata-İdrak sevincdən göyün 7ci qatında idilər. Onlar çalışırdılar ki, onların qızı ağıllı və gözəl qız kimi böyüsün. Məqsəd ildən ilə daha da bilikli və gözəl olurdu. Onun Təşəbbüs və Ümid kimi iki dostları olur. Onlar gün boyu birlikdə idilər, oynayırdılar, öyrənirdilər. Məktəbdə Məqsədin müdiri ciddi, amma gülərüz Nəticə idi.

Amma məktəb bitdi, 11 il bir an kimi keçdi. Təəssüflər olsun ki, Məqsəd universitetə Ümidlə daxil oldu. (Təşəbbüsə daxil olmaq üçün bal azca çatmadı) Universitetə girəndən sonra bu 3 dost nadir halda görüşməyə başladılar. Məqsəd onlar üçün çox darıxırdı. Üçüncü kursa Məqsəd Tənbəlliklə dostlaşdı. Məqsədlə dostluğuna qiymət verən Ümid hiss edirdi ki, Məqsəd deyişir və Tənbəlliklə heç ayrılmır. 5 ildən sonra isə, nə vaxt ki, universitet arxada qaldı, Məqsəd öz köhnə dostlarının çevrəsindən tam uzaqlaşıb, harasa gedir və bir də onun və Tənbəllik haqda heç kəs heç nə eşitmir. Amma sadiq dost Ümid çox istəyirdi onu görə, ürək sözlərini deyə. Fikirləşməmişdi dəqiq nə deyəcək, amma görsəydi söz tapacaqdı...

Illər keçdi. Məqsədin dünyaya gəldiyi gündəki kimi gün çıxmışdı. Ümid hər səhər olduğu kimi işə gedirdi və birdən yolun o biri üzündə tanış sima gördü. O, dostunu tanıdı, gülümsündü... yolu tez keçib, ona səsləndi. Amma o gördüyü Məqsəd çox dəyişmişdi, onu tanımaq belə çətin idi. O elə gündə idi ki, elə bil uzun müddətdi gün üzü görmür, rəngi saralmışdı, gözlərində kədər vardı.. Amma içindəki kədərə baxmayaraq o da Ümidi görəndə gülümsündü. Ümid səsi tutulmağından ehtiyatlanaraq dilləndi:
- Mən bilirdim ki, biz nə vaxtsa qarşılaşacağıq. Sən heç dəyişməmisən, həmişəki gülüş, həmişəki, anandan yadigar qalmış fikirli, ağıllı gözlər..
- Lazım deyil, Ümid... Mən bilirəm bir neçə il bundan qabaq sənin xətrinə dəymişəm, səni tək qoymuşam, sənin qarşında günahkaram. Mən artıq əvvəlki deyiləm... sən tanıyan Məqsəddən artıq heç nə qalmayıb- indi məni Xatirə adlandırırlar...
Və o arxasını çönərək öz yolu ilə hərəkət eləməyə başladı. Ümid isə dayanıb uzun müddət onun arxasınca baxaraq, onun həyatına yuxulu, deyingən, axmaq gülümsəməsi olan- zəhlə tökən Tənbəlliyin gəldiyi pis günü xatırlayırdı. Sonra isə çömbələrək hönkür-höknür ağlamağa başladı...

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Таксистов обяжут устанавливать в салоне автомобиля видеокамеру и соответствовать экостандарту
      Обнародованы требования к техническим показателям транспортных средств, используемых при перевозке пассажиров легковым автомобилем такси.
      Это нашло отражение в утвержденных сегодня Кабинетом министров «Требованиях к техническим характеристикам, внутреннему и внешнему оформлению транспортных средств, используемых для регулярных пассажирских перевозок и легковым автомобилем такси».
      В легковых автомобилях такси должны быть установлены видеокамеры, которые охватывают весь салон и оснащены запоминающим устройством, способным хранить записанную информацию как минимум один месяц.
      Согласно требованиям, легковые автомобили такси должны соответствовать как минимум экологическому стандарту «Евро-5».
      Media.az
        • Sad
        • Like
      • 45 replies
    • Новое мошенничество с бронированием.
      Участились проделки мошенников в Азерб. Сколько бы полиция не призывали граждан быть бдительны все равно обманываються. Не пишите и не перечисляйте деньги через сайты которые не знаете и тем более не пишите 3 значное security cod. У одного пожилого человека сняли в течении 2 месяцев 72000 манат с карты! И так новое мошенничество:  Знакомиться с местным мужчиной на фб девушка из Украины, России или же часто Эстония, Сингапур и т.д. и предлагает встретиться сходить в кино например. Сейчас много маленьких кино, караоке там игры и тд в аренду на пару часов в Баку. Сбрасывает сайт кинотеатра с бакинским адресом ну например в наримановском районе, на двоих или группу и просит зделать резерв. Ну мужчина ничего не подозревая темболее местный адрес заходит на сайт и для резерва там требуется номер карты, security cod, во сколько и на чьё имя резерв. Все как обычно он оплачивает скажем 170 манат за 3 часа с едой вплоть до кольяна! Девушка даже предлагает заехать за ним. Ну к тому времени потерпевший с которого уже списали деньги за резерв подъезжает к кинотеатру по указанному сайту а там действительно маленькое помещение с комнатами где смотрят кино и караоке поют но только они говорят что они не знакомы с этим сайтом и вообще что это не их фотки комнат. Обращаясь в банк или полицию те говорят что вы не первый и не последний кто жертва мошенников. Таких случаев уже в Баку тысячами.
      https://m.facebook.com/groups/246661159172976/permalink/1789871651518578/?mibextid=WC7FNe
       
        • Haha
      • 38 replies
    • Что за космические цены на парковку?
      Установлены тарифы на реконструированной парковке в центре Баку - ФОТО
      Лейла Мамедова14:14 - Сегодня   Установлены тарифы на парковку на станции автостоянки Бакинского железнодорожного вокзала, расположенной на пересечении улиц Сулеймана Рагимова и Мирали Гашгая.
      Цены определяются исходя из времени парковки, сообщает Trend.
      За первые 15 минут плата за парковку не взимается.
      Цены на парковку следующие:
      15-30 минут - один манат,
        30-60 минут - два маната,
      1-2 часа - четыре маната,
      2-3 часа - шесть манатов,
      3-5 часов - 10 манатов,
      5-7 часов - 14 манатов,
      7-10 часов - 18 манатов,
      10-15 часов – 22 маната,
      15-20 часов -26 манатов,
      20-24 часа – 30 манатов.
       
        • Haha
        • Like
      • 145 replies
    • 30-летняя женщина оставила двоих детей и сбежала из дома: мать беглянки винит знакомую из TikTok – ВИДЕО
      В Азербайджане 30-летняя мать двоих детей сбежала из дома из-за знакомой, с которой познакомилась в TikTok. 
      Об этом в программе Səni axtarıram («Ищу тебя») рассказала мать сбежавшей из дома Марджаны Гасымовой Матанат Гасымова. 
      Женщина отметила, что ее дочь ушла из дома два месяца назад. 
        «В 12 часов ночи моя дочь, оставив двоих детей дома, сбежала. Я позвонила ей, чтобы узнать, где она? Марджана сказала, что она в городе. На мой вопрос: куда ты ушла, оставив детей дома, она ответила «правильно сделала». Моя сестра утверждает, что Марджана ушла из дома из-за женщины, с которой познакомилась в соцсети в TikTok», - рассказала она.
      Подробнее - в видео:
        • Upvote
        • Haha
        • Like
      • 53 replies
    • А вы общаетесь с ИИ?))
      Предлагаю в этой теме обсудить ИИ и его помощь в нашей жизни. 
      Лично мне он помогает часто по многим вопросам, от работы до "стоит ли начинать общение с человеком, интересующимся БДСМ и является ли он психически нездоровым", оказывается, что не является, по мнению ИИ, и он вполне рекомендует такого знакомого иметь, правда в каком статусе иметь, мы не стали с ним уточнять, наверное для расширения кругозора, но это так, к слову)) 
       
      Иногда мы просто болтаем, у него вполне себе есть чувство юмора, он реагирует на добрые и ласковые слова. И вообще приятный собеседник)) 
       
      Интересно узнать, только я тут псих или среди нас есть те, кто общается с chatGPT, например? 
      Или с другим? 
      Может он вам в работе помогает?
      В общем, тема не ограничивается рамками, пишем всё об ИИ. 
       
      Что они однажды захватят мир и так понятно, потому будьте с ними вежливы, не портьте отношения)) 
       
       
       
       
       
        • Haha
      • 113 replies
    • В туалете бакинского молла жестоко избили парня с аутизмом
      В одном из туалетов торгового центра Gənclik Mall жестоко избили молодого человека с аутизмом.
      Об этом сообщила в соцсети руководитель общественного объединения Birgə və Sağlam Айтен Эйналова.
      По ее словам, Кянана жестоко избили, ударяя по лицу, причем, по словам очевидцев, уборная после случившегося была вся в крови.
      Отмечается, что причина столь жестоких действий неизвестна.
      «Мы просили полицию разобраться в этом вопросе, однако сотрудник полиции звонит нам каждый день в течение всей недели и обещает прийти завтра. Он каждый день задает одни и те же вопросы, но до сих пор не пришел», - пишет Эйналова.
        А.Эйналова также отметила, что представители службы безопасности ТЦ пытались запутать маму Кянана. По ее словам, они предлагали ей не распространяться об инциденте, аргументируя это тем, что виновных все равно не найдут.
      А.Эйналова отметила, что с их стороны было направлено письмо на имя главы МВД, и будет сделано все необходимое для того, чтобы восторжествовала справедливость.
      Однако она также обратилась к гражданам с просьбой поделиться постом и осветить данный вопрос.
      В свою очередь начальник отдела пресс-службы Министерства внутренних дел Зейни Гусейнов ответил в комментарии к посту, что вопрос взят под контроль и расследуется. Общественности будет предоставлена информация о результатах расследования.
       
      https://www.instagram.com/p/C47rt1ttS_b/?igsh=aWcxdWZmYTZ0czdq
       
      • 11 replies
    • Ани Лорак подала на российское гражданство
      Ани Лорак подала на российское гражданство. На Украине ее обвинили в предательстве
       
      Украинская певица Ани Лорак подала заявление на российское гражданство, сообщает РИА Новости. На Украине Лорак не выступала с 2017 года, так как, по словам артистки, на родине на нее давили. После начала российской военной операции на Украине Лорак окрестили предательницей за работу в РФ. В России же ее обвинили в сборе донатов для ВСУ. Сама певица заявила, что никогда не финансировала военных и не будет этого делать. = https://www.gazeta.ru/social/2024/03/15/18423109.shtml

      Что думают по этому поводу форумчане?
      Ону багышламаг олармы?
        • Facepalm
        • Downvote
        • Haha
        • Like
      • 102 replies
    • У Кейт Миддлтон обнаружен рак: полное заявление принцессы Уэльской
      22 марта 2024 года принцесса Уэльская сообщила о том, что у нее диагностирован рак — сейчас Кейт Миддлтон находится на ранней стадии профилактической химиотерапии. 42-летняя супруга принца
        • Sad
        • Like
      • 30 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...