Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Nobel qardaşlarının qənimi:  Bakı milyonçusu Şəmsi Əsədullayev


Recommended Posts

Nobel qardaşlarının qənimi: Bakı milyonçusu Şəmsi Əsədullayev

 

 

59881.jpg?636340033200000000

Bakı neftxudalarından biri olan Şəmsi Əsədullayev Əmircan kəndindəndir; ata-babadan onlar da rəncbər və arabaçı olublar. Suraxanıda buğda və arpa əkirlərmiş. Biçindən sonra arabaçılıq edər, yük daşıyıb kirə alarlarmış. Dəmir yolu olmayanda, onlar da araba karvanı ilə Tiflisə, oradan da Bakıya kirayə mal daşıyarlarmış.

Manaf Süleymanov yazır ki, o da digər milyonçular kimi neftin ecazkar qüdrətindən milyonçu olur, həm neft mədəni, həm də neft daşıyan dəniz və çay donanması düzəldir. Şəhərin mərkəzində əsas fasadı Qoqol küçəsinə, digər iki yan fasadların biri Gimnaziya küçəsinə, digəri Karantin küçəsinə baxan əzəmətli bina tikdirir. Başqa binaları da vardı. Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz gəmilərində neft daşıtdırıb satdırardı. Camaat arasında Şəmsi Əsədullayevə Nobellərin qənimi deyirdilər. Çünki bütün Rusiyada, Türküstanda, İranda, hətta Finlandiyada belə Nobellərin dükanı və kontorları ilə üzbəüz, ya da ki, yanaşı kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satar və ona mane olardı.

 

Oktyabr ayının axırlarında Volqada naviqasiya bağlananda Bakıda neftin qiyməti xeyli aşağı düşürdü; böyük neftxudalar, o cümlədən Şəmsi də, xırda mədən sahiblərindən nefti ucuz alıb anbarlara vurar, yazda naviqasiya açılanda daşıtdırardı Rusiyaya.

Şəmsinin Bakıda bir müsəlman, Moskvada isə Mariya Pavlovna adlı rus arvadı, birinci arvaddan iki oğlu və qızları vardı. Mariyanın atası çar ailəsinə yaxın senator idi. Bakı neftinin tükənməz qızılı, bir də qohum senatorun köməyi ilə bağlı qapılar Şəmsinin üzünə taybatay açılırdı. Bütün bunların hesabına Peterburqda Neva çayı sahilində, Qış sarayı yaxınlığındakı məhəllədə əzəmətli bina ucalda bilmişdi. Moskvada Mariya üçün içərisində çarhovuz və oranjereya olan təmtəraqlı mülk almışdı. Hər il Avropa şəhərlərinə, yaylaqlarına istirahətə, səyahətə gedirdilər.

Link to comment
Share on other sites

 

Böyük oğlu və müsəlman arvadı Mariyaya görə dava-şava salır, yola getmirdilər, Şəmsi qış aylarını, adətən, çox vaxt Moskva və Peterburqda yaşayar, tacirlərlə müqavilələr bağlayar, Novruz qabağı Bakıya qayıdar, satdığı nefti müştərilərə yola salardı; Mərdəkandakı yaraşıqlı malikanəsində yaşayar, qohum-əqraba, dost-aşna ilə gününü eyş-işrətdə keçirdərdi; o gün olmazdı ki, əzəmətli binanın orta günbəzi üstündəki mildə ştandart yellənib dörd bir tərəfə ziyafət məclisinin davam etdiyi xəbərini verməsin.

 

Qocaman buruq ustası, əmək veteranı Mövsüm kişi nəql edirdi ki, yazın əvvəli idi. Novruz bayramından bir az keçmişdi, qohumum Murtuz Muxtarovun bağında idim; əlimdə bel bağçada gülləri sulayırdım, qəfəslərdəki min bir avazla oxuyan quşlara dən, ceyran və marallara yem verirdim. Quşlar da, heyvanlar da, çiçəklər də elə bil baharı salamlayırdı. Nökər yaxınlaşıb dedi ki, Murtuz ağa sizi çağırır. Getdim. Murtuz şüşəbənd eyvanda oturmuşdu; məni görəndə dedi: “Oğul, Ağa Şəmsi Məskodan qayıdıb, bağdadır. Get malakeş usta Məsməliyə xəbər ver, axşamüstü gəlsin, gedək Ağa Şəmsiyə baş çəkək. Usta Məsməli söhbətcil kişidir, xoşməcazdır. Şirin danışır”. Axşamüstü getdik Şəmsinin bağına. Nərd oynayırdı. Mehriban-mehriban görüşdük. Başladı təzədən nərd atmağa. Qaşqabağı yerlə gedirdi.

Картинки по запросу "Bakı milyonçusu Şəmsi Əsədullayev"

Gödək-boy, gombul, tüklü bir kişi idi. Bizə çay gətirdilər. Birdən uzaqda paroxod fit verdi. Malakeş Məsməli dedi: “Ağa Şəmsi, paraxodundur a, fit verir, elə bil səni haylayır. Fiti min gəminin fitinin içindən seçilir. Böyük oğlun, bala xozeynin adınadur a...”.

Kiçik bir haşiyə: deyilənlərə görə, Şəmsi gəmilərin fitinə yaman aşıq imiş, bütün gəmi və barkazlarındakı sirenaları xüsusi sifarişlə qayıtdırarmış. Bir dəfə köhnə gəmisini satırmış. Müştəri deyir ki, gəmi çox köhnədir. Şəmsi cavab verir ki, köhnəliyinə nə baxırsan, sən onun fitinə qulaq as, yeddi diyarda eşidilir.

 

Malakeş Məsməlinin sözündən Şəmsinin rəngi qaçdı, papağını peysərinə itələyib, yerindən sıçrayıb qalxdı. Hirsli-hirsli qışqırdı: “O paroxod, indi mənimki döyül, borclu olduğum adamlarınkıdır. Pul yiyələrininkidir”, - papağını götürüb, zərblə yerə çırpdı, başladı böyük oğlunu söyməyə, qarğışlamağa – “Ay oğul, səni görüm zəlil olasan, ananla bir gora basdırım, məni xəcil elədüz, müflis elədüz!”.

Link to comment
Share on other sites

Boğazı tutuldu, su verdik, oturdub başladıq təsəlli verməyə. Şəmsi sakit olmurdu, Muxtarova baxıb dedi: “Ağa Murtuz, bax gör, böyük oğlum, dəyyus, başıma nə mərəkə açıb. Hər il payızın axırlarında müştəri tacirlərlə daqavor bağlayıb, neft satıram. Bakıya pravlyaşiyə tel vururam ki, bu qədər ucuz qiymətə neft al xırda sahibkarlardan, vur anbarlara; yazda yollayım müştərilərə. Bu il vurduğum tel gəlirura cümə günü çatır, pravlyaşi olmur kontorda. Aparıb verirlər Mirzə başıbatmışa. O da teli oxuyur, anasınnan söz bir olub gizlədirlər. Allah canını almış, mənim gəlməyimdən bir həftə qabaq anasını götürüb, Xorasan ziyarətinə aparıb ki, üz-üzə gəlməyək. Gəlib pravlyaşiyə tapşırıram ki, aldığım nefti yavaş-yavaş paraxodlara vur, yerit Urusiyyətə, müştərilər intizardadır. Deyir ki, siz payızda sərəncam vermədiniz, mən də icazəsiz cürət edib, neft almadım.

Картинки по запросу "Bakı milyonçusu Şəmsi Əsədullayev"

Soruşuram, necə yəni, tel vurmamışam? Deyir mən almamışam. Çatmayıb mənə. Poçtu yoxladıq, məlum oldu ki, başı batmış Mirzənin əlinə düşüb. O da arvadımla müxənnət çıxıblar, əlbir olublar, Moskvadakı arvad üstündə, Mariyaya görə ana-bala başıma belə oyun açıb, məni xar elədilər”. - Birdən başladı hirsindən ağlamağa. – “İndi yaz gəlib, neft bahalanıb, gərək özüm iki-üç dəfə baha qiymətə Bakıdan aldığım nefti öz xərcimlə daşıtdırım Urusiyyətin uzaq şəhərlərinə, Allah Əkbərin qurtaran yerinə, qəbalə bağladığım tacirlərə ucuz satım. Yol pulu da məndən. Gəmilərin çoxunu satmışam, zavodu satmışam, Ramanadakı mədəni satmışam... Müflisəm, müflis... Əlimdə qalan bu bağdı, şəhərdəki mülklərimdir, bir də ki, Suraxanıdakı xırman yeri... Bunlar da tezliklə satılar, əlimdən çıxar. Canım çıxsa yaxşıdır” deyib, qəzəblə özünü yerə çırpdı, ürəyi getdi. Otaqda olanlar birtəhər onu ayıldıb, təsəlli verdilər: “Allah kərimdir, əlamanda qoymaz səni...”.

 

Musa Nağıyevin qızı Ümülbəni Şəmsinin gəlini böyük oğlunun arvadı idi. Musa dar gündə qudasının dadına çatıb, iflas olmaqdan xilas edir. Rusiyadakı müştərilərə neft göndərir, qoymur şəhərdəki mülkü, bağı və Suraxanıdakı Xırman yerini satsın. Fətulla bəy Rüstəmovun məsləhətilə Suraxanıda Xırman yerində Musanın puluna buruq qurdurub, quyu qazdırır. Çox keçmir quyu elə bir fontan vurur ki, ətraf neft dənizinə dönür; özü də xalis Suraxanı nefti, benzinə bərabər. Müştərilər göydə götürürdülər. Gündəlik hasilat on min tondan çox idi. O quyu, məşhur fontan vuran quyularla bərabər Bakı neft-qazma tarixinə daxil edilib, olduğu yerdə xatirə daşı basdırılıb, xüsusi nişana qoyulubdur. 

Link to comment
Share on other sites

Onu da Bakı nefti milyonçu etmişdi...

http_95.86.135.60_bpictures_picture10585

Bakıda neft sənayesinin görkəmli nümayəndələrindən biri də Şəmsi Əsədullayev olub. Onun adı həmişə Nobel qardaşlarının adı ilə qoşa çəkilib. Şəmsi Əsədullayev neftin Rusiyaya daşınmasında buxar gəmisindən ilk istifadə edən milyonçu olaraq tarixə düşüb.

Milli.Az "Azadlıq"a istinadən bildirir ki, Şəmsi Əsədullayev 1840-cı ildə Bakının Əmircan kəndində anadan olmuşdur. O da bir çox Bakı milyonçuları kimi yoxsul ailədən çıxmışdı. Cavanlıqda kənddə atasının əkin-biçininə kömək edir, araba ilə biçilmiş taxılı daşıyır, xırman salır, bir sözlə, hər şeydə atasına kömək edirdi. Bu illərdə əmircanlıların əsas taxıl yerləri Suraxanı torpaqlarında idi. XIX əsrin əvvəllərində neft sənayesinin inkişafı ilə əlaqədar olaraq, bu torpaq sahələrinin mühüm bir hissəsi Suraxanıda neft çıxarılması və kerosin emalı ilə məşğul olan rus tacirlərindən Kokorev və Qubonin tərəfindən ucuz qiymətə alınmışdı. Onlar Suraxanıda - Atəşgahın yanında kerosin emal edən bir zavod tikdirmişdilər.

Torpaqsız qalan Suraxanı və Əmircan kəndinin sakinləri neft mədənlərində işləməyə məcbur oldular. Şəmsi Əsədullayev də əkinçiliyi buraxaraq, neft işinə başladı. O, 1860-cı ildə Kokorevin yanında işlər müdiri vəzifəsinə yüksələ bildi. Bir müddətdən sonra Əsədullayev neft və duz podratçılığı ilə məşğul olmağa başladı. 15 il ərzində xeyli qazanc əldə etdikdən sonra podratçılığı buraxaraq, kerosin zavodu açdı. 1890-cı illərdə neft işi ilə məşğul olan bir neçə nəfərlə birlikdə şirkət qurdu. Əldə edilən neftin Rusiya bazarlarına çıxarılması onu daha çox düşündürürdü. Nəhayət, 1891-ci ildə neftin Xəzər vasitəsilə daşınması sahəsində, Bakı neft kapitalistləri içərisində ilk dəfə olaraq, buxar şxunu (iki və üç dorlu yelkənli gəmi) sifariş verdi.

Onun 1895-ci ildə təzə aldığı torpaq sahələrinin birində neft fontan vurur. Fontan 56 gün davam edir. Bu yataq hər gün 1 milyon 600 min pud neft verirdi. Bu, Bakı neft sənayesi tarixində ən məşhur fontanlardan biri idi.
Əsədullayevin neft hasilatı artdıqca onun Moskvada, Polşada, habelə Orta Asiyada, Iranda neft anbarlarının sayı artırdı. Xəzər dənizi sahillərinə və Volqaboyu şəhərlərə öz gəmilərində neft daşıtdırıb satdırardı.

Camaat arasında Şəmsi Əsədullayevə "Nobel qardaşlarının qənimi" deyirdilər. Çünki bütün Rusiyada, Türküstanda, Iranda, hətta Finlandiyada belə, Nobellərin dükanı və kontorları ilə üzbəüz, ya da yanaşı, kontor və dükan açıb Nobellərdən ucuz qiymətə neft satır və ona mane olurdu. Oktyabr ayının axırlarında Volqada naviqasiya bağlananda Bakıda neftin qiyməti xeyli aşağı düşürdü. Böyük neft sahibkarları, o cümlədən Şəmsi bəy də xırda mədən sahiblərindən nefti ucuz alıb anbarlara vurur, yazda naviqasiya açılanda Rusiyaya daşıtdırardı.

Zəngin və "bədbəxt" milyonçu

Şəmsinin Bakıda bir müsəlman, Moskvada isə Mariya Pavlovna adlı bir rus arvadı, iki oğlu və qızı vardı. Mariyanın atası çar ailəsinə yaxın senator idi. Bakı neftinin tükənməz qızılı, bir də qohum senatorun köməyilə bağlı qapılar Şəmsinin üzünə taybatay açılırdı. Bütün bunların hesabına Peterburqda Neva çayı sahilində, Qış sarayı yaxınlığındakı məhəllədə əzəmətli bina ucalda bilmişdi. Moskvada Mariya üçün içərisində çarhovuz və oranjereya olan təmtəraqlı mülk almışdı.

Hər il Avropa şəhərlərinə, yaylaqlarına istirahətə, səyahətə gedirdilər.
Şəmsi qış aylarını çox vaxt Moskva və Peterburqda yaşayar, tacirlərlə müqavilələr bağlayar, Novruz qabağı Bakıya qayıdar, satdığı nefti müştərilərə yola salardı. Qocaman buruq ustası, Mövsüm kişi danışırdı: "Bir dəfə yazın əvvəlində Novruz bayramından bir az keçmiş qohumum Murtuz Muxtarovun bağında idim. Əlimdə bel bağçada gülləri sulayırdım, qəfəslərdəki min bir avazla oxuyan quşlara dən, ceyran və marallara yem verirdim.

 
Link to comment
Share on other sites

Nökər yaxınlaşıb dedi ki, Murtuz ağa sizi çağırır. Getdim. Murtuz şüşəbənd eyvanda oturmuşdu. Məni görəndə dedi: "Oğul, Ağa Şəmsi Məskodan qayıdıb, bağdadır. Get, malakeş usta Məsməliyə xəbər ver, axşamüstü gəlsin, gedək Ağa Şəmsiyə baş çəkək". Usta Məsməli söhbətcil kişidir, xoşməcazdır. Şirin danışır. Axşamüstü getdik Şəmsinin bağına. Nərd oynayırdı. Mehriban-mehriban görüşdük. Başladı təzədən nərd atmağa. Qaşqabağı yerlə gedirdi. Gödəkboy, gonbul, tüklü bir kişi idi. Bizə çay gətirdilər. Birdən uzaqda paroxod fit verdi. Malakeş Məsməli dedi: "Ağa Şəmsi, paroxodundur a, fit verir, elə bil səni haraylayır. Fiti min gəminin fitinin içindən seçilir. Böyük oğlun Mirzənin, bala xozeynin adınadur a..."

Deyilənlərə görə, Şəmsi gəmilərin fitinə yaman aşiq imiş, bütün gəmi və barkazlarındakı sirenalarını xüsusi sifarişlə düzəldirirmiş. Bir dəfə köhnə gəmisini satırmış. Müştəri deyir ki, gəmi çox köhnədir. Şəmsi cavab verir ki, köhnəliyinə nə baxırsan, sən onun fitinə qulaq as, yeddi diyarda eşidilir.
Malakeş Məsməlinin sözündən Şəmsinin rəngi qaçdı, papağını peysərinə itələyib, yerindən sıçrayıb ayağa qalxdı, hirsli-hirsli qışqırdı: "O paroxod indi mənimki döyül, borclu olduğum adamlarındır. Pul yiyələrinindir - papağını
götürüb, zərblə yerə çırpdı, başladı böyük oğlunu söyüb-qarğımağa - böyük oğul, səni görüm zəlil olasan, ananla bir gora basdırım, məni xəcil elədüz, müflis elədüz!"

"Zənginlər də ağlayır..."

Boğazı tutuldu, su verdik, oturdub başladıq təsəlli verməyə. Şəmsi sakit olmurdu, Muxtarova baxıb dedi: "Ağa Murtuz, bax gör, böyük oğlum, dəyyus, başıma nə mərəkə açıb. Hər il payızın axırlarında müştəri tacirlərlə doqovor bağlayıb, neft satıram, Bakıya pravlyaşiyə tel vururam ki, bu qədər ucuz qiymətə neft al, xırda sahibkarlardan vur anbarlara; yazda yollayım müştərilərə. Bu il vurduğum tel gəlir bura cümə günü çatır, pravlyaşi olmur kontorda. Aparıb verirlər
Mirzə başıbatmışa.

O da teli oxuyur, anasınan söz bir olub gizlədirlər. Allah canını almış, mənim gəlməyimdən bir həftə qabaq anasını götürüb, Xorasan ziyarətinə aparıb ki, üz-üzə gəlməyək. Gəlib pravlyaşiyə tapşırıram ki, aldığın nefti yavaş-yavaş paroxodlara vur, yerit Urusiyyətə, müştərilər intizardadır. Deyir ki, siz payızda sərəncam vermədiniz, mən də icazəsiz cürət edib, neft almadım. Soruşuram, necə yəni, tel vurmuşam axı! Deyir ki, mən almamışam. Çatmayıb mənə. Poçtu yoxladıq, məlum oldu ki, başıbatmış Mirzənin əlinə düşüb. O da arvadımla müxənnət çıxıblar, əlbir olublar. Moskodakı arvad üstündə, Mariyaya görə ana-bala başıma belə oyun açıb, məni xar elədilər - birdən başladı hirsindən ağlamağa - Indi yaz gəlib, neft bahalanıb, gərək özüm iki-üç dəfə baha qiymətə Bakıdan aldığım nefti öz xərcimlə daşıtdırım Urusiyyətin uzaq şəhərlərinə, Allah Əkbərin qurtaran yerinə, qəbalə bağladığım tacirlərə ucuz satım. Yolpulu da məndən. Gəmilərdən neçəsini satmışam. Indi zavodu, Ramanadakı mədəni də gərək satam... Müflisəm, müflis... Əlimdə qalan bu bağı, şəhərdəki mülklərimi də, Suraxanıdakı xırman yeri... Bunlar da tezliklə satılar, əlimdən çıxar. Canım çıxsa, yaxşıdır".

Qəzəblə özünü yerə çırpdı, ürəyi getdi. Birtəhərlə onu ayıldıb, təsəlli verməyə başladıq: "Allah Kərimdir, əl-amanda qoymaz səni..."

Sonralar Ağa Musa Nağıyev dar gündə qudasının dadına çatıb, onu müflis olmaqdan xilas edir.

Şəmsi Əsədullayevin Mərdəkanda əzəmətli bir bağı vardı. Bu bağ özünün çox böyük sahəsi və əzəmətli tağvari qapısı ilə fərqlənirdi. Bağ XIX əsrin axırlarında salınmışdı. Sovet hökuməti bu bağı müsadirə edib, sanatoriyaya çevirmişdi. Əsədullayev 1913-cü il 21 apreldə Yaltada günvurmadan 72 yaşında vəfat etmişdir. Onu yaxınları Bakıda dəfn ediblər.
Əsədullayevin böyük oğlu Mirzə Musa Nağıyevin qızı, kiçik oğlu Əli isə H.Z.Tağıyevin Leyla adlı qızı ilə evlənmişdilər. Qızı Sara atasının işlər müdiri Zal Həsənovun həyat yoldaşı olub.

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • И опять Помогите))
      Девочки форума....кто может откликнитесь
      все все все...мне нужна ваша помощь....
      У дочери день варенье в понедельник, меня поставщики подвели, заказала костюм  Чуи(на вайлдберис) вобщем отказали ...
      А она у меня ужасная анимешница, вобщем решила сама смастерить ей костюм , благо не очень тяжёлый ...
      У меня есть пальтишко, портниха онун астарыны дейишечек, шляпку куплю , брюки черные и сарочка есть, остаётся только два элемента, серая жилетка и короткий пиджачок, серая жилетка может у кого то от костюма остался, могу купить, или за шоколадку взять, а что делать с пиджаком? Моя портиниха отказалась((( говорит переделать нет проблем , а новый сшить нет ...
      Очень мало времени ....помогите, можно и советом...
      По магазинам не могу пройтись с работы в 6 выхожу...могу успеть только в один но только если точно знать что могу купить , что надо
        • Like
      • 6 replies
    • «Переживаю за свою жизнь и жизнь своих детей...» Женщина из Баку о том, как лишилась глаза после избиения мужа – ВИДЕО
      Проживающая в Баку Анастасия Бектимирова поделилась в своем аккаунте в Инстаграм видео, в котором рассказала о произошедшем с ней домашнем насилии.
        • Sad
        • Confused
        • Like
      • 224 replies
    • Стало известно, чем болен Кадыров. Кто станет новым главой Чечни?
      Рамзан Кадыров смертельно болен, он регулярно переносит серьезные медицинские кризисы, у него панкреонекроз поджелудочной железы, а Кремль ищет замену нынешнему главе Чечни, утверждает «Новая газета Европа». По их данным, именно поэтому Кадыров часто пропадает из виду, запускает пиар-кампании и то теряет, то набирает вес. Можно ли верить этой информации? На что опирается «Новая газета Европа» в своей публикации? Что будет в Кремле и в Чечне, если Кадырову действительно придется уйти? И что известно про Апти Алаудинова, который может стать ему заменой?
      .
        • Downvote
        • Confused
        • Haha
      • 25 replies
    • Алкоголь в Азербайджане подорожает
      Это может привести к увеличению на рынке нелегальной продукции, поэтому соответствующие структуры должны подойти к этому вопросу очень внимательно, считает эксперт.  
      • 64 replies
    • ДРУЗЬЯ! ДАВНО МЫ НИЧЕГО НЕ ОБСУЖДАЛИ )). На ДНОТе одни страшилки...Сегодня один уважаемый форумчанин выставил высказывание умной дамы. Пост длинный, весь его выставлять не вижу смысла, но одна мысль заставила меня задуматься. Дама пишет, что брак не решит никаких ваших проблем, человек должен научиться выруливать  все сам, не надеясь на партнера. Тут я зависла ))) Родилась мысль, зачем двум автономным, самодостаточным личностям жить вместе? Можете обвинять меня в меркантильности и кидать танпками, но я в браке вижу только один смысл( кроме детей) - облегчение жизни друг друга. Все мы разные и некоторые вещи даются нам легко, а нашему супругу, например,  трудно. Вот, мы , по- умолчанию и облегчаем жизнь друг друга. Это касается всех сфер , от эмоциональной до утилитарной. Но та дама так уверенно, по пунктам все разложила в своём "учении" , что я засомневалась))) А что думаете вы , дорогие диспутчане. В чем смысл брака для вас ?
        • Upvote
        • Like
      • 306 replies
    • Продам. Хонда Аккорд 2009
      Очень срочно продам автомобил.
      Хонда Аккорд 2.4 лт. 2009 года.
      Куплена в салоне Хонда.
      170.000 км оригинал пробег.
      Тел. 055 7151384
      • 2 replies
    • Очередное громкое групповое изнасилование в Индии
      Испанские муж и жена, путешествующие по миру на мотоциклах, прошли через ад. В Индии семь мужчин напали на них, когда они спали в палатке, ограбили их и изнасиловали женщину на глазах у ее мужа.
      Пара попала в больницу, а дело расследует местная полиция. О шокирующем инциденте, произошедшем в пятницу вечером в деревне Думка на северо-востоке Индии, г-жа Френанда и г-н Винсент рассказали в воскресенье в социальных сетях, опубликовав видео из клиники.
      Пара направлялась в Непал, но решила остановиться на ночь в северо-восточной Индии. Когда они поставили палатку и уснули, насильники ворвались в дом и стали избивать их касками и камнями.
      К счастью, часть тела Фернанды была прикрыта курткой, которая смягчала удары. После того как преступление было завершено, группа скрылась с места преступления, и тогда Винсент связался с патрульной машиной полиции.
      "Мы не могли понять их, потому что они плохо говорили по-английски. Но когда мы увидели их травмы, то поняли, что произошло что-то необычное. Мы сопроводили их в медицинский центр, где врачи подтвердили, что это было групповое изнасилование", - подтвердил The Times of India офицер полиции, который был в составе патруля.
      Тем временем следователи сообщили, что уже установили личности всех семи подозреваемых мужчин и арестовали троих из них. Это жители близлежащих населенных пунктов.
      "Мы находимся в больнице в Индии. Полиция тоже здесь", - говорит 45-летняя Фернанда в кадре. "Я бы никому не пожелала такого. Они избили нас и украли наши вещи. Но не все, потому что главное, чего они хотели, - это изнасиловать меня", - добавляет женщина с явными следами насилия на лице.
       
       
       
        • Sad
        • Confused
      • 281 replies
    • В Баку выявлены цеха производства подпольной продукции FAIRY, DOMESTOS, ACE, IPEK, Head and Shoulders, Prill, Perwol
      В цехах, расположенных во дворе мясокомбината в поселке Кешля Низаминского района Баку, выявлена подпольная продукция.
      Об этом сообщает Государственная налоговая служба (ГНС) при Министерстве экономики.
      • 187 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...