Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Hekayələr...


Recommended Posts

Ehtiraslı Qisas və Şizofren - Nicat Kazımov

Səhər açılırdı, ancaq mən hələ gözlərimi yummamışdım. Dəqiqələr keçdikcə günəşin şüaları gözümə düşürdü. 3 həftəlik saqqalımı qaşıya-qaşıya hamama keçib əl-üzümü yudum. İştahım yox idi , əynimə paltar geyinib evdən çıxdım. Sahilə gedib dəniz kənarında dayanaraq dənizi izləyirdim. İçimdəki əziyyətə bu son verməsə də, əksinə məni kədərləndirsə də dəniz havasını sevirdim.

Saat 9-a yaxınlaşır və şəhərin mərkəzindəki maşınların səsi də artırdı. Mən də saat 9 da başlayacaq təlimə getdim. Bu təlimə ilk dəfə gedirdim, burada insanlar toplaşır bir-birlərinə problemlərini danışırdı. Artıq ətrafımda heç kimim qalmadığından dərdimi danışmaq üçün təlimə getməyə qərara almışdım.

Mən ora çatanda artıq təlim başlamışdı. Mühazirəni deyən nurani sifətli bir kişi məni görər-görməz qarşısındakı 8 nəfərə dedi ki, bu oğlan aramıza yeni qatılıb. Adı Orxandır, gəlin hamımız onu tanıyaq, gəlin onun dərdini həll etməyimiz üçün Allaha dua edək. Hər kəs əllərini ovucuna qoyub, çənəsinə yaxınlaşdıraraq dua edirdi. Keçdim aralarında oturdum, Samirə adlı bir qadın öz dərdindən danışırdı, ərindən boşanandan sonra psixoloji sarsıntılar keçirirmiş. Məhkəmənin qərarıda uşaqları atasına veribmiş və indi də üzünü göstərmir. Çox kədərli görsənirdi və danışanda arada da ağlayırdı. O qurtarandan sonra hər kəs onun gələcək xoşbəxtçiliyi üçün ürəyində duaya başladı. Nə üçün bura gəldiyimi özümdə bilmirdim. Sonra mənə söz verildi və mən ayağa qalxaraq insanların qarşısına keçib danışmağa başladım:

- Mən çox pis adamam. Tək pis yox, həm də irgənc bir insanam. Danışıb qurtarandan sonra sizdən ricam mənə dua yox, lənət oxuyun. Çünki siz özünüz də bu sözümə görəmənə haqq verəcəksiniz.

Adım Orxandır. Universitetə daxil olandan bu günə kimi o qədər qızlarla olmuşam ki, hətta indi yolda görsəm heç birini xatırlamaram. Qızların xoşuna gəlməyi xoşlamışam həmişə. Hansı qız mənə 3 saniyədən artıq baxırdısa, onu ovuclarımın içinə alırdım. Hamısı ilə yatandan sonra yoxa çıxırdım. Bu günə kimi bəlkə 100 dəfə nömrə dəyişmişəm, onların məni tapa bilməməsi üçün.

Bu qızlardan birinin adı Lamiyə idi. Ətrafımdakı oğlanlar mənə deyirdi ki, heç də asan tikə deyil. Ağır qızlarda xoşuma gəldiyi üçün onu göz altı etmişdim. Onun şabalıdı saçları, qara gözləri, bəyaz çöhrəsi, qızıl gül kimi büzülən dodaqları vardı. Həmişə başını aşağı salıb dərsə gedib gəlirdi. O mənə fikir vermirdi və mən də çıldırırdım sanki…

Çox arxasınca getdim-gəldim və nəhayət diqqətini çəkə bilmişdim. O da məni sonradan sevdi və məni çox həyəcanlanıdırırdı. Hiss edirdim ki, digər qızlardan fərqli olaraq o həqiqətən məni sevirdi, sanki mənsiz nəfəs ala bilmirdi. 3 ay beləcə danışdıq və üç ayda onun ürəyini tamamilə əllərimə almağı bacarmışdım.

Bir gün Lamiyə ilə şəhərdə gəzərkən bərk yağış yağmışdı. Lamiyəyə dedim ki, yağış kəsənə kimi gedək mənim evimə, yağış kəsdikdən sonra özüm evlərinə aparacağımı söylədim. Tərəddüt etsədə yağışın şiddətliyindən mənimlə razılaşdı. Onun əlindən tutdum və qaça-qaça yaxınlqıdakı mənzilimə getdik. Təpədən dırnağa ikimizdə su idik. Mən üzərimdəki köynəyi çıxardım və yarıçılpaq Lamiyəyə baxdım. Lamiyə mənə dedi:

- Bura gəlməyim düzgün deyildi.

- Narahat olma ömrüm, bura sənində evin sayılar…

- Nə bilim… Sənə inanıram. İnanmasam gəlməzdim.

- Üzərin bütün sudur. Keç içəridə mənim paltarlarımı geyin. Paltarın qurusun. Yoxsa xəstələnəcəksən…

- Aha, məndə onu deyəcəkdim…

Lamiyə mənim yataq otağıma keçdi və paltarını soyunmağa başladı. Mən onu qapının arasından gizli seyr edirdim. Onun bədənini həddən artıq mükəmməl idi. Özümü saxlaya bilməyib qapını açdım və içəri girdim. Lamiyənin rəngi qızardı və mənim köynəyim ilə bədənini gizlətdi. İçəri girər-girməz Lamiyəyə dedim:

- Mən səninlə evlənmək istəyirəm.

- Nə? Necə? – o çaş –baş qalmışdı.

- Hə, elə indi, bu saniyə…

- Bu necə olacaq?! Dəli olmusan? – o gülümsəyərək dedi.

Onun əlindən tutaraq yarı çılpaq halda pəncərəyə tərəf getdim. Yağan şiddətli yağışı göstərək ona söyləməyə başladım:

- Qoy bu yağan yağı şahidimiz olsun, qoy bu yağışı yağdıran Allah şahidimiz olsun, qoy bu yağışdan qorunmaq üçün ağacların arasındakı gizlənən quşlar şahidimiz olsun, qoy bu buludlar… toraqlar, ağaclar şahidimiz olsun ki, səni ölənə kimi heç vaxt tərk etməyəcəm. Səni sevəcəyəm və mənim bu gündən sonra qadınımsan… – Onun bədənini qucaqladım, nəm alnından öpərək ıslaq dodaqlarına yaxınlaşdım. Alt dodaqları iki dodağımın arasında sanki buz kimi əriyirdi. İçimdə elə bil alov yanırdı. Mən çox qızlarla olmuşam amma, belə bir hissi heç vaxt yaşamamışdım. Öpüşə-öpüşə kənardakı yatağa yıxıldıq. Əllərimiz br-birimizin bədənində gəzirdi. Uzun dırnaqları ilə bədənimi cırırdı sanki…Amma bunu hiss etmirdim. Çünki ehtiras həzzinin ən yüksək qatında idim. Nəm və uzun saçları sinəmdə gəzirdi… İlan qabığını dəyişərkən necə ağaclara sürtünürdüsə, bizdə bir-birimizə elə sürtünürdük…

Beləcənə öz məqsədimə çatmışdım. Qovuşduqdan sonra, o başını sinəmə qoyub ağlaya-ağlaya çox xoşbəxt olduğunu və heç vaxt ayrılmayacağımızı Allahdan isteyirdi.

Hər şeyin üstündən 1 həftə keçdi. Mən ona dedim ki, rayona xəstə atamın yanına gedirəm. O da səbrsizliklə məni gözləyəcəyini dedi. Ancaq mən heç bir yerə getmədim. Nömrəmi dəyişdim. Xoşbəxtlikdən kirayə tutduğum evin də vaxtı bitmişdi. Başqa evə keçərək bütün izimi itirmişdim.

1 ay idi ki, məni axtarırdı, ancaq mən başqa sevgililər axtarırdım. Heç gözləmədiyim vaxt, o mənim qarşıma çıxdı. Üzümə nirətlə baxırdı. Mənə dedi:

- Mən sənə inanmışdım, Orxan…

- Lamiyə, bu inam məsələsi deyil, mən də alınmırdı. Hisslərim ölürdü.

- Bəs məni niyə bədbəxt etdin?

- Həyatını davam elə, inanıram ki, ən yaxşı oğlan sənin qarşına çıxacaq!

- Əclafsan sən… Heç olmasa…Heç olmasa….Bətnimdəki uşağı düşün…. – birinci dəfə idi ki, belə hadisə ilə qarşılaşdım…

- Nə ? necə? Mən uşaq filan istəmirəm. Al nəqədər istəyirsən pul, uşağı aldır. Deyəsən dəli olmusan! – cibimdəki bütün pulu uzadaraq ona verdim.

- Allah sənin cəzanı versin! – pulu götürüb üzümə çırpdı və getdi.

Ondan sonra Lamiyəni birdə görmədim.

İki həftə sonra universitetdən dostlarla söhbətləşən vaxt dostlarımdan biri mənə dedi ki, bəs sənin danışdığın qız 5 gün bundan əvvəl özünü balkondan aşağı atıb və dünyasını dəyişib . Bütün grup yoldaşları dəfninə gedibmiş. Soruşdum hansı mənim danışdığım qız?! Dedi ki, Lamiyə…

Birdən-birə nəfəsim kəsildi sanki… Özümü qatil kimi hiss etdim. Əmin idim ki, mənə görə özünü öldürmüşdü. Bu qədər ciddi olacağını bilmirdim. Ahh Tanrım… İnanırsınız elə dəhşətli qorxu- hissi yaşadım ki… İnana bilməzsiniz. Hətta qəbrinin üzərinə də getdim. Baş-daşındakı şəkilində həmişəki kimi gözəl görsənirdi. Özümü bağışlaya bilmirdim.

Qəbrstanlıqdan çıxar-çıxmaz məscidə gedib tövbə etmişdim…. Ancaq heç nəyə çarə qıla bilmirdim. Hər gecə Lamiyə yuxuma girirdi. Onunla sevişməyimizi xatırlayırdım. Həqiqətən onun kimi gözəl və namuslu qızı yarı yolda qoymağım mənim axmaqlığım idi. İndidə bu axmaqlığın istirabını çəkirdim. Bu şəhər mənə onu xatırladırdı və məndə artıq dözə bilmirdim. Hər gecə qan-tər içində yuxudan oyanıb hönkür-hönkür ağlayırdım. Atam gil məni psixoloq yanına yazdırdılar. Psixoloq da mənə çarə qıla bilmədi və hətta etdiyim əmələ görə hiss etdim ki, mənə nifrət etdi. Psixoloqun atam gilə məsləhəti ilə Azərbaycandan uzaqlara getdim.

Əmim Ukraynada yaşayırdı və əşyalarımı hazırlayıb onun yanına getdim.

2 il onun yanında qaldım. İşlədim və Lamiyəni unutdum…

***

Azərbaycana Lamiyəni unudaraq geri döndüm. Tövbəmə sadiq qalmışdım və Lamiyədən sonra heç bir qıza baxmamışdım.

İllərdən sonra bağladığım sosial şəbəkəni açaraq, dostlarıma bildirdim ki, Vətəndəyəm. Dostluqlarımın siyahısında Lamiyə də var idi. Ürəyimi acıtdı bir az. Keçmiş günləri xatrlamamaq üçün sosial şəbəkəni bağladım.

Mənim üçün ən çətin günlər hələ indidən sonra başladı…. Bilirsiniz necə? Ehhh hardan biləcəksiniz… İzininizlə danışım…

Səhər saat 9 idi. Mən yatağımdan çıxmamışdım. Şirkətlərdə iş axtaracaqdım saat 12dən sonra. Birdən-birə qapı döyüldü. Gözlərimi ovuşdura-ovuşdura qapıya tərəf getdim, qapını açdım və qapının astanasında bir qız dayanmışdı. Gözlərimi bərkdən ovuşdurub, birdə baxdım. İnanan bilmirdim. Ürəyimin döyüntüsündən qabırğalarım çartlaya bilərdi. Qapının ağzındakı Lamiyə idi. Boynuma sarıldı bərkdən.. Üzümdən gözümdən öpdü , qapını örtüb içəri keçib dedi:

- Nə olub ay dəli? Elə bil ruh görmüsən! İndiyə kimi yatmısan ay təmbəl?

- Sən?Sən? Necə olur bu?

- Deyəsən bərk yuxu görmüsən . Nə olub?

- Sən… Sən…Allahım dəli oluram….Ağlımı qaçırıram…

- Məni qorxuzma Orxan… Nə baş verib?

- Sən ölmüşdün …

- Xa,xa,xa …. Yuxunda görmüsənsə ömrümü uzatmısan…

- Yox mən indi yuxudayam. Yenə keçmiş kabuslara qayıtmışam.

- Canım mənim, nə danışırsan?! Xahiş edirəm məni qorxuzma. Danış görüm nə görmüsən yuxunda…

- Sən özünü öldürəndən sonra düz 2 il Ukraynada əmimin yanında qalmışam. İşləmişəm… Bu axı gerçək idi.

- Qoy 1 stəkan su gətirim. Gözlə…

Lamiyə içəri keçib su gətirdi. Məndə üzümü yudum və güzgüdə özümə baxdım. Fikirləşirdim ki, bu necə ola bilər axı?! Hamamdan çıxanda Lamiyə suyu mənə verdi və başıma çəkərək içdim. Sonra Lamiyə üzümü sığalladı. Dodaqlarımdan öpə-öpə məni yataq otağı tərəfə apardı. Mən çılpaq idim. Onun dodaqları bədənimdən gəzirdi. Köbəyimdən öpə-öpə aşağı düşürdü.

Sonra yenidən yuxudan oyandım. Saat 1 idi… Yuxudan oyananda "Lamiyə” deyə səsləndim. Evdə heç kim yox idi. Başımın ağrısından az qala beynim qopsun. Deyəsən yuxu görmüşdüm. Amma əgər yuxu idisə, bu çox gerçəkci idi. Yemək yemədən, əynimə paltar geyinib, qəbrstanlığa getdim. Lamiyənin qəbrinin qarşısında durdum. İçim ağlayırdı sanki. Bayaq ki, yuxu o qədər gerçəkci idi ki, hələ də özümə gələ bilmirdim. Qəbrlərin arasında gözümə kimsə dəydi. Amma məhəl qoymadım. Uzaqdan dəqiq görməsəmdə qıza oxşayırdı. Yəqin ki, kiminsə qəbrini ziyarətə gəlmişdi.

Qəbrstanlıqdan ayrıldım və evimin yaxınlığındakı kafedə oturdum. Stəkanı dodaqlarımın arasına aparıb bir qurtum içəcəkdim ki, Lamiyə birdən kafenin qapısından içəri girib üzərimə gəldi. Stəkan əlimdən yerə düşdü və parça-parça oldu. Hər kəs mənə baxdı. Lamiyə gəlib mənə sarıldı və üzümdən öpüb salamlaşdı. Ofisiant oğlana iki qəhvə söylədi və masa arxasına keçib mənim əlimdən tutaraq söylədi:

- Ömrüm, bağışla atam zəng etmişdi deyə, mən evə getməli oldum. Sənə xəbər verə bilmədim.

- Lamiyə… Sən gərçəksən?

- Dəlisən sən?

Mən ayağa qalxıb kafenin içərisində möhkəmdən qışqırmağa başladım : " Ay camaat, yalvarıram mənə düzünü deyin, bu qızı görürsünüz?” – hər kəs mənə baxıb gülümsədi. Başları ilə "hə” işarəsi mənasında salladılar. Lamiyə gəlib mənim qolumdan tutub dedi:

- Dəliolmusan sən? Məni niyə qorxuzursan ki? Bu gün səhər-səhər də qəribə idin. Camaat bizə baxır , aşağı otur!

Qəhvələr gəldi və Lamiyə mənə gedib üzümü yumağı söylədi, mən tualetə gedib əl-üzümü yudum. Gözlərimin içi qan –qırmızısı olmuşdu. Tualetdən çıxıb, kafenin salonuna getdim. Lamiyə üzümə gülümsəyərək dedi ki, qəhvəni iç heç nəyin qalmayacaq! Mən ona dedim:

- Lamiyə, hamiləsən sən?

- Yox… Bunu haradan çıxardın…

- Offf… bu nədir axı… Mən realdayam yoxsa, yuxuda .

- Mənim gözəlliyimin şahidisənsə deməli realdasan…Xa,xa,xa…

- Bəs mən Ukrayna da iki il oldum. Yox yuxudur bu…

O sadəcə güldü. Qəhvəni içəndən sonra bir az təmiz hava da gəzdik. Mən çox yoruldum. Lamiyə məni evə apardı. Mənim halımdan gileylənirdi. Qapıdan içəri girər-girməz mənimlə sevişməyə başladı. Ancaq ona toxunamağa halım yox idi. Məni soyunduraraq yatağa atdı və çılpaq bədənimi, əlləri ilə masaj etməyə başladı. Sonra heç nəyi xatırlamıram.

Yuxudan oyananda yenə " Lamiyə” deyərək oyandım. Yanımda heç kim yox idi. Yuxudan duran kimi mədəmdəki aclığı hiss etmədən, dostum Firuza zəng etdim:

- Alo, mənəm Orxan… Necəsən Firuz?

- OOOOO… Yaxşıyam qardaş. Gəlmisən sən?

- Mən hardaydım ki?

- Mən bilən Ukraynadaydın. 2 il keçib hələ də zarafatını buraxmayıbsan da…

- Qardaş, vəziyyət qəribədir. Mənim sualıma cavab ver. Lamiyəni tanıyırsan?

- Hansı Lamiyə…? – telefonun başında bir müddət gözləyərək dedi.

- İki il bundan əvvəl mənə göstərmişdin ki, bu qızı tutmaq heç kimə nəsib olmayıb.

- Ala, o qız özünü öldürmədimi….? Neyniyirsən ki?

- Oldu, sağol. Telefonu kənara atdım və bu səfər yuxudan oyandığımı dəqiq bildim. Girdim hamama və ilıq suyu açıb altına girdim. Su bədənimdən sinəmə, sinəmdən köbəyimə, köbəyimdən ayaqlarımın arasına axırdı. Gözlərimi yumub suyun ləzzətini hiss edirdim.

Qapı döyüldü və suyu bağlayıb. Beldən aşağı hissəni dəsmal ilə bağlayıb qapını açdım… Lamiyə əlində bazar sumkası içəri girib və dedi:

- Canım, bazarlıq etməyə getmişdim. Necə yatdın?

- Yox…yox…. yox….

Lamiyəni kənara itəldəim və tamamilə çılpaq halda evdən qaçdım… Bilmirdim eləcə qaçırdım…. Hər kəs mənə baxırdı. Yolun ortasına çıxıb maşın yolu ilə tam çılpaq halda qaçırdım. 5-10 oğlan qarşıma çıxıb lüt olduğuma görə "Ana-bacı” söhbəti edib məni təpiklərinin altına saldılar. Bərk döydülər. Polislər məni apardı. Sonra isə həkim yanına apardılar. Həkimə hər şeyi danışdım . 1 il ərzində şiddətli elektro şok kursu ilə "Şizofreniya” adlı xəstəliyimi müalicə edirdilər. Onları inandıra bilmidim ki, Lamiyə həqiqətən yaşayır.

Düz 1 il… Bir il əllərim, qollarım bağlı dəlixana da qaldım… Amma sevinirdim ki, Lamiyənin xəyalını məhv elədim.

1 dəstə gül aldım və Lamiyənin qəbrinin üzərinə getdim. Çünki həmin gün onun vəfat etdiyi gün idi. Qəbrstanığa çatan da uzaqdan gördüm ki, Lamiyənin qəbrinin üzərində kimsə var. Bu bir qız idi və əlini üzünə qoyub ağlayırdı. Bir az da yaxınlaşdım.. Aman Tanrım… Lamiyə öz qəbrinin üzərində durub ağlayırdı. Ağlaya-ağalaya üzünü mənə çevirib dedi:

- Orxan? Gəldin?

- … – mən onu sadəcə xəyal olduğunu fikirləşdim və qəbirə yaxınlaşdım. Gülləri üzərinə qoydum .

- Orxan niyə danışmırsan?

- Sən nəsən? Yalvarıram çıx ağlımdan… Özümü öldürməmi istəyirsən? Mən sağaldığımı düşünmüşdüm. Özümü öldürməmi istəyirsənsə, öldürüm. – Lamiyənin mərmərdən olan qəbir daşını qucaqlayıb, bərkdən-bərkdən başımı çırpmağa başladım. Alnımdan qan açılırdı. Lamiyə durub mənə yaxınlaşdı və məni qəbrdən uzaqlaşdırdı. Alnımdakı qanı sildi, çantasından çıxardığı yaylıq ilə sildi. O məni bir kafeyə apardı. Mənə danışacaqları bəzi şeylər varmış. Mən artıq onun xəyal olduğuna öyrəşmişdim. İki kofe sifariş verəndən sonra danışmağa başladı:

- Orxan, sən çox əclaf, sən çox pis insansan. Qızların həyatı ilə oynamısan. Neçə qızı beləcə bədbəxt etmisən. Sən hardan bilirsən ki, digər qızlarda özünü öldürməyib? Hamilə qoymamısan onları? Hə? Orxan, dərsini aldınmı? İnsan öz nəfsinə sahib çıxmağı bacarmalıdır. Yoxsa bax beləcə günahlarının əcirini çəkərsən… Sən indi elə bilirsən ki, səninlə danışan bir ruhdur və ya bir xəyaldır. Bəlkə də yenə yuxu da olmağını fikirləşirsən. Ancaq bunların hamısı bir gərçəkdir. – o sumkasından dəftərlər çıxararaq, davam etdi- Bax bu Lamiyənin günlüyüdür. Hər cümləsində sən varsan, sənin şəkillərin var bu günlüyün içində. O səni o qədər sevirdi ki. Bunu sözlə təsvir etmək də kifayət deyil. Ancaq sən bunu başa düşmədin. Digər namusu ilə oynadığın qızlar kimi Lamiyəni də bədbəxt elədin. Xoşbəxtsənmi?

- Mən..

- Dayan sözümü kəsmə… Sən yaşamırsan, sən bir ölüsən. Diri ölülərdənsən! Dəlixana da qalmağın məni sevindirdi. Çünki məqsədimə çatıb səni dəli eləməyi bacardım. Amma indi gərçəyi bil! Mən Lamiyənin ekiz bacısıyam! Sənin Azərbaycana dönməyini lamiyənin profilində gördüm, tezdə bağladın. Daha sonra çətində olsa dostlarından birini tapıb qaldığın ünvanı öyrəndim. Sən əlini-üzünü yuyandan sonra içdiyin suyun içində dərman var idi. Hansı ki, o yuxu dərmanı ilə sən dörd saat əlavə yatdın. Qəbrsanlığa gedəndə səni izldəim, daha sonra kafeyə girdin və məndə dalınca girdim. Sən tualetə gedəndə yenə qəhvənə dərman atıb sənin yuxunu gətizdirdim. Sonra evə də gələndə sən lüt qaçdın, sonra öyrəndim ki,, dəlixanaya bağlayıblar səni. Mən öz qısasımı almış oldum. Bacımın qisasını! Səni öldürədə bilərdim. Sən qarnındakı uşaq olan bir qızın qatilisən! Belə necə yaşaya bilirsə? Əlvida… birdə məni görməyəcəksən…. Sənə sö verirəm! – dedi və çıxdı getdi. Ağlımın ucundan da keçəmişdi ki, Lamiyənin ekiz bacısı var. Bədənim əsirdi, qorxudan…Günahlarımdan…. Lamiyənin bacısı həqiqətən haqlı idi.

Həə belə dostlar…. Mənim də hekayəm bu qədər idi. – Aparıcı ayağa qalxaraq ağlayan camaata dedi:

Gəlin Orxana dua edək ki, hər şeyi onda yaxşı olsun. – ancaq onun sözünü kəsərək dedim:

- Yox dua etməyin. Ürəyimdəkiləri sizə danışdım və rahatladım. İşdi mənə nəsə olsa ağlınızda qalanları bir kitab halında çıxarın ki, insanlar öz nəfsinə sahib olmayınca nələr baş verir. Bunu sizdən xahiş edirəm! Əlivdə dostlar.

Təlimi tərk etdim və şiddətlə əsən küləkli hava da dənizə tərəf getdim. Sahil də fırtınaya görə heç kim yox idi. Dalğalar bir birinin belini qucaqlayırdı. Qara buludlara baxdım və sanki içərisində Lamiyəni gördüm, məni özünə çağırırdı. Gözlərimi yumuram və Lamiyəyə qovuşmaq üçün dənizə tərəf addımlayıram. İndi dərk etdim ki, Lamiyəni sevirəm… Bu dənizin dalğaları məni ona aparacaq… Sənə gəlirəm Lamiyə...

Link to comment
Share on other sites

Bir kişi dəniz sahili ilə gedirdi. Birdən uzaqda balaca bir uşağın sahildən nə isə urub dənizə atdığını gordu. Yaxınlaşanda gordu ki, butun dəniz sahili balaca balıqlarla doludur. Yəqin səhərki guclu kulək onları sahilə cıxarmışdı. Uşaq da bir-bir balıqları urub dənizə atırdı. Amma butun sahil bu kicik balıqlarla dolu idi. Kilometrlərlə sahəni kicik balıqlar doldurmuşdu. Milyonlarla balıq. Bunu gorən kişi uşağa dedi:
- Niyə bu balıqları suya atırsan?
Uşaq cavab verdi
- Səhər guclu dalğalar onları quruya atdı indi dəniz sakitdi, əgər axşam əsəcək kuləyə qədər onları suya atmasam balıqlar oləcək.
Kişi qışqırdı:
- Axı bu axmaqlıqdır. Bir ətrafına bax? Burda milyonlarla balıq var. Sənin əziyyətin heç nəyi dəyişməyəcək.
Uşaq əyilib yerdən novbəti balığı urdu və dedi:
- Yox, mənim əziyyətim əlimdəki balıq uçun hər şeyi dəyişəcək.
Sonra balaca balığı dənizə atdı.

BİZ HƏR GUN DUNYANI XİLAS EDƏ BİLƏRİK. ÇUNKİ HƏR GUN BİR İNSANI XİLAS EDƏ BİLƏRİK. HƏR İNSAN DA BİR DUNYADIR.

Link to comment
Share on other sites

Bir gün bir turist Afrikaya gəlir. Görür yerli qəbilədən birisi fildən enib onun boğazındakı ipi kiçik bir dirəyə bağlayır. Turist yanındakı tərcüməçidən soruşur:
- Nəyə görə fili dirəyə bağladı ki? Fil həmin dirəkdən 10 dəfə böyükdür. Bircə dəfə dartsa dirəyi kökündən çıxara bilər. Dirək məndən də kiçikdir ki, elə mən də onu qoparardım.
Tərcüməçi özü də təəccüblənir. O da dirəyin nə qədər nazik və davamsız olduğunu görüb bunu qəbilə adamından soruşur. Qəbilə adamı yaxınlaşıb fili sığallayır sonra isə deyir:
- Bu fil balaca olanda mən onu bu dirəyə bağlayırdım. Balaca olanda, o illərlə bu dirəyi dartıb yerindən qoparmağa çalışırdı. Amma o vaxtlar çox balaca idi, dirəyi qoparmaga gücü çatmırdı. Indi güclüdür, bircə dəfə dartsa dirəyi yerindən qopara bilər. Amma o, taleyilə çoxdan barışıb. Artıq inanıb ki, bu dirəyi qoparmaq olmur. Mən də onu rahatca bağlayıb gedə bilirəm.))))))))))

Link to comment
Share on other sites

İlanın və kirpinin təkləndiyi gün

- Üstümə yerimə! Səni elə sancaram yerində qalarsan! Yerində dur!

Qızıl ilanı küncə sıxmışdı oxatan kirpi, düşmənindən qisasını almaq istəyirdi. Bir həftə idi ki, günün günorta çağı balasını yaşıl talada oynayan kirpi balalarından aralı salıb təkləyən, girəvəni əldən verməyən bu kəmfürsəti axtarırdı, indi onun canını alacaqdı, göz-gözə durmuşdular.

Qızıl ilan hikkəsindən dartılıb-açıldı, fısıldaya-fısıldaya qıvrılıb quyruğunu oynatdı, amma kirpi heç tövrünü pozmadı, eləcə yolu kəsib durmuşdu. Bir müddət dinib-danışmadan dayanıb durdular, eləcə bir-birilərinə baxdılar. Nəhayət, kirpi hərəkətə gəldi, öncə bir-iki addım geri çəkilib hücuma hazırlaşdı, bədəni gərildi, sonra yumaq təki yumrulandı, düşmənini uzun oxlarıyla deşik-deşik etmək istəyirdi ki, qəfildən yer-göy titrədi, partlayış qopdu. Yadellinin təyyarəsindən atılan bombalar yaz yaşılında xumarlanan meşəni çevirdi qapqara, kösöv çəhənnəmə. Savaşçı kirpinin də, qızıl ilanın da hər tikəsi bir tərəfə səpələndi. Düşmənin qarşısını kəsə biləcək bir canlı da qalmadı, yadellilər ölkə içi boyunca qərbə irəliləyirdilər.
 

Link to comment
Share on other sites

Uşaq, ağacdələn, ağız şirinliyi
Atamın nəvəsi Toğrula

Uşaq ayaq saxladı, yerindən tərpənmədən qollu-budaqlı iri ağaca baxdı. Baxdıqca doymurdu, üzünə-gözünə, açıq qalan balaca ağzına, ördək dodaqlarına bənzəyən dodağına işıq salan, budaqların qoltuğundan süzülən günəşi də ağacın təbəssümü sanırdı. Balaca gözünü qırpmadan adını belə bilmədiyi ağaca tamaşa edə-edə bir də gördü ki, uzaqdan bir quş uçub qondu ağaca və başladı iri gövdəni dimdikləməyə. Uşaq bu quşun ağacdələn olduğunu da bilmədi, anasını xatırlayıb düşündü: “Bəlkə ağacın balasıdı, şirni istəyir?”. Ağacdələn başını əsdirə-əsdirə, hikkəylə girişmişdi ağacdan tapdığı qurdları, cücüləri dənləməyə. Deyəsən nə uçmaq fikri vardı, nə də doymaq, hey dimdik vururdu, hərdən də qəribə səslər çıxarırdı, elə bil “oxxay!” deyirdi.

Ağacdələn, nəhayət, uçub getdi, heç uşağa tərəf baxmadı da. Uşaq dözməyib qışqırdı: “Neynirsən e onu, pisdi! Getsin nənənin yanına! Bax, mən bu gün qənd yeməmişəm, bir dənə qənd ver də. Anama deyəcəm ki, sən almısan, eləmi?”. Ağacdan səs çıxmadı və uşağın ağlına gələn ilk fikir bu oldu ki, ağac balası ağacdələnin payını ona vermək istəmir. Uşaq da çox gözləmədi, gəldi evə və süfrəyə oturan kimi hikkəylə elə yeməyə başladı ki, sanki tezliklə acıyıb yenidən uçub gələn ağacdələni görməyə tələsirdi.

Həyətə düşüb qıraqdan güdməyə başladı, əgər ağac ağacdələn balasına qənd verməsəydi uşaq da küsməyəcəkdi, inanacaqdı ki, onun anası deyən düzdür: “Qəndimiz qurtarıb”.
 

Link to comment
Share on other sites

Körpü

Uzun illərin dostları əlbir olub başkəndi iki yerə bölən, meşəni taladan ayıran qızıl balıqlı gur çayın üstündə gümüşü məhəccərli böyük körpü tikdilər. Ay keçdi, il döndü, əcəl gələndə birinci dostu gözü aldı, kimsəyə əziyyət vermədən elə yuxudaca keçindi. İkinci dost gecə-gündüz o qədər ağladı ki, bir də ayılıb gördü dostunun yoxluğu ona əməlli-başlı əzab verir, qərara gəldi ki, bu dərdə bir çarə tapıb, tələsik tədbir görsün. İkinci dost belə edəndən sonra xeyli toxtadı, tez-tez deyib-gülməyə başladı. Həmin gündən dostunu hərdən, ailəsini isə günaşırı yada salmağa başladı.

Dostların uşaqları da dostluq edirdilər. Birinci dostun qızı ikinci dostun oğlunu bir gün görməyəndə darıxırdı. Başkəndə yaz gəldi və dostun nər oğlu getdi ki, əmi sandığı dost qızını görüb bayramlaşsın. Körpüdən keçəndə yerində donub qaldı, gördüyünə inanmadı, ikinci dostun gözəl-göyçək qızı yaraşıqlı bir oğlanla şirin-şirin söhbət edirdi. Körpüdə üz-üzə gəldilər, qız heç əhvalını da pozmadı, oğlanı görəndə hələ sevindi də. Şadyanalıqla dilləndi: “Dost ocağının yadigarı oğlan dostum, həqiqətən də mənim bəxtim gətirib, əgər bu adama rast gəlib onu tanımasaydım, sözsüz ki, bir ömrə darıxa-darıxa məhkum edilən tənhalardan olardım, biz evlənəcəyik. Nə yaxşı ki, sənə ilk müjdəni də özüm çatdırdım”.

İkinci dostun oğlunun əhvalı qarışdı, dinməz-söyləməz körpüdən keçməmiş döndü evə. Üç ay sonra birinci dostun qızı onu toyuna çağırdı, ikinci dostun ailəsi yollandılar toya. Körpünü keçəndə oğlan öz-özünə dedi: “Nə yaxşı ki, o vaxt qəzəbimə tabe olub körpünü yandırmadım, yoxsa burdan bir gözəl qız da gəlib-keçə bilməyəcəkdi, əgər bura od vurub yanğında yaralansaydım, peşman olacaqdım. Çağırılan həkim də yol tapıb vaxtında dadıma yetişə bilməyəcəkdi”.

Bu çal-çağırlı, üç gün davam edən toydan sonra oğlan başladı hər gün körpüdən keçib-gedənlərə könüllü bələdçilik etməyə və bir gün körpüdən keçirtdiyi bir gözələ vuruldu. Az sonra ona qoşulub üz tutdu uzağa, başkəndin ucqarına. O vaxtdan bəri yerli camaat dostların gümüş məhəccərli yadigarına ad qoyub. Hər kəs arzusunu asma körpüdən keçirirdi deyə hamı bu yeri “Arzu körpüsü” adlandırırdı

Link to comment
Share on other sites

Aprel ayı idi. Amerikanın uzaq bir qəsəbəsinin uzaq bir otelində otaq tutmuşdum.
Otağa girəndə pəncərənin kömür anbarına açıldığını gördüm. Deməli, hər gün pəncərəni açacaq və hər dəfə kömür anbarını görəcəkdim. Bunları düşünürdüm ki, birdən gözümə pəncərənin yanındakı masa dəydi. Masanın üzərində bir vaza, vazanın içərisində isə bir dəstə qızılgül var idi. Yanında isə üzərində nə isə yazılmış bir kağız qoyulmuşdu.

Kağızda bu sözlər yazılmışdı: “Ora baxmaq əvəzinə, bura bax! İmza: Otağın əvvəlki sahibi!..” Birdən sanki qaranlıq bir yerdən çıxıb işıqlı bir yerə düşdüm. O qədər xoşbəxt idim ki, hətta o bir həftənin belə necə keçdiyini bilmədim. Həftənin axırında isə qızılgüllərin əvəzinə bir dəstə qərənfil qoyub otaqdan çıxdım. İndi hər dəfə bu hadisəni xatırlayır və “otağın əvvəlki sahibinin” mənim kimi neçə nəfərin “həyatını xilas etdiyini” düşünürəm…

Link to comment
Share on other sites

Hava limanının gözləmə salonunda, gənc bir qadın təyyarəsinə minmək üçün gözləyirdi. Təyyarənin hərəkətinə xeyli vaxt qaldığından zaman keçirmək üçün bir kitab və bir paket kiçik peçenye satın aldı. İstirahət etmək və kitabını oxumaq üçün VIP salonunda bir kresloda əyləşdi.Kitabı oxumağa başladı. Yanındakı kresloya bir adam oturdu, jurnalını açıb oxumağa başladı. Gənc qadın ilk peçenyeni götürdü. Adam da bir dənə götürdü. Qadın özünü çox narahat hiss etdi.Qadın hər peçenye götürdükçə, adam da bir dənə götürürdü. Dəli olacaq kimi idi qadın amma hadisə çıxarmaq istəmirdi. Nəhayət son peçenye qalanda qadın:

“ Bu həyasız adam indi nə edəcək?” deyə düşündü. Adam son peçenyeni götürdü, onu ikiyə böldü və bir parçanı qadına verdi. Aaaa! Bu qədəri də çoxdu! Çox hirslənmişdi indi. Qadın əsəbi halda kitabını və digər şeylərini götürüb bir külək kimi giriş salonuna oradan da təyyarənin içinə yönəldi. Təyyarədəki kreslosuna oturdu. Eynəyini götürmək üçün çantasını açdı. Nə görsün? Peçenye paketi açılmamış olaraq orada dayanırdı. Çox utandı. Çox böyük bir səhv etdiyini anladı. Peçenyelərinin paketini açmadan çantasına qoyduğunu unutmuşdu. Adam öz peçenyelərini, heç əsəbiləşmədən, qadınla paylaşmışdı. Qadın öz peçenyelərinin paylaşıldığını düşünərək çox əsəbləşmişdi. Və indi bu vəziyyəti düzəltmək mümkün deyidi. Üzr istəmə imkanı da qalmamışdı.

Həyatda dəyişə bilməyəcəyimiz dörd şey var

— Daş… atıldıqdan sonra!

— Söz… ağızdan çıxdıqdan sonra!

— Fürsət… qaçdıqdan sonra!

— Zaman… keçdikdən sonra!

Link to comment
Share on other sites

Bir gün ağası Loğmana dedi: Mənim üçün bir qoyun kəs.

Loğman qoyunu kəsdi.

Ağa dedi: onun ən pak iki üzvünü mənim üçün gətir!

Loğman onun ürək və dilini ona apardı.

Ağa soruşdu: onda bu iki üzvdən pak bir üzv yox idi?

Loğman buyurdu ki yox!

Ağa sakit qaldı.Başqa vaxt ağa dedi: Mənim üçün bir qoyun kəs.

Loğman qoyunu kəsdi.

Ağa dedi: onun ən çirkin iki üzvünü çölə tulla.

Loğman onun ürək və dilini çölə atdı.

Ağası dedi: Sənə dedim ən pak yerini mənə gətir ürək və dilini gətirdin.Sonra dedim ən çirkin iki üzvünü tulla yenə ürək və dilini tulladın.

Loğman buyurdu: Əgər bu iki üzv sağlamdırsa heç bir üzv onlardan dadlı deyil. Əks təqdirdə, ən çirkin üzvlərdir.

Link to comment
Share on other sites

Anası qızını çox sevir,həmişə ona “dünya gözəli”deyirdi. Elə o özü də buna şübhə etmirdi. Badam gözlü,aybənizli bir qızı kim sevməzdi ki?

Ancaq qız məktəbə gedəndən sonra hər şey dəyişdi. Sinif yoldaşları onun o qədər də gözəl olmadığını deyirdi. Hətta çirkin deyənlər də var idi. Qız əvvəlcə onlara inanmadı,ona paxıllıq etdiklərini düşündü.

Ancaq çox keçməmiş həqiqət ortaya çıxdı. Onun “badam gözləri”çaş idi. Üstəlik anası dediyi kimi ağbənizli də deyildi. Deməli anası uzun illər ona yalan demişdi.

Get-gedə qızın anasına olan sevgisi nifrətə çevrildi.Ərə getmək vaxtı çatsa da üzünə baxan belə yox idi. Üstəlik bütün müalicələrə baxmayaraq gözləri də düzəlmirdi. Hətta həkimlər nə vaxtsa gözlərinin tutulacağını da deyirdi.

Nəhayət qız dözməyib evdən getmək qərarına gəldi. Ancaq anası başqa bir şəhərdə iş tapdığını deyərək ondan qabaq evdən çıxıb getdi....
Bir müddət sonra həkimlər dediyi kimi qızın gözləri tutuldu. O öz qaranlıq dünyası ilə tək qalsa da anasına nifrəti soyumamışdı. Bir gün həkimlər onun gözlərini dəyişmək üçün göz tapdıqlarını dedilər. Qız əvvəlcə razı olmaq istəmədi. Çünki gözü açılınca yenə də eybəcərliyini görməli olacaqdı. Amma kor yaşamaq da çətin idi. Heç olmasa başqalarına yük olmayacaqdı… Ardı                                  

Link to comment
Share on other sites

Artıq təqaüdə çıxmış və bir məktəbin yanında özünə yeni bir ev almışdı.
Heç olmasa, bundan sonra rahat və qayğısız yaşamaq istəyirdi. Bir neçə həftə sonra dərslər başladı. Elə birinci gündən dərsdən çıxan uşaqlar hay-küy salmağa, evinin qarşısındakı zibil qablarını dağıtmağa başladılar. Bu hay-küy sonrakı günlərdə də davam etdi. Artıq qoca bu işə bir çarə tapmalı idi. Ertəsi gün uşaqlar yenə zibil qablarını dağıtmağa başlayanda qoca onların qarşısına çıxdı və:

— Uşaqlar, sizin bu əyləncəniz mənim xoşuma gəlir. Hətta mənə öz uşaqlığımı xatırladır. Əgər yolunuzu hər gün buradan salsanız, sizə 1 dollar verərəm — dedi.
Bu təklif uşaqların da xoşuna gəldi. İndi hər gün onlar qocanın evinin qarşısından keçir, hay-küylə zibil qablarını dağıdırdılar. 

Link to comment
Share on other sites

İmtahanlara 180 gün qalmışdı. Şagirdlərdən biri müəllimin yanına gələrək birgünlük icazə istədi. Müəllim, əvvəlcə, bir qədər susdu, sonra üzünü şagirdə tutub danışmağa başladı: «Deməli, birgünlük icazə istəyirsən. Elə isə gəl sənin nə istədiyini birlikdə hesablayaq: İmtahanlara 180 gün var. Həftədə hər gün 8 saat dərsin var. Bu edər 60 gün. Yerdə qaldı 120 gün. Hər gün 1 saat nahar fasiləsi. Bu da edər 8 gün. Yerdə qaldı 112 gün. Şənbə günləri 5 saat əlavə dərsdə olursan. Bu da edər 11 gün. Yerdə qaldı 101 gün. Gündə orta hesabla 8 saat yatırsan. Bu da edər 60 gün. Yerdə qaldı 41 gün. Həftədə hər gün 3 saat sinif yoldaşlarınla dərs hazırlayırsan. Bu da edər 3 gün. Yerdə qaldı 38 gün. Hər gün evə gedib — gəlmək üçün 2 saat sərf edirsən. Bu da edər 15 gün. Yerdə qaldı 23 gün. Bundan da ən azı 3 gününü xəstəlik üçün çıxaq. Qaldı 20 gün. Bu günlərdən də ən azı 7-si bayram günlərinə gedəcək, qaldı 13 gün. Ən azı bir həftəni laboratoriyalarda keçirəcəksən, yerdə qaldı 6 gün. Hər gün yarım saat çay fasiləsinə gedəcək. Bu da edər 4 gün. Yerdə qaldı 2 gün. Gündə 8 dəqiqə güzgünün qarşısında keçirirsən, buda edər 1 gün. Yerdə qaldı 1 gün. Əgər mən sənə bu 1 günü icazə versəm, sən imtahanları necə verəcəksən?

Link to comment
Share on other sites

Bir vaxtlar iki qardaş var idi. Böyük qardaş kəndin ağası idi. O qədər varlı idi ki, hamı onun var-dövlətindən danışırdı. Kiçik qardaş isə böyük qardaşın yanında bir qarın çörəyə işləyirdi. Bir gün kiçik qardaş ağacın altında oturur. Çox yorulduğu üçün onu yuxu tutur. Çox keçməmiş böyük qardaş gəlir. Ayağı ilə kiçik qardaşı vurub: «Qalx, iş vaxtı yatmaq olmaz. Unutma ki, işləməyən dişləməz», — deyir. Kiçik qardaş alakal oyanıb gözlərini ovuşdurur və: «Qardaş, məni niyə oyatdın? Çox gözəl yuxu görürdüm. Yuxuda böyük torpaqlarım, sürüylə atım, mal-qaram, ucu-bucağı görünməyən otaqlarım, var- dövlətim var idi. O qədər gözəl bir yuxu idi ki… Kaş ki, məni oyatmayaydın...» — deyir. Böyük qardaş istehza ilə kiçik qardaşa baxır və: «Sən bu saydıqlarını yuxuda görürsən ancaq bütün bunlar indi məndə var», — deyə cavab verir. Kiçik qardaş bir az fikrə gedir, sonra böyük qardaşa üz tutub deyir: «Qardaş, əslində biz ikimizdə yuxu görürük. Sadəcə olaraq, fərq ondadır ki, mənim yuxum mən gözlərimi açanda qurtarır, sənin yuxun isə sən gözlərini yumanda qurtaracaq.

Link to comment
Share on other sites

 uşaq məktəbə gedirdi. Birdən yolunun üstündə bir gül gördü. Əyilib gülü iylədi və sonra yoluna davam etdi. Uşağın bu hərəkətini görən bir adam ona yaxınlaşdı və gülü nə üçün dərmədiyini soruşdu. Uşağın cavabı çox maraqlı idi: "Çünki o gülü iyləmək hamının haqqıdır! "

Link to comment
Share on other sites

Bir gənc Texasda motosikleti ilə gedirdi. Bir fermanın yanından keçəndə bir buzovu vurdu. Gənc tez fermaya getdi və ferma sahibinə buzovun qiymətini ödəməyə hazır olduğunu bildirdi. Ferma sahibi əvvəlcə bir az fikirləşdi, sonra istehza dolu bir ifadə ilə: «Düzdür, buzovun indiki qiyməti iki yüz dollardır, ancaq altı il sonra doqquz yüz dollar olacaqdı»… — dedi. Bu sözləri eşidən gənc tez cibindən bir çek dəftəri çıxardı və dəftərə: «900 dollar» yazdıqdan sonra tarix hissəsinə altı il sonranın tarixini yazdı.

Link to comment
Share on other sites

Kral böyük bir ziyafət təşkil etmiş və bu ziyafətə ölkənin ən varlı adamlarını dəvət etmişdi. Ziyafətin ortasında kral üzünü qonaqlara tutdu və: «Dostlarım! Yeni vergilər qoyduğumuz halda gəlirlərimiz artmaq əvəzinə azalmaqda davam edir. Kim bunun səbəbini mənə izah edə bilər? » — deyə soruşdu. Qonaqlar bir-bir söz almağa və vəziyyəti izah etmək üçün cürbəcür «iqtisadi nəzəriyyələr» irəli sürməyə başladılar. Nəhayət, söz yaşlı bir qonağa çatdı. Qonaq: «Mən yığılan pulların aqibətini hamınıza göstərmək istəyirəm», — dedi və əlinə böyük bir buz parçası götürdü. Sonra o, bu buz parçasını yanında oturan adama ötürdü və hamıdan bu buz parçasını bir-birinə ötürməyi xahiş etdi. Bir qədər sonra artıq buz parçası kralın qarşısında idi. Ancaq o kiçilə-kiçilə noxud boyda olmuşdu. Kral yenə üzünü qonaqlara tutdu və: «Dostlarım! Artıq başqa bir izaha ehtiyac yoxdur. Gəlirlərin niyə bu qədər „sürətlə əridiyini“ başa düşdüm», — dedi…              

Link to comment
Share on other sites

İlk dəfə Londona gələn bir adam səhər otelindən çıxıb şəhəri gəzməyi qərara aldı.Yola yeni çıxmışdı ki, birdən ətrafı qalın bir duman aldı. Adam:«Necə olsa birazdan qalxar!» -deyib yoluna davam etdi.Ancaq duman qalxmaq əvəzinə bir az da qalınlaşdı. Bir azdan ətrafı «ağ bir qalınlıq » bürüdü.Geri qayıtmaq istəyəndə isə artıq burnunun ucunu belə görə bilmirdi. Elə bu vaxt naməlum bir şəxs çiyninə toxundu və:

-Sizə nə isə lazımdır?-deyə soruşdu.Adam sanki bunu gözləyirdi və tez :

-Bağışlayın dumanda yolumu azmışam.Otelimə qayıtmaq istəyirəm,-deyə cavab verdi.

Naməlum şəxs:

-Əlinizi mənə verin, oteliniz iki addım yaxınlıqdadır.-dedi və adamı arxasınca aparmağa başladı.Bir qədər sonra bir binanın qarşısına gəldilər.Naməlum şəxs:

-Buyurun buda oteliniz.- dedi.

Adam əvvəlcə dumanın içində üzünü görə bilmədiyi bu şəxsə təşəkkür etdi,sonra da

-Görünür,siz belə dumanlara alışmısınız.Necə oldu ki, yolu tapdınız? -deyə soruşdu.

Naməlum şəxs is bu cavabı verdi:

-Dumanın mənim üçün heç bir əhəmiyyəti yoxdur.Çünki mən koram...

 

P.S.«Görmək istəməyən insan qədər kor insan yoxdur.»

Link to comment
Share on other sites

Bilirsiniz mən indi haradayam? Mən soyuducunun içindəyəm. Mən bu axmaq soyuducunun içindəyəm. Soyuducunun içindən məktub yazan adama nə deyərsiniz? – Dəli.

Mən də deyərdim. Iki ay əvvəl bu restoranda işə düzəldim. Hər şey yağ kimi gedirdi. Bu günə kimi.

Amma o sarsaq italiyanın meymunu masanın üzərinə çıxıb şamları süfrəyə yıxmasaydı mən indi soyuducuda son sözlərimi yazmazdım. İndi həmişəki kimi oturduğum menecer otağında çayımı içərdim. Bilmirəm necə oldu amma süfrə birdən-birə alışdı.

Bəlkə içkilərdəki spirtə görə alov belə güclü oldu. Bilmirəm… Tərslikdən döşəməni də səhər spirtli məhlulla silmişdilər. Par- par parıldayırdı. Süfrədən bir parça od yerə düşən kimi bütün restoran alışdı. Mən yanğın söndürəni götürmək istədim amma gec idi. Bütün restoran yanırdı.

Divardakı rəsmlər, pərdələr, xalçalar, masalar. Alov bara çatanda partlayış baş verdi. Camaat qaçmaq istəyirdi amma qapı tərəfdə alov lap güclü idi. Adamlar pəncərədən tullanırdı. Mən isə çatdırmadım. Hər şey bir dəqiqənin içində baş verdi.

Od məni qova-qova mətbəxə saldı. Beş saniyənin içində mətbəx də alışdı. Mən də məcbur olub bu soyuducuya girdim. Soyuducu otaq kimi böyükdür- evdəkilərdən deyil. Içəridə də mənfi 48 dərəcə şaxta var. Indi mən nazik köynəkdə bu soyuducunun içində donuram. Soyuducunun qapısını da içəridən açmaq olmur. Lap açsam da alov məni yandıracaq. Mən donuram!!! Həyatın ədalətsiz və mənasız olduğunu bilirdim. Amma bu qədər mənasız yox daa. Mən belə ölmək istəmirəm. Istəmirəm desinlər ki “ Restoranda YANĞIN baş verdi və o DONDU ”. istəmirəm ölümüm bu qədər düşük olsun. 15 dəqiqədir buradayam. Artıq dodaqlarım çatlayıb. Bütün bədənib göyərib. Yanğının içində donuram.

Bütün həyatımı karyera qurmağa sərf etmişdim. Hər şeyin yaxşı getdiyi bir vaxtda bütün planlar puç oldu. Mənim bioqrafiyamda 4 cümlə yazılacaq. Doğuldu, oxudu, işlədi, öldü. Dördü də boş və dəyərsiz. 5 ildən sonra məni hamı unudacaq. Amma bir gün yanğın söndürənlərdən biri öz nəvələrinə danışacaq ki, yanğın zamanı donan birisi də olmuşdu.

Nəvələrin ağzı açılı qalacaq. Baba isə sevinib bu hekayəni ətraflı danışacaq.uşaqlar qulaq asıb üzüləndə onlardan ən kiçiyi qaqqıldayacaq. Sonra digər uşaqlar da güləcək. Ehhh…

Artıq yaza bilmirəm, barmaqlarım donur. Son söz olaraq demək istəyirəm:

RESTORANINIZA MEYMUNLU İTALİYANLARI BURAXMAYIN!

ƏN ƏSASI: YANĞIN ZAMANI SOYUDUCUYA GİRMƏYİN!

Link to comment
Share on other sites

Neçə ildir mənim yanımdasan?

— 20 ildir .

— Bu zaman müddətində məndən nə öyrəndin?

— Heç bir şeylə dəyişməyəcəyim yeddi gerçək öyrəndim.

— Ömürüm səninlə keçdiyi halda cəmi 7 gerçəkmi öyrəndin?

— Bəli.

— De nələr öyrəndin?

— Baxdım ki hər kəs bir şeyi dost sayır, ona könül verib bağlanır. Ancaq bunlardan demək olar ki hamısı insanı yarı yolda buraxır. Mən isə, məni heç buraxmayacaq, ölümdən sonra belə mənimlə gələcək şeyləri axtardım. Və dost olaraq yaxşılıqları seçdim özümə. Çünki onlar sonsuz bir yüksəlmə səfərinə çıxmış insanın heç tükənməyəcək azuqəsi və ən gerçək dostlarıdır.

— Çox gözəl, ikincisi nədir? — Baxdım ki, insanların bir çoxu keçici dünya dəyərlərinə dörd əllə tutunub onları qoruyur, kassalarda saxlayır, itməməsi üçün hər çarəyə müraciət edir. Kimi zənginliyinə, kimi gözəlliyinə, kimi şanına yapışıb, onları əldən çıxarmamaq üçün hər şeyi edir. Halbuki mən varlığımı və bütün istəklərimi Allaha verib, könülümü tək onun sevgisinə açdım.

— Davam et! — İnsanların üstün olmaq üçün bir-birləriylə yarışdıqlarını gördüm. Ancaq bir çoxu üstünlüyü səhv yerlərdə axtarır və bir-birinin üstünə çıxaraq yüksəlmək istəyirdi. Amma üstünlüyü keçici dünya dəyərlərində deyil, ağıl və əxlaq tərəfindən yüksəlməkdə, pisliklərin hər növündən əl ətək çəkib, yaxşılıqlara vasitə olmaqda axtardım.

-Davam et .

— Yenə baxdım ki, insanlar səhərdən axşama bir-birləriylə mübaribə edir, boş yerə həyatı zəhər edirlər özlərinə. Bütün bunların eqoizm və paxıllıqdan irəli gəldiyini gördüm. Və könülümü bu çirklərdən təmizləyərək, hər kəslə dost olub, dinclik və inam içində yaşamanın yolunu tapdım.

— Sonra?

— Nədənsə hər kəs səhvinin səbəbini başqalarında axtarır və başqalarını günahlandırmaq istəyirlər. Beləcə günahların örtüsü altına gizlənirdilər. Halbuki insanın başına nə gəlirsə öz üzündən və öz əliylə gəlirdi. Bunu bilib tək özümlə mübarizə aparır, nəfsimə qalib gəlməyə çalışdım.

— Düzdür...

— Baxdım ki insanlar bu bir loxma çörək və dünya dolanışığı üçün halal haram demədən, hər cür haqqı tapdalamaqdan çəkinmirlər. Həm başqalarının haqqını alıb onları yoxsul buraxmaqla, həm də bu haqsızlığın əzabını ağır bir yük kimi vicdanlarında daşımaqla iki dəfə pislik etmiş olurlar. Halbuki doğru yaşanıldığında və haqq bölüşüldüyündə dünya nemətləri insanlara bəs edərdi.

— Və yeddinci?

— Yeddinci olaraq bunu gördüm ki, insanlar bir şeyə söykənmək və inanmaq ehtiyacındadırlar. Kimi zənginliyinə, kimi gözəlliyinə… Bunların hamısı da bir müddət sonra yıxılacaq süni dəstəklərdir. Mən isə tək Allaha sığınıb tək ondan kömək dilədim. Və bunun qarşılığı sonsuz bir inam oldu.

— Səni təbrik edirəm. Mən də illər ili bütün din kitablarını araşdırdım. Hamısının bu 7 gerçək ətrafında fırlandığını gördüm.

       

Link to comment
Share on other sites

Günahkar bir adam idi.Oyaq gəzməzdi.Bütün kənd camaatı bezmişdi adamdan.Ölsə də xilas olsaq" deyirdilər.Bir arvadı vardı adamın, bir də özü.Heç uşaqları olmamışdı. Kənd camaatı belə bir adamın uşağının olmadığına məmnun idi. Qadın isə adamın halına kədərlənsə də səs çıxara bilmirdi. Otuz ildir evli idilər. Döyərdi, söyərdi, hər gün biriylə dava edərdi. Amma əri idi, evinin kişisi idi. Adam xeyli qocalmışdı.Öskürək yuxusunu bölür,iki pillə nərdivan çıxsa təngnəfəs qalır, titrəyən əlləriylə siqareti qucaqlayırdı.Xeyli zəifləmiş, onsuz da qısa olan boyuyla bir uşaq kimi görünürdü.Qadın əllərini açıb dualar edir,«Adamın halı bir az düzəlsin» deyə yalvarırdı Allaha…Adam bir səhər evdən çıxdı. Lakin axşam oldu dönmədi. Dan yeri ağararkən qadın axtarışa çıxdı ərini. Kim bilir harada içib qalmışdı.

Kəndin üst tərəfindəki bulağın başına getdi əvvəl,orada axtardı amma tapa bilmədi. Yaxındakı bağları, bostanları axtardı.Kəndin dörd bir tərəfinə baxdı, yox idi.«Evə gəlib bəlkə» deyərək qaçaraq geri gəldi.Xeyr, dönməmişdi. Günəş batmaq üzrə idi.Tələsik bir dəstəmaz alıb, namaz qılmağa başladı.Duası bitmək üzrə idi ki, qapının döyüldüyünü eşitdi.Öskürür, əliylə sinəsini işarə edirdi.Qadın qoluna girdi ərinin, güc bəla ilə içəri apardı. Uzandı adam. Arvadının üzünə baxdı. Ağlayırdı. Adam «Haqqını halal et deyəcəkdi...Sözünün sonunu gətirə bilmədi,Başı yastığa düşdü.Ölmüşdü…Qadın, ərinin başında çox ağlayıb fəryad etdi. Bir az özünə gəlincə gözlərini sildi.Qalxdı, mollanın evinə getdi.

-Molla … deyə bildi hıçqıraraq… Bizimki… Söyləyə bilmirdi, amma molla vəziyyəti anlamışdı. Qadının üzünə baxdı, „Kəndli nə deyər“ deyə düşündü, tərəddüd etdi…

-O adam, bir dəfə belə məscidin qapısından içəri girmədi, dəfn etmərəm onun cənazəsini» deyərək bağladı qapını.Qüssələndi qadın.«Hara gedim, nə edim» deyə düşündü. Heç kimi yox idi ki…Çarəsiz, evə döndü.Yudu ərinin cənazəsini, sandıqdan çıxardığı ağ bir,əskiyə büktü.Çiyninə aldı, qəbiristanlığın yolunu tutdu.Məscidin küncündən dönərkən, kəndxuda və kəndlilərin ona doğru gəlməkdə olduğunu gördü.Cənazəsi çiyinindən sürüşərkən dizlərinin üstünə çökdü, əllərini üzünə tutub ağlamaya başladı.Kəndxuda yaxınlaşdı.

-Onu hara aparırsan? dedi.Qəbiristanlıqda basdırmaq fikrini ağlından çıxar. Sağlığında biz çəkdik, bir də ölülərimiz çəkməsin o adamın əlindən…Qadın gözlərini cəsədə zilləmiş, eləcə dayanırdı. Birdən qışqırmağa başladı, havalanmış kimi idi sanki.İzdiham yanından qorxuyla uzaqlaşarkən, cəsədi təkrar çiyinlərinə aldı,kəndin kənarına doğru getməyə başladı. Qan tər içində qalmışdı qadın, Artıq addım atacaq halı yox idi.Öz-özünə:

-Elə bura basdırım,heç kəs narahat olmaz burda, dedi.Elə bu vaxt ayaq səsi eşidildi, diksindi.Bir çoban idi gələn.Qadın hər şeyi olduğu kimi izah etdi.Kədərləndi çoban, gözləri doldu.

-Dərd etmə, dedi. Mən kömək edərəm sənə.Bir çuxur qazıb, cəsədi basdırdılar. Çoban başında dayandı məzarın,əllərini açdı, dua etdi. Bir neçə çiçək tapdı qadın.Məzarın üstünə qoydu.Çobana təşəkkür edərək döndü evinə.Yorulmuşdu. Ertəsi gün mollanın qapısı döyüldü.Kəndxuda bir tərəfdən qapıya təpik vurur, bir tərəfdən də;

-Molla ,molla… deyə qışqırırdı.Molla qorxuyla açdı qapını.

-Bir yuxu gördüm, dedi kəndxuda.Molla o avara adam cənnətdə idi, Mənə gülür, «haqqım sənə belə halal olsun», deyirdi.Yuxunu eşidən molla təəccübləndi.Özü də demək olar ki eyni yuxunu görmüşdü.

-Gəl içəri gəl, demişdiki, kəndin dəlisini gördülər.Qaçaraq gəlir, bir tərəfdən də qışqırırdı.

-Demişdim mən,demışdim sizə yuxumda gördüm, yuxumda…Bir neçə kəndli daha eyni yuxunu gördüyünü deyəndə qərar verdilər.Üzr istəyəcək, özlərini bağışlatmağa çalışacaq, və işin əslini öyrənəcəkdilər.Bir şey olmuşdu amma nə? Adamın evinə çatdıqlarında qapını açan qadın təəccüb içində idi.Qapını üzlərinə bağlamaq istədi amma edə bilmədi.Gələnlər olub bitəni izah edib üzr istədi.Cənazəni hara dəfn etdiyini, nələr olduğunu soruşdular.Qadın hər şeyi izah etdi.Çobanı tapmağa qərar verdilər.Bir tərəfdən gedir,bir tərəfdən aralarında danışırdılar:

-Bu çoban bir övliya idi hər halda, əslində ölən adam da o qədər pis bir adam deyildi…Dünənki yerə gəldiklərində, çoban qoyunlarını otarırdı.Gələnləri görüb ayağa qalxdı, «Xeyr ola nolub?» dedi…Oturdular. Onları südə qonaq etdi, danışmağa başladılar. Çoban deyilənlərdən heç bir şey anlamamışdı. Cənazəni necə dəfn etdiklərini izah etdi.

-Mən bir qərib qulam, dedi. «Cənazəni dəfn etdik. Başında dayanıb bir dua etdim, hamısı bu…»Maraqla necə bir dua etdiyini soruşdular.Çoban söylədi:

-Allahım.Mən dağda qoyunlarımı otararkən,qulların gəlirlər yanıma.Salam verərlər. «Sənin salamınla gələn,sənin qonağındır» deyib, onları qəbul edirəm.Südə qonaq edər, azuqəmi paylaşaram…İndi də,mən sənə bir qonaq göndərirəm, onu da sən qəbul et...

Link to comment
Share on other sites

  İki qonşu ölkənin hökmdarları bir-birləriylə döyüşməzlər, amma hər fürsətdə bir-birlərini narahat edərdilər. Ad günləri, bayramlar da maraqlı hədiyyələr göndərərək qarşıdakına zəka nümayişi etdirərdilər. Hökmdarlardan biri, günün birində ölkəsinin ən yaxşı heykəltaraşını hüzuruna çağırdı. İstədiyi, qızıldan, bir-birinin eynisi üç insan heykəli düzəltməsi idi. Aralarında bir fərq olacaq amma bu fərqi yalnız ikisi biləcəkdi. Heykəllər hazırlandı və doğum günündə qonşu ölkə hökmdarına göndərildi. Heykəllərin yanına bir də məktub qoyulmuşdu. Belə yazmışdı heykəlləri düzətdirən hökmdar:«Ad gününü bu üç qızıl heykəllə təbrik edirəm. Bu üç heykəl bir-birinin eynisi kimi görünə bilər. Amma içlərindən biri digər ikisindən çox daha qiymətlidir. O heykəli tapınca mənə xəbər ver.» Hədiyyəni alan hökmdar əvvəl heykəlləri çəkdirdi. Üç qızıl heykəl qramına qədər bərabər idi. Ölkəsində sənətdən anlayan nə qədər insan varsa çağırtdı. Hamısı da heykəlləri böyük bir diqqətlə araşdırdılar amma aralarında bir fərq görə bilmədilər. Günlər keçdi. Bütün ölkə hökmdarın çətinliyini eşitmişdi amma heç kim cavabı tapa bilmirdi. Sonda, hökmdarın çox isyankar olduğu üçün zindana atdırdığı bir gənc xəbər göndərdi.Yaxşı oxumuş, ağıllı olan bu gənc, hökmdarın bəzi istəklərinə qarşı çıxdığı üçün zindana atılmışdı. Başqa çarəsi olmayan hökmdar bu gənci çağırtdı. Gənc əvvəl heykəlləri möhkəm möhkəmə araşdırdı, sonra çox incə bir tel gətirilməsini istədi. Teli birinci heykəlin qulağından soxdu, tel heykəlin ağzından çıxdı. İkinci heykələ də eyni hərəkəti təkrar etdi. Tel bu dəfə digər qulaqdan çıxdı. Üçüncü heykəldə də tel qulaqdan girdi amma bu dəfə nə ağzından nə də qulağından çıxmadı.Tel incə bir boru vasitəsilə ürək xəttinə qədər endi və oradan kənara getmədi. Hökmdar heykəlləri göndərən qonşu hökmdara cavabı yazdı: «Qulağından girəni ağızından çıxardan insan məqbul deyil. Bir qulağından girən digər qulağından çıxırsa, o insan da məqbul deyil. Ən qiymətli insan, qulağından girəni ürəyinə həbs edən insandır.

Link to comment
Share on other sites

Bir ata ilə qızı dərtləşirdi. Qızı həyatında çox çətinlik yaşadığından və bunlarla necə baş edəcəyini bilmədiyini deyirdi atasına.Atası qızını dinlədikdən sonra «Gəl, sənə bir şey göstərəcəyəm!» deyib qızını mətbəxə aparır.

Ata sobaya 3 dənə bərabər böyüklükdə qab qoyur, üçünə də bərabər miqdarda su tökür və üçünün də altını eyni miqdarda yandırır. Birinci qaba kök, digərinə bir ədəd yumurta, digərinə isə də bir ovuc çəkilməmiş qəhvə tökür. Hər üçünü də tam 20 dəqiqə bişirir. Masaya iki dənə boşqab və bir dənə boş stəkan qoyur və ilk əvvəl qaynadılmış kökü götürüb bir qaba qoyur. Daha sonra artıq çox bişmiş olan yumurtanı digər qaba qoyur. Ən sonunda da artıq suda yaxşıca həll olunmuş qəhvəni də götürüb bir stəkana boşaldır.Sonra qızından soruşur: «Qızım nə görürsən?»

Qız cavabında «Kök, yumurta və qəhvə.» Deyir.Ata qızını əlindən tutub masaya yaxınlaşdırır daha yaxından baxmasını və hiss etməsini istəyir.

Qız masaya yaxınlaşıb «Nə görürəm. Qaynadılmış yumşaq bir kök, artıq bişməktən içi qatılaşmış bir yumurta və bir stəkan qəhvə.Hətta dadı olduqca yaxşıdır»deyir.

Sonra yenə «Ata, bunu nə üçün mənə göstərirsən?» deyə qız soruşur. «Bax hamısı eyni ölçülü qabda, eyni temperaturda, eyni dəqiqədə bişdi. Lakin hamısı bu təsirə fərqli reaksiya verdilər.Kök ilk başda bərk və güclü idi. Amma qaynadıldıqca yumşaldı hətta gücsüzləşdi. Yumurta çox həssas idi, yüngülcə toxunsan çatlaya bilərdi, amma qaynadıldıqca içi sərtləşdi. Bir ovuc çəkilməmiş qəhvə isə yenə sərt idi, amma isindikcə içində olduğu suda həll oldu. Ətirlər yaydı, dad yaydı və suyu bənzərsiz dadda bir qəhvəyə çevirdi. „

“Qızım sən hansısan? Deyə soruşdu ata. Çətinliklərlə qarşılaşdığın zaman necə reaksiya göstərirsən?

Kök kimi sərt, amma problemlər yaşayanda yumşalan və gücsüzləşən bir insanmısan yoxsa yumurta kimi içi yumşaq, hər an qırıla bilər amma problemlər qarşısında (ölüm, ayrılıq, böhranlar vs.), güclənən və sərtləşən birisənmi?Bəlkə bir qəhvə dənəsi kimisən? Əgər sən bu qəhvə dənəsi kimisənsə, ətrafında nə qədər problem olursa olsun, bunları səbrlə həll edə bilər, ətrafına gözəl dadlar, duyğular bəxş edə bilərsən.

Bəs siz hansısınız?Kök,yumurta yoxsa qəhvə?

Link to comment
Share on other sites

Qızla bir qonaqlıqda rastlaşmışdı… Çox gözəl qız idi. Qonaqlığın sonunda qızı qəhvə içməyə dəvət etti.Qız dəvət müddətində diqqətini çəkməyən oğlanın dəvətinə təəccübləndi amma nəzakətlə qəbul etdi. Yaxınlıqdakı şirin kafedə oturdular.Gənc oğlan elə həyəcanlı idi ki, ürəyinin döyüntüsündən danışa bilmirdi..Onun bu halı qızı da narahat edirdi ...

«Mən artıq gedim» deməyə hazırlaşırdı ki, oğlan birdən kafe xidmətçisini çağırdı.

«Mənə bir az duz gətirərsən?» Dedi. «Qəhvəmə qatmaq üçün.»

Yan stollarda əyləşənlər təəccüblə oğlana baxdılar. Qəhvəyə duz! Gənc qıpqırmızı oldu utandığından.Amma duzu qəhvəsinə tökdü və içməyə başladı.

Qız maraqla «Qəribə bir ağız dadınız var.» Dedi… Cavan izah etdi: «Uşaqlıqda dəniz kənarında yaşayırdıq. Həmişə dəniz kənarında və dənizdə oynardım.Dənizin duzlu suyunun dadı ağzımdan heç əksik olmazdı. Bu dadla böyüdüm mən.Bu dadı çox sevdim. Ona görə qəhvəmə duz tökürəm. Nə vaxt ki o duzlu dadı dilimdə hiss edirəm, uşaqlığımı, dəniz kənarındakı evimizi və xoşbəxt ailemi xatırlayıram… Anamla atam hələ də o dəniz kənarında yaşayırlar.Onlardan və evimdən elə darıxıram ki… „

Bunları deyərkən gözləri nəmlənmişdi cavanın… Qız eşitdiklərindən çok təsirlənmişdi. Evini, ailəsini bu qədər düşünən bir adam, evi, ailəni sevən biri olmalı idi...Qız da danışmağa başladı. Onun da evi uzaqlardaydı. Uşaqlığı kimi ...

O da ailəsindən danışdı. Çox şirin bir söhbət olmuşdu .Görüşməyə davam etdilər və hər gözəl hekayədə olduğu kimi, şahzadə evləndi. Və də sonuna qədər çox xoşbəxt yaşadılar. Prenses nə vaxt qəhvə hazırlasa içinə bir qaşıq duz qoydu, həyat boyu… Onun belə sevdiyini bilirdi çünki ...

40 il sonra, adam dünyaya vida etdi. “Ölümümdən sonra aç» deyə bir məktub qoymuşdu sevgili qadınına. Belə deyirdi, sətirlərində: «Sevgilim, bir dənəm. Xahiş edirəm məni bağışla. Bütün həyatımızı bir yalan üzərinə qurduğum üçün məni bağışla. Sənə həyatımda bir dəfə yalan dedim… Duzlu qəhvədə.

İlk görüş günümüzü xatırlayırsanmı? Elə həyəcanlı və gərgin idim ki, şəkər tozu demək əvəzinə duz dedim. Sən və hər kəs mənə baxarkən, dəyişdirməyə o qədər utandım ki, yalanla davam etdim. Bu yalanın bizim həyatımızın təməli olacağı heç ağlıma gəlməmişdi. Sənə həqiqəti danışmağı çox düşündüm. Amma hər dəfəsində qorxudan heç nə deyə bilmədim.İndi ölmüşəm və artıq qorxmağım üçün heç bir səbəb yoxdur ...

Budur həqiqət: Mən duzlu qəhvə sevmirəm! O qəribə və axmaq bir daddır.Ama səni tanıdığım andan etibarən bu qəribə qəhvəni içtim.Həm də zərrə qədər peşmanlıq hiss etmədən. Sənin yanında olmaq həyatımın ən böyük xoşbəxtliyi idi və mən bu xoşbəxtliyi duzlu qəhvəyə borcluydum.Dünyaya bir də gəlsəm, hər şeyi yenidən yaşamaq, səni yenidən tanımaq və bütün həyatımı səninlə keçirmək istəyirəm, ikinci bir həyat boyu da duzlu qəhvə içmək məcburiyyətində qalsam da… „

Yaşlı qadının gözyaşları məktubu islatdı.

Necə oldusa bir gün biri qadına “Duzlu qəhvə necə bir şeydir?» deyə sual verdi ..

Gözləri nəmləndi qadının və üzündəki xoşbəxt təbəssümlə… Çox şirin!… dedi ...

Link to comment
Share on other sites

Bir gün məşhur bir natiqdən soruşdular:

— Yaxşı çıxış üçün yaxşı hazırlaşmaqdan danışdınız. Elə isə beş dəqiqəlik bir çıxış üçün nə qədə hazırlaşmaq lazımdır?

Natiq heç düşünmədən cavab verdi:

— 2 ay...

— Bəs on dəqiqəlik bir çıxış üçün?

— 1 ay...

— Bəs 1 saatlıq çıxış üçün nə qədər hazırlaşmaq lazımdır?

Natiq gülümsəyərək cavab verdi:

— Elə indi başlaya bilərəm...

Link to comment
Share on other sites

Məhkəmə zalında, səksən yaşlarındakı qoca cütlüyün vəziyyəti ürək acısıydı… Adam inadçı baxışlarla, susqun nənənin ağlamaqdan yaxşıca çuxurlaşmış gözlərini süzürdü. Hakim tox səsiylə, yaşlı qadına:

— Danış xala, niyə boşanmaq istəyirsən?

Yaşlı qadın, dərin bir nəfəs aldıqdan sonra, qısılmış səsiylə danışmağa başladı:

— Bu insan məni 50 ildir bezdirib həyatdan…

Sonra uzunca bir səssizlik hakim oldu, məhkəmə zalında… Səssizlik, bu cür xəbərləri hər gün başlıq edən jurnalistlərdən birinin flaşı ilə pozuldu… Kim bilir necə bir başlıq yazacaqdılar, yaşanmış 50 ilin ardından? Çox sayda jurnalist izləyirdi iddianı… Qadın nələr deyəcəkdi? Hər kəs, onu dinləyirdi… Yaşlı qadının gözləri doldu və davam etdi:

— Bizim bir sədəf çiçəyi vardı, çox sevdiyim… O bilməz… 50 il əvvəl idi… O çiçəyi mənə verdiyi çiçəklər arasından qopardığım bir yarpağı toxumlamış, elə böyütmüşdüm. Övladımız olmadı onları balam bildim. Bir müddət sonra çiçək qurumağa başladı. O zaman əhd etdim. Hər gecə günəş doğmadan əvvəl, bir qab suyla sulayacağam ​​onu deyə… Bu sədəf çiçəyi üçün xeyirlidir deyərdilər… 50 il oldu, bu insan bir gecə qalxıb bir dəfə də bu çiçəyi mən sulayım demədi. Taa ki keçən gecəyə qədər… O gecə çox yorulmuşdum.Oyana bilməmişəm… Mən, belə bir adamla 50 il keçirdim. Həyatımı, ümidimi, hər şeyimi verdim. Ondan heç bir şey görmədim. Bir dəfə də olsun, mənim etdiyim vəzifələrdən birini etməsini gözlədim. Onsuz daha yaxşıyam, and içərəm.

Hakim qoca adama dönərək:

— Deyəcəyin bir şey varmı, ata? dedi.

Yaşlı adam çəliklə çətinliklə getdi kürsüyə, o ana qədər günahlandırılmış olmanın utanğaçlığını hiss etdirən üz ifadəsiylə, hakimə döndü.Tək tək danışdı:

— Əsgərliyimi Reisicumhur köşkündə bağban olaraq etdim. O bağçanın gözəl görünməsi üçün bütün gücümlə çalışdım. Fatiməmi də orada tanıdım. Sədəfi də… Ona ən gözəl çiçəklərdən buket verdim. Yeni evləndiyimizdə, boyun ağrısı səbəbiylə, onu həkimə apardım. Həkim "Çox uzun müddət oyanmadan yatsa, boynundakı əhəng sərtləşər, pisləşər" dedi. «Hər gecə yuxusunu bölüb oyanmalı,gəzməlidir» dedi. Həkimin dediklərinə çox fikir vermədi.Məni də dinləmədi.O günlərdə təsadüf, bu çiçək qurumağa başladı. Mən ona: "Çiçəyi gecələr sularsan tezliklə əvvəlki vəziyyətinə qayıdar" dedim. Əhd elədi… Hər gecə oyandı və onu suladı. O sevdiyim qadını, balası bildiyi çiçəkləri sularken seyr etdim. Hər gecə, o çiçək mən oldum sanki… dedi adam.

O yaşdakı bir adamdan gözlənilməyəcək ifadələrlə ...

— Hər gecə, o yatdıqdan sonra oyandım. Dibçəkdəki suyu boşaltdım. Çünki ,sədəf, gecə sulanmağı sevməz, hakim bəy… Keçən gecə də… qocalıq… Mən də oyana bilmədim. Oyandıra bilmədim… Çiçək susuz qalardı amma,Fatiməmin boynu yenə ağrıya bilərdi… Özümü günahkar hiss etdim… Heç nə deyə bilmədim...

O anda jurnalistlər daxil, məhkəmə zalındakı hər kəs ağlayırdı .Ertəsi gün qəzetlər «Sədəf susuz qaldı » deyə sadəcə məhkəmənin nəticəsini yazdılar.

 

Sevgidə alicənab, amma sevdiklərimizin qəlbini qırmaqda olduqca xəsis olaq!

Link to comment
Share on other sites

Bir meşədə iki dost odun doğrayırmış. Onlardan biri səhər lap tezdən qalxar, istirahət etmədən ağac kəsərmiş. Axşamlar da evə dostundan gec gedərmiş. Heç günortalar da yemək üçün fasilə verməzmiş. Dostu isə səhər vaxtında qalxar, istirahət edə-edə ağacları doğrayar, acanda da yeməyini yeyərmiş. Axşam da hava qaralan kimi evinə gedərmiş. Bir həftə bu minvalla iş davam edir. Həftənin axırında kəsdikləri ağacları sayırlar. Dayanmadan işləyən dostun kəsdiyi ağacların sayı az olur. Fasilə vermədən içləməsinə baxmayaraq, ağaclarının sayının az olması ona çox maraqlı gəlir. Dostu bunun səbəbini ona belə izah edir: Sən dayanmadan çalışarkən mən arabir istirahət edib, baltamı itiləmişəm. İti balta ilə daha az əmək sərf etməklə çox ağac kəsilər, — cavabını verdi. Özünü inkişaf etdirməyin yolu düzgün vaxtda istirahət edib baltanı itiləyə bilməkdir. Bu üsul zehnimizin aktiv olmasını və az zaman sərf etməklə daha çox şey qavramasına imkan verə bilər.

Link to comment
Share on other sites

konfrans salonuna girdi. Ancaq salonda ilk sırada oturan bir qocadan başqa heç kim yox idi. İstər-istəməz çıxış edib-etməmək barədə tərəddüd etdi. Buna görə də, qocadan:

— Burada yeganə adam sizsiniz. Sizə görə mən çıxış etməliyəm, yoxsa etməməliyəm? — deyə soruşdu.

Qoca cavab verdi:

— Oğlum, mən adi bir mehtərəm. Ona görə də, bu məsələləri o qədər də başa düşmürəm. Ancaq əgər axıra getsə idim və bütün atlarımın qaçdığını, bir atımım qaldığını görsə idim, yenə də ona yem verərdim…

Bu sözlərdən çox təsirlənən professor çıxışa başladı və nə az, nə çox iki saat çıxış etdi. Təbii ki, professor çıxışından çox razı idi. Ancaq qocanın da razı olub-olmadığını öyrənmək üçün:

— Hə, çıxışım necə idi? — deyə soruşdu.

Qoca cavab verdi:

— Oğlum, mən əvvəl də demişdim, indi də deyirəm. Mən adi bir mehtərəm və bu məsələləri o qədər də başa düşmürəm. Ancaq əgər axıra getsə idim və bütün atlarımın qaçdığını, bir atımın qaldığını görsə idim, yenə də ona yem verərdim, ancaq əlimdəki bütün yemi ona verib heyvanı "öldürməzdim"...

Link to comment
Share on other sites

Bir gün İslamın böyük sərkərdəsi Xalid bin Vəlid Həzrətlərindən (r.a) Peyğəmbər Əfəndimiz (s.ə.s) haqqında danışmağı xahiş etdilər.

— Mən bu məsələdə çox acizəm, — deyə cavab verdi. Bir daha təkid etdilər.

— Göndərilən göndərənin şanına layiq olar. Onu göndərən də Allah olduğuna görə, gerisini artıq siz düşünün, — dedi.

Link to comment
Share on other sites

Qreater Aydaho Folls» adlı məşhur elmi sərgidə bir lisey şagirdi sərgiyə tamaşa etməyə gələnləri hazırladığı layihəni imzalamağa dəvət edirdi. O «dihidrogen monooksid» adlı maddənin qadağan olunmasını, ən azı ciddi nəzarət altında saxlanılmasını tələb edirdi. Şagird divardan aşağıda stenddə bu maddənin zərərlərini belə sıralayırdı:

1. Ciddi tərləmələrə və qusmalara səbəb olur.

2. Təbiətə böyük ziyan vuran turşu yağışlarının əsas tərkib hissəsini təşkil edir.

3. Qaz halında olduqda çox ciddi yanıqlara səbəb olur.

4. Avtomobil əyləclərinin təsirini azaldır.

5. Erroziyaya səbəb olur.

6. Bu maddə ilə nəfəs aldıqda və ya ciyərlərə dolduqda ölümə səbəb olur.

7. Ölümcül xərçəng hüceyrələrinin hamısının tərkibində var...

Lisey şagirdinin hazırladığı bu layihə ilə bir saat ərzində 50 tamaşaçı tanış oldu. 43 nəfər bu maddənin qadağan olunmasını tələb etdi, 6 nəfər isə sadəcə olaraq bitərəf qaldı. Yalnız bir nəfər, bəli, yalnız bir nəfər bu maddənin H2O, yəni, su olduğunu bildirdi. Və şagirdin layihəsi «Nə qədər asan aldanırıq!» müsabiqəsində birinci mükafatı aldı. «Layihənizin məqsədi nə idi?» sualına isə şagirdin cavabı sadə idi: «Qarmaqarışıq elmi ifadələrlə insanların necə aldandığını göstərmək»...

Link to comment
Share on other sites

İngiltərədə hakimlərin maaşları yoxdur. Ancaq əvəzində çek kitabçaları var. Üstəlik, bu kitabçalarda hər hansıbir limit də yoxdur. Buna səbəb isə ingilis hükumətinin öz hakiminə inanmasıdır...

Bir gün bir hakim bir banka gedir və 1 000 000 funt-sterlinqə ehtiyacı olduğunu deyir. Təbii ki, əvvəlcə bank rəhbərliyi nə edəcəyini bilmir. Ancaq sonra «yuxarılardan» razılıq almamış bu qədər pulu verə bilməyəcəklərini deyir və dərhal Ədliyyə Nazirliyinə (həmçinin lazım olan başqa nazirliklərə) zəng edir. Ancaq hər yerdən gələn cavab eynidir: "Ödəyin!"

Ancaq bir məsələ də var ki, bankda bu qədər nağd pul yoxdur və istəsələr də, istəməsələr də, hakim istədiyi pulu almaq üçün ertəsi gün gəlməlidir. Ertəsi gün hakim gəlir və istədiyi pulu alıb gedir…

Bu hadisədən bir neçə gün keçir. Və o hakim yenə banka gəlir. Ancaq bu dəfə niyyəti aldığı pulları geri qaytarmaqdır. Təbii ki, bank rəhbərliyi yenə nə edəcəyini bilmir və yenə Ədliyyə Nazirliyinə (həmçinin də lazım olan başqa nazirliklərə) zəng edir. Bu dəfə müfəttişlər işə qarışırlar və hakimdən bu hərəkətinin səbəbini soruşurlar. Hakim isə bu hərəkəti «hökumətinin ona doğurdan da inanıb-inanmadığını sınamaq üçün» etdiyini deyir. Sonra məsələ nazirliyə çatır və nazirlik həmin gün hakimi vəzifəsindən azad edir. Ədliyyə Nazirliyinin hakimə göndərdiyi qısa məktubda isə bu sözlər var: "Əgər hökumətin bir hakimi öz hükumətinə inanmırsa, deməli hökuməti də ona inanmır"...

NOT: İnam çox nazik bir «ipdir». Və bu «ipin» qırılmasının qarşısını alan yeganə şey ikitərəfli olmasıdır...

Link to comment
Share on other sites

Bir gün bir adam qatarla səyahət edirdi. Adam bir gəncin yanında oturmuşdu. Ancaq gənc, çox narahat idi. Bir qədər söhbətdən sonra gənc neçə illər həbsdə olduğunu və həbsdən yeni çıxdığını dedi. Buna səbəb isə, gəncin illər əvvəl çox pis bir hərəkət etməsi idi. Üstəlik, onun bu hərəkəti ailəsinə də çox pis təsir etmişdi. Hətta, o qədər pis təsir etmişdi ki, nə biri bir görüşə gəlmiş, nə də biri bir məktub yazmışdı. Ancaq gənc, hələ də, ailəsinn yoxsul olduqları üçün görüşə gəlmədiklərini, savadsız olduqları üçün məktub yazmadıqlarını düşünürdü. Çünki nə qədər pis hərəkət etmiş olursa-olsun, ailəsi, yəqin ki, onu çoxdan bağışlamışdı. Buna görə də, ailəsinin «işini asanlaşdırmaq» üçün onlara bir məktub yazmış və onlardan qatar qəsəbələrinin yanındakı dağın ətəyindən keçəndə bir işarə qoymağı xahiş etmişdi. Yəni, əgər ailəsi onu bağışlasa, relsə yaxın bir alma ağacına ağ bir lent bağlayacaq, yox əgər bağışlamasa, heç bir şey etməyəcəkdi. O da qatarda qalıb üzü qərbə gedəcək və bəlkə də ömrünün sonuna kimi səfil bir həyat sürəcəkdi…

Qatar qəsəbələrinə yaxınlaşdıqca gəncin həyəcanı artır, hətta pəncərədən çölə baxmağa belə cəsarət etmirdi. Axırda adam onunla yerini dəyişmək və onun yerinə alma ağacına baxmaq istədiyini dedi. Bir dəqiqə sonra adam əlini gəncin çiyninə qoydu və göz yaşları ilə: «Artıq həyəcanlanmağa ehtiyac yoxdur, bütün ağac ağ lentlərlə doludur», — dedi. Bu vaxt artıq gəncin bütün ömrünü zəhərləyən ağrı-acılar da sanki çoxdan yox olub getmişdi...

P.S. "Əgər bağışlamasanız, sevə bilməzsiniz. Əgər sevməsəniz, bağışlaya bilməzsiniz"...

Link to comment
Share on other sites

İNSAN QƏLBİ

Bir gün xasiyyəti çox agır olan bir gəncin atası oglunu yanına çagıraraq ona bir kisə mismar verir və tapşırır ki hər dəfə kiminsə xətrinə dəyib incitdikdə bu mismarlardan birini həyətin qapısına çalsın. Birinci gün oglan 30-a qədər mismar içlədir. Get-gedə sebrli və təmkinli olmaga çalişan gənc vurdugu mismarların sayını gündən-günə azaldır. Təmkinini qorumagın mismar vurmaqdan daha asan oldugunu görən oglan bir neçə həftədən sonra gün ərzində bir dənə də mismar vurmadıgını görüb bunu atasına deyir. Ata bu dəfə igluna hər dəfə yenə də təmkinini qorumagı bacardıgı zaman bu mismarlardan birini çıxarmagı tapşırır.
Bir neçə vaxtdan sonra qapida mismar qalmır. Ata oglunu həmin taxta qapiya yaxınlaşdıraraq deyir: Oglum, sən özünü çox yaxşı aparmısan. Lakin görürsən qapıda nə qədər deşik qalıb. Bu deşiklər bir daha heç nə ilə örtülməyəcək. Bax insan qəlbi də bu qapı kimidir. Hər bir deyilmiş acı söz bu qəlbi yaralayır və sən bundan sonra nə qədər də üzr istəsən, konlünü alsan da bu insanın qelbində də belə yaralar qalır. Odur ki hər bir sözu deməzdən, hər bir hərəkəti etməzdən öncə bunun kimisə yaralaya biləcəyindən ehtiyat et.
Mən sizə yaxınlarinızın, sevdiklərinizin və əlbətdə sizi sevənlərin qəlblərinə ehtiyatla yanaşmagı arzulayıram. Özüm də bu yaxınlarda qəlbinə dəydiyim mənə çox yaxın bir insandan üzr istəyirəm. Qəlbində yaralar qalsa da...

Link to comment
Share on other sites

MƏLƏKLƏR


Günlərin bir günü iki mələk göylərdən enərək yerdə gecələməyi qərar verirlər. Qapısını döydükləri ilk evin sahibi varlı adam olsa da onları könülsüz qəbul edir, evdə yox, soyuq zirzəmidə gecələyə biləcəklərini bildirir. Ac halda yatmaga hazırlaşarkən mələklərdən yaşca böyüyü zirzəminin divarinda dəlik görür, tez oradakı daşı düzəldərək oranı suvayır. Kiçik yaşlı mələk ondan soruşanda ki niyə blə etdin cavab verir: həyatda heç də hər şey göründüyü kimi deyil.
Ertəsi gün mələklər bir kasıb ailənin evində gecələməli olurlar. Ev yiyəsi onları hörmətlə qarşılayır, evin ən rahat otagını onlara verir, sahibəsi isə yeganə inəklərindən sagdıgı süddən siyiq bişirerek onların qabagina qoyur. Yeməkdən sonra hamı yatır. Səhər duranda görürlər ki ailənin yeganə gəlir mənbəyi olan inək ölüb. Azyaşlı mələk deyir: Nəyə görə sən bizi soyuq zirzəmidə ac yatızdıran ailənin divarını suvadın, bizə xoş üz gostərib yedirdən ailənin yeganə inəyinin olməsinə razı oldun. Məgər bu ədalətlidirmi? Yaşlı mələk cavab verir: Axı men demişdim ki həyatda heç də hər şey göründüyü kimi deyil. İlk dəfə gecələdiyimiz evin zirzəmisinin divarında bir küp qizil gizlədilib. Men divarı suvadım ki ev sahibi onu tapıb bir az da harınlaşmasın. Dünən gecə isə ölüm mələyi Əzrayıl kasib ailənin sahibəsinin dalinca gəlmişdi. Mən ondan xahiş etdim ki qadının əvəzinə inəyi aparsın. İndi görürsən ki həyatda heç də hər şey göründüyü kimi deyil...

Link to comment
Share on other sites

Bir gün bir alimdən soruşurlar:
— Kimdən nümunə götürək? Alimlərdən, yoxsa tacirlərdən?
— Heç birindən. — deyə alim cavab verir və davam edir:
— Ən gözəl nümunə uşaqlardır.
— Axı, uşaqlar heç nə bilmirlər.
— Yanılırsınız. Uşaqlar hamımıza nümunə olan üç keyfiyyətə malikdirlər. Birincisi,həmişə xoşbəxtdirlər, ikincisi həmişə məşğuldurlar. Üçüncüsü həmişə istədiklərini necə əldə edəcəklərini bilirlər.

Link to comment
Share on other sites

Aprel ayı idi. Amerikanın uzaq bir qəsəbəsinin uzaq bir otelində otaq tutmuşdum.
Otağa girəndə pəncərənin kömür anbarına açıldığını gördüm. Deməli, hər gün pəncərəni açacaq və hər dəfə kömür anbarını görəcəkdim. Bunları düşünürdüm ki, birdən gözümə pəncərənin yanındakı masa dəydi. Masanın üzərində bir vaza, vazanın içərisində isə bir dəstə qızılgül var idi. Yanında isə üzərində nə isə yazılmış bir kağız qoyulmuşdu.

Kağızda bu sözlər yazılmışdı: “Ora baxmaq əvəzinə, bura bax! İmza: Otağın əvvəlki sahibi!..” Birdən sanki qaranlıq bir yerdən çıxıb işıqlı bir yerə düşdüm. O qədər xoşbəxt idim ki, hətta o bir həftənin belə necə keçdiyini bilmədim. Həftənin axırında isə qızılgüllərin əvəzinə bir dəstə qərənfil qoyub otaqdan çıxdım. İndi hər dəfə bu hadisəni xatırlayır və “otağın əvvəlki sahibinin” mənim kimi neçə nəfərin “həyatını xilas etdiyini” düşünürəm…

Link to comment
Share on other sites

“Başqasından nə isə istəməkdən çəkin! Çünki bu iş dünyada zəlilliyə səbəb olar, ardınca fəqirlik gətirər, qiyamətdə isə uzun-uzadı sorğu-sualla nəticələnər”. Hz. Mühəmməd Peyğəmbər (s.ə.s)

Keçmiş zamanlarda bir dərviş vardı. Dərviş gününün çox hissəsini tənhalığa çəkilib ibadət etməklə keçirirdi. Amma camaata möhtac olmağı da xoşlamazdı. Bunun üçün günün bir hissəsini işləməkdən ötrü ayırmışdı. Bir az işləyər, əlinin zəhməti ilə qazandığı pula yemək alardı. Ehtiyacından artıq qalanı isə fəqirlərə verərdi.

Bir gün yenə səhrada ibadətlə məşğul ikən gözü bir tülküyə sataşdı. Tülkünün ayaqları kəsilmişdi, sürünə-sürünə yeriyirdi. Dərviş öz-özünə fikirləşdi: “Görəsən, bu tülkü nə ilə dolanır? Bütün vəhşi heyvanlar ov etməyin hesabına yaşayırlar. Ov etmək üçün heyvana iti qaçan ayaqlar lazımdır. Bu biçarənin ayaqları yoxdur. Görəsən, Allah bunun ruzisini hansı yolla yetirir?”

Dərviş bu fikirdə ikən gördü ki, uzaqdan bir aslan ovladığı ceyranı dişində sürüyərək gətirir. Aslan ceyranın leşini yerə qoyub parçaladı və yeməyə başladı. Doyandan sonra leşin qalıqlarını orada qoyub uzaqlaşdı. Bayaqdan bəri onu güdən tülkü sürünə-sürünə gəldi, ceyranın ətindən yeyib qarnını doyurdu.

Dərviş bu işə məəttəl qalmışdı. Aslanın əli ilə tülkünü bəsləyən Allaha həmd etdi. Sonra ağlına belə bir fikir gəldi: “Əgər bu tülkü ruzi qazanmaq üçün heç nə etmədiyi halda Allah-təala onun ruzisini yetirirsə, nədən mənim ruzimi yetirməsin? Mən ibadətə ayırdığım vaxtdan kəsib işləməyə həsr edirəm. Halbuki, həmin saatlarda da Rəbbimə ibadət edib savab qazana bilərəm. Bundan sonra daha işləməyəcəyəm. Şikəst tülkünün yemini aslanın əli ilə yetirən Allah mənim də ruzimi bir yolla yetirər”.

Həmin gündən dərviş işləməyin daşını atdı. Gecə-gündüz özünü ibadətə verdi. Amma nə qədər gözləsə də, ruzisi gəlmədi. Nə qapısını açan oldu, nə də bir qarın yemək verən. Dərviş gün-gündən zəiflədi, bir dəri-bir sümük qaldı.

Günlərin birində dərviş qeybdən bir səs eşitdi: “Sənə sağlam bədən, güclü əl, iti ayaq verdim. Amma sən özünü şikəst bir tülküyə bənzətdin. Niyə özünü aslana yox, tülküyə tay tutursan? Niyə başqalarının qabağından qalan artıqlara göz dikirsən? Özünü şikəst tülkü kimi miskin vəziyyətə salmaq sənə yaraşarmı? Qalx, aslan kimi çalış, özünə ruzi qazan. Başqasının artığına göz dikmə, qoy əlsiz-ayaqsızlar səndən yardım umsunlar. Öz ruzini özün əldə et, həm özün ye, həm də ehtiyaclılara yedizdir”.

Dərviş etdiyi hərəkətdən utandı, tövbə edib yenidən əvvəlki həyatına döndü. Əlinin zəhməti ilə ruzi qazandı, başqalarına yük olmaq fikrindən birdəfəlik əl çəkdi

Link to comment
Share on other sites

Hava limanının gözləmə salonunda, gənc bir qadın təyyarəsinə minmək üçün gözləyirdi. Təyyarənin hərəkətinə xeyli vaxt qaldığından zaman keçirmək üçün bir kitab və bir paket kiçik peçenye satın aldı. İstirahət etmək və kitabını oxumaq üçün VIP salonunda bir kresloda əyləşdi.Kitabı oxumağa başladı. Yanındakı kresloya bir adam oturdu, jurnalını açıb oxumağa başladı. Gənc qadın ilk peçenyeni götürdü. Adam da bir dənə götürdü. Qadın özünü çox narahat hiss etdi.Qadın hər peçenye götürdükçə, adam da bir dənə götürürdü. Dəli olacaq kimi idi qadın amma hadisə çıxarmaq istəmirdi. Nəhayət son peçenye qalanda qadın:

“ Bu həyasız adam indi nə edəcək?” deyə düşündü. Adam son peçenyeni götürdü, onu ikiyə böldü və bir parçanı qadına verdi. Aaaa! Bu qədəri də çoxdu! Çox hirslənmişdi indi. Qadın əsəbi halda kitabını və digər şeylərini götürüb bir külək kimi giriş salonuna oradan da təyyarənin içinə yönəldi. Təyyarədəki kreslosuna oturdu. Eynəyini götürmək üçün çantasını açdı. Nə görsün? Peçenye paketi açılmamış olaraq orada dayanırdı. Çox utandı. Çox böyük bir səhv etdiyini anladı. Peçenyelərinin paketini açmadan çantasına qoyduğunu unutmuşdu. Adam öz peçenyelərini, heç əsəbiləşmədən, qadınla paylaşmışdı. Qadın öz peçenyelərinin paylaşıldığını düşünərək çox əsəbləşmişdi. Və indi bu vəziyyəti düzəltmək mümkün deyidi. Üzr istəmə imkanı da qalmamışdı.

Həyatda dəyişə bilməyəcəyimiz dörd şey var

— Daş… atıldıqdan sonra!

— Söz… ağızdan çıxdıqdan sonra!

— Fürsət… qaçdıqdan sonra!

— Zaman… keçdikdən sonra!

Link to comment
Share on other sites

Bir vaxtlar iki qardaş var idi. Böyük qardaş kəndin ağası idi. O qədər varlı idi ki, hamı onun var-dövlətindən danışırdı. Kiçik qardaş isə böyük qardaşın yanında bir qarın çörəyə işləyirdi. Bir gün kiçik qardaş ağacın altında oturur. Çox yorulduğu üçün onu yuxu tutur. Çox keçməmiş böyük qardaş gəlir. Ayağı ilə kiçik qardaşı vurub: «Qalx, iş vaxtı yatmaq olmaz. Unutma ki, işləməyən dişləməz», — deyir. Kiçik qardaş alakal oyanıb gözlərini ovuşdurur və: «Qardaş, məni niyə oyatdın? Çox gözəl yuxu görürdüm. Yuxuda böyük torpaqlarım, sürüylə atım, mal-qaram, ucu-bucağı görünməyən otaqlarım, var- dövlətim var idi. O qədər gözəl bir yuxu idi ki… Kaş ki, məni oyatmayaydın...» — deyir. Böyük qardaş istehza ilə kiçik qardaşa baxır və: «Sən bu saydıqlarını yuxuda görürsən ancaq bütün bunlar indi məndə var», — deyə cavab verir. Kiçik qardaş bir az fikrə gedir, sonra böyük qardaşa üz tutub deyir: «Qardaş, əslində biz ikimizdə yuxu görürük. Sadəcə olaraq, fərq ondadır ki, mənim yuxum mən gözlərimi açanda qurtarır, sənin yuxun isə sən gözlərini yumanda qurtaracaq.»

Link to comment
Share on other sites

Acı da olsa, son vaxtlar qız uşaqlarını elə bətndəcə məhv etmək kimi ağrılı bir mənzərə ilə daha çox qarşılaşırıq. Hətta bəzən həyat yoldaşı hamilə xanımını xəstəxanaya yerləşdirəndə: “Mən oğlan istəyirəm, qız yox!” — deyə “nota” da verir.

Bu, dəhşət deyil, bəs nədir? Belə adamlar heç düşünmürlər ki, qız, ya oğlan, fərqi yoxdur, hər ikisi Allahın nemətidir. Qızı oğlandan və ya oğlanı qızdan ayırmaq nə dərəcədə doğrudur?
Bu barədə Sədi Şirazi ibrətli hekayələrindən birində yazır: “Uzaq bir şəhərə qonaq getmişdim. Gecəni keçirmək üçün dostumun evinə getdim. Gördüm ki, şadlıqdır. Səbəbini soruşdum. Dedi ki, yoldaşı hamilədir, niyyət edib ki, əgər oğlu olsa, evindəki hər şeyi sədəqə verəcək. Mən də onun duasına “Amin!” deyib, səhərisi gün evindən ayrıldım. Aradan 15 il keçəndən sonra yenə yolum həmin şəhərə düşdü və dostumun evinə üz tutdum. Evin yerində uçuq bir xarabalıq var idi. Qonşulardan onu soruşdum. Dedilər: “Onun bir oğlu var idi ki, yetənə yetirdi, yetməyənə də bir daş atırdı. Vurub padşahın vergi məmurlarından birini öldürdü, özü də qaçıb gizləndi. Atasını aparıb zindana salıblar, arvadın da ürəyi dərddən partlayıb öldü”. Bu sözləri eşidəndə barmağımı dişlədim və ürəyimdə dedim: “Bu bəlanı o özü Allahdan istəmişdi”. Yəni, insan gərək Allah-Təaladan övlad istəyəndə oğlan, ya da qız deyə ayrı-seçkilik qoymasın, xeyirli övlad istəsin. Ümumiyyətlə, bu hər işdə belədir. Və insan Allah-Təaladan bir işi istəyəndə: “Allahım, əgər mənim üçün xeyirlidirsə, onu mənə qismət elə”, — deməlidir. Yoxsa, çoxumuz o rəvayətdəki ata, yaxud ana kimi özümüzə dərman yerinə zəhər istəmiş olarıq.
 

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • В Азербайджане удостоверения личности будут полностью оцифрованы
      До конца года в законодательство будут внесены изменения, которые предусматривают полную оцифровку свидетельств о рождении, браке и смерти, а также удостоверений личности в Азербайджане.
      Как сообщает Report, об этом министр цифрового развития и транспорта Рашад Набиев сказал на проходящем сегодня в Баку саммите Insurtech.
      По его словам, на выдачу данных документов приходится около 40% всех услуг, предоставляемых государством населению: «В связи с этим в законодательство будет внесено более 250 актов и изменений».
      Набиев подчеркнул, что с этими изменениями подавляющее большинство транзакций между государством и бизнесом, государством и гражданами перейдет в электронный формат.
      Media.az
        • Like
      • 39 replies
    • Принудительная смена интернет провайдера!
      Приходят представители Бакинтернета и можно сказать угрожая отключением телефона, насаждают подключение к Бакинтернету. Правда они новую  оптическую проводят линию телефона. У нас катв1 и нас устраивает. Могут ли они отключить телефон стационарный? говорят отключим потом будете себе новый проводить за большую сумму. Насколько это реально?  Телефон я хочу оставить естественно, он нужен для катв. если кто в курсе подскажите плиз.
        • Like
      • 61 replies
    • В Казахстане приняли «закон Салтанат» - о защите прав женщин и безопасности детей
      Президент Казахстана Касым-Жомарт Токаев подписал закон «О внесении изменений и дополнений в некоторые законодательные акты Республики Казахстан по вопросам обеспечения прав женщин и безопасности детей».
      bezopasnosti-detei
        • Like
      • 9 replies
    • Вай❗Переехавший в США журналист Натик Наиляоглу обручился с мужчиной
      О помолвке Натик Наиляоглу сообщил на своей странице в социальной сети Facebook.
      Помолвка проживающего в Вашингтоне Н.Наиляоглу с риелтором Эндрю Корднером состоялась 15 февраля, но о переменах в личной жизни журналист сообщил в Facebook сегодня, указав в графе «семейное положение» имя своего партнера и дату помолвки.
      Отметим, что ряд СМИ сообщают о том, что Н.Наиляоглу и Э.Корднер поженились, но в Facebook у журналиста нет информации о вступлении в брак, а сообщается только о помолвке.
      Напомним, что журналист долгое время работал репортером в новостном эфире канала ANS – в США Н.Наиляоглу переехал сравнительно недавно.
       

      Фото: Instagram by @dr3ww___
        🤗🤗🤗
        • Like
      • 224 replies
    • [VERIFIED] Строительство и ремонт домов, квартир и других объектов недвижимости  от 100 м²
      Профессиональная бригада мастеров под моим руководством производит комплексное строительство и  ремонт домов, квартир и любых других помещений . Большой опыт работы. Работаем как по Вашему проекту , так и предоставляем услуги своего дизайнера. Предоставляем весь спектр услуг :электрика,сантехник­а, декоративное покрытие, монтаж пластиковых окон и кондиционеров, малярные работы, монтаж напольных покрытий(черный пол, ламинат, паркет), любые виды работы с алчипаном(потолок, полки, перегородки), монтаж теплого пола, установка дверей.
      Работаем по договору и без договора.
      По желанию заказчика устанавливается Online-видео наблюдение(бесплатно) на объекте.
      Телефон: 070 636 53 83
      л
      • 342 replies
    • Почему молодой картофель на столичных рынках стоит так дорого? - ВИДЕО
      На столичных рынках картофель из Шамкира предлагается покупателям по разным ценам.
      Как передает xezerxeber.az, одни продавцы продают 1 кг шамкирского картофеля за 3 маната, а другие - за 5.
      Граждане сообщили, что при покупке данного овоща не обращают внимания на то, из какого региона он был привезен.
      Продавцы, в свою очередь, отметили, что картофель из Шамкира продается дороже, чем привезенный из других районов страны, потому что при его выращивании не используются химикаты.
      Подробнее - в сюжете.
       
        • Like
      • 63 replies
    • Чингиз Абдуллаев в больнице
      Народный писатель Чингиз Абдуллаев находится в тяжелом состоянии. Он помещен в отделение реанимации Центрального таможенного госпиталя. Сообщается, что три дня назад Чингиз Абдуллаев был госпитализирован с отравлением, но затем выписан. Сегодня его состояние вновь ухудшилось. = Здоровье Чингиза Абдуллаева - тайна за семью печатями? - обновлено — Haqqin
        • Upvote
        • Red Heart
        • Like
      • 19 replies
    • ISOFORKLIFTREPAIR
      Ремонт вилочных электропогрузчиков включает в себя: 994706904766
      Выезд на место эксплуатации электропогрузчика для проведения технического обслуживания, диагностики неисправности, ремонта Диагностика и оценка целесообразности (рентабельности) проведения ремонта Подбор запасных частей необходимых для ремонта электропогрузчиков  Согласование стоимости и сроков проведение ремонта с заказчиком Непосредственно ремонт после утверждения стоимости и сроков ремонта Гарантия на выполненные работы 
      • 13 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...