Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Hekayələr...


Recommended Posts

“Yetimlə xoş davranmaq, ona qarşı haqsızlıq etməmək Allaha xoş gedər”, — deyiblər. Çünki hər kəs də öz səlahiyyəti altında olan yetim üçün Allah qarşısında hesab verməli olacaq. Cəmiyyət inkişaf etsə də, min il əvvəlki ağrılar bu gün də eyni ağırlığı ilə yaşanmaqdadır. İnsan üçün dəyişməyən duyğular var. Üstəlik, zamanından, məkanından asılı olmayaraq, bu duyğular dəyişmir. Məsələn, gözlədiyinə qovuşan bir insan istər-istəməz sevinir yaxınını itirən bir insan isə istər-istəməz üzülür.
İslam terminologiyasında “yetim” adı həddi-büluğa çatmadan atasını itirmiş uşağa şamil edilir. Yetimlik mövzusu dünən aktual olduğu kimi, bu gün də, aktualdır sabah da öz aktuallığını itirməyəcək. Doğrudur, dövrümüzdə dövlətlər öz yetimlərini himayə etmək öhdəliyini boyunlarına götürürlər, ancaq həmişə olduğu kimi, yenə də bu məsələ çox həssas və çox məsuliyyətlidir. Axı kim zəmanət verə bilər ki, qayğıya möhtac körpələr haqsızlıq görmürlər? Yetimə qarşı haqsızlıq İslamda şiddətlə yasaqlanmışdır. Yetim malının başqaları tərəfindən qəsb olunması çox ağır günah kimi dəyərləndirilir.

Dinimiz yetimlərə hami təyin edilməsini nəzərdə tutur. Hamilərin, ilk növbədə, ona yaxın qan qohumlarından seçilməsi məsləhət görülür. Buyurulur ki, hami öz himayəsində olan yetimin təkcə maddi ehtiyacları ilə deyil, onun mənəvi tələbatları ilə də maraqlanmalı, onların yerinə yetirilməsi üçün əlindən gələni əsirgəməməlidir. “Yetimin qəlbini qətiyyən qırma!” əmrini verən Qurani-Kərim həddi-büluğ yaşına qədər haminin onun əmlakına diqqətlə baxmasını, halala haram qarışdırmamasını tapşırır.Elə yetimlər var ki, heç mirası yoxdur və ya atadan qalan miras gündəlik tələbatı qarşılayacaq qədər deyil. Quranda bildirilir ki, müharibə qənimətlərinin 20 faizi Allaha, Peyğəmbərə, Peyğəmbərin qohumlarına, yetimlərə, yoxsullara və yolçulara aiddir. Zəkatın verilməli olduğu ünvanlar sadalananda da yetimlər ən başda gələnlərdəndir. Ümumiyyətlə, İslamda yetim sevindirməyin çox fəzilətli əməl olduğu xüsusi vurğulanmış, istər əlamətdar günlərdə, bayramlarda, istərsə də ilin hər hansı bir vaxtında Allah rizası üçün yetim qapısını döymək, onun könlünü sevindirmək çox yüksək dəyərləndirilmişdir. Yetim malının yeyilməsi isə Qurana görə böyük günahdır.

Anadoluda çox ibrətli bir söz var: “Tükü bitməmiş yetimin haqqını yemək”. Özü də bu söz çox ağır günah mənasında işlədilir. Yetim cəmiyyətin, fərdlərin sınağıdır, imtahanıdır. Bir məmləkətin bütün yeraltı, yerüstü sərvətlərində hər kəs kimi yetimlərin də haqqı var. Yəni imkan sahibi olan biri insanların haqqını yeyirsə, ağır günahdır. Əgər o yetimlərin də haqqını yeyirsə, vəziyyət daha da ağırlaşır.
Bəli, hər kəs öz vicdanına baxsın, öz aqibətini düşünsün. Vəssalam!

Link to comment
Share on other sites

Bəlkə də, əksəriyyəti üçün bu səhərin başqalarından elə də fərqi yox idi.  

Dan yeri yavaş-yavaş söküldükcə ilk nəzərə çarpan qışın insanın iliklərinə qədər işləyən soyuğu və bu soyuğa özünəməxsus gözəllik qatan qarın asta-asta,604726.jpgsanki kimlərəsə acıq verirmiş kimi yağaraq şəhəri bəzəməsi oldu.

Hamını sevindirmirdi təbiətin belə ağ gəlinə bənzəməsi. Bəzilərini “işə necə gedəcəyəm?“ sualı, kimisini “görəsən uşaq özü dərsə gedə biləcəkmi?“ düşüncəsi narahat edirdi. Əslində şaxtalı hava təkcə sakinlərin planlarını dəyişdirməmişdi. Səhərdən hara sığınacaqlarını bilməyən kimsəsiz küçə pişiklərinin məsum baxışları və ya qarda qorxa-qorxa iz qoyan sərçələr öz problemlərini fikirləşən şəhər sakinlərinin gözlərinə belə görünmürdü.

Yuxudan duranda hələ 7:30 zəngini çalırdı saat. Özüm kimi kimsəsiz, soyuq divarları süzdüm, hər səhər etdiyim kimi… Uşaqlığımdan indiyə qədər hara sürükləsə də məni taleyim o divarlar getdiyim hər yerdə mənimlə idi. Artıq çətinliklə də olsa onların həyatımdakı dəyişməz yerini qəbul etmişdim. Yorğun və ümidsiz qalxdığım yeni bir gün başlayırdı. Pəncərəyə yaxınlaşdım. İlk qar hər yeri bürümüşdü. Elə bil şəhərin çirkabını örtmək istəyirdi...

Hər dəfə dərsə gedən uşaqların səsləri, işə tələsənlərin sürətli addımları, tələbələrin xoşbəxt, həyatdan razı gülüşləri ilə qarşılaşırdım pəncərəyə yaxınlaşanda… Amma bu gün bunların hamısı heç olmamış kimi, bomboş idi küçə… Uzaqdan yavaş addımlarla çarəsiz görünən bəzi sakinləri saymasaq… Ağlıma gələn ilk şey “necə olursa-olsun, getməliyəm“ düşüncəsi oldu. Bu işimi də itirə bilməzdim...

8:00… Ümidsiz addımlarla qarda açılmış izlərlə ən yaxın metrostansiyaya tərəf getməyə başladım. Məndən bir az aralıda birisi gedirdi… Nədənsə, diqqətimi cəlb etdi. Başında yaylıq, əynində nazik paltar, ayağında yaz ayaqqabısı olan bu qadın mənim ürəyimi titrətdi. İstədim yaxınlaşım, amma cəsarət etmədim. İçimdə bir səs “qadının arxasınca get“ deyirdi. Bu hiss o qədər qüvvətli idi ki, hətta çətinliklə tapdığım yeni işimi itirmək qorxusunu belə unutmuşdum. Qadının arxasınca düşdüm. Uzun bir yol getdik...

Bir anda uşaqlığımı yada saldım. Uşaqlığım uşaq evində keçmişdi. Bir anda iztirabla keçirdiyim o günlər kino lenti kimi gözlərimin önündən keçdi. Özümə ata-ananı, bacı-qardaşı, dost-tanışı orada tapmışdım. İllər boyu ana həsrətilə yaşamışdım...

Xeyli getdikdən sonra, nəhayət, qadın şəhərin mərkəzində yerləşən binalardan birinin qarşısında dayandı. Qapının üstündə “YEMƏKXANA“ yazılmışdı. Qadın çantasından açarları çıxarıb, qapını açdı və içəri daxil oldu.

Çantasını masanın üstünə qoyub, hər tərəfə göz gəzdirdi. Mən pəncərədən baxırdım. O, işinə başladı. İçərini səliqə-sahmana saldı. Sonra əlinə süpürgə götürüb küçəyə çıxdı. Yeməkxananın ətrafındakı qarı təmizlədi. Bir an şam ağacındakı özlərinə soyuq qış günündə yemək axtaran sərçələrə baxa-baxa fikrə daldı. Sanki kiminsə gəlişini gözləyirdi. Sanki o çarəsiz quşlardan kömək, təzə bir xəbər umurdu. Bir an onun mənalı gözləri doldu. O qədər fikirli idi ki… ətrafındakı insanları, onların baxışlarını görmürdü. İşini qurtarıb, içəri girdi. Çantasını götürüb, küçəyə çıxdı. Qapını bağladıqdan dərhal sonra başqa istiqamətə yola düşdü. Mən də onun arxasınca...

10:30… Qadın yaxınlıqdakı xəstəxanaya girdi. Oradakılarla salamlaşıb, ikinci mərtəbəyə qalxdı. Koridordakı stulların birində əyləşdim. Heç kim mənə fikir vermirdi, hər kəs öz işində idi. Xəstəxanada o qədər insan var idi ki, elə bil bütün şəhər bura yığılmışdı. Həmin qadın paltarını dəyişib, işinə başlamışdı. Palataları süpürüb-sildi. Hər kəslə o qədər mehriban, nəzakətli danışırdı ki, bir anlıq da olsa, özümü ona bənzətmək istədim...

Artıq günorta olmuşdu, çox acmışdım. İstədim bir şey alıb yeyim, amma qadını gözdən qaçırmamaq üçün bu fikrimdən daşındım. Özümü o qədər yorğun, o qədər əzgin hiss edirdim ki… Bir tərəfdən, aclıq, digər tərəfdən, keçirdiyim qəribə hisslər… Beynimdə hər şey bir-birinə qarışmışdı...

14:00… Qadın işini qurtarmışdı. O, paltarını dəyişib, çantasını götürdü və qapıya tərəf getdi. Birlikdə küçəyə çıxdıq...

Qar olduqca səngimişdi. Bu da hərəkəti nisbətən asanlaşdırırdı. Bir daha yeməkxana tərəfə üz tutduq. O, içəri girdi, mən pəncərədən onu izləyirdim. Başımın ağrısı şiddətlənirdi. Özümü çox yorğun hiss edirdim. Ayaq üstə çətinliklə dayanmışdım. Özümə əsəbiləşirdim. Axı niyə işimi atıb, bütün günümü yad qadının arxasınca getməyə sərf etmişdim. Məni bu qadına bağlayan nə idi? Heç bir suala cavab verə bilmirdim.

Hava artıq qaralmışdı. Sirli bir səssizliyə bürünmüşdü şəhər. Tənha bir küçənin ortasında qadının çıxmasını gözləyirdim. Nəhayət, qadın küçəyə çıxdı. Bir an sərt, amma tanış baxışlarla mənə tərəf baxdı. Özümü itirdim. Nə edəcəyimi bilmədim. Elə bildim məndən nə isə soruşacaq. Amma yox. Qarşımda kədərli, həyəcanlı, sakit bir liman kimi ananı gördüm. O, heç nə demədən dönüb getdi. Bu dəfə mən onun arxasınca yox, yanınca irəliləyirdim.

Evinə çatana kimi susduq. İçimdəki qəribə hisslər daha da artırdı. Deyəsən, çatmışdıq. Qapını açıb məndən təəccüblə soruşdu:

— Siz kimsiniz? Niyə məni izləyirsiniz?

Mən əvvəl söz tapa bilmədim. Sonra utana-utana dedim:

— Hava çox soyuqdur, evinizə dəvət etsəydiniz, söhbət edərdik.

— Buyurun.

Səliqəli, kiçik bağçanın içindən keçib, içəri daxil olduq. Qarşımda əlil arabasında oturan qız uşağı gördüm. Aman Allahım, bütün günü bu qızcığaz evdə təkbaşınamı qalmışdı?!

— Sizin qızınızdır?

Qadının gözləri yaşardı, heç nə deyə bilmədi. Susdu. Bu arada diqqətimi divardakı şəkil çəkdi. Təxminən beş yaşlarında bir qızın şəkli idi. Nədənsə, o qızı ilk baxışdan özümə oxşatdım. Eyni göz, qaş, baxış… Bu qız necə də mənə oxşayırdı! Hətta sol yanağında mənim ləkəmdən vardı. Bəlkə, şəkildəki qız elə mənəm? Yox, ola bilməz! Axı bu qadın məni haradan tanıya bilər?

Fikirlərim qarışmışdı. Bilmirdim özümü necə aparım. İstədim qapını açıb, özümü küçəyə atım. Amma bacarmadım, hansı qüvvə isə məni tutub saxlayırdı. Bütün bunlara son qoymalıydım. Özümü ələ aldım. Qadına tərəf baxdım, özü haqqında danışmağı xahiş etdim. Söhbətə belə başladı:

— Gözəl ailəm var idi: iki qızım, mən və yoldaşım. Yoldaşım təcrübəli usta idi. Çox gözəl, ikimərtəbəli evdə yaşayırdıq. Günlərin bir günü tufan qopdu, qasırğa düşdü mənim ömür yoluma. Rayona gedərkən avtomobil qəzasına düşdük. Yoldaşımı xilas etmək mümkün olmadı. Kiçik qızım ağır vəziyyətdə yaralandı. Onu Allahın köməyi ilə həkimlər xilas etdilər. Ən çox ayaqları zədələnmişdi. Uzun müddət xəstəxanada yatdı. Sonra həkimlər heç vaxt gəzə bilməyəcəyini dedilər. İki qızımla tək qaldım. Nə qapımı açan oldu, nə dərdimi soruşan. Çox ağır günlər yaşadıq. Evdə olan bütün əşyaları satdım. Sonra evi də satmaq məcburiyyətində qaldım. Artıq nə tutacaq budaq, nə açacaq qapı qalmışdı mənim üçün.

“Dost dar gündə bəlli olar“ deyiblər. Doğru imiş. Ətrafıma baxanda süfrə dostlarımızdan əsər-əlamət qalmamışdı. Son çarə olaraq böyük qızımı uşaq evinə verdim. O vaxtlar beş yaşı var idi Aytəkinimin… İndi çox peşmanam. O vaxtdan indiyədək nə gecələri yata bilirəm, nə də vicdan əzabı məni gündüzlər sakit qoyur. Kaş ki o günləri qaytara biləydim, balamı görə biləydim… Dərdimi sənə danışıb, bir az yüngülləşdim. İndi sən danış, kimsən, niyə bütün günü arxamca düşmüsən?

Dilim tutuldu… Hər şeyi anlamışdım. Ancaq özümü topladım:

— Bilirdim dualarımın cavabsız qalmayacağını, bu günün mütləq gələcəyini. Ailəmin həyatda olduğunu və məni sevdiyini… Aman Allahım, hər halda xoşbəxtlik dedikləri şey bu an mənim yaşadığım hisslərdir. İllər uzunu həsrətində olduğun qızın mənəm, sənin Aytəkininəm. Yuxudurmu, gerçəkdirmi, hələ özüm də dərk edə bilmirəm. Ömrüm boyu, söykənməyə bir ana qucağı axtaranda, xəstələnəndə ana nəvazişini hər şeydən çox arzulayanda, soyuq qış günlərində qışın özü kimi buz divarların arxasında tənha qalanda, soyuqdan yox, kimsəsizlikdən titrəyəndə, fikirlərinə ehtiyacım olan sirdaş axtaranda və əlim sənə çatmayanda bu anın bir gün gələcəyini düşünmək belə çox şirin gəlirdi insana. Qoxunu duyacaq qədər yaxınımdasan, canım anam...

Bir anlıq çevrildim bacıma tərəf, o da bizə qoşulmuşdu göz yaşları ilə… Anam cəsarət etmirdi yaxınlaşmağa. Mənim də ayaqlarım yerə mıxlanmışdı elə bil… İlk olaraq mən addımımı atdım. Hər atdığım addımla kimsəsizliyimdən silkinib qurtulurdum sanki… İllərin həsrəti ilə bağrıma basdım, ötüb keçən illərdən çox, köməksizliyin, acizliyin, tənhalığın, ən çox da vicdan əzabının qocaltdığı anamı. Bəmbəyaz qar kimi saçlarını oxşadım, qoxusunu ta içimə qədər çəkdim… Mənə olduqca tanış, uşaqlığımdan qalmış qoxusunu… Bircə bunları pıçıldaya bildi kövrək və yaşlı qəlbindən hayqırdığı yorğun səsi ilə:

— Bağışla...

Link to comment
Share on other sites

Müəllimə dedim ki, bu parta arxasında oturmaqla nə qazanacağam? Gedib bazarda göy-göyərti satıb 5-10 manat qazanım, ailəmizi birtəhər dolandırım, axı 8 başıq, ailədə təkcə atam işləyir, istəyirəm ailəni saxlamaqda ona kömək eləyim“. Bu, 10-cu sinif şagirdinin dilindən qopan sözlərdir. “Gənclərimizdən biri də savadsız oldu“ deyə acığım tutsa da, bir yandan yazığım da gəldi, hətta ürəyimdə bəraət də qazandırdım ona: “Yazıqdır, atası 8 nəfərin yükünü çəkə bilmədiyi üçün bu da işləməlidir, başqa neyləsin axı? Məcburdur, o heç istəyər ki, yaşıdlarından geri qalsın? Gedib ondan-bundan pul dilənməkdənsə, halal zəhmətlə çörəkpulu qazanmaq istəyir. Amma bir tərəfdən də savadsız, elmdən bixəbər olmaq… Bax, bunu həzm eləmək olmur“. Acımamaq olmur belə yeniyetmələrin halına. Bir yandan da bu bahalıq bizi yaman imtahana çəkir, getdikcə bu “imtahan“ın sualları lap qəlizləşir bizim üçün, ha baş sındırırsan bir cavab tapasan, bir çıxış yolu çözəsən, olmur ki, olmur, gözünü bir nöqtəyə zilləməkdən başqa əlacın qalmır…
Beləcə, bu məmləkətin şagirdi bu gün bazarda göy-göyərti satır, 8 baş külfəti dolandırmaq üçün atasına kömək edir, parta arxasında oturmağın da heç bir mənası olmadığını deyir. Hə, indi başlayacağıq o şagirdə nizam-intizamdan, dərsə davamiyyətdən, savad almaqdan, elmli olmaqdan bəhs etməyə. O da qulaq asa, ya asmaya… Eşidərsə, cavabı da, yəqin ki, belə olacaq: “Siz deyənlər ötən əsrdə qaldı, müəllim, indi hər şeyi pul həll edir, pul“.
Belə… qulağıma xırıltılı bir səs gəlir, başımı qaldıranda medallı-ordenli, ağsaqqal, ağsaçlı bir kişinin qarşımda əl açdığını görürəm: “Ay bala, 10 qəpik çörəkpulu ver“. İstədim deyəm ki, ay əmi, bəs xəbərin yoxdur, çörək də bahalaşıb axı, 10 qəpik deyil, 40 qəpikdir“. Amma fikrimdən vaz keçdim, dedim əşi, nə isə… Pul verib uzaqlaşanda ağsaqqalın necə dua etməsini eşitdim, tüklərim ürpəndi, geri qanrılanda onun gözlərimə zillənən lal baxışları qarşısında nə qədər aciz qaldığımı bir daha hiss etdim. Çünki o baxışlarda yalvarış qarışıq bir narahatlıq, nigarançılıq vardı, elə bil nəsə soruşmaq istəyirdi və bəlkə də, hiss eləmişdi ki, verəcəyi sual cavabsız qalacaq. Beləcə, bir xeyli sükutdan sonra yenidən yoluma davam etdim. Amma, nədənsə, o baxışları üzərimdə hiss edirdim, elə bilirdim bu dəqiqə qışqıraraq sual edəcək: hər şey bahalaşır və bahalaşmaqda davam edir. Bəs onda insan niyə bu qədər qiymətsizləşir, ucuzlaşır, dəyərini itirir, şərəfi, ləyaqəti ayaqlar altına atılır, tapdalanır? Niyə? İnsan oğlu dərdini deməyə gedir, üzünə meşin qapılar çırpılır, bir sənəd lazım olur, süründürməçiliyə rast gəlir, harasa bir işi düşür, rüşvət doğanağından keçə bilmir...
Ondan uzaqlaşıb metro stansiyasına çatana qədər o baxışları üstümdə hiss edirdim. Amma neyləyim, əlimdən nə gəlir ki, götürəndə mən də səlahiyyətsiz, sıravi bir “əsgərəm“. Lakin buna baxmayaraq, göyərti satmaq istəyən o şagirdin sabah elmdən bixəbər olacağına da, vətən uğrunda vuruşan, orden-medallı ağsaqqalın bu gün əl açmasına da dözmək olmur, vallah-billah, dözmək olmur. Bəs siz necə, dözə bilirsinizmi, cənablar?
 

Link to comment
Share on other sites

Harun Rəşid döyüşdə əsir aldığı düşmən Generala :
-Həyatını bağışlayaram, amma bir şərtim var, deyir.
Bir sualıma cavab tapmalısan. «Qadınlar həyatda ən çox nə istər?» — budur bilmək istədiyim. Bu sualın cavabını gətir, qurtar kəlləni.- deyir.
General bu çətin sualın cavabını axtarmağa başlayır və dağda yaşayan bir cadugərin bunu bildiyini öyrənir. Günlərlə cadudərin evinə yol gedir və nəhayət onu tapıb bu sualın cavabını soruşur:
-Qadınlar həyatda ən çox nə istər?
Qorxunc cadugər cavab üçün elə bir şərt qoyur ki, General tərəddüd içində qalır...
-Evlən mənimlə!!! O zaman öyrənərsən ancaq istədiyini…
General bu ölümcül təklifi qəbul edir və doğru cavabı alar-almaz qaçır Harun Rəşidə və sualın cavabını deyir:
-Qadınlar ən çox öz azad iradələriylə hərəkət etmək istər!
Harun Rəşid Generalın həyatını bağışlayır, ancaq qadına da evlənmək üçün söz vermişdir General. Nəysə evlənirlər.
İlk gecə General görür ki, o qorxunc cadugər dünyalar gözəli bir qadına çevrilmişdir qaranlıq otaqda. Cadugər danışmağa başlayır:
— Mənim taleyim belədir… Günün yalnız yarısı gözəl ola bilərəm, digər yarısı çirkin oluram. Seçim et. Gecələri səninlə olarkənmi gözəl olum, yoxsa gündüzləri sən çöldə olarkənmi?
General düşünür və :
— Sən bilərsən, qərarı özün ver- deyir. Və o an qorxunc cadugər sonsuza qədər gözəl bir qadın olaraq qalır.

Yaxşı, bu əhvalatdan çıxarılacaq 3 dərs nədir?

1. Qadınlar ən çox öz azad iradələriylə hərəkət etmək istəyərlər.
2. Azad iradəsiyle hərəkət edən bir qadın hər vaxt gözəldir.
3. İstər gözəl olsun, istər çirkin olsun hər qadın əslində bir cadugərdir.

Həyatınız seçdiyiniz qadındır. Zövqlü bir qadına rast gəlsəniz zövqünüz, məlumatlı bir qadına rast gəlsəniz məlumatınız, ağıllı bir qadına rast gəlsəniz zəkanız inkişaf edər. İmanlı bir qadına rast gəlsəniz imanınız, şəfqətli bir qadına rast gəlsəniz vicdanınız inkişaf edər. Anlayışlı bir qadına rast gəlsəniz xoşbəxt, eqoist bir qadına rast gəlsəniz filosof olarsınız.
Həyat qat-qatdır. Babilin Asma Bağçaları kimi laylar halında yüksələr, bir mərtəbədən digər mərtəbəyə sizi yanınızdakı qadın aparar. Və bu gün olduğunuz mərtəbə, seyr etdiyiniz mənzərə, gördüyünüz həyat yanınızdakı qadının olduğu yerdir.
Həyatınız seçdiyiniz qadındır!

Link to comment
Share on other sites

Meyvə-tərvəz dükanında cənab Smit piştaxta arxasında iş başındadır. Üç qadın mağazanın içərisindədir.

- Aha, sıradakı kimiydi? Deyəsən siziydiniz, xanım – deyə bir qadına müraciət etdi.

- Aha, deyəsən məniydim.

- Nə istəmişdiz? – deyə soruşanda balaca bir uşaq qaçaraq dükana girdi. Qadınları itələyərək özünə yol açmağa çalışdı və həlib piştaxtanın qabağında dayandı.

- Cənab Smit, Cənab Smit!

- Bir dəqiqə cavan oğlan! Görürsən ki indi bu xanımla məşğulam və iki qadın da sırada gözləyir. Aha xanım, nə deyirdiz?

- Amma cənab…

- Səs çıxarma!- deyə qadın dilləndi. Mədəniyyətin olsun. Bir kiloqram kartof çəkin zəhmət olmasa.

- Baş üstə xanım – deyərək Smit çəkməyə başladı. O birisi qadın da görünür hiddətlənmişdi:

- İndiki uşaqlar! Lap itələyib keçirlər! Digər qadın:

- Gözləmirlər, birinci olmaq istəyirlər elə.

- Neçə yaşın var sənin?

- Səkkiz.

- Sadəcə səkkiz yaşın var ama itələyərək bu xanımın önünə keçdin.

- Məcburuydum, İstəyirdim ki… — Qadın danışmağa icazə verməyərək:

- Cavanlar gözləməyi öyrənməlidirlər. Itələyib insanlardan önə keçə bilməzsən. Dükandakı tək müştəri sən deyilsən, elədi?

- Bəli… – qadın yenə dərhal:

- Sıranı gözləyə bilmədin hə? Adın nədir?

- Conni Bell.

- Çarc küçəsində qalırsan hə, arada görürəm səni.

- Bəli xanım.

- Ananı da tanıyıram, səndən danışacam ona.

- Fəqət sadəcə istəyirdim ki...

- Danışdığın bəsdir dəliqanlı, kifayətdir. Eşitmək istəmirik. Qadının kartofunu verib yola salırlar, qadın tərs-tərs baxıb çıxır. Cənab Smit: Sıradakı –deyir.

- Üzr istəyirəm, amma… Conni yenə danışmaq istəsə də kimsə qulaq asmaz və digər qadın:

- Yarım kiloqram alma istəyirəm.

- Bunlar necədi? – piştaxtanın üzərindən işarə edərək cənab Smit soruşdu.

- Yox, çox yaşıldırlar. Bir az sarımtıl olanı yoxdur?

- Var, var amma indi onlar maşınımdadır, istəyirsinizsə gətirə bilərəm.

- Aha zəhmət olmasa.

Cənab Smit dükandan çıxdı və heç yarım dəqiqə keçməmiş qaçaraq geri qayıtdı. Təngnəfəs halda bağıraraq:

- Almalar yoxdu yerində, maşın boşdu! Bir yeşik alma vardı amma indi bomboşdu!

- Maşınızın yanındakı iki adamı gördüm, cənab Smit. Qapını gizlin açıb yeşiyi götürdülər.

- Almalarım! Bir yeşik alma getdi! Sonra Conniyə dönüb öfkəli səslə: Bəs niyə demədin?

- Sizə demək istədim cənab, amma kimsə danışmağıma icazə vermədi!

Link to comment
Share on other sites

Natiq sözlərinə başlayarkən əlindəki 50 manatlıq bir pulu göstərərək 200 nəfərlik bir salona:

— Bu pulu kim istəyir? – deyincə əllər qalxmağa başlayır. Natiq davam edir:

— Bu pulu sizdən birinə verərkən bəzi şərtlərim olacaq. Sonra pulu əlində büzüşdürdü və:

— Hələ də bu pulu istəyən varmı? – deyə soruşdu. Yenə əllər qalxdı. Natiq bu dəfə onu yerə atdı, tapdadı, əzdi. Ancaq əllər yenə də havadaydı. Bu dəfə natiq salona belə xitab etdi:

— Burada çox önəmli bir şey gördünüz. Mən pula neylədimsə siz onu yenə də istədiniz. Çünki bunlar onu qiymətdən salmadı. O hələ də 50 manatdır. Həyatda çox şeylə rastlaşırıq. Bəzən həyat şərtləri bizi əzir,ürəyimiz ağrıyır, özümüzü çox pis hiss edə bilərik. Amma heç vaxt dəyərimizi itirmirik. Bütöv ya yarımçıq, əzilmiş ya sındırılmış olsun, bunun heç bir əhəmiyyəti yoxdur. Sizi sevənlər sizin nə qədər dəyərli olduğunuzu həmişə biləcəkdir.

Link to comment
Share on other sites

Mədrəsələrin birində Ağıllı Suta ilə Tənbəl Balu adlı iki şagird var idi. Suta dərslərini əla bilir, boş vaxtlarında mədrəsənin ətrafını təmizləyirdi. Balu isə bütün günü yatır, dərslərini də oxumurdu. Bir gün Balu Sutaya deyir :
— Suta, iki üstəgəl bir neçə edir?
Suta cavab verir:
— Üç.
Balu gülüb deyir:
— Ehh, bu qədər dərs oxuyursan, yenə heç nə bilmirsən. İki üstəgəl bir beş edir.
Suta deyir:
— Yox, üç edir.
Balu deyir:
— Beş.
— Yox, üç.
— Yox! Beş.
Nə isə, bunların mübahisəsi uzanır, uzanır…
Axırda başlayırlar dalaşmağa. Bir-birlərini yerdə sürüyərkən müəllim içəri daxil olur. Onları ayırıb nə baş verdiyini soruşur. Ağıllı Suta əhvalatı danışır. Onda müəllim Sutaya deyir:
— Sən cəzalanırsan. Keç otağına, üç gün bayıra çıxma.
Suta üç gün qaranlıq otaqda qalandan sonra müəllim qapını açır. Suta müəllimindən küsmüş halda ona tərs-tərs baxır. Sonra deyir:
— Müəllim, axı mən düz deyirdim. İki üstəgəl bir üç edir. Amma Balu deyirdi ki, beş edir. Sizsə düz cavab verdiyimə baxmayaraq, məni cəzalandırdınız. Əslində isə siz Axmaq Balunu cəzalandırmalıydınız.
Müəllim cavab verir:
— Balu ağılsızdır, ona görə səhv danışa bilər. Bir üstəgəl iki doğrudan da üçdür. Amma sən 100 % əmin olduğun bir şeyə görə mübahisə etdin.
İndi de görüm hansınız daha axmaqsınız?

Link to comment
Share on other sites

Bir Gün Yavuz Sultan Səlim bazarların birini gəzməyə qərar verir və göyərçin satılan bir yerə tərəf yönəlir.
Bütün göyərçinlər 1 qızıldır,amma bir dənəsi ayrı bir qəfəs içində və 50 qızıldır.

Yavuz Sultan Səlim soruşur :
— Bunlar 1 qızıldır bəs o biri nə üçün 50 qızıldır?
Satıcı :
— Sultanım 50 qızıllıq qiyməti olan öz cəhcəhi ilə digər göyərçinləri öz yanına çəkir və tutulmalarına şərait yaradır.

Yavuz Sultan Səlim 100 qızılı çıxarıb satıcıya verir və ver o quşu mənə deyir.

Hər kəs təəccüb içində, nə edəcək görəsən bu böyük sultan bir göyərçin quşunu deyə düşünərkən; Yavuz Sultan Səlim quşun başını tutub gövdəsindən ayırır və deyir:

-ÖZ İRQİNƏ XƏYANƏT EDƏNİN SONU BUDUR!!!

Link to comment
Share on other sites

Üz-gözündən yorğunluq tökülürdü Qənimət Dədənin. Başına çalma kimi bağladığı dəsmalı tərləyib islanmışdı. Çomağını yerə dayayıb daşın üstündə oturdu. Həyatından çox narazı idi, yaşayışından narazı idi, uşaqlarından, kolxoz sədrindən, qırx illik ömür-gün yoldaşından narazı idi. Bayaqdan onun sözünə, qışqırtısına, fitinə məhəl qoymayıb kolxozun taxıl sahəsinə doluşan quzulara tərəf baxdı hirsli-hirsli. Yormuşdu onu quzuları otarmaq. Bir saata yaxın idi ki, taxıl sahəsinin içində ora-bura qaçır, taxıl sahəsinə hücum etmiş ac quzuları çıxarmağa çalışırdı. Necə hirslənmişdisə gözünə heç nə görünmürdü, bir övlad kimi bəsləyib, qayğısını çəkdiyi quzuları əlindəki çomaqla döyəcləyirdi. Amma faydası yox idi, qıçına, belinə dəyən çomaq zərbələrindən yıxılan quzular yenidən durub göm-göy göyərmiş taxıla cumurdu. Qənimət Dədə bilirdi, bilirdi ki, ilin-günün bu vaxtı taxıl sahəsinin yanında quzuları otarmaq çətin olacaq, sürünün ağzını yığmaq olmayacaq. Kolxoz sədrinə də demişdi:

-Ay sədr, vallah bu quzular sözə baxan deyil, mən də yaşlı adam həlak olajam bunların dalından ora-bura qaçmaqdan. Qoy o çayqırağı dərədə bir-iki gün hərliyim bunları, Allah qarğımıyıb ha bizə, ona kimi də otlaq biraz göyərəcək yəqin. Sonra da aparıb otlaqda otararıq.

-Əşi, rəhmətliyin nəvəsi, məni burda öldürürlər ey ki, plan dolmasa hamınızı doldurajıyıq qoduxluğa, sən də kefdən danışırsan. Bəlkə heç yağmadı yağış, bitmədi qamış… Apar, apar sən allah, sahələrin böyründə-başında hərlə, çətini dörd- beş gündü, sonra uşaqlardan birini verəjəm saa kömək eləsin. Gözlə taxıla girməsin ha, rayondan qonaqlar gəlir, mən tələsirəm.- Sədr bunları deyə-deyə etiraz qəbul etməyəcək tərzdə əlini yelləyə-yelləyə maşına tərəf getdi, qapını açıb oturmamış Qənimət Dədəyə tərəf çevrildi:

-Kitabda yazır ki, yeddi il bir dabana quzu otaranın yeri əbədi cənnətdi – dedi. Sədrin köhnə xasiyyəti idi, dindən, imandan danışanda həmişə “kitabda yazır ki,” deyərək sitat gətirərdi, amma hansı kitabdı, harda yazılıb heç kim bilməzdi bunu. Heç kim də ürək eləyib soruşa bilməzdi.İndi Qənimət Dədəyə də bu sözləri deyib maşının qapısını şarppıltıyla örtdü, QAZ-69 toz qopara-qopara uzaqlaşdı.

Qənimət Dədə bu sözləri ata-babasından da eşitmişdi, hələ bəlkə də Kolxoz sədrinə də özü demişdi bu sözləri nə vaxtsa… Eşitmişdi ki, “yeddi il bir dabana quzu otaranın yeri əbədi cənnətdi”, hər dəfə yorulanda, bezəndə bu sözlər ona təskinlik verərdi .

Son vaxtlar bədənində ağrılar əmələ gəlmişdi, qolu, qıçı ağrıyırdı, halbuki yetmiş yaşına çatmışdı hələ indiyə kimi nə bir iynə vurdurmuşdu, nə bir dərman atmışdı. Xəstələnəndə də dağlarda bitən otlardan çay kimi dəmləyib içimişdi, bir də belinə küpə saldırmışdı, vəssalam...Amma indi ağrıları keçmirdi. Evdə arvadına da demişdi, demişdi ki, “bu ildən sonra daha işləməyəcəm, bəsdi yorulmuşam, indi də bir az dincəlmək istəyirəm”. Əslində bu il də işləməyəcəkdi, lakin oğlunu evləndirdi keçən il, əlində-ovcunda olanı xərclədi, sədr ona bir ton taxıl verəcəyini vəd eləyəndən sonra fikirləşdi ki, bir il də işləsin. Heç olmasa evin çörəyini təmin eləsin, qalanı da “Allah kərimdi”.

 

İndi daşın üstündə fikirli-fikirli oturmuşdu, taxıl sahəsinə doluşan, göm-göy otdan ağzını çəkə bilməyən quzulara baxa-baxa qalmışdı. Yazığı gəlirdi bu quzulara, axı onların nə günahı var idi ki?! Sədr otlaq yerlərinin hamısını traktorla əkdirib taxıl səpmişdi.İndi də bu yazıq heyvanları otarmağa yer yox idi. Bu dilsiz ağılsız heyvanlar da körpə uşaq kimi idilər, ac qalanda necə yanıqlı-yanıqlı mələşirdilərsə Qənimət Dədənin ürəyinin başı cızıldayırdı. Keçən il evlənən oğlunun uşağı olmuşdu. Bu nəvə doğulandan Qənimət Dədə sanki qocaldığını hiss eləmişdi, körpəyə necə bağlanmışdısa evdən çıxmaq istəmirdi. Bu nəvəni quzulara bənzədirdi, özü nazını çəkmək istəyirdi, uşaq ağlayan kimi kişi hay-həşir salıb aləmi qatırdı bir-birinə, dözmürdü nəvəsinin ağlamağına. İndi hirsi soyumuşdu, bayaqkı halı gözünün qabağına gəldi, quzuları çomaqla necə döyəclədiyini xatırladı, çox peşman olmuşdu. Hər quzunun yerində sanki balaca nəvəsini görürdü, gözü alacalandı, kövrəldi. Son vaxtlar da lap kövrək olmuşdu kişi, bir damcı göz yaşı yanağı ilə üzü aşağı süzüldü, gözünü, sifətini yandıra-yandıra… Ağ, yumuşaq saqqalı ilə süzülən göz yaşını sildi, tərləmiş kürəyinin soyuduğunu hiss eləyib ayağa qalxdı, sahənin içinə doluşmuş quzuları hayladı. Taxıl sahəsinin qırağındakı yolda toz qaldıra-qaldıra bir maşının yaxınlaşdığını gördü. Quzuları tələm-tələsik haylayıb sahədən çıxartmağa çalışdı. Lakin quzular yenə sözə baxmırdı. Maşın gəlib düz sahənin qırağında saxladı, sədr və iki nəfər də tanımadığı adam düşüb sahəyə doluşmuş quzuları çıxarmağa çalışan qoca Çobana tərəf gəldilər. Sədr hirslə arxalarınca gələn sürücünün üstünə qışqırdı:

-Ayə nə ayağını sürüyürsən, yüyür kömək elə, allah bunun evin yıxsın, yıxdı evimizi..

Sədrin bağırtısından Qənimət Dədə hiss elədi ki, bu gələn adamlar deyəsən “yoxlamadı”. Onsuz qara olan qanı bir az da qaraldı. Sürücünün köməkliyi ilə yeyib doymuş quzuları sahədən çıxartdılar. Təngənəfəs halda gələn qonaqlara yaxınlaşdı, salam verdi. Baxışları sədrin qəzəbli baxışları ilə rastlaşdı. Gələnlər sədrə iradlarını bildirib maşına əyləşdilər. Sədr hirslə Qənimət Dədəyə yaxınlaşdı:

-Əşi, yekə kişisən niyə üzümüzə söz gətirirsən, korsan, görmürsən quzu dolub taxıla??? İndi ilin axırında bir ton taxılı cərimə verərsən ağlın gələr başına.

Əsəbi halda maşına əyləşib, qapını çırpdı, maşın uğultuyla uzaqlaşdı. Qənimət Dədə söz götürən adam deyildi, başqa vaxt olsaydı bəlkə də hirsindən partlayardı, amma indi hirslənmədi, ürəyi sakit idi. Özü də məəttəl qaldı özünə, çomağını qoltuğuna vurub quzulara tərəf getdi. Yeyib doymuş quzular sakitcə qoca çobanın qabağına düşüb kəndə tərəf getməyə başladı.

Link to comment
Share on other sites

Rəvayət edilir ki, Hz.Musa (ə.s) Tur dağına gedərkən bir adamın belə bir diləyinə şahid oldu:

— Ya Musa, Rəbbimdən üç diləyim var; Ona söylə bu duamı qəbul etsin.
Birincisi, mənim gözlərim görmür, açılmasını istəyirəm.
İkincisi, uşağım olmur, bir oğlan övladı istəyirəm.
Üçüncüsü, kasıbam, kasıblıqdan çox əziyyət çəkdim; heç olmazsa doğulacaq oğlum kasıb olmasın, onun zəngin olmasını istəyirəm.
Hz.Musa (ə.s) Tur dağında bu qulun üç diləyini Rəbbindən istəyincə, Allah:
— Üç diləyini birdən qəbul edə bilmərəm; tək bir şey istəsin, qəbul edəcəyəm -deyə buyurmuş.
Hz.Musa (ə.s) bu cavabı həmin şəxsə çatdırır. Düşüncəyə dalan adam üç diləyin yerinə tək bir dua edir:
— Ya Rəbb, oğlumun qızıl camda su içdiyini gözlərimlə görməyi diləyirəm

Link to comment
Share on other sites

məntiq dərsi

 

Tələbələr növbəti tədris ilində yeni dərsin “Məntiq” olacağını öyrəndilər. Bu dərsi yaşlı bir professor aparmalı idi. Nəhayət, ilk dərs başladı və tələbələrdən biri söz istəyərək:
— Professor, məntiq bizə nə öyrədir? – deyə soruşdu.
Professor tələbələrin ona maraqla baxdığını gördü və:
— Məntiqin insanların şüuruna göstərdiyi təsiri izah etmək çətindir. Ona görə də, bunu sizə bir misalla izah etmək istəyirəm, – deyərək sözə başladı:
— Fərz edin ki, mədəndən iki adam çıxır. Birinin üst-başı tər-təmiz, o birininki isə kir içindədir. Sizin fikrinizcə, bunlardan hansı yuyunmalıdır?
Tələbələr heç tərəddüd etmədən:
— Əlbəttə ki, üstü kirli olan, – deyə cavab verdilər.
Professor gülümsəyərək:
— Məntiq isə bu suala cavab verməzdən əvvəl bunu soruşur: “Necə olur ki, eyni mədəndən çıxan iki nəfərdən birinin üst-başı tər-təmiz, o birininki isə kirlidir?..”

Link to comment
Share on other sites

PLATONUN CAVABLARI

 

Platondan iki sual soruşmuşlar.
cbd8cc.jpg

Birincisi: İnsanoğlunun sizi ən çox təəccübləndirən davranışları hansılardır?
Platon başlamış saymağa:
— Uşaqlıqda darıxarlar və böyümək üçün tələsərlər. Böyüyərlər və uşaqlıqları üçün darıxarlar... — Pul qazanmaq üçün sağlamlıqlarını itirərlər. Amma sağlamlıqlarını geri qazanmaq üçün də pul xərcləyərlər... — Sabahdan üçün narahatlıq edərkən bu günü unudarlar. Bu səbəbdən nə bu günü nə də sabahı yaşayarlar... — Heç ölməyəcək kimi yaşayarlar. Ancaq heç yaşamamış kimi ölərlər...

Sıra gəlmiş ikinci suala: Yaxşı, siz nə təklif edirsiniz?
Müdrik cavablandırmış:
— Kiməsə özünüzü «sevdirməyə» çalışmayın! Edilməsi lazım olan tək şey, hər şeyi öz axarına buraxmaqdır...
— Əhəmiyyətli olan, həyatda "ən çox şeyə sahib olmaq" deyil, "ən az şeyə ehtiyac duymaqdır".

Link to comment
Share on other sites

AXI DÜNYA FIRLANIR

 

 

 

Məşhur basketbolçu Hidayət Türkoğlu yoldaşıyla birlikdə gəzirdilər,
Əvvəl akvariumçuları gəzdilər, sonra Ayasofya, Sultanahmet, Topkapı Sarayı, Gülhane Parkı deyərkən, Yeni Məscidin önünə qədər gəldilər. Orada qışqıra qışqıra simit satan bir uşaq vardı. Basketbolçu birdən dayandı…Sonra simitçiyə yaxınlaşdı:
— Simitin necəyədir?
— 300 min qardaş…
— Dəzgahda neçə simit var?
— 70-80 dənə var hərhalda…
— Hamısını alsam neçə edər?
— Səksən desək 24 milyon.
— Al sənə 30 milyon… Fərz et ki hamısını aldım…
— Sağ ol qardaş… sağ ol…
Basketbolçu üç onluq çıxardıb simitçinin önünə buraxdı. Yoldaşı çaşmış idi. Üç beş addım getmişdilər ki yoldaşı Hidayətə yaxınlaşıb pıçıldadı.
— Hidayət sən dəlisənmi?
— Yooo
— Yaxşı yemədiyimiz simitlərin pulunu niyə verdin?
— Boşver soruşma.
— Deyək ki soruşuram. Həm də israrla soruşuram.
— Elə isə söyləyim.
— Taxtanın kənarı diqqətini çəkdimi?
— Xeyr.
— Baxsaydin görəcəkdin. Taxtaya bir ad yazılmışdı.
— Necə bir ad?
— Hidayət!
— Yoxsa?
— Bəli o dəzgah, əvvəllər mənim idi.

Link to comment
Share on other sites

60 il bir yerdə ömür sürmüş ər-arvad bu illər ərzində heç nəyi gizli saxlamır, bütün sirlərini bir-birilə bölüşürlər. Aralarında yeganə sirr olaraq qalan bir ayaqqabı
qutusu olur. Qadın həyat yoldaşından qutunu yalnız o dünyasını dəyişdikdən sonra açmağı xahiş edir. Günlərin bir günü qadının vəziyyəti ağırlaşır, əri ondan
qutunu açmağa icazə verməsini xahiş edir. Qadın razılıq verir. Qutunun içindən bir cüt gəlincik və 6000 manat pul çıxır. Kişi bunların nə məna daşıdığını soruşduqda qadın deyir:
-60 il əvvəl sənə ərə gələrkən anam mənə belə bir nəsihət etdi:"Səbirli və təmkinli ol. Ərin sənə hirsləndiyi zaman ona bir söz demə, bir gəlincik düzəldib qutunun içinə qoy."
Əri özündən razı halda gülümsəyib deyir:
-Deməli, bütün bu müddət ərzində səni cəmi iki dəfə hirsləndirmişəm, bu ku çox yaxşıdı.
-Bəs, o pullar barədə bir şey soruşmaq istəmirsən?
Kişi təəccüblə soruşur:
-Yaxşı yadıma saldın, bəs bu qədər pul səndə hardandı?
 

Qadın dərindən ah çəkərək cavab verir:
-Onlar satdığım gəlinciklərin pullarıdır.
Link to comment
Share on other sites

HƏYATİ MƏSLƏHƏT

 

Hindistanın ən gözəl rəssamı idi. Ona rənglərin ustası mənasında “Ranqa Carya” adını vermişdilər. Ranqa incəsənət məktəbi açmış və orda sənətinin incəliklərini öyrətməyə başlamışdı. Məktəbin bəlli bir tədris planı yox idi. İstedad və bacarığından, sadəcə Ranqanın razı qaldığı tələbələr məktəbin məzunu olur və sənət dünyasına təqdim edirdi.
Həm qabiliyyətinə, həm də sənətin incəliklərini tez bir zamanda mənimsəməsinə görə Rajyev adlı tələbə digərlərindən fərqlənirdi. Bir azca da səbrsiz olan Rajyev bir gün ustasından nə zaman məzun olabiləcəyini soruşdu. Ranqa sualı eşidib gülümsədi və sözünə davam etdi:
-Rajyev, sən mənim gələcək vəd edən tələbələrimdən birisən. Çox qısa zamanda rəssamlıq sənətinin incəliklərinə yiyələndin. Zənn edirəm artıq sonuncu imtahanın zamanı gəlib. Səndən bir əsər çəkməni istəyirəm.
Bu əsər çox gözəl olmalı və rəsmə baxan hərkəsi heyran etməlidir. Get, tələsmə və həyatının şahəsərini ərsəyə gətir.
Rajyev gecə-gündüz çalışır və çox gözəl bir əsər çəkərək Rangaya təqdim edir. Ranga şəklə baxır və Rajyevə tapşırıq verir:
-Gözəl əsər çəkmisən. İndi əsərin altına böyük və qara hərflərlə “BU ƏSƏR ƏHALİNİN BAXIB QİYMƏTLƏNDİRMƏSİ ÜÇÜNDÜR. XAHİŞ OLUNUR, RƏSMDƏ SƏHV GÖRƏNLƏR SƏHVİN OLDUĞU YERƏ “X” İŞARƏSİ QOYSUNLAR.” sözlərini yaz.
Rajyev Ranganın dediklərinə əməl edir. Əsərin altına lazım olan sözləri yazıb şəhərin mərkəzi meydanına qoyur. Bir neçə gün sonra Ranga Rajyevdən gedib rəsmi gətirməsini istəyir. Rajyev böyük həyəcanla şəhər meydanına gedir, ancaq gördüyü mənzərə onu məyus edir.... Əsər bütünlüklə “X” işarəsi ilə dolu idi. Düşünür ki, qabiliyyətsizliyi artıq bütün şəhər tərəfindən təsdiq olunub...
Ranqa onlara gülümsəyib, ona ümüdsizliyə qapılmamağı və yeni bir əsər çəkməyi məsləhət görür. Rajyev gedir, gecə-gündüz çalışır və bu rəsmi də çox gözəl bir əsər olaraq Ranqaya təqdim edir. Ranqa əsərə baxdıqda yenə çox gözəl olduğunu söyləyir, lakin bu dəfə ona rəsmin yanına boya ilə fırça qoymağı və altına “XAHİŞ OLUNUR, RƏSMDƏ MÜƏYYƏN ETDİYİNİZ SƏHVLƏRİ AŞAĞIDAKI LƏVAZİMATLARI İSTİFADƏ EDƏRƏK DÜZƏLDİN” sözlərini yazmağı tapşırır.
Bir neçə gün sonra Rajyev şəhər meydanına gedərək gördüyü mənzərə qarşısında heyrətlənir. Nə rəsim üzərində bir işarə əlavə olunmuş, nə də yanındakı ləvazimatlara toxunulmuşdu. Rajyev çox sevinir və qaçaraq ustasına hər şeyi danışır. Ranqa ona qulaq asaraq gülümsəyir və sözünə davam edir:
-Rajyev, bu gün aldığın sonuncu dərslə birlikdə, artıq sən məktəbimizin məzunusan.Hər hansı sahədə mükəmməllik əldə etmək istəyirsənsə, sənətinin bilicisi olmağın kifayət etməz, insanların əllərinə fürsət düşdükdə heç bir bilmədikləri mövzularda belə tənqidə hər zaman hazır olduqlarını da bilməlisən. Əvvəlcə əsərində səhvləri göstərmələri üşün insanlara şans verdin, əsərin “X” işarələri ilə doldu. Ancaq səhvləri düzəltmələrini tələb edərkən, kimsə dəyişikliyə cürət temədi.
Yadda saxla ki, əgər ətrafındakıların tənqidinə alışmazsan, hər zaman xəyal qırıqlığı yaşayarsan!

Göründüyü kimi, insanların böyük əksəriyyəti digərinin plan və düşüncələrinə qarşı çıxır, alternativ yol təklifinə gəldikdə isə kimsə fikir bəyan etmir. Diqqət edin, bəzi kəslərin “maraqsızdır”, “olmaz “ dediyi məqamlarda, bu cür olmazsa, bəs necə olacağını təklif edən varmi?

Link to comment
Share on other sites

GÜNƏBAXANIN İNSANLA SÖHBƏTİ

 

Günlərin bir günü Günəbaxan insanla söhbətə başlayır. Günəbaxan:"Mən gün işığından ilham alıb böyüyürəm, bəs sən?"
İnsan:"Mən Allahın rəhmət və mərhəmətindən ilham alıb mənən yüksəlirəm."
Günəbaxan:"Əgər gündən üz çevirərəmsə, kimsə mənə günəbaxan deməz. Əkinçi toxumu yerə basdırdıqda onun böyüyüb günü tapacağına əmin olar de244f.jpg
və mən günü heç nə ilə səhv salmaram."
İnsan(təəssüflə):"Mən də Allahın əzəmətli varlıq olduğuna əmin olar, lakin Onu Ondan qeyri varlıqla səhv salaram"
Günəbaxan:"Mən yalnız günü sevər və onun işığına ümid bəsləyərəm."
İnsan(xəcalətli halda):"Mən isə Allahdan qeyrisinə də ümid bəsləyərəm."
Günəbaxan:"Mən gün işığı ilə cücərib yerdən boy verər, gün işığı ilə inkişaf edər, gün işığı ilə də solub gedərəm."
İnsan(utanaraq):"Mən Allahın nuru ilə dünyaya gələrəm, amma öz günahlarım ilə axirətimi zülmətə qərq edərəm."
Günəbaxan:"Mən günlə yaşayaram."
İnsan:"Mən Allahla yaşayaram."
Günəbaxan:"Zülmət məni məhv edər."
İnsan:"Məni isə günahlarım."
Günəbaxan:"Mən aradakı məsafəni işıqla qısaldaram, bəs sən?"
İnsan bir söz deyə bilmir. O, günəbaxanı əlinə alıb iyləyir. Allahın qoxusunu hiss edir. Günəbaxanın dediyi son sözlər qulağında sırğa olur. "Mənim adım çəkiləndə hamının yadına gün düşür. Bəs sən insanın adı çəkiləndə necə? İnsan deyildikdə kimsənin yadına Allah düşürmü?"
Bu sözləri eşitdikdə insan Allahdan xəcalət çəkir, üzünü günə tərəf tutub ağlayır.

Link to comment
Share on other sites

BATİNİ YOXSA ZAHİRİ

 

 

Vaxtilə biri fars, biri ərəb, biri türk, biri rumlu-dörd ortaq varmış. Əllərinə keçən pulla nə edəcəklərinə qərar verə bilməmişlər.
Fars:”Gəlin, 'engür' alaq” -demiş; Ərəbsə:"O da nə elə, istəməm; 'ineb' alaq"-demiş; Türksə tutdurmuş:"Üzüm də üzüm"-deyə; bu vaxt Rumlu qərarlıymış, "Heç birini istəməm 'ingabil' alaq"-demiş. Çox keçməmiş, ortaqlar davaya başlamışlar. Nəhayət dördünün də eyni şeyi istədiklərini anlamışlar.
Amma bu səfər yeni bir mübahisə başlamış aralarında.Hər biri öz üzümünü bəyənərmiş. Biri qara, biri yaşıl, biri sarı, biri bənövşəyi üzüm salxımını seçmiş. Hamısı öz üzümünü tərifləməkdən bezməmiş.Mübahisə başlamış.
Nəysə ki, oradan könüllərə tərcüməçi bir Sufi keçirmiş. Dalaşdıqlarını eşidincə dörd satıcıdan bir salxım üzüm almış, bir qaba qoyub üzümləri əzmiş. Üzümün sununu çıxarıb qabığını atmış.Çünki əsas olan meyvənin özüymüş, rəngi deyil.

Link to comment
Share on other sites

     Anacan sənin həsrətindəyəm

 
Salam,anacan.
Yenə mən gəldim.Kecən həftə müəllimə sag əlimə soğan,sol əlimə sarımsaq verərək sağ və sol tərəfləri öyrətdi mənə.İndi sağ və sol tərəflərimi tanıyıram.Artıq ağrıyan yerimin hara olduğunuda gözəl bilirəm,(anacan) Kecən dəfə yanına gəldikdə buram agrıyır demişdim sənə. Yadındadır? İndi onun hansı yerim olduğunu bilirəm. Bax buram sol tərəfim cox ağrıyır anacan Özüdə hər gün ağrıyır. Dünən səhər Ayşənin anası saclarını hörüb məktəbə gətirdi onu.Saclarına qəşəmg bantda vurmuşdu.Mən ağladım,amma utandım.
Müəllimə: Nə olub niyə ağlayırsan? -deyə soruşdu. Hec yıxıldım,dizim ağrıyır,dedim.Amma dizim yox sol tərəfim ağrıyırdı.O gün mənimdə saclarımın hörülməsini istədim.Atam hördü,amma Ayşəninki kimi səliqəli alınmadı.Hörüklərimə bantda vurulmasıni istıdim, Atam: "Mən bant vurmagı bilmirım qızım" dedi. "Hec olmasa məktəbə sən apar" dedim.
O isə: "Qızım işə getməliyəm",- deyib başımı sıgalladı. Göz yaşlarımı sildim,amma məktəbə gedərkən yolda ağladım.Hamının corabları ağappaqdır.Mənimkilər isə bomboz.Zeynəb deyir: "Anam ağ paltarları ayrıca yuyur" Mənim atam isə hamısını bir yerdə yuyur. Uf! Hər gün cantama kolbasa corək qoyur.Ona demirəm amma yoldaşlarım məktəbə dadlı biskivilər şirniyyatlar gətirlər.Bilirəm atamın biskivi bişirə bilmədiyini. Müəllimə sabah ana haqqında inşa yazmagı tapşirdı mən atama yazdıracam.Bilirəm müəllimə bilsə acıqlanacaq,amma neyləyim səni tanımadan haqqında necə yaza bilərəm? Sənin haqqında tək bir xatirəm belə yoxdur. Bəs o kagıza nə yazım? Yuxularıma gəl,sən yuxuma gəlməyəndə sol tərəfimdəki agrılarım daha cox olur.
Anacan sənin həsrətindəyəm.
Link to comment
Share on other sites

Ana fədakarlığı (real hadisə)

 
8df578519a.jpg''Yaponiyadakı zəlzələdə xilasetmə qrupu gənc bir qadının qaldığı dağıntıya qədər çatırlar. Xarabalıqların arasında qadının cəsədinə yetişirlər.Qadının dağıntı altında qalması bir qədər maraq doğurur.Sanki əllərində bir şey tutaraq dizlərinin üzərində çökmüş haldadır.Bu əsnada sanki ev üzərinə yıxılmışdır.Qurtarma qrupunun başçısı yenə də sağ qalma ümidi ilə qadına yetişmək üçün çalışır.Təəssüf ki,qadın çoxdan ölmüşdür.Qrup oradan başqa bir dağıntıya hərəkət etmək istərkən qrup başçısı açdığı dəlikdən içəri doğru qadının cəsədinin altına doğru baxır və səslənir: “Bir uşaq”!!! “Bir uşaq” var!!!
Qrup uzun bir müddət çalışdıqdan sonra bir adiyal içində ölü qadının cəsədinin altında üç aylıq bir körpə tapırlar.Qadın son bir həmləsi ilə uşağı xilas etmək üçün bədənini ona sipər etmişdir.Qrup uşağı qurtadığında uşaqda yatmaqda idi.
Həkimlər uşağı müayinə edirlər.Adiyalı açdıqlarında içində bir mobil telefon tapırlar.Telefonun ekranında yazılı bir mesaj vardı mesajda yazılmışdı: “Əgər xilas olundunsa səni sevdiyimi unutma!”
Bir ananın övladına olan sevgisini ölüm anında belə ona izah etməsinin ən gözəl və bariz nümunəsi!
ALLAHın analara verdiyi bu sevgi və mərhəmət üçün şükürlər olsun! Ardı
Link to comment
Share on other sites

     Bir rəssamın xoşbəxtlik axtarışları

 
ab9994e63a.jpg
Məşhur bir rəssam dünyanın ən gözəl rəsm əsərini çəkmək qərarına gəlir. O, əsərinin mövzusunu tapmaq üçün uzaq səyahətə çıxır. Bir meşənin içindən keçərkən nurani bir adamla qarşılaşır. Ona: “Dünyanın ən gözəl şeyi nədir?” - sualını verdikdə:“İmandır”, -cavabını alır. Rəssam yoluna davam edir. Bir kənddə toy məclisinə gəlir. İzdihamın arasından sıyrılaraq, gəlinə yaxınlaşır və eyni sualı ona da verir. “Dünyanın ən gözəl şeyi məhəbbətdir”, - cavabını alır. O, yenə yoluna davam edir. Bu dəfə müharibədən qayıdan yorğun bir əsgərlə qarşılaşır. Həmin sualın cavabını ondan da istəyir Əsgər: “Dünyanın ən gözəl şeyi sülhdür”, - deyir. Aldığı cavabları kifayət hesab edən rəssam evinə qayıdır. Yol boyu səyahətdə şahidi olduqlarını götür-qoy etməyə başlayır. Eyni suala verilən üç fərqli cavabı əsərində birləşdirmək üçün yollar axtarır. Artıq evinə çatır. Qapıdan içəri girdikdə dünyanın ən gözəl mənzərəsi ilə qarşılaşır.Övladlarının baxışlarında imanı, həyat yoldaşının gözlərində məhəbbəti, evində isə sülhü görür. Bu,rəssamın axtardığı idi. O arzuladığı əsəri çəkməyə başlayır. Çox keçmədən dünyanın ən gözəl rəsm əsəri hazır olur. Rəssam ona ad da verir: - “Ailəm”. Sonda hər birinizə dünyanın ən gözəl neməti olan xoşbəxtliyin nəsib olması diləyiylə.
Link to comment
Share on other sites

Duamı, yoxsa küfürmü?

 
Həzrəti Musa bir gün bir başına dağları dolanarkən, uzaqdan yoxsul və tək bir çoban görmüş.Çoban dizi üstə çökmüş, əllərini səmaya açıb dua etməkdəymiş. Bu vəziyyət Musanın çox xoşuna gəlmiş, amma yaxınlaşıb çobanın duasını eşidincə çaşmış.
«Qurban olduğum Allahım. Səni nə qədər sevərəm, bir bilsən.Nə istəsən edərəm, yetər ki Sən istə. Sürüdəki ən yağlı qoyunu kəs desən, gözümü qırpmadan kəsərəm Sənin üçün. Qoyun qovurması gözəldir Allahım, quyruq yağını da götürər plovuna qatarsan, dadından doyulmaz olar.»

Musa duaya qulaq asarkən çobana yaxınlaşmış.

«Yetər ki Sən dilə, ayaqlarını yuyaram… Qulaqlarını təmizləyər, bitlərini ayırd edərəm. Nə qədər çox sevərəm mən Səni. Sənə çox pərəstişkaram!»
Eşitdikləri qarşısında Musa hirsdən qızarmış. Qışqıraraq kəsmiş çobanın duasını: «Sus, səni cahil adam!

Nə etdiyini sanarsan. Allah heç plov yeyərmi? Allahın ayaqları varmı ki, yuyasan? Belə duamı olarmış?! Külliyyən günaha girirsən. Dərhal tövbə et!»
Çoban, Musadan danlağı eşidincə qulaqlarına qədər qızarmış, utancından yerin dibinə girmiş. Üzr üstünə üzr istəmiş, bir daha belə özbaşına dua etməyəcəyinə andlar içmiş. O gün axşama qədər Musa çobanın yanında

dayanıb ona əsas duaları əzbərlətmiş. Sonra «Allah məndən razı olar, yaxşı bir iş etdim»- deyə düşünüb yoluna davam etmiş.

Amma o gecə bir səs eşitmiş. Səslənən Rəbb imiş.

«Ey, Musa, sən bu gün nə etdin? Sən ayırmağamı gəldin görüşdürməyəmi? Bu qəribə çobanı danladın. Onun Mənə nə

qədər yaxın olduğunu anlaya bilmədin. Ağızından çıxan sözü bilməsə də, o çoban inancında səmimi idi. Ürəyi təmiz, niyyəti xalis idi.Biz sözlərə baxmarıq, niyyətə baxarıq. Sözlərə baxacaq olsaq yer üzündə insan qalmazdı! Biz çobandan razıydıq.Ona bal olan sənə zəhərdir.Sən eşitdiklərini inkar və küfr saydın, amma çobanın bir qəbahəti varsa belə, nə şirin qəbahətdir onunki.»

Musa səhvini anlamış, sabahısı gün günəş doğular doğulmaz, çobanı görmək üçün təkrar dağa çıxmış. Çoban yenə duaya

dayanmışmış. Amma dünənki həyəcanından, səmimiyyətindən əsər yoxmuş artıq. Öyrədildiyi kimi yalvarmağa səy göstərdiyindən, aman bir səhv söz etməyim deyə çaşır, kəkələyir, tərləyirmiş. Musa, çobana etdiyindən peşman olub kürəyini oxşamış və demiş ki:

«Ey dost, mən səhv etdim, nə olar bağışla. Bildiyin kimi dua et.Allahın nəzərində beləsi daha qiymətlidir.»

Çoban, Musadan bunları eşidincə heyrətə düşmüş, amma bir o qədər də rahatlamış. Belə ki, o artıq bir üst mərtəbəyə vasil olduğundan, günahsız inkarına, şirin günahına dönməyib, Musanın öyrətdiyi əzbərçilikdə də qalmayıb, bütün bunların kənarına keçmiş. Rəbbinə yaxın xoşbəxt məsud, mübarək bir həyat sürmüş.

«Buna görə, birinin ağızından bal kimi tökülən söz, bir başqasının qulağına zəhər kimi gələ bilər» dedi Şəms. «Halbuki Allah sözə deyil, niyyətə baxar. Ədəb bilənlər başqadır. Dərdli aşiqlərin şəriəti bütün dinlərdən ayrıdır. Biz məzhəb, din və ya dil ayrı-seçkiliyi bilmərik.Başqasının ağızından çıxan sözə „günah“ demərik.
Çünki ürəkləri Allah bilər, biz bilmərik. Ona görə günahkarları rədd etməz, incitmərik. Bizim tək məzhəbimiz var. O da Allah.»
Link to comment
Share on other sites

 
İNSANSEVERLİK
 
Bir neçə il əvvəl Amerikanın Vaşinqton ştatındakı Sietl şəhərində keçirilən idman yarışında

doqquz idmançı qaçış zolağında hazır vəziyyətdə durur.Onlar əlil idilər.Nəhayət, “START”

atəşi açılır.İdmançılar məsafənin üçdə birini qət edirlər.Qəfildən idmançılardan biri yerə yıxılır.

O, qaçışı davam etdirə bilməyib aldığı zədələrdən ağlamağa başlayır.Digər səkkiz idmançı onun

yerə yıxıldığını görüb qaçışı dayandırırlar.Daun sindromundan əziyyət çəkən idmançı qız ona

yaxınlaşıb başını qoynuna alaraq soruşur:

-İndi yaxşısan? Özünü necə hiss edirsən?

Başqa idmançılar da ona yaxınlaşırlar, hamılıqla çiyin-çiyinə verərək birlikdə “FİNİŞ” xəttinə

doğru irəliləyirlər.Bu səhnənin canlı şahidi olan minlərlə tamaşaçı ayağa qalxaraq göz yaşları

içində bir xeyli əlil idmançıları alqışlayırlar.Yarış sona çatır.Onlar şahidi olduqları bu hadisəni

başqalarına da danışırlar.Bilirsənmi nə üçün? Çünki hər birimizin daxilində qabiliyyət hissini

üstələyən başqa bir hiss də var.Bu, İNSANSEVƏRLİK hissidir!

Edited by ponprokuror
Link to comment
Share on other sites

Sultan ve vezir

 

Sultan və Vəzir

 
Bir vəzir 30 il idi ki, hökümdara xidmət edirdi. Öz sədaqəti, doğru danışmağı, Allaha inamı ilə hamının böyük hörmətini qazanmışdı. Ancaq o öz dürüstlüyü ilə sarayda çoxlu düşmən qazanmışdı. Onlar vəzirin ikiüzlülüyü və xəyanətkarlığı barədə şaiyələr yayır, hər gün sultanın qulağına vəzir haqqında böhtanlar pıçıldayırdılar. Nəhayət, təqsirsiz vəzirə qarşı sultanda şübhələr yarandı və o, uzun illər ona sədaqətlə xidmət etmiş vəziri ölümə məhkum etdi. Bu ölkədə ölümə məhkum edilmişlərin əl qolunu bağlayır və sultanın yırtıcı ov itlərinin saxlandığı qəfəsə atırdılar. İtlər isə dərhal onları tikə-tikə edirdi. Ancaq vəziri köpəklərin qabağına atmazdan əvvəl, ondan son arzusunu soruşdular. Vəzir dedi: “Borclarımı qaytarmaq, mənə borcu olanlardan pullarımı yığmaq, mənə əmanət olunmuş əşyaları sahiblərinə geri vermək, var dövlətimi uşaqlarım və yaxın adamlarım arasında bölmək üçün mənim edamımı on gün təxirə salın”. Sultan vəzirə qaçmağa cəhd etməyəcəyi baradə and içdirib onun arzusunu yerinə yetirdi. Vəzir tez evə gəlib, yuz qızıl sikkə götürdü və sultanın itlərinə baxanın yanına gəldi. O yüz qızılı sultanın itlərinə baxanın qarşısına qoyaraq dedi: “İtlərə on gün qulluq etməyə mənə icazə ver”. Sultanın itlərinə baxan isə bu şərtə razı oldu. Vəzir on gün itlərə qulluq etdi, onlara nəvaziş göstərdi, sevə-sevə tüklərini daradı və yaxşı yedizdirdi. On günün axırında itlər artıq onun əl-ayağını yalayırdılar. On birinci gün vəzir sultanın hüzuruna getdi və bütün iddihamlar yenidən onun üzünə oxundu.

Sultan vəzirin əl qolunun bağlanmasına və itlərin qarşısına atılmasına tamaşa edirdi. Lakin itlər vəziri görən kimi onun ayaqlarına yıxılıb, quyruqlarını buladılar. Onlar sevinərək atılıb düşür və vəzirlə oynayırdılar.Sultan və buna şahid olanlar gördükləri mənzərə qarşısında dəhşətə gəldilər.Sultan itlərin nə üçün ona toxunmadığını soruşanda vəzir cavab verdi: “ Mən bu itlərə on gün qulluq etmişəm. Bunun nəticəsini isə hər biriniz görürsüz. Lakin mən sədaqət və düzlüklə sənə 30 il qulluq etdim, nəticəsi nə oldu? Düşmənlərimin iftirası ilə ölümə məhkum edildim”. Sultan vəzirin bu sözlərini eşidib, utandığından qızardı. O, vəziri təkcə əfv etmədi, həm də ona gözəl xalat verdi. Böhtançıların mühakiməsini isə onun özünə tapşırdı. Xeyirxah vəzir isə onlara azadlıq verdi və onlarla yaxşı davrandı.
 
Link to comment
Share on other sites

Allahım mənə "yox" dedi

 
Bizlər daim Allaha dua edərkən ondan sevgi, xoşbəxtlik, səbr, dözüm diləyirik. Daha sonra isə Allahın bizim arzularımızın yerinə yetməsi üçün yaratdığı şəraitə təəccüblənirik...
1. Mən Allahdan qürurumu almağı xahiş etdim, O isə "yox" dedi. O dedi ki, qüruru almırlar, ondan imtina etmək lazımdır.
2. Mən Allahdan yatağa məhkum olunmuş qızımı müalicə etməyi dilədim, Allah isə mənə "yox" dedi. O dedi ki, səbr əziyyətlərin nəticəsidir. Onu vermirlər, onu qazanmaq lazımdır.
3. Mən Allahdan mənə xoşbəxtlik nəsib etməsini dilədim, o isə "yox" cavabını verdi. Allahım dedi ki, "Mən sənə xeyir-dua verirəm", xoşbəxt olub-olmamaq isə sənin öz əlindədir.
4. Mən Allahdan məni ağrıdan, acıdan uzaq etməsini dilədim, o isə "yox" dedi. Allahım dedi ki, "ağrı, acı insanı dünya problemlərindən uzaqlaşdırır və Mənə yaxınlaşdırır."
5. Mən Allahdan mənim başqalarını onun məni sevdiyi kimi sevməmi dilədim. Allahım dedi: " Nəhayət ki, sən nəyi diləmək lazım olduğunu bildin".
6. Mən Allahdan güc istədim, o mənə əziyyət göndərdi ki, mən bir az da möhkəmlənim.
7. Mən Allahdan müdriklik istədim, o mənə problemlər verdi ki, mən onlar üzərində düşünüm.
8. Mən Allahdan cəsarət istədim, o mənə təhlükə göndərdi.
9. Mən Allahdan sevgi istədim, o mənə ehtiyacı olanları göndərdi.
10.Mən səadət istədim, o mənə imkan yaratdı.
Mən dilədiyim heç bir şeyi almadım. Mən mənə lazım olanları aldım.
Allah mənim dualarıma diqqət yetirdi...
Link to comment
Share on other sites

Ürəklərin yaxınlığı...

 
Bir gün müəllim uşaqlardan soruşur:
- Uşaqlar nə üçün insanlar mübahisə edəndə səslərini yuksəldirlər?
- Çünki sakitliklərini qoruya bilmirlər - deyə uşaqlardan biri cavab verdi.
- Bəs nə üçün qışqırırlar, axı mübahisə etdiyi insan yaxınlığında dayanır? - deyə müəllim soruşdu - sakit danışmaq olmaz? Hirslənəndə qışqırmaq lazımdır?
Uşaqlar müxtəlif cavablar verirlər, amma bunlardan heç biri müəllimi qane etmir və o izah etməyə başlayır:
- İnsanlar bir-birlərindən narazı olanda, mübahisə edəndə onların ürəkləri bir-birindən uzaqlaşır. Bu məsafəni bağlamaq və bir-birlərini eşitmək üçün onlar səslərini yüksəldirlər. Nə qədər çox hirslənirlərsə bir o qədər də yüksəkdən danışırlar.
- Bəs insanlar sevəndə nə olur? Onlar qışqırmırlar, əksinə çox sakit danışırlar. Çünki onların ürəkləri bir-birinə çox yaxındır və məsafə çox azdır. Bəs daha güclü sevəndə necə olur? - deyə müəllim davam etdi - onlar danışmırlar, sadəcə pıçıldayırlar. Daha sonra bu pıçıltılara da ehtiyac olmur. Onlar bir-birlərinə baxanda artıq hər şeyi sözsüz anlayırlar. Bu yalnız bir-birlərini hədsiz sevən insanlarda olur. Ona görə də mübahisə edərkən ürəklərinizin bir-birindən uzaqlaşmağına imkan verməyin, buna səbəb yaradacaq kəlimələr işlətməyin. Çünki elə bir zaman gələr ki, bu məsafə daha da böyüyər ve geriyə dönüşü heç mümkün olmaz
Link to comment
Share on other sites

Böyük uşaqlar...

 
- Mən artıq həyatdan yorulmuşam- pəncərə qarşısında əyləşmiş oğlan uşağı dilləndi.
- Niyə?- deyə yaxınlıqdakı anası soruşdu.
- Mənim bu həyatla mübarizə aparmağa gücüm yoxdur- deyə uşaq fikirli və kədərli halda cavab verdi.
- Kimsə məktəbdə xətrinə dəyib? Yəqin yenə də o 5-ci sinifdə oxuyan Dimkadır. Artıq neçənci dəfədir ki, sinif rəhbərinizə şikayət edirəm. Görəsən onun valideynləri nə fikirləşir.
- Yox, ana, yox, məktəbdə hər şey qaydasındadır.
- Bəs sənin əhvalını pozan nədir?
- Nə üçün bu həyatda mənim fantaziyalarıma, arzularıma yer yoxdu?
- Başa düşmədim, sən nə haqda danışırsan, oğlum?
- Sinifdə yalnız mən təyyarəçi olub buludlar üzərində uçmaq istəyirəm. Digər yoldaşlarım isə biznesmen, direktor olub çoxlu pul qazanmaq istəyirlər.Dostum Vanyanın atası deyir ki, təyyarəçi olmaq həm axmaqlıq, həm də qorxuludur. Çünki təyyarə xarab ola bilər, sən qəzaya uğraya bilərsən, həm də ki, onlar çox az maaş alırlar. Ən yaxşısı bir dükan açmaqdır.
Dostlarım arasında yeganə mən bədii ədəbiyyat oxumağı xoşlayıram. Ona görə yox ki, bunu bizə tapşırıq kimi verirlər, sadəcə mənə bu doğrudan da maraqlıdır. Təkcə mən kitabxanaya gedir, o toz basmış kitabları oxuyuram. Digərləri isə mənə gülür, məni botanik adlandırırlar. Özləri isə kompüter oyunlarını, internetdəki hazır hekayələri xoşlayırlar. Mən çalışıram və bəzən də ev tapşırıqlarında səhvlər edirəm, yoldaşlarım isə valideynlərinin uşaqlarının yaxşı oxuması üçün onlara aldıqları vəsaitlərdən hazır həlləri köçürürlər. Vladik mənə deyir ki, onun atası 7-ci sinifə qədər oxuyub, buna baxmayaraq tikinti firmasında müdirdir, lakin onun qarovulu institut bitirib.
Ana, insanlar nə üçün bu qədər ünsiyyət vasitələri fikirləşirlər, lakin öz yaxınları və sevdikləri ilə çox az ünsiyyətdə olurlar. Bilərək ki, istənilən an zəng edə bilərlər, çox zaman bu zəngi də unudurlar...
- Oğlum! -kövrəlmiş ana oğlunu qucaqladı.
- Yəqin mən bu dünyanı başa düşmək üçün çox balacayam. - deyə uşaq qəmgin halda sözünə davam etdi - o həyatı ki, mənim yaşıdlarımın uşaqlıq arzularını, ümidlərini, sadəlövhlüyünü alır, indi heç kim düzgünlüyə, xeyirxahlığa, sədaqətə, səmimiliyə inanmır...
- Mən hələ balacayam - deyə uşaq anasının qucağında mürgüləyərək sözünə davam edirdi - Mən hələ mübarizə aparmaq üçün balaca və gücsüzəm, lakin böyüyəndə mütləq, amma...amma mənə maraqlıdır ki, bəs böyüklər niyə heç bir şey etmirlər, sadəcə olaraq vaxtın, pulun, gücün, sağlamlığın azlığından şikayət edirlər. Yadındadı atam deyirdi ki, müdir olandan sonra bizimlə daha çox vaxt keçirəcək, amma o indi heç evə də normal gəlmir, gah məzuniyətlər, gah iclaslar. O hətta dünən mənim oynadığım tamaşaya da gəlmədi. Ana, sən isə baş mühasib olandan sonra artıq mənim sevdiyim blinçiklərdən də hazırlamırsan., hansı ki, qəzetə büküb mənim çantama qoyurdun ki, mən məktəbdə ac qalmayım. Onların əvəzinə indi çantamda kağız parçaları var, o kağız parçaları ki, onlarla mən məktəbin bufetindən özümə yeməyə nəsə almalıyam. Axı orada sənin blinçiklərindən satmırlar, mən onların qoxusu üçün darıxmışam. Mən heç vaxt, amma heç vaxt sənin blinçiklərini o çantamda olan kağız parçalarının milyonuna da dəyişmərəm. Mən hələ balacayam, balacayam, balac...

O yuxuya daldı, harda ki, o həqiqətən də xoşbəxt idi.

Link to comment
Share on other sites

Dayanın...

 


" Mən narkoman ailəsində anadan olmuşam. Deyirlər ki, insanlar yalnız 5-6 yaşlarından etibarən həyatında olan hadisələri xatırlayarlar. Bəlkə də heç kim mənə inanmaz, amma mənim uşaqlıq xatirələrim 2 yaşımdan başlayır. Məncə buna səbəb həyatımda baş verən hadisələr idi.
Mənim 2 yaşım vardı, o zaman ki, atam məni çarpayımdan götürüb 2-ci mərtəbədən həyətə atmışdı.İlk qorxunu mən o zaman hiss etmişdim,anamın qışqıraraq pillələrdən aşağı düşməsi… O zaman mənə heç nə olmamışdı, hətta bu hadisədən sonra mən atama nifrət də etmədim, sadəcə olaraq mən belə hislərə hələ hazır deyildim.
2a2b4f3e81.jpg… Nə üçün bizim ailədə belə hadisələr olurdu, mən bunu başa düşə bilmirdim… Bəlkə onların özləri də bu sualın cavabını bilmirdilər. Mənim atam ali təhsilli, alicənab insan idi və həmçinin narkotiklər… Anam gözəl, savadlı müəllimə və bütün bunlara dözürdü… Niyə? Çünki o onun övladının atası idi, onların ailəsində ayrılmaq düzgün qəbul olunmurdu...
Anam mənim üçün, atam üçün, ailəsini qorumaq üçün daim mübarizə aparırdı. Amma görünür ki, narkotiklər ondan da güclü idilər. Zamanla narkotiklər atamın həyatının mənasına çevrilməyə başladı. Nə qədər ki, atam narkotikdən sonra “ çox-çox yüksəklərə qalxırdı”, anam bir o qədər də gündən günə alçalırdı. Belə günlərdə onlar nə bir-birlərindən, nə də məndən utanırdılar. Qışqırır, bir-birlərini təhqir edirdilər, hətta elə yüksəkdən qışqırırdılar ki, mən nə qədər də qulaqlarımı bərk-bərk bağlasam, başqa otağa keçsəm də yenə də onların səsini eşidirdim. Hərdən barışıq olurdu. Qohumlar yığılır, atamı tənbeh edirdilər. Atam isə başını aşağı salıb onlara qulaq asırdı, belə anlarda mənim ona çox yazığım gəlirdi… Mən ona yaxınlaşar, əlini tumarlayardım, o isə məni qucaqlayardı.
Qohumların gəlişindən sonra bir müddət hər şey qaydasına düşərdi. Atam mənə balaca maşınlar düzəldərdi, anam qəşəng geyinər, saçını düzəldər və biz gəzməyə gedərdik. Lakin bu o qədər də uzun çəkməzdi. Müəyyən zamandan sonra hər şey yenidən başlanırdı. Evimizdə yenə dəhşət dolu qara günlər başlayırdı. Mən çalışırdım ki, atamın gəlişinə qədər tez yatım, başımı yastığın altına salardım ki, heç nə eşitməyim. Mən çox tənha idim, heç kim məni anlamaq istəmirdi. Mən onlara qarşı olan hislərimi ifadə edə bilmirdim və bu da mənə əziyyət verirdi. Sadəcə olaraq mən çox balaca idim. Qaranlıq otaqda çarpayımda uzanaraq mən həm atamın yolunu gözləyirdim, həm də onun gəlməməsini istəyirdim. Onu dayandıracaq sehrli sözləri tapmağa çalışırdım. O yastığın altında mən çox göz yaşları tökmüşdüm, mənim yeganə dostum o idi.
Mənə elə gəlirdi ki, valideynlərim məni tamam unudublar, onların başları özlərinə, öz problemlərinə o qədər qarışmışdı ki, mənim varlığımı unutmuşdular. Hər halda mən belə düşünürdüm. Və mən onlardan intiqam almaq qərarına gəldim. Bəs kiçik, kimsəsiz bir insanın belə səhnələrlə qarşılaşması, belə əziyyət çəkməsi ədalətdənmidir? Mən tamamilə getmək qərarına gəldim, yəni ölmək. Mənim artıq 7 yaşım var idi və həyat, ölüm haqqında çox az da olsa anlayışım var idi.
Mən güclü olmaq qərarına gəldim, artıq ağlamayacaqdım. Axşamlar atamın gəlməsinə yaxın mən gözlərimi bərk-bərk bağlayır və nəfəs almamağa çalışırdım. Belə hallarda mənim ürəyim çox zəif döyünürdü. Bir gün mən yenə də nəfəs almamağa çalışanda birdən ürəyimin döyüntüsü yavaş-yavaş azalmağa başladı. Mən çox qorxdum və bütün gücümü toplayıb: “Ana, ana” deyə qışqırdım. Sonra isə heç nə xatırlamıram...
Mən ayılanda ilk olaraq valideynlərimi gördüm, onlar çox yorğun görünürdülər, günlərlə mənim yanımdan heç yerə ayrılmayıblar. Mənim vəziyyətim onlara pis təsir edib, onlara əziyyət verib, incidib.
O zamandan artıq 5 il keçib. Mənim 12 yaşım var, 7-ci sinifdə oxuyuram. Hər axşam atam mənə maşınlar düzəldir,bu bizim onunla hobbimizdir, biz şaxmat oynayır, rəsmlər çəkirik. Hər istirahət günü isə anam, atam və mən gəzməyə gedirik.

Mən sevilirəm və bundan da xoşbəxtəm..."

Link to comment
Share on other sites

Unudulmaz sevgi...

 
Bu hadisə soyuq bir qış günü olmuşdu. Təxminən saat 8:30 radələrində 80 yaşında nurani bir qoca baş barmağındakı tikişi sökdürməyə gəlmişdi. Görünürdü ki, o çox tələsir, o titrək səsi ilə saat 9:00-da vacib işinin olduğunu bildirdi. Mən təəssüf hissi ilə ondan gözləməyini xahiş etdim, çünki bütün həkimlər məşğul idilər və onu 1 saata ancaq qəbul edə bilərdilər. Ağsaqqal be9890c6ba.jpgkədərli halda tez-tez saata baxırdı və bu məni təsirləndirdi. İşim olmadığı üçün onun barmağına baxmağı qərara aldım. Barmağını müayinə edən zaman biz onunla bir az söhbət etdik. Mən marağımı gizlədə bilmədim və soruşdum:
- Yəqin siz başqa bir həkimə də getməlisiniz, ona görə belə tələsirsiniz?
- Xeyr, belə deyil. Mən saat 9-da xəstəxanada olmalıyam. Yoldaşımın səhər yeməyini verməliyəm.
Bu zaman mən ondan yoldaşına nə olduğunu soruşdum
Yaşlı kişi cavab verdi:- Onda Alçqeymer xəstəliyi tapıblar...
Mən saata baxıb soruşdum: -Bəs siz geciksəniz o narahat olmaz ki?
Qocanın sözləri məni təəccübləndirdi: Yoldaşım məni artıq 5 ildir ki, tanımır, hətta mənim onun nəyi olduğumu da xatırlamır. O yaddaşını itirib.
- Buna baxmayaraq siz hər səhər ora gedir, ona qulluq edirsiniz? Axı o sizi tanımır? Niyə bu qədər əziyyət çəkirsiniz?
Qoca gülümsünərək cavab verdi: - O məni xatırlamır, mən ki, onu xatırlayıram.
Mən göz yaşlarımı güclə saxladım, qoca gedəndən sonra uzun müddət özümə gələ bilmədim: Bu ki, mənim daim axtardığım sevgidir”
Hətta elə ağır xəstəliyinə baxmayaraq o qadın xoşbəxtdir, çünki onu sevən belə insan var.


Həqiqi sevgi – nə fiziki ehtiras, nə də romantikadır. Əsl sevgi hər şeyi olduğu kimi qəbul edə bilməkdir- necə olub, necə var və necə də olacaq...
 
 
Link to comment
Share on other sites

Böyük günah

 
Teysələ ibn Məyyas rəvayət edir ki, “Mən Nəcdatlarla (Nəcdat – hərurilərdən olan Nəcdə ibn Amir əl-Xaricinin havadarlarıdır) həmrəy idim. Bir gün böyük günahlardan hesab etdiyim bir günahı işlətdim, sonra da bunu ibn Ömərə (r.a) dedim. İbn Ömər: (r.a): “Nədir onlar?”- deyə soruşdu. Mən dedim: “Filan, filan (işləri görmüşəm)”. O dedi: “Bunlar ki, böyük günahlardan deyil.

Böyük günahlar doqquzdur;
Allaha şərik qoşmaq, adam öldürmək, cihaddan qaçmaq, ismətli qadına böhtan atmaq, sələm yemək, yetimin malını yemək, məsciddə günah işlətmək, (dini) məsxərəyə qoymaq və valideynlərin üzünə ağ olub onları ağlatmaq”.


(Sonra) ibn Ömər (r.a) mənə dedi: “Cəhənnəm odundan çəkinib Cənnətə girmək istəyirsənmi?” Mən: “Bəli, vallahi ki, (istəyirəm)”- deyə cavab verdim. O soruşdu: “Valideynin sağdırmı?” Dedim ki: “Yalnız anam yanımdadır!” O dedi: “Allaha and olsun ki, əgər onunla mülayim danışsan və ona yemək-içmək versən, böyük günahlardan çəkinsən, mütləq Cənnətə girəcəksən!
Link to comment
Share on other sites

Bu haqda düşün...

 
Bir gün bir nəfər həmişə olduğu kimi işdən evə gec qayıdır, yenə də yorğun... Birdən qapının qarşısında 5 yaşlı oğlunu görür.
- Ata, olar səndən bir söz soruşum?
- Əlbəttə, nəsə olub?
- Ata, sən nə qədər pul alırsan?
- Bu sənin işin deyil- ata qəzəbləndi- ümumiyyətlə niyə soruşursan?
- Heç, elə-belə bilmək istəyirəm. xahiş edirəm de, sən 1 saata nə qədər pul alırsan?
- 5 man.
- Ata,- uşaq ciddi nəzərlərlə atasına baxdı - sən mənə 3 manat borc verə bilərsən?
- Sən bunu onunçün soruşdun ki, mən sənə hər hansı bir mənasız oyuncaq üçün pul verim? - deyə ata hirsləndi- indi ise cəld otağına get. İnsan belə eqoist olmaz. Mən səhərdən gecəyə kimi işləyirəm, ancaq sən özünü çox pis aparırsan.
Uşaq sakitcə öz otağına getdi və qapını bağladı. Ata isə hələ də oğluna qəzəblənirdi: O necə mənim maaşımı soruşa bilər ki, hələ sonrada pul istəsin. Lakin sonra o sakitləşdi və düşünməyə başladı: "Bəlkə ona doğrudan da nəsə vacib bir şey almaq üçün pul lazımdır. 3 manat... heç nə olmaz, axı o məndən heç vaxt pul istəməyib"
O oğlunun otağına daxil oldu.
- Oğlum, hələ yatmırsan?
- Yox, ata, uzanıram.
- Deyəsən mən sənə çox kobud cavab verdim. Bu günüm çox ağır olub, ona görə də sənə qəzəbləndim. Al bu sənin istədiyin pul.
Uşaq çox sevindi:- Çox sağ ol, ata.
Sonra o yastığının altına topladığı digər pulları da çıxardı. Pulları görən ata qəzəbləndi: - Əgər pulun var idisə, bəs niyə məndən pul istədin?
- Çunki mənim 3 manatım çatmırdı. İndi isə tam oldu. Ata, burada düz 5 manat pul var. Olar, mən sənin iş vaxtının 1 saatını alım? Xahiş edirəm sabah işdən evə tez gəl. Mən istəyirəm ki, biz şam yeməyini bir yerdə yeyək.

Nəsihət... Əksinə nəsihət yoxdur. Sadəcə xatırlatmaq istədim ki, həyatımız onu bütünlüklə işə, təhsilə həsr etmək üçün çox qısadır. Biz onun əllərimizin arasından uçub getməsinə imkan verməməliyik və ya onun çox cüzi hissəsini öz sevdiklərimizə ayırmamalıyıq. Əgər biz sabah olmayacayıqsa bizim kompaniya bizi tezliklə başqa biri ilə əvəz edəcək. Yalnız və yalnız dostlarımız və ailəmiz üçün bu əsl itgi olacaq, hansı ki, bütün ömürləri boyu xatırlayacaqlar. Bu haqda düşünün, axı bizlər işimizə ailəmizdən daha çox zaman ayırırıq...

Link to comment
Share on other sites

     Üzüm dənələrinin gözəlliyini onun quru budağında axtaranlar…

 
Qəribədir elə deyilmi. Amma məqaləmin adımı qəribədir, yoxsa bəşərin həqiqət prizmasından görünən üzü mü? Bilmirik…
Bizim bildiyimiz bu gün gözəllikləri gözələ, yaratılışdakı füsünkarlığı onun daşıyıcılarına vermiş, məharətlə meydana gətirilmiş sənətlərin sənətkarsız olduğunu şüurlarına düşüncəsiz tərzdə yerləşdirmiş və ya yerləşdirilmiş insan şəklindəki fikir yoxsullarının var olduğu bir dünyadır.
bda6d2476d.jpg Bizim bildiyimiz həyatlarını şəhvət hisslərinin təməlində bina edən, ömür ritmlərini bu hisslərin mənfi dairələrdə istifadəsi ilə nizamlayan insanlıq pərdəsi altındakı düşüncə kasıblarının var olduğu bir dünyadır.
Bizim bildiyimiz faniliyin ibrət dolu səhnələrinin, hər əsr bir şəhəri yüz dəfə məzarıstana boşaldan ölümün əyani şahidləri olmalarına baxmayaraq, faniliyi yanlarına belə buraxmayan, şüursuzca nemətlərə hücum edən nəfs düşkünlərinin var olduğu bir dünyadır.
Bizim bildiyimiz acizliyi, fağırlığı qarşısında qürurlanaraq kibirlənən, təvəzökarlıq pərdələrini yırtan, nəhayət bu üsyanların nəticəsində xəstəliklərdə, yaşlılıqda, müsibətlərdə, bəlalarda acizliyi sezən, amma yenə də ibrət əvəzinə “üsyan qusan”, mən, mən deyən, gündüzün ortasında günəşi inkar etməyə çalışan, səhər şəfəqləri kimi aydın həqiqətlərə gözlərini qapamaqla həyatlarını zülmətə çevirən biçarələrin var olduğu bir dünyadır.
Bizim bildiyimiz quru torpaq və dadsız suyun vəhdətindən yaradılmış, vücüdumuza yerləşdirilmiş aclıq hissinə minlərlə, çeşid-çeşid, ləziz təamlarla, meyvələrlə cavab verilişin bir sevgi, bir şəfqət nümunəsi olduğunu hiss edə bilməyən, həqiqi sevgi qıtlığı ilə üz-üzə qalmışların var olduğu dünyadır.
Bizim bildiyimiz sevirəm deyən, amma bu hissin olmadığına qənaət gətirmək istəyən, yəni görmədiyinə inanmayan, nəticədə özlərini belə görməzlikdən gələn maddi aləmə aid “korlaşmış” insanların var olduğu bir dünyadır.
Bizim bildiyimiz süfrəsindən istifadə etdiyi halda ona bu nemətləri ehsan edən, qaldığı evin sahibindən bixəbər olan, qoyduğu ölçülərə məcburən riayət etdiyi halda yolun bələdçilərini unudan, dəryadan başqa bir şey görmədiyi halda suyu görməməzlikdən gələnlərin var olduğu bir dünyadır.Bizim bildiyimiz həyatlarını imanla həyatlandırmaq əvəzinə, inkar etməklə həyatsızlaşdıranların, yığdığı ümmanlarla var-dövlətə qarşı kəfənlə baş-başa qalanların, üzüm dənələrindəki gözəlliyi onun quru budaqlarında axtaranların və elə “quru budaqlar”la da həyatlarını başa vuranlarn var olduğu bir dünyadır…
Link to comment
Share on other sites

Qeybi bilən yalnız Allahdır.

 
Həzrəti Əli (r.a.) İslam ordusu ilə bərabər Ənbardan Nəhrəvandakı sakitliyi,dincliyi, pozan üsyankarlara qarşı səfərə çıxmaq ərəfəsində idi.Bu əsnada bir münəccim (ulduzları öyrənməklə məşğul olan adam) gəldi və dedi:
Ey müsəlmanların əmiri, yola indi çıxma.Axşam qaranlıq düşəndən üç saat sonra çıx.

Həzrəti Əli (r.a.) soruşdu:
Nə üçün?
Əgər indi yola çıxsan sənin və ordunun başına böyük fəlakət gələcək.Yox, əgər mənim dediyim vaxtda çıxsan, qələbə qazanacaqsan.
Bu sözlərdən sonra Həzrəti Əli (r.a.) dedi:
Peyğəmbər Əfəndimizin( s.ə.s.) münəccimi yox idi ki? Ondan sonra bizim də olmayacaq. Bu madyanın qarnından nə olduğunu bilirsən?
Təxminən bilirəm.
Sənin bu sözünü kim təsdiq edəcək? Quran bunu inkar edir. Qiyamətin nə vaxt olacağını Allah bilir. Yağışı o yağdırır. Bətnlərdə olanı o bilir. Heç kim sabah nə əldə edəcəyini bilə bilməz. Heç kim harada öləcəyini bilmir.Hər şeyi bilən və hər şeydən xəbərdar olan tək Allahdır. Həzrəti Məhəmməd (s.ə.s) sənin kimi qeybi bildiyini iddia etməzdi. Sən inandırmaq istəyrisən ki, səfərə çıxan adamın başına fəlakət gələcəyini əvvəlcədən hiss edirsən.
Münəccim cavab verdi:
Bəli.
Sənə kim inanar? Sənə inanan insanın Allaha deyil, sənə etibar etməsi lazımdır. Sən iddia edirsən ki, səfərə çıxan adamın zərərə düşəcəyi saatı təyin edə bilirsən? Bu sözünə inanan Allaha ortaq qoşan müşriklər kimi olmayacağından əmin deyiləm. Allahım, xeyiri və şəri yaradan sənsən. Sənin dediklərin əksinə biz sənin uğursuz dediyin bu saatda yola çıxırıq,-deyərək orduya tərəf döndü:
Ey insanlar!Ulduz elmini öyrənməyin. Ancaq quruda və dənizdə gecənin qaranlığında yolunuzu tapmaq üçün lazım olan ulduzları öyrənin. Münəccimlər kafir kimidir. Kafirlər isə cəhənnəmlikdir, - dedi. Sonra yenidən Münəccimə tərəf döndü:
Əgər ulduzlara baxıb ulduzlarla insanları aldatdığını eşitsəm, ömrünün axırına qədər səni həbs edər, qənimətdən sənin payına düşəni kəsərəm, - dedi. Sonra münəccimin "yola çıxma" dediyi saatda səfər çıxdı və qəlib Nəhravana çatdı. Döyüşdülər və üsyançıları məğlub etdilər. Döyüşdən sonra Həzrəti Əli (r.a.) əsgərlərə dedi:
Əgər münəccimin dediyi saatda hərəkət edib qələbə qazansaydıq deyəcəkdilər ki, münəccimin dediyi saatda yola çıxdılar və qələbə qazandılar. Peyğəmbər Əfəndimizn (s.ə.s.) münəccimi yox idi.Onun olmayıbsa, bizim də ola bilməz. Allah Kisra və Qayserin ölkələrini və digər ölkələri fəth etməyi nəsib etdi. Ey İnsanlar, Allaha inanın və təkcə ona güvənin ki, başqasına möhtac olmayasınız.
Link to comment
Share on other sites

Ürəyinə sual ver!

 

Türkiyədə yaşayan bir şəxs xəbər tutur ki, İranda dahi bir müəllim yaşayır. O düşünmədən bütün əşyalarını satır, ailəsi ilə vidalaşır və dahilik axtarışına yola düşür. Bir neçə il səyyahlıqdan sonra o ali müəllim yaşayan daxmanı taparaq, qorxu və hörmətlə onun qapısını döyür. Müəllim döyüntü səsinə çıxır.


Şəxs deyir: “Mən Türkiyədənəm”, mən bütün bu yolu qət etmişəm ki, sizə bircə dənə sual verəm. Qaca kişi heyrət içindəydi, amma, dedi ki – “Yaxşı. Siz mənə bir sual verə bilərsiniz”


- Mən istəyirəm ki, sualım aydın olsun. Bu səbəbdən olarmı ki, mən türkcə soruşum?


- Bəli. Mən hal-hazırda sizin bir tək sualınıza cavab verdim. Əgər siz daha nəsə öyrənmək istəyirsinizsə öz ürəyinizdən soruşun. O sizə cavab verəcəkdir -deyib qapını örtdü.

Link to comment
Share on other sites

Harun Ər Rəşid və yuxuyozanlar

dff71fd58d.jpgBəzən dediyimiz söz başımıza bəla olur. Ancaq bu fikri elə şəkildə deyə bilərik ki, eyni məna kəsb etsə də qarşı tərəf inciməz. "Necə deyərlər nə şiş yanar nə kabab". İlk dəfə mən bu əhvalatı eşidəndə çox xoşuma gəlmişdi. Demək olar ki, ən çox bəyəndiyim əhvalatlar sırasında birinci yerlərdən birini tutur. Bu səbəbdən istəyirəm sizinlə də bölüşüm.

Bir gün Harun Ər-Rəşid yuxuda görür ki, onun bütün dişləri tökülüb. Səhər yuxudan oyanan kimi təbii ki qulluqçularına əmr edir ki, ən yaxşı yuxuyozanı tapıb onun yanına gətirsinlər. Onlar ən yaxşı yuxu yozanı tapıb gətirirlər.

Harun Ər-Rəşid yuxusunu yuxuyozana danışdıqda, yuxuyozan deyir;

-Yuxu onu göstərir ki, bütün qohum əqraban öləcək və sən tək qalacaqsan.

Bu sözləri eşidən xəlifə əsəbləşir və yuxu yozanı cəzalandırır. Əmr edir ki, daha yaxşı yuxuyozan tapıb gətirsinlər. Başqa bir yuxuyozan gəlir və Xəlifə öz yuxusunu ona danışır. Yuxuyozan deyir:

-Allahın izni ilə bizim hökümdar bütün qohumlarından daha uzun ömürlü olacaq.

Bu sözləri eşidən də isə Harun Ər Rəşid sevinir və yuxuyozanı mükafatlandırır.

Link to comment
Share on other sites

Yeddi qız

 

Ananın yeddi qızı var idi. Bir dəfə ana uzaqda yaşayan oğlunun yanına getdi. Evə yalnız bir həftədən sonra qayıtdı. Ana evə girəndə qızlar bir-birinin dalınca onun üçün necə darıxdıqlarından danışdılar.

Birinci qız dedi: Mən sənin üçün günəbaxan günəş şüası üçün darıxan kimi darıxırdım.

İkinci qız dedi: Mən səni quru torpaq bir damcı su gözləyən kimi gözləyirdim.

Üçüncü qız dedi: Mən sənin üçün quş balası anası üçün ağlayan kimi ağlayırdım.

Dördüncü qız pıçıldadı: Mənə sənsiz arı çiçəksiz olan kimi çətin idi.

Beşinci qız: Sən mənim yuxuma qızıl gülün yuxusuna bir damcı şeh girən kimi girmişdin.

Altıncı qız: Mən səni albalı bağı bülbülü gözləyən kimi gözləyirdim.

Yeddinci qız isə heç nə demədi. O, ananın ayaqqabılarını çıxardı və ayaqlarını yumaq üçün tasda su gətirdi.

Link to comment
Share on other sites

Qadınlar...

 
Allah qadını yaratmaq üçün 6 gün gecə gündüz çalışırdı. Bir gün mələklərdən biri soruşur: " Sən nə üçün onun üzərində bu qədər işləyirsən?"
Allah cavab verdi:- Bəs sən onu yaradacağım parametrləri görmüsən? " O gərək yuyucu olsun, amma plastmasdan yaradılmasın, 200-ə yaxın hərəkət edici hissələrdən ibarət olmalıdır və onların hər biri əvəzedilməz olmalıdırlar, o gərək bütün yeməklərdə işləməlidir, bir neçə uşağı qucaqlaya bilməlidir və bununla da bütün yaraları - diz ağrısından tutmuş ürək ağrısına qədər sağaltmalıdır. Bütün bunları isə o yalnız iki əli ilə bacarır..."
2dd4b182b8.jpgMələk təəcübləndi: - İki əli ilə...axı bu mümkün deyil. Bu standart modeldir. Burada çox iş var, saxla sabah davam edərsən.
" Xeyr - Allah cavab verdi. " İşimin nəticəsinə çox az qalıb və bu mənim ən sevimlıi əməyim olacaq". " O xəstələndiyi zaman özü sağala bilər, hətta sutkada 18 saat işləməsinə baxmayaraq".
Mələk bir az da yaxınlaşdı və qadına toxundu :- O necə də zərifdir..."
" Bəli, o zərifdir, lakin mən onu həm də güclü etmişəm. Sən heç təsəvvürünə gətirə bilməzsən ki, ona nələrə sinə gərib, nələrə dözə bilər."
" Bəs o düşünə bilir? " - deyə Mələk sual verdi.
" O nəinki düşünmək, hətta inandırmağı, razılaşmağı da bacarır "
Mələk qadının üzünə toxundu - "deyəsən o əriyir! "
" O ərimir... bu göz yaşlarıdır" - deyə Allah cavab verdi.
- Bəs bu göz yaşları nə üçün lazımdır?
- Göz yaşları ilə o öz kədərini, şübhələrini, sevgisini, yalnızlığını, sevincini bildirir.
" Bu inanılmazdır - mələk təəccübünü gizlədə bilmədi - Allahım sən hər şeyi düşünmüsən. Qadın doğrudan da valehedici, fövqəladə varlıqdır "
- Bəli, bu belədir. Qadında kişini heyrətləndirən güc var. O ağrı - acı ilə mübarizə aparıb, həyatın ağırlıqlarına dözə bilir. O xoşbəxtlik, sevgi və anlayışı özündə birləşdirir. Qışqırmaq istədiyi zaman gülür, ağlamaq istədiyi zaman isə oxuyur. Xoşbəxt olduğu zaman ağlayır, qorxduğu zaman isə gülür. O ondan oğurlanılan uğrunda mübarizə aparır. Ədalətsizliyə qarşı çıxır. Düzgün qərar gördüyü zaman razılaşır. Ailənin əmin-amanlığı üçün bütün varlığını qurban edir. Sevgisi sözsüzdür. Övladları üçün sevincindən ağlayır. Dostlarının uğuruna sevinir. Yaxınları, sevdikləri vəfat edəndə ürəyi parçalanır, lakin həyata davam etməyə özündə güc tapır. O bilir ki, sevgi, istək bütün yaraları sağaldır.
Onun bircə mənfi xüsusiyyəti var: O daim öz qədr-qiymətini unudur...
Link to comment
Share on other sites

Dünyanın möcüzələri

 

Bir gün müəllim şagirdlərindən soruşur ki, dünyanın yeddi möcüsəsi nələrdir. Şagirdlər də başlayırlar müəllimin verdiyi sualın cavabını dəftərlərində yazmağa. Demək olar ki, hər biri eyni şeyləri yazmışdılar:

1.Misir piramidaları
2.Tac Mahal
3.Panama kanalı
4.Amerikadakı böyük kanal
5.Empire State binası
6.Müqəddəs Pyotr kilsəsi
7.Çin səddi

Amma şagirdlərdən biri yaman fikirli oturmuşdu. Müəllim ondan nə olduğunu soruşanda, şagird dedi ki, “dünyada o qədər möcüzələr var ki, heç qərar verə bilmirəm ki, hansıları qeyd edim..
Bu zaman müəllim deyir:
- Onda sən öz yazdıqlarını mənə göstər, sonra birlikdə seçərik.

Şagird də başlayır öz yazdıqlarını sadalamağa. Ona görə dünyanın möcüzələri bunlar idi:

1.Görmək
2.Eşitmək
3.Toxunmaq
4.Dad bilmək, almaq qabiliyyəti...
5.Hiss etmək
6.Gülmək
7.Sevmək.

Link to comment
Share on other sites

Bir damcı kifayətdir

 

Səhra əfsanələrindən birində deyilir ki, bir kişi var imiş, hansı ki, qonşu vahəyə (oazisə) köçmək istəyib. Buna görə də o başlayıb dəvəsini yükləmyə. Belə ki, xalçalarla, mətbəx ləvazimatlarıyla, geyimlər toplanmış sandıqlarla yüklənmiş dəvə də bütün bunlara dözürdü. Onlar yola çıxacaqları vaxt kişinin yadına atasının ona verdiyi mavi pero düşür. O bu peronu da götürür və qoyur dəvənin kürəyinə. O bunu elədiyi vaxt, heyvan ağırlıqdan yerə çırpılır və ölür. Kişi düşündü: “Mənim dəvəm heç bir dənə peronu belə saxlaya bilmədi”

Bəzən biz də başqaları kimi düşünürük- balaca bir zarafatımız əzab badəsini daşdıracaq bir damcı ola biləcəyini anlamadan.

 

Link to comment
Share on other sites

Artıq dəyişəcəyəm!

 

Oğlum, sən indi yatmısan, mən sənə bunları sən yuxuda olan zaman deyə bilirəm. İndi sən yanağını kiçicik, toppuş əlinə söykəmisən. Mən də ki, sənin otağına gizlincə, sanki bir oğru tək girmişəm. Bir neçə dəqiqə öncə divanda əyləşib, qəzet oxuyurdum və bu an məni vicdan əzabı bürüdü. Buna dözə bilməyib, günahkar biri kimi durub sənin çarpayının yanına gəldim. Bilmək istəyirsənmi ki, mən qəzet oxuyan zaman nə düşünürdüm?

Səhər əsəbləşmişdim. Sən səhər üzünü nəm dəsmalla necə gəldi quruladığın üçün səni danlamışdım.
Ayaqqabıların da çirkli idi. Səni məcbur etdim ki, onları yaxşı-yaxşı təmizləyəsən. Sonra da sən bəzi əşyaları yerə dağıtdığın zaman sənə hirslənib, qışqırdım.
Hələ səhər yeməyində də süfrə arxasında bir çox nöqsanlarını gördüm. Yediklərini ətrafa da tökürdün, tikələri yaxşı-yaxşı çeynəmirdin, bütövcəsinə udurdun.

 

Daha sonra isə sən həyətə gedirdin ki, oyun oynayasan, mən isə avtobusa çatmaq üçün tələsirdim. Sən mənə baxıb, dedin ki, “yaxşı yol, atacan”. Bəs mən neylədim – sənə sərt bir baxışla və qəzəbli tonda “Belini əymə, düz saxla!” dedim.

Axşam yenə də xoşagəlməz hal oldu. Evə gələndə həyətdə gördüm ki, dostlarını toplamısan, oyun ynayırsınız. Gözlərim bir an corablarına sataşdı. Onların cırıq olduğunu gördüm, buna görə də sənə qəzəbləndim və dostlarının yanında səni də pərt elədim, sonra da onların gözü önündə sənin qolundan tutub evə apardım və dedim: bu corablar bahalıdır, geyinirsənsə ehtiyatla davranmalısan.

Daha sonra isə qəzet oxuyurdum və sən yanıma gəldin. Deyəsən dizlərim üstünə çıxmaq istəyirdin. Mən isə o an əsəbi halda sənə “Nə istəyirsən?” dedim. Sən isə heç nə demədin, boyunuma sarılıb, böyük bir sevgi ilə qucaqlayıb üzümdən öpdün və qaçdın.

İndi isə özümü çox pis hiss edirəm. Hmm...Səninlə belə rəftar edən hər hansı bir şəxs deyil, atan idi, oğlum.

 

Bayaq, sən məni öpüb qaçanda, yerimdəcə donub qaldım, qəzet əlimdən yerə düşdü. Özümə sual verdim: axı, mənə nə olub belə? Mən səndə ancaq nöqsan tapırdım və bununla da elə düşünürdüm ki, mən səni bu yolla mükafatlandırıram! Səndən çox şey gözləyirəm. Səndən çox şey gözlədiyim üçün də ancaq nöqsanlarını görürəm. İndi başa düşürəm ki, mən səni öz dövrümün meyarlarına görə ölçür və mühakimə edirəm.

Canım balam, halbuki sənin nə gözəl xüsusiyyətlərin var. Mənim oğlumun qəlbi çox təmizdir. Bunu bu gecə anladım - gəlib, mənə isti baxışlarla baxıb, qucaqladığında, öpdüyündə. İnan ki, bu gecə mənimçün başqa heç nə əhəmiyyətli deyil. İndi çox utanıram. Çarpayının yanında diz çökmüşəm və öz-özümə danışıram. Bilirəm ki, bu dediklərimi sənə oyaq olanda desəm də anlamayacaqsan, çünki hələ balacasan.

 

Sabah hər şey tamam başqa olacaq. Mən əsl ata olacağam. Səninlə vaxt keçirəcək, səninlə oynayacam. Sən qəmlənəndə qəmlənəcək, sən güləndə güləcəyəm. Sənin bir yalnışın olduğu zaman sənə qəzəblənib, hirslənməyəcək, əkinə şirin dillə səni başa salacağam. Dilimə pis bir söz gələn zaman dilimi dişləyəcəm. Öz özümə deyəcəyəm ki, “o uşaqdır hələ!” Səndən tələblərim böyük idi, mən səni böyük bir insan kimi görürdüm, lakin sən hələ kiçik bir uşaqsan. Amma ürəyin elə böyükdür ki...

Artıq dəyişiləcəyəm, oğlum. Söz verirəm ki, dəyişiləcəyəm

Link to comment
Share on other sites

Bir mənzildən digərinə.

 

Ana bətnində yaranmış iki əkiz qardaş günlərlə, həftələrlə böyüməyə başlayırlar. Onlar analarının bətnində çox rahat və təhlükəsizcə yaşayaraq, oranı öz evləri zənn edirlər və oranı çox sevirlər. Bu qardaşlar böyüyə-böyüyə olduqları dünya haqqında daha da çox düşünürlər. Onlar bütün bunları araşdırdıqca bu vaxt anaları ilə onları bir-birinə bağlayan bir o uzun borunun şahidi olur və bu haqqda düşünürlər. Artıq vaxt gəlib çatıb, ki, onlar olduqları o məkanı, yuva saydıqları yeri tərk eləsinlər, onlar burdakı həyatı tamamlamalı idilər.

Bu an yenə başlayırlar danışmağa:
- Bütün bunların bir mənası varmı, axı mən burdan getmək istəmirəm?!
- Bizim burda olan ömrümüz sona yetir.
- Mən axı burda qalmaq istəyirəm. Ancaq burda!
- Biz nə edə bilərik ki?! Bəlkə doğulandan sonra da həyat var.
- Bizə həyat verən bu boru sona yetəndən sonra axı orda necə həyat ola bilər ki?! Bizdən əvvəl də bura düşüb və doğulanlar olublar, amma heç biri geri gəlməyib ki, bizə bu haqda məlumat versin. Yox, yox, doğuş hər şeyin sonudur. Ola bilsin ki, “ana” deyə düşündüyümüz bir varlıq da yoxdur.
- Ana var, olmalıdır. Əks halda, biz bura necə gələ bilərdik ki?
- Sən heç ana görmüsənmi? O, ancaq bizim zehnimizdədir. Biz sadəcə olaraq özümüzə təsəlli veririk, buna görə də uydururuq ki, “ana” var.

Və beləcə saatlar əkizlərin söhbəti ilə keçmiş olur və artıq doğuş baş verir. Onlar bu dünyaya gələrək həmin dünyanın tərk etmiş olurlar. Hər ikisi də sevincdən ağlamağa başlayırlar. Çünki, düşdükləri bir dünya da var, ana da. Özü də xəyallarındakılardan da gözəl!

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
      • 7 replies
    • Вай❗Переехавший в США журналист Натик Наиляоглу обручился с мужчиной
      О помолвке Натик Наиляоглу сообщил на своей странице в социальной сети Facebook.
      Помолвка проживающего в Вашингтоне Н.Наиляоглу с риелтором Эндрю Корднером состоялась 15 февраля, но о переменах в личной жизни журналист сообщил в Facebook сегодня, указав в графе «семейное положение» имя своего партнера и дату помолвки.
      Отметим, что ряд СМИ сообщают о том, что Н.Наиляоглу и Э.Корднер поженились, но в Facebook у журналиста нет информации о вступлении в брак, а сообщается только о помолвке.
      Напомним, что журналист долгое время работал репортером в новостном эфире канала ANS – в США Н.Наиляоглу переехал сравнительно недавно.
       

      Фото: Instagram by @dr3ww___
        🤗🤗🤗
        • Upvote
      • 142 replies
    • [VERIFIED] Строительство и ремонт домов, квартир и других объектов недвижимости  от 100 м²
      Профессиональная бригада мастеров под моим руководством производит комплексное строительство и  ремонт домов, квартир и любых других помещений . Большой опыт работы. Работаем как по Вашему проекту , так и предоставляем услуги своего дизайнера. Предоставляем весь спектр услуг :электрика,сантехник­а, декоративное покрытие, монтаж пластиковых окон и кондиционеров, малярные работы, монтаж напольных покрытий(черный пол, ламинат, паркет), любые виды работы с алчипаном(потолок, полки, перегородки), монтаж теплого пола, установка дверей.
      Работаем по договору и без договора.
      По желанию заказчика устанавливается Online-видео наблюдение(бесплатно) на объекте.
      Телефон: 070 636 53 83
      л
      • 342 replies
    • Почему молодой картофель на столичных рынках стоит так дорого? - ВИДЕО
      На столичных рынках картофель из Шамкира предлагается покупателям по разным ценам.
      Как передает xezerxeber.az, одни продавцы продают 1 кг шамкирского картофеля за 3 маната, а другие - за 5.
      Граждане сообщили, что при покупке данного овоща не обращают внимания на то, из какого региона он был привезен.
      Продавцы, в свою очередь, отметили, что картофель из Шамкира продается дороже, чем привезенный из других районов страны, потому что при его выращивании не используются химикаты.
      Подробнее - в сюжете.
       
        • Like
      • 55 replies
    • Чингиз Абдуллаев в больнице
      Народный писатель Чингиз Абдуллаев находится в тяжелом состоянии. Он помещен в отделение реанимации Центрального таможенного госпиталя. Сообщается, что три дня назад Чингиз Абдуллаев был госпитализирован с отравлением, но затем выписан. Сегодня его состояние вновь ухудшилось. = Здоровье Чингиза Абдуллаева - тайна за семью печатями? - обновлено — Haqqin
        • Like
      • 17 replies
    • ISOFORKLIFTREPAIR
      Ремонт вилочных электропогрузчиков включает в себя: 994706904766
      Выезд на место эксплуатации электропогрузчика для проведения технического обслуживания, диагностики неисправности, ремонта Диагностика и оценка целесообразности (рентабельности) проведения ремонта Подбор запасных частей необходимых для ремонта электропогрузчиков  Согласование стоимости и сроков проведение ремонта с заказчиком Непосредственно ремонт после утверждения стоимости и сроков ремонта Гарантия на выполненные работы 
      • 13 replies
    • В Азербайджане создается новый национальный парк, сравнимый с Каппадокией - ФОТО
      В Азербайджане ведется работа по созданию национального парка Ахар-Бахар. В рамках Года солидарности во имя зеленого мира в нашей стране планируется организация нескольких национальных парков.
      Как передает Bizim.Media, один из таких нацпарков будет располагаться на территории Гахского района.
      Заместитель министра экологии и природных ресурсов Вугар Керимов заявил, что в настоящее время ведется работа по созданию национального парка Ахар-Бахар на базе природного заповедника Илису.
      Эксперты-экологи утверждают, что данные территории простираются вдоль долины реки Ганых и обладают большим туристическим потенциалом. Окруженная горами и скалами территория Ахар-Бахар имеет богатую флору и фауну, является ареалом для различных видов животных и птиц.
      Специалисты также сравнивают это место с одним из туристических регионов Турции - Каппадокией (полупустынный регион в центральной части Турции, прославившийся благодаря своим уникальным достопримечательностям, созданным как силами природы, так и руками человека, а также полетам на воздушных шарах - ред.) - и считают его наиболее благоприятной местностью для осуществления полетов на воздушных шарах в будущем.
       

       

       

       

       

       

       

       

       

       

       

       

       
      https://media.az/society/1067957401/v-azerbaydzhane-sozdaetsya-novyy-nacionalnyy-park-sravnimyy-s-kappadokiey-foto/
        • Facepalm
        • Like
      • 36 replies
    • Первый в Азербайджане кубок по парапланеризму
      Все желающие могут посмотреть на сие действо с завтрашнего дня на Беш Бармаге. В действительности это очень важное событие для всех, кто занимается этим видом спорта у нас в стране, потому что мы единственная страна, которая получило правило проведения ивента не имея федерации.  Ожидается участие более 40ка пилотов с разных стран. Если есть какие либо вопросы, с удовольствием отвечу.
       
       
        • Like
      • 53 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...