Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Türkiyədə Ləzgilər


Zaman.

Recommended Posts

Türkiyədə ləzgilər

Türkiyədə ləzgilər

Ləzgilər ulu Qafqazın köklü xalqlardan biri olaraq Cənubi Dağıstan və Şimali Azərbaycanda eləcə də dünyanın bir sıra ölkələrində yaşayırlar. Bu ölkələrdən biri də Türkiyədir. Dünyadakı ləzgilərə “Türkiyədə də ləzgilər yaşayır” deyəndə bir çox suallarla qarşılaşıram. Bu sualın cavabını aydınlaşdırmaq üçün bu yazını yazmaq qərarına gəldim.

 

Ləzgilərin bu ölkəyə ilk gəlişi 1877-1878-ci illərə təsadüf edir. Onların doğma torpaqlarından ayrılaraq ta uzaq Türkiyəyə kimi gəlmələrinin səbəbi  həmin dövrdə hökumət qüvvələri tərəfindən Şeyx Şamil hərəkatı tərəfdarları və iştirakçılarının izlənməsi olmuşdur. Dağıstanın müxtəlif yerlərindən Türkiyəyə köçmüş ləzgilər əsasən 3 kənddə məskunlaşmışdılar. Bunlardan ikisi Balıkəsirdə, biri isə İzmirdə yerləşir.

Hal-hazırda bu kəndlərdən ən böyüyü Balıkəsir vilayətində yerləşən Kirnə (Ortaca) kəndidir. Digər kəndlərdə güclü assimilyasiya getdiyi halda bu kəndin əhalisi doğma adət-ənənələrini qismən də olsa saxlamışdır. Bu kənd vilayətin inzibati mərkəzindən 13 km uzaqlıqda yerləşir. Kirnə hal-hazırda 70 evi və 400-ə yaxın əhalisi olan kiçik bir kənddir. Uzun illər boyu kənd Bursa, Balıkəsir, İzmir, İstanbul kimi ətraf vilayətlərə və Almaniyaya gedən ailələrlə çoxlu köç vermişdir. Kəndin yaranışı ləzgilərin bu torpaqlara köç etməsi tarixinə təsadüf edir. Amma kəndin neçənci ildə salınası haqqında dəqiq yazılı məlumat yoxdur. Əvvəllər “Aslanar bulağı” adlandırılan iki aslan figuru olan bulaq mövcud olsa da, indi dağıdılmışdır. Yalnız “Mered bulax” adlı bulaq indiyə qədər qalıb.

turkiyede_lezgiler3-300x224.jpg

Kirnə kəndinin adı 1961-ci ildə Ortaca olaraq dəyişdirildi.

Link to comment
Share on other sites

Adın dəyişdirilmə səbəbi onun ətrafindakı kəndlərin mərkəzində yerləşməsi kimi qələmə alınmışdır. Əvvəllər bu kəndin əhalisi ətrafdakı türk kəndlərin  tərəfindən soyuq qarşılanmışdır. Onlar kənd əhalisinə “yabancı köylülər gəldi” deyə yaxınlıq göstərməmişdilər. Səbəbi əhalinin Rusyadan gəlməsi və yerli əhaliyə tanış olmayan dildə danışması olmuşdur. Ləzgilərin müsəlman olduğunu görən türklər və bu əhalinin Şeyx Şamil nəvələri olduqlarını öyrəndikdən sonra əlaqələr möhkəmlənməyə başlanmışdır. Əvvəllər kənd əhalisi öz adət-ənənələrini tam olaraq yerinə yetirdikləri halda zaman axımında bəziləri yaddan çıxmışdır. Bunlardan biri də xalçaçılıq sənətidir. Demək olar ki hal-hazırda heç kim xalçaçılıqla məşğul olmur. Kənd əhalisi bir hissəsi əkinçilik və heyvandarlıqla, bir hissəsi ticarət və inşaatla məşğuldur. Kirnəlilər XX əsrin 70-ci illərinə qədər toylarda akkardionla Qafqaz mahnıları ifa edib öz rəqs havalarında oynasalar da, indi bu ənənələr aradan çıxmışdır. Kənd əhalisinin böyük əksəriyyəti doğma ana dilini qoruyub saxlamışdır və indi də aralarında ləzgicə sərbəst danışib ünsiyyət qura bilirlər. Bunlardan savayı qoruyub saxlaya bildikləri sərvətlərdən biri də ləzgi mətbəxinin bir çox milli yemək növləridir.

turkiyede_lezgiler2-300x159.jpg

Balıkəsir vilayətinə bağlı ikinci ləzgi kəndi Yayla (Dümbərəz) adlanır. Yaylalılar Türkiyəyə ilk gələn ləzgilərdən hesab olunurlar. Belə ki, onların bu ölkəyə gəlişi  1867-1870-ci illərə təsadüf edir. İlk  zamanlar əhali relyefi  Dağıstan təpəliklərinə bənzəyən Kəltəpə adlı yerdə məskunlaşmışdılar. Laklin buranın iqliminin sərt olması əhalini kəndin yerini 20 il ərzində 4 dəfə dəyişmək məcburiyyətində qoymuşdur. Kənddən digər vilayətlərə köç edənlərin sayının çox olmasının nəticəsi olaraq hal-hazırda Yaylada 30 ev qalmışdır.

turkiyede_lezgiler4-300x213.jpg

İzmir vilayətində yerləşən Dağıstan kəndi 1877-ci ildə doğma yurdlarından  köç etmiş ləzgilər tərəfindən salınmışdır. İlk dövrlərdə kənd 202 sakindən və 42 evdən ibarat idi. İlk vaxtlar bu kəndin adı  ‘Mecidiye Köyü’  adlandırılmışdı. Daha sonra kəndin rəsmi adı “Dağıstan” olmuşdur. Dağıstan indi 100 ev və 300 nəfərə yaxın əhalisi olan  bir kənddir. Burada da vəziyyət digərlərində olduğu kimidir. Gənc nəsil doğma dili və adət-ənənələri haqqında demək olar ki, çox cüzi dərəcədə məlumata malikdir.

 Türkiyədə yerləşən ləzgi kəndləri haqqında məlumatları toplamaqda köməklik göstərən Kirnə kənd sakini Rəcəb Güvənə təşəkkürümü bildirirəm.

 

Sərxan YarƏhmƏdov

Link to comment
Share on other sites

Türkiyə ləzgiləri
Türkiyə ləzgiləri
     Şeyx Şamıl hərəkatının süqutundan sonra, on doqquzuncu əsrin ikinci yarısından başlayaraq, Dağıstandan və Azərbaycandan köçürülən ləzgilər, avarlar və digər xalqların nümayəndələri Qafqazdan ayrılaraq, Osmanlı dövlətinə pənah aparır, İstanbul, Ankara, İzmir, Kars, Bursa, Balıkesir, Sivas, Berqama, Dənizli şəhərlərində və onların yaxınlığında məskunlaşırlar. Onların bir çoxları dağlıq və dağətəyi ərazilərdə yeni kəndlər salırlar. Ləzgilərin yığcam yaşadıqları belə yaşayış məntəqələri arasında      Balıkesir yaxınlığındakı Manyas qəsəbəsi, Ortaca, Yayla, Misi kəndləri, İzmir yaxınlığında yerləşən Dağıstan, Ankara  yaxınlığındakı Akgöy, Akhan  kəndləri vardır.
     Qəzetimizin 30 may 2009-cu il tarixli sayında Türkiyənin Balıkesir bölgəsində yaşayan ləzgilərlə bağlı əməkdaşımızın qeydlərini vermişdik. Bu dəfə o, Türkiyədəki soydaşlarımızın dəvəti ilə Bursaya və Balıkesir vilayətinə səfər etmişdir.
 
“Lezgiye” tanıdıldı
 
     Türkiyəyə səfərimiz Bursanın «Star Ajans” nəşriyyatında “Lezgiye” kitabımın çapdan çıxması ilə əlaqədar idi. İlk dəfə idi ki, ləzgi yazarın kitabı türk dilində işıq üzü görürdu. Onu ləzgi dilinə və ədəbiyyatına böyük sevgisi ilə tanınan izmirli Abdulla Qubalı tərcümə etmişdi. Əcdadları Quba rayonunun qrızlarından olan A.Qubalı “Hal” romanımın, “Qürub”, “Bir yaz gecəsi” povestlərimin, “Lezgiye” pyesimin üzərində səylə çalışmış, onların ruhunu qorumağa müvəffəq olmuşdu. “Lezgiye”də təsvir olunan hadisələrin bir qismi Türkiyə ilə, orada yaşayan ləzgilərlə bağı olduğuna, pyesin baş qəhrəmanı Lezgiye obrazının köməyi ilə Azərbaycanın və Türkiyənin xalqları arasında möhkəm mənəvi bağların olduğunu göstərməyə çalışdığıma görə əsərin bu ölkədə nəşr olunması mənim üçün böyük əhəmiyyət daşıyırdı. 
Газета Самур
     Bu arzumun reallaşmasında mənə Türkiyədə Dağıstan və ləzgi mədəniyyətinin tanıdılmasında əvəzsiz xidmətləri olan Yaşar Sabri Döndər və Ramazan Kor mənəvi yardım göstərdilər. Onların rəhbərlik etdiyi Bursa Dağıstan Kültür və Dayanışma Dərnəyinin və Bursa Böyükşəhər bələdiyyəsinin təşkilatçlığı ilə  Bursanın Atatürk Kongre Mədəniyyət Mərkəzi Merinosda “Lezginka” ansamblının konsertindən əvvəl keçirilən kitab təqdimatında yüzdən çox adamın iştirak etməsi olduqca sevindirici idi. Onların arasında əyani və qiyabi olaraq tanıdığım bir çox dəyərli insanlar var idi. Tədbir ictimaiyyətdə böyük maraq doğurdu, səmimi söhbətlər, maraqlı müzakirələrlə yadda qaldı.
 
Qafqazın ruhu 
 
     1999-cu ildə yaradılmış “Dağıstan Kültür və Dayanışma” dərnəyinin  bel sütünları olan Yaşar Sabri Döndər və Ramazan Kor Türkiyədə  Dağıstan, eləcə də ləzgi mədəniyyətini, adət-ənənələrini yaşatmaq üçün əllərindən gələni edirlər. Bu iki fədakar insanın səyləri nəticəsində dərnək nəinki Bursada, həmçinin bütün ölkədə tanınır. Hər il şəhərdə keçirilən “Xeyir” məclislərinə, “Afar gecələri”nə müxtəlif bölgələrdən  ləzgilər, dağıstanlılar, ümumən Qafqaz əsilli türklər gəlirlər. Təşkilatın yüksək mənəvi dəyərlərə söykənən məramı var - millətindən asılı olmayaraq, Qafqaz bağları olan bütün insanları birləşdirmək.
     Bütün dünyada məşhur olan Dağıstan Dövlət Akademik Rəqs Ansamblı “Lezginka”nın 27 illik fasilədən sonra Türkiyənin digər şəhərlərində olduğu kimi Bursada da konsertini təşkil etmək bu dərnəyin təşəbbüsü olub. Bursa Böyükşəhər bələdiyyəsinin və Yalova Quzey Qafqaz Dərnəyinin dəstəyi, ayrı-ayrı iş adamlarının maddi köməyi sayəsində tədbir yüksək səviyyədə keçdi, şəhərdə əsl “Qafqaz rüzgarı” əsdirdi. 
     Bursanın 1400 nəfərlik konsert salonunda keçirilən “Lezginka”nın konsertində iştirak etmək üçün dəvət alana kimi “Dağıstan” dərnəyinin bu qədər nüfuzu olduğunu təsəvvür etmirdim. Konsertdən sonra tamaşaçıların bir hissəsi getmədi. Çoxdan bir-birini görməyən insanlarin şirin söhbətləri bitmirdi. Gənclər haradansa bir nagara tapıb gətirdilər. Mərkəzin çıxışında rəqs gecəsi başlandı. 
 
Rekor müzİk
 
     Bursanın Səlcuq hatun məhəlləsində yerləşən “Rekor Müzik” mağazası nəinki Bursada, hətta Türkiyədən uzaqlarda da tanınır. 1978-ci ildən fəaliyyət göstərən bu mağaza klarnet, saz, zurna, ney, gitara, akkordeon, pianino və digər musiqi alətlərinin satışı ilə məşğuldur. Lakin ona şöhrət gətirən solo klarnetlərdir. Bu musiqi alətinin sənətkarı isə mağazanın yaradıcısı və sahibi olan Ramazan Kordur. Əslində mağaza Ramazanın bu alətə olan xüsusi sevgisi nəticəsində yaranıb. İndiyə kimi o, 7 mindən çox klarnetə həyat verib. Yaxınlıqda onun ayrıca sexi də var. Burada o, bizi bu çətin, zərgər dəqiqliyi tələb edən yaradıcı işlə tanış etdi. 250-dən çox ayrı-ayrı hissəciklərdən hazırlanan bu alətin yaradılmasından ötrü nə qədər zəhmət tələb olunduğunu bizə əyani olaraq göstərdi. Alətin ectetik gözəlliyə malik olmasından ötrü yüksək zövq tələb olunduğunu qeyd etdi. Düzgün köklənməsi üçün musiqi duyumunun olmasının vacibıiyini vurğuladı.
 
     Bu musiqi alətinə olan sevgisinə görə Ramazan bəy əmisi Mehmet Emi­nə minnətdardır. Uzun illər İstanbulda əmisinin evində yaşayan, burada təhsilini davam etdirən Ramazan fransız, alman dillərini mükəmməl bilən, dərin musiqi savadı olan bu insanın Bursaya ilk dəfə İtaliyadan klarnet ustası dəvət etdiyini, bu sənəti ona necə öyrətdiyini minnətdarlıqla xatırlayır. Uzun illər Fransada yaşamış professor Mehmet Emin 1969-cu ildə dünyasını dəyişib. Sevindirici haldır ki, 40 ilə yaxın müddətdə “Rekor Müzik” öz markasını saxlaya bilib. Bunun da səbəblərindən biri mağazanın musiqi alətlərinin təmirini də həyata keçirməsidir. Bütün bu işləri   Ramazanın rəhbərliyi ilə onun ailə üzvləri - qardaşı Sabri, böyük oğulları Mətin və Fəhmi nizamlayırlar. Hazırda klarnet düzəltmək kimi zərif və incə işi Ramazanın bacısı oğlu Hüseyn Ünol davam etdirir. Onun bu sahədə istedadı olduğunu görən, sənət yolunun davamçısının olmasından qürur duyan Ramazan bəy “Rekor Müziyin” sorağına dünyanın müxtəlif  yerlərindən  musiqiçilərin  gəldiyini  fəxrlə  bildirir.
 
Zümrüd evlər
 
     Ləzgilər yaşayan məhəlləyə Bursanın yerli əhalisi “Zümrüd evlər məhəlləsi” adını verib. Bir zamanlar bura başdan-başa zümrüd meşələrdən ibarət, olduqca gözəl mənzərəli yer idi. Sonralar həmin ərazidə çoxlu evlər tikilib və yaşıllıqlar tədricən yox edilib. “Zümrüd evlər məhəlləsi” 50-60 il əvvəl salınıb. Bursanın ən yüksək yerində, dağlıq ərazidə ucalan bu evlərin sakinlərinin çoxunun əsli Dümbərəz kəndindəndir. Eyni ailənin üzvləri, qohum-əqraba bir-birinin yaxınlığında evlər ucaldıblar.
Belə evlərdən biri Ramazan Korun dayısı Said Aşıra məxsusdur. O, keçən il 93 yaşında vəfat edib. Onun 91 yaşlı arvadı Ayişat bizi mehribanlıqla qarşıladı. Bu ikimərtəbəli evin birinci mərtəbəsinə daxil olanda mənə elə gəldi ki, Azərbaycanın ləzgi kənd evlərindən birindəyəm. Eyni arxitektura, eyni dəb, eyni xalça düzümü. Mənim ləzgi olduğumu biləndə qadının gözləri yaşardı. O, təmiz ləzgi dilində elə gözəl, elə səlis danışırdı ki, mən heyrətlə onu dinləyirdim. Bu evi Said Aşır 50 il əvvəl Dümbərəzdən köçəndən sonra öz əlləri ilə inşa edib. Onlar 7 övladlarını burada böyüdüb ərsəyə çatdırıblar. İndi Ayişat xalanın 50 nəvəsi, 20 kötücəsi var. Bizim gəlişimizi bilən oğlu Əli, qızları Hənifə və Nuray da gəlib çıxdılar. Onların ürəkləri dolu idi. Ayrılanda Ayişat xala mənə «Вун вучиз фад хъфизва? Вакай заз Ватандин ни атана хьи, чан руш» (Niyə tez gedirsən, səndən vətən qoxusu gəldi, qızım) dedi.
 
     Ramazan Korun qardaşı Sabri Korun evində bizi xüsusi təntənə ilə qarşıladılar. Ev adamlarla dolu idi. Mətbəxdən piçeklerin (ləzgi ət və göyərti qutabı) xoş ətri yayılırdı. Geniş, yaraşıqlı qonaq evindəki stullar, divan, kreslolar dolduğundan, adamlar yerdəki xalçaların üstündə oturmuşdular. Yuxarı başda Sabri Döndərin 85 yaşlı atası Hifzı dayı və 84 yaşlı anası Ummugülsüm xala əyləşmişdi. 65 il birgə ömür sürmüş bu nur çöhrəli qocalar şirin zarafatları ilə məclisə dad qatırdılar. 
     Bir azdan Qusar rayonunun Hil kəndindən olan, Sumqayıtda təhsil almış, sonradan övladları ilə Bursaya köçmüş Cariyə Bədəlova da gəlib çıxdı. Qonaqlar arasında Xaçmaz rayonunun Qoçaqlı kəndindən olan gənc ailə - Emin və Nazlı Həkimovlar da var idi. Bu cütlüyə hamı kimi biz də tez isnişdik. Emin təkrarsız anları foto və video yaddaşa köçürür, Nazlı isə döşünə önlük taxıb piçek bişirirdi. Ləzgi dili hamımızı birləşdirib bir doğma ailə etmişdi.
 
Unudulmaz gecə
 
     Balıkesir şəhərində “Lezgiye”nin təqdimatına həsr olunmuş görüşə yüzə yaxın adam gəlmişdi. Balıkesir və Bursa “Dağıstan” dərnəklərinin təşəbbüsü və birgə təşkilatçılığı ilə keçirilən bu tədbir səmimi ünsiyyət, könül söhbətləri ilə seçilirdi. Gələnlərin əksəriyyəti 2008-ci ildə Balıkesirdə olarkən yaxından tanış olduğum insanlar idi. Onların arasında yaşlılar, orta nəslin nümayəndələri, gənclər, hətta yeniyetmələr də var idi.   
Link to comment
Share on other sites

 Osman Göçməz bu görüşün onlar üçün çox önəmli olduğunu qeyd etdi. Balıkesir “Dağıstan” dərnəyinin mərhum sədri Cevdet Yıldızın vaxtilə dərnək adından hazırladığı xatirə hədiyyəsini təqdim etmək üçün onun həyat yoldaşı Güləndam Yıldıza söz verdi. “Kaş ki, Cevdet bəy bunu özü edəydi. Bunu dərnəyimizin bütün üzvləri çox arzulayırdı”, - deyən Güləndam xanım kövrəldi.
     Sonra çay süfrəsi arxasında şirin söhbətlər başladı. Ibrahim Afacan ağsaqqallar adından çıxış edərək belə görüşlərin onlar üçün önəmli olduğunu qeyd etdi. 
Газета Самур
Dünyanın müxtəlif yerlərində yaşa­yan ləzgilərin həyatı ilə bağlı hər şey onları maraqlandırırdı. İnternetin artıq sərhədləri aşdığını, balıkesirlilərin Bakıda ləzgi dilində nəşr olunan “Samur” qəzeti, ləzgi folklorunu və mədəniyyətini təbliğ edən “Suvar” ansamblı haqqında geniş bilgiləri olduğunu görmək xoş idi. Ləzgi dilinin indiki vəziyyəti ilə bağlı narahatlıq söhbətlərin mayasını təşkil edirdi. 
     Bursada sığorta şirkətlərindən birin­də çalışan Yaşar Sabri Döndərin ana dili ilə bağlı narahatlığı, Türkiyə ləzgilərinin gənc nəslinin onu unutmaq təhlükəsi ilə üzləşməsi ilə əlaqədar keçirdiyi ağrılı hisslər bizə tanış idi. O, dedi:
     - Gənclərin bir qisminin ana dilini başa düşsə də, danışa bilməməsi reallıqdır. Bu reallığın məsuliyyəti isə yaşlıların boynuna düşür. Axı övladlarına vətənə, torpağa, xalqa, ana dilinə sevgi hissini aşılamaq onların borcudur. Övladının öz ana dilini başa düşmədiyini görmək qədər ağrılı nə ola bilər? Təəssüf ki, bəzi insanlar bunu sonradan, çox şeyi itirdikdən sonra anlayırlar.
     Məndən “Dil haqqında ballada” poemamı oxumağı xahiş etdilər. Mən oxuduqca kövrəlmiş üzlər, dolmuş gözlər görür, dünyada ana dili qədər heç nəyin insanları bu qədər doğmalaşdıra bilmədiyi haqqında düşünürdüm.
     Görüş gecə yarısına kimi çəkdi və unudulmaz anlarla yadda qaldı.
 
Gülzar nənənİn yanında
 
     Manyas Balıkesir rayonunun bir qəsəbəsidir, türklər ona “ilçə” deyirlər. Burada 40-a yaxın ləzgi evi var. Onların yaşıllıqlara qərq olmuş iki, üç, hətta dörd mərtəbəli gözəl, yaraşıqlı evləri uzaqdan diqqəti cəlb edir. Belə evlərdən birinin sakini, 95 yaşlı Gülzar Tanrıverdi qızının qonağı olduq. Beli bükülsə də, diribaş olan bu ağbəniz, alagöz qadın yaman söhbətçil idi. Keçən il 95 yaşında vəfat etmiş ömür yoldaşı Mehmetxanla üç qız, bir oğlan böyüdən nənənin nəvə-nəticələri var. Qızı Nurtən, böyük nəvəsi Fatma ilə ləzgi dilində danışdığını görəndə ondan xəbər aldıq:
     - Gülzar nənə, o biri nəvələriniz də ləzgi dilini bilirmi?
     - Nəvələrimin hamısı ləzgi dilində bülbül kimi ötür, - deyə qadın özündən razı halda cavab verdi. Sonra isə əlavə etdi: - Mehmetlə mən uşaqlarla evdə həmişə ləzgi dilində danışmışıq. Türkcə onsuz da öyrənəcəkdilər. Azı qonşuda, küçədə, məktəbdə, televizorda türk dilində danışırlar.
 
Dümbərəzdə bİr gün
 
     Haqqında çox eşitdiyim, yetirmələri arasında bir sıra tanınmış şəxslərin olduğu Dümbərəzi görmək, nəhayət, mənə nəsib oldu.  Balıkesirlə Manyas qəsəbəsinə yaxın ərazidə, təxminən 17 km aralıda yerləşən Dümbərəz (1960-cı ildə onun adı dəyişdirilərək Yayla olub. Buna baxmayaraq, sakinlər onu köhnə adı ilə adlandırırlar.) Şeyx Şamilin təslimindən sonra Azərbaycandan və Dağıstandan sürgün edilən ləzgilərin Türkiyənin Balıkesir bölgəsində qurduğu ilk kənddir. O, 1865-ci ildə bölgənin ən yüksək yeri olan, təbiəti Dağıstanı xatırladan Kəltənədə  salınıb. Bir dəfə vətənlərindən didərgin düşən insanlar burada təbiətin sərt sınaqları ilə üzləşirlər. Onlar düz dörd dəfə yerlərini dəyişmək məcburiyyətində qalırlar. Dağın ətəklərinə köçüb indiki ərazidə qərar tutmaları üçün 20 il tələb olunur.
 
     Kəndin girəcəyində, təpənin üstündə iki qədim ağac var. Altındakı torpağı ovulub tökülmüş, qurumuş kökləri havadan asılı qalmış bu ağacları görəndə necə sarsıldığımı sözlə ifadə etmək çətindir. Ağaclar bir neçə kökü ilə təpənin başındakı torpaqdan elə yapışmışdı ki... Bu, əsl ölüm-dirim mübarizəsi idi. Eynən həmin ağaclar kimi idi Dümbərəz. Gözəl meşələrin qoynunda  yerləşmiş evlərin çoxunun qapısı bağlı, küçələri adamsız kənd nisgil aşılayırdı.
     - Kənddə hazırda neçə ailə yaşayır? - deyə xəbər aldım.
     - 36 - deyə cavab verdilər.
     - Əvvəllər neçə ev var idi?
     - 130-140.
     - Sakinlər hara gediblər?
     - Manyasa, Bursaya, Balıkesirə, İs­tanbula.
     - Qayıdanlar varmı?
     - Son illər imkanlı adamlar öz dədə-baba yurdlarını bərpa etmək üçün səy göstərirlər. Dağılmış evlərdən biri də bizim ailəyə məxsusdur, - deyə Ramazan Kor bizə bir boş sahəni göstərdi. - Burada atam Abdullətif Fəhmi və anam Şazidə səkkiz övlad böyüdüblər. 1979-cu ildə atam, 1988-ci ildə isə anam dünyasını dəyişdi. O vaxtdan ev baxımsız qaldı. Buranı görəndə ürəyim qan olur. İstəyirəm burada yeni ev tikdirim, böyüklərimizin ruhu şad olsun.
     Yarıuçuq evlərlə təpənin üstündəki “жувжувлар” - müasir elektrik pərvanələri tam ziddiyyət təşkil edirdi. Xalçalar döşənmiş səliqəli məscidin qapısı açıq olsa da, burada kimsə görünmürdü. Evləri səpələnmiş kəndin ümumi şəklini çəkmək məqsədi ilə onun hündür minbərinin üstünə çıxmaq üçün qaranlıq, dolama pilləkənlərlə yuxarı çıxmalı oldum. Buradan təbiətin gözəlliklərini seyr etmək və dağılmış evləri saymaq asan idi. 
Газета Самур
     Dümbərəzdə bir çox evlərdə olduq. Ən çox iki ailə yadımda qaldı. Onlardan biri Camal Hızlıya məxsus idi. Kəndin mənzərəli yerində ucaldılmış bu evdə hər cür şərait var idi. Onun şən, deyib-gülən arvadının ləzgi dilində bayatılar deməsi bir özgə aləm idi.
     Süleyman Ünolun şəhər rahatlığı olan ikimərtəbəli evində bizi yemək dəstgahı gözləyirdi. Ocağın üstündə bir neçə qazanda yeməklər buğlanırdı. Xalçanın üstündə alçaq stolun arxasında yerdə oturub ləzzətlə bir-birindən dadlı xörəklərdən yeyə-yeyə Süleyman və onun həyat yoldaşı Eynure ilə söhbət edirdik. 
     Qapısında şəxsi minik maşını, traktor, motosiklet, velosiped olan bu adam kəndin ən zəhmətkeş gənclərindən sayılır. Qoyunçuluqla məşğul olan onun həyat eşqi, kəndə bağlılığı, ailəcanlığı çoxlarına nümunədir. Bu gənc mənə təpənin başındakı cüt ağacın torpağa yapışıb qalmış köklərini xatırlatdı. “Nə qədər ki, belə gənclər var, kənd yaşayacaq,” - deyə düşündüm. Bursada Hüseyn Ünol, Dümbərəzdə isə Süleyman Ünol qardaşları kimi ləzgi dilinin qədrini bilən, qəlbi saf,  torpağa, ailəyə, dinə bağlı belə gənclərlə hər bir xalq qürur duyar.
 
Sədaqət KƏRİMOVA
Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    •  Кровати односпальные, двуспальные и двухъярусные
    • В Азербайджане повысились цены на услуги такси: что говорят в компаниях и AYNA?
      В последнее время в стране наблюдается рост цен на услуги такси.
      Как сообщает Xezerxeber.az, водители утверждают, что фиксируется уменьшение количества автомобилей, так как машины производства 1999 и 2000 годов сняты с эксплуатации. Это, в свою очередь, также влияет на цены.
      Между тем эксперт по транспорту Ясин Мустафаев отметил, что наряду с ценой важно повышать и качество предоставляемых услуг. 
      По данному вопросу редакция также обратились в AYNA.
      Там отметили, что, согласно новым правилам, юридические лица и частные предприниматели, желающие осуществлять перевозку пассажиров на такси, должны действовать на основании соответствующих разрешений. Прежде всего им необходимо получить пропускное удостоверение и пропускную карту.
      По поводу повышения цен в компаниях по предоставлению услуг такси привели разные доводы.
      Так, в Bolt отметили, что заказы в системе формируются на основе спроса и предложения. «Просим водителей привести свою деятельность в соответствие с требованиями законодательства. В противном случае заказ со стороны Bolt не будет отправлен владельцам этих автомобилей», - отметили в компании.
      В свою очередь в Uber заявили, что окончательная цена поездки зависит от многих факторов, таких как соотношение свободных автомобилей в конкретной локации и желающих заказать такси, расстояние и продолжительность поездки, заторы. Чем меньше свободных водителей, тем выше может быть цена поездки.
      Представляем подробный видеоматериал по теме:
      https://media.az/society/1067959052/v-azerbaydzhane-povysilis-ceny-na-uslugi-taksi-video/
      • 10 replies
    • Рапродажа уходовой и  лечебной косметики от Hommlife. Все с 40-50 % скидкой!
      Эффективные средства эко-качества🤩 По очень выгодным ценам👍 
      • 4 replies
    • Открытия сухопутных границ Азербайджана не будет
      Сейчас мы видим, что с закрытием на определенный период сухопутных границ Азербайджана безопасность в стране укрепляется. В прошлом наблюдалось множество случаев, некоторые из которых были обнародованы, а некоторые - нет.
      Как сообщает АЗЕРТАДЖ,  об этом заявил Глава республики 23 апреля в выступлении на международном форуме на тему "СОР29 и Зеленое видение для Азербайджана", организованном в Университете АДА.
      "Мы столкнулись с серьезными угрозами и проблемами извне. Именно это я и имел в виду, когда говорил, что все наши потенциальные риски могут исходить из-за рубежа", - сказал глава государства.
      https://ru.oxu.az/politics/863491
        • Haha
        • Like
      • 61 replies
    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 10 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Like
      • 638 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Like
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
        • Upvote
        • Sad
        • Like
      • 64 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...