Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Yaxın və orta şərq xəbərləri


Ahliman

Recommended Posts

Asiyanın qərbində yerləşmiş Yaxın və Orta Şərq regionuna Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Əfqanıstan, İordaniya, İraq, İran, İsrail, Yəmən, Kipr, Küveyt, Livan, Misir, Oman, Səudiyyə Ərəbistanı, Suriya, Türkiyə və 1947-ci ildən dövlət kimi tam formalaşmağa imkan verilməyən Fələstin daxildir. İran və Əfqanıstan Orta Şərqə, digər dövlətlər isə Yaxın Şərqə aid edilir. Regional bölgü, həmçinin regionun adı şərtidir və müxtəlif müəlliflər tərəfindən müxtəlif şəkildə dəyişdirilir. Bəzi mənbələrə görə Yaxın və Orta Şərq regionu Misir və Sudan istisn Mənbə: https://eastnews.org/news/18087

1510391973.jpg

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərif türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüş reallaşdırıb.   Görüş Türkiyənin Antalya şəhərində baş tutub və bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.   Nazirlərin iki tərəfli əlaqələri, münasibətləri, iqtisadi razılaşmaları və əməkdaşlıqları müzakirə etdikləri diqqətə çatdırılır.   Qeyd olunub ki, müzakirə olunan mövzular arasında Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi hərbi əməliyyat da olub. Mənbə: https://eastnews.org/news/41579

1573298090.jpg

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, Yəmən ordusu və "Ənsarullah" hərəkatı Nəcran şəhərində Səudiyyə Ərəbistanına məxsus pilotsuz uçan aparatı zərərsizləşdiriblər.   Bu barədə Yəmən Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.   Məlumatda bildirilir ki, sözügedən PUA kəşfiyyat xidmətlərini həyata keçirib və Yəmən ordusu tərəfindən vurulub.   Qeyd olunur ki, PUA-nın üzərində hal hazırda araşdırmalar da davam edir və yaxın günlərdə ictimaiyyət geniş açıqlama veriləcək. Mənbə: https://eastnews.org/news/415781573296708.jpg

Link to comment
Share on other sites

1573295611.jpg

Eastnews.org-un verdiyi xəbərə görə, İran rəsmisi İranın sərhədini pozan istənilən təyyarənin dərhal vurulacağını açıqlayıb.   Bu sözləri İranın hava hücumundan müdafiə qüvvələrinin komandanı, general Əlirza Səbahifərd deyib.   O bildirib ki, pilotsuz uçan aparat (PUA) İranın hava məkanına daxil olan kimi zenit raket kompleksi tərəfindən vurulub. Qeyd edilib ki, İranın düşmənləri kəşfiyyat xarakterli PUA göndərərək strateji obyektlərin yerlərini öyrənməyə çalışırlar, lakin buna imkan verilməyəcək.   General bildirib ki, mütəxəssislər vurulan PUA-nın qalıqlarını araşdırır və onun hansı ölkəyə məxsus olduğunu öyrənməyə çalışırlar.   Xatırladaq ki, dünən İranın Xuzistan vilayətində ölkənin hava sərhədini pozan PUA vurulub. Rəsmi Vaşinqton bəyanatla çıxış edərək PUA-nın ABŞ-a məxsus olmadığını bildirib. Mənbə: https://eastnews.org/news/41577

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyə Milli Müdafiə Nazirliyi ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri ilə Ankaradakı danışıqlar zamanı Suriya-Türkiyə-ABŞ razılaşmasını müzakirə edib.   "ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Cefri və Türkiyənin Müdafiə nazirinin müavini Yunus Emre Karaosmanoğlunun rəhbərliyi ilə idarələrarası nümayəndə heyətlərinin iclası keçirildi. Görüşdə 17 oktyabr 2019-cu ildə ABŞ ilə imzalanan müqavilə ilə əlaqədar məsələlər müzakirə edildi. İdarələrarası görüşün sonunda Türkiyə Müdafiə naziri Hulusi Akar Ceyms Cefrini və ABŞ-ın Ankaradakı səfiri Devid Satterfildi qəbul edib”, - deyə Türkiyə Milli Müdafiə Nazirliyinin məlumatında bildirilib. Mənbə: https://eastnews.org/news/41575

1573291499.jpg

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, noyabrın 8-də İran ərazisində baş verən zəlzələ nəticəsində yaralanan şəxslərin sayı 529 nəfərə çatıb.   Bu barədə İRNA tibb işçilərinə istinadən məlumat verib.   Daha öncə 6 nəfərin həlak olması və 345 nəfərin yaralandığı barədə məlumat verilib.   Xatırladaq ki, noyabrın 8-də İranın Şərqi Azərbaycan vilayətində 5.9 bal gücündə zəlzələ baş verib. Mənbə: https://eastnews.org/news/41574

1573290225.jpg

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, Suriya prezidenti Avropanın Türkiyə prezidentindən qorxduğunu və eyni zamanda ona ehtiyac duyduğunu vurğulayıb.   Bu barədə "Arabic.rt" saytı məlumat yayıb.   Məlumata görə, Suriya prezidenti Bəşər Əsəd verdiyi açıqlamada, Avropanın Ərdoğana qarşı iki üzlü davrandığını, bir tərəfdən ondan qorxduğunu və digər tərəfdən ehtiyac duyduğunu söyləyib.   Bəşər Əsəd açıqlamalarında qeyd edib ki, Qərb baxımından qaçqınların Avropaya göndərilməsi təhlükəli bir məsələdir. Qərb Suriyanın daxilində on minlərlə,  bəlkə də yüz minlərlə terrorçunu birbaşa dəstəkləyib. İndi onların Avropaya qayıtmağından narahat deyillər? Suriyadan qaçanların arasında bəzi terrorçular var. Avropa üçün Suriyadakı terrorçulara dəstək vermək daha təhlükəlidir.  Mənbə: https://eastnews.org/news/41573

1573289913.jpg

Link to comment
Share on other sites

1573287323.jpg

Eastnews.org-un verdiyi xəbərə görə, Türkiyənin ana müxalifət partiyası olan CHP-nin sədri Kamal Kılıçdaroğlu hökumətin Suriya siyasətini yenə tənqid edib.   O, açıqlamasında bildirib ki, Türkiyə Suriya siyasətini yenidən gözdən keçirməli və uğurlu addımlar atmalıdır.   "Siz əgər imperialistlərin dediklərini etsəniz sabah da onların əl altısı olarsınız", - deyə Kamal Kılıçdaroğlu diqqətə çatdırıb.   CHP sədri qeyd edib ki, Türkiyənin nüfuzunu aşağı salan ən pis hadisə İŞİD-in Mosuldakı Konsulluq binasını işğal etməsi olmuşdu. Mənbə: https://eastnews.org/news/41572

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, Böyük Britaniya ordusu Səudiyyə Ərəbistanı əsgərlərinə hərbi təlimlər keçməyə davam edir. Bu barədə Böyük Britaniyanın tərkibində olan İngiltərənin Müdafiə nazirinin müavini Mark Lenkster açıqlama verib. O, açıqlamasında bildirib ki, Böyük Britaniya və Səudiyyə Ərəbistanı arasında hərbi əməkdaşlıq hər ötən gün daha da güclənir. "Biz hazırda Səudiyyə Ərəbistanı Krallıq Briqadasına hərbi təlimlər keçirik", - deyə Mark Lenkster qeyd edib. Mənbə: https://eastnews.org/news/41571

1573288435.jpg

Link to comment
Share on other sites

BMT silah embarqosunu pozan dövlətlərin adlarını açıqladı Eastnews.org-un verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı Türkiyəni və Birləşmiş Ərəb Əmirliklərini tənqid edən hesabat yayıb.   Hesabatda vurğulanır ki, nə Türkiyə, nə də Birləşmiş Ərəb Əmirlikləri Liviyaya qadağan olunmuş silahları göndərdiyini gizlətmir.   "Bu beynəlxalq qanunlara və konvensiyalara ziddir. Müharibə cinayətinə şərik olmaqdır", - deyə hesabatda diqqətə çatdırılıb.   Qeyd olunub ki, Türkiyə, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri 2011-ci ildən bu günə qədər silah embarqosuna zidd addımlar atırlar. Mənbə: https://eastnews.org/news/41568

1573283041.jpg

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, Rusiya Federasiyası Xarici İşlər Nazirliyi İraqdakı vəziyyətin əlverişsiz olması və terror təhlükəsinin yüksək olması səbəbindən Rusiya vətəndaşlarının yaxın gələcəkdə İraqa getməsini tövsiyə etməyib. Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin fövqəlada vəziyyət və Böhran Mərkəzi tərəfindən məlumat verilib. "Rusiya Xarici İşlər Nazirliyi xatırladır ki, çətin vəziyyət və İraqın bir sıra bölgələrində İŞİD terror fəaliyyətinin davam etməsi, konsulluq yardımının göstərilməsində çətnliklər yaradır, Rusiya vətəndaşlarının bu ölkəyə səfərləri çox böyük risk daşıyır”, - deyə Rusiya XİN məlumatında bildirilib. Xatırladaq ki, oktyabrın 1-dən İraq ərazisində etiraz aksiyaları başlayıb.  Mənbə: https://eastnews.org/news/41569

1573283674.jpg

Link to comment
Share on other sites

"Həşd Şabi" Ayətullah Sistaninin bütün əmrlərinə tabe olduğunu açıqladı Eastnews.org-un verdiyi xəbərə görə, İraqın "Həşd Şabi" xalq birlikləri İraq dini mərcəiyyətinin tutduğu mövqeyi dəstəklədiyini açıqlayıb.   Bu barədə İraq mətbuatı məlumat yayıb. Məlumata görə, "Həşd Şabi" Ayətullah Seyid Əli Sistaninin İraqdakı mövcud vəziyyətlə əlaqədar mövqeyini alqışlayan bəyanat yayıb.   Bəyanatda "Həşd Şabi" xalq birlikləri Ayətullah Sistaninin İraqdakı mövcud durumla əlaqədar söylədiklərini dəstəklədiyini və onun tövsiyələrinə sadiq olduqlarını açıqlayıb. Mənbə: https://eastnews.org/news/41566

1573282259.jpg

Link to comment
Share on other sites

1573282691.jpg

Eastnews.org-un verdiyi xəbərə görə, Fransa qəzeti Yəməndə 18 gizli BƏƏ həbsxanasının olduğunu və onlardan birinin Yəmənin cənubundakı Şabva əyalətinin Balhaf bölgəsindəki qaz şirkətinin obyektlərində yerləşdiyini söyləyib.   Fransızca nəşr olunan "Lemond" qəzeti, BƏƏ-nin Yəmənin nəzarətində olan bölgələrində 18 gizli həbsxanasının fəaliyyət göstərdiyini bildirib.   BƏƏ həbsxanalarında saxlanılanlar ABŞ-ın müstəntiqləri tərəfindən sorğulanır.   "Lemond" qəzetinin verdiyi məlumata görə, BƏƏ həbsxanalarından biri Yəmənin cənubundakı qaz şirkətində yerləşir.   BƏƏ 2017-ci ilin ortalarında Yəmənin cənubundakı qaz yatağının bir hissəsində qurulan hərbi bazada gizli həbsxananı idarə edir. Qaz sahəsi Fransanın "Total" şirkəti tərəfindən idarə olunur. Qəzet bildirib ki, Balhaf  bazasında 2016-cı ilin ortalarından bəri çox sayda insan həbsdədir. Mənbə: https://eastnews.org/news/41567

Link to comment
Share on other sites

 

Türkiyə Silahlı Qüvvələrinin Suriya ərazisində “Sülh çeşməsi” antiterror əməliyyatını apardığı bölgəyə son 24 saat ərzində PKK və YPG terrorçuları tərəfindən 8 hücum olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, hücumlar zamanı əsasən raketlərdən və snayper tüfənglərindən istifadə edilib.

15733005232742043366_1000x669.jpg

Link to comment
Share on other sites

İranın sərhədini pozan istənilən təyyarə dərhal vurulacaq.

AZƏRTAC xəbər verir ki, bu sözləri İranın hava hücumundan müdafiə qüvvələrinin komandanı, general Əlirza Səbahifərd deyib.

O bildirib ki, pilotsuz uçan aparat (PUA) İranın hava məkanına daxil olan kimi zenit raket kompleksi tərəfindən vurulub. Qeyd edilib ki, İranın düşmənləri kəşfiyyat xarakterli PUA göndərərək strateji obyektlərin yerlərini öyrənməyə çalışırlar, lakin buna imkan verilməyəcək.

General bildirib ki, mütəxəssislər vurulan PUA-nın qalıqlarını araşdırır və onun hansı ölkəyə məxsus olduğunu öyrənməyə çalışırlar.

15732888933563921473_1000x669.jpg

Xatırladaq ki, dünən İranın Xuzistan vilayətində ölkənin hava sərhədini pozan PUA vurulub. Rəsmi Vaşinqton bəyanatla çıxış edərək PUA-nın ABŞ-a məxsus olmadığını bildirib.

Link to comment
Share on other sites

Tacikistan-Özbəkistan sərhədindəki zastavaya hücum edən silahlıların əksəriyyəti Tacikistanın şimalındakı Suğd vilayətinin sakinləri olub.

AZƏRTAC xəbər verir ki, bu barədə Tacikistan Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İşkobod” sərhəd zastavasına hücum edən, aralarında qadınların da olduğu silahlıların əksəriyyəti Tacikistanın şimalında yerləşən Suğd vilayətinin sakinləridir. Baş prokurorluq hücum faktı ilə əlaqədar “terror”, “qətl”, “dövlət sərhədini qanunsuz keçmə” maddələri üzrə cinayət işi açıb”, - deyə qurumun mətbuat katibi Umarcon Emomali bildirib.15732006161268555868_1000x669.jpeg

 

Bir qədər əvvəl Əfqanıstanın Müdafiə naziri zastavaya hücum edən şəxslərin Tacikistana Qunduz əyalətindən keçməsi ilə bağlı məlumatı təkzib etmişdi.

Xatırladaq ki, noyabrın 6-da 20 nəfərdən ibarət silahlı qrup Tacikistan-Özbəkistan sərhədində yerləşən “İşkobod” zastavasına hücum edib. Daxili İşlər Nazirliyi silahlılardan 15-nin öldürüldüyünü, beşinin isə saxlanıldığını bildirib. Əməliyyat zamanı, həmçinin güc strukturlarının iki əməkdaşı da həlak olub.

Link to comment
Share on other sites

Daşkənddə Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) Regional Antiterror Strukturunun VII beynəlxalq elmi-praktik konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə ŞƏT-in üzvü olan, həmçinin müşahidəçi ölkələrin nümayəndələri, BMT, MDB, ATƏT, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirlərinə dair Müşavirənin və digər beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər.

ŞƏT Regional Antiterror Strukturunun direktoru Jumaxon Qiesov terrorizm, separatizm və ekstremizmlə mübarizədə təşkilatın üzvü olan ölkələrlə qarşılıqlı fəaliyyətin əlaqələndirilməsi istiqamətində bu qurumun mühüm rol oynadığını bildirib. O deyib ki, ŞƏT Regional Antiterror Strukturu terrorizmlə mübarizədə beynəlxalq qüvvələrin birgə səyini dünyada təhlükəsizliyin və sabitliyin təmin olunmasında əsas amil kimi dəyərləndirir.

15731986976097454393_1000x669.jpg

Tədbir çərçivəsində “ŞƏT məkanında terrorizm və ekstremizmlə mübarizədə milli təcrübə” mövzusunda seminar da keçirilib. Seminarda Özbəkistan, Çin, Rusiya, Hindistan, İran və digər ölkələrin ekspertlərinin çıxışları dinlənilib, əməkdaşlıqla bağlı bir neçə sənəd imzalanıb.

Xatırladırıq ki, Azərbaycan Şanxay Əməkdaşlıq Təşkilatında dialoq üzrə tərəfdaş qismində çıxış edir.

Link to comment
Share on other sites

157319850120582305_1000x669.jpg

Türkiyə təhlükəsizlik qüvvələrinin iyulun 19-da Diyarbəkirdə keçirdiyi antiterror əməliyyatı zamanı zərərsizləşdirilən 5 terrorçudan ikisinin şəxsiyyəti müəyyən olunub.

AZƏRTAC xəbər verir ki, bunlar Daxili İşlər Nazirliyi tərəfindən axtarışda olan "Numan Batman” ləqəbli Hejar Çelik ilə "Erhan Garzan Porsipi" ləqəbli İshak Özçaktudur. Hər iki PKK terrorçusunun axtarışı üçün böyük məbləğdə vəsait ayrılmışdı.

Bildirilir ki, son illər Türkiyədə törədilən bir sıra terror aktlarının təşkilatçıları bu iki terrorçu olub.

Link to comment
Share on other sites

Türkiyə tərəfi Yunanıstan Prezidenti Prokopis Pavlopulosun Yerevanda 1915-ci il hadisələri ilə bağlı səsləndirdiyi birtərəfli, qərəzli və ədalətsiz fikirlərə kəskin etirazını ifadə edib.

AZƏRTAC Türkiyə Xarici İşlər Nazirliyinin rəsmi internet saytına istinadla xəbər verir ki, bu barədə nazirliyin sözçüsü Hami Aksoy açıqlama verib. Təəssüflə bildirilir ki, Yunanıstan tərəfi Türkiyə əleyhinə olanların yanında yer almaqda və onlara dəstək verməkdə davam edir. Qeyd olunur ki, Yunanıstanın tarixdə türklərə və Osmanlı vətəndaşlarına qarşı törətdiyi zalımlıqlar unudulmayıb.

15731888375025136929_1000x669.jpg

Vurğulanıb ki, tarixdə olduğu kimi müasir dövrdə də, Yunanıstanda türklərə, müsəlman din xadimlərinə qarşı hətta ibadət etdikləri üçün həbs olunmaq kimi hallar vardır. Lakin baş verənlərdən qisasçılıq üçün deyil, sülh və qardaşlıq yolunda dərs almağın əhəmiyyətinə inanan Türkiyə, eyni zamanda tarixi həqiqətlərin fərqindədir. Diqqətə çatdırılır ki, Türkiyənin 1915-ci il hadisələri ilə bağlı mövqeyi bəllidir və əlavə şərhə ehtiyac yoxdur.

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, Suriyanın şimalında Rusiya Türkiyə birgə patrulunua növbəti dəfə PKK-YPG terrorçularının tərəftarları hücum edib.   Ötən dəfəki hücumdan fərqli olaraq bu dəfə Rusiya hərbi patrulunu həyata keçirən “Tiqr” zirehli avtomobilinin üzərində quraşdırılan radiolektron mübarizə qurğunsunu dağıdmağa cəhd ediblər.   PKK-YPG tərəftarları Rusiya -Türkiyə patrulu texnikalarının üzərinə rənglə dolu şarlar atıblar. Mənbə: https://eastnews.org/news/415621573280416.jpg

Link to comment
Share on other sites

Suriyanın şimalında terrorçu kamikadze özünü belə partlatdı - Video Eastnews.org-un verdiyi xəbərə görə, ötən gün Suriyanın şimalında Türkiyənin “Fərat qalxanı” əməliyyatının keçirildiyi ərazidə yerləşən ər-Rai yaşayış məntəqəsində Türkiyənin dəstəklədiyi silahlı qruplaşma üzvlərinə hücum edilib. Belə ki, terrorçu kamikadze idarə etdiyi yük avtomobilini ər-Rai qəsəbəsində yerləşən polis məntəqəsinin qarşısında partladıb. Nəticədə 4 silahlı ölüb, 8 nəfər isə yaralanıb. Heç bir qruplaşma partlayışın məsuliyyətini üzərinə götürməyib. Mənbə: https://eastnews.org/news/41560

1573277948.jpg

Link to comment
Share on other sites

Bu gün : 9 Noyabr 2019, Şənbə Dəstək ol Haqqımızda Bizimlə əlaqə Əsas Səhifə İraq Suriya Fələstin Yəmən İran Türkiyə Ərəb dünyası Qərb Afrika Asiya Digər Araşdırma Region Hərbi Multimedia Məqalə Mövqe İslam Arxiv Livan Prezidenti korrupsiyadan danışdı Eastnews.org-un verdiyi xəbərə görə, Livan Prezidenti Mişel Aun ölkəsindəki korrupsiya iddialarıyla bağlı jurnalistlərə açıqlama verib. O, açıqlamasında bildirib ki, 17 vəzifəli şəxs barəsində cinayət işi açılıb və istintaq davam edir. "Ölkəmizdə cinayət əməli olan korrupsiyaya bulaşmış bütün vəzifəli şəxslər kimliklərindən və mövqelərindən asılı olmayaraq ən sərt şəkildə cəzalandırılacaqlar", - deyə Mişel Aun diqqətə çatdırıb. Prezident qeyd edib ki, sabiq Baş Nazir Fuad Sinyora da bu gün səhər saatlarında Baş Prokuror qarşısında ifadə verib. Mənbə: https://eastnews.org/news/41556

1573215646.jpg

Link to comment
Share on other sites

1573213809.jpg

 

Eastnews.org-un verdiyi xəbərə görə, İsrail rejimi ilə yaxınlığıyla tanınan onlarla şirkətin Səudiyyə Ərəbistanının qərbində inşa olunan Neom adlı şəhərdəki layihələrə qatılmağa başladıqları məlum olub. Vurğulanır ki, Neom şəhərinə investisiyanın 70 faizini xarici şirkətlər qoyublar. Diqqətə çatdırılır ki, bu şirkətlərin də başında əsasən İsrail rejimi ilə yaxınlığıyla tanınanlar gəlir. Qeyd edək ki, Qırmızı dənizin Səudiyyə Ərəbistanı sahilində tikiləcək müasir şəhər ABŞ-ın Nyu-York şəhərindən 33 dəfə böyük olacaq və əsasən biznes mərkəzi sayılacaq. Mənbə: https://eastnews.org/news/41554

Link to comment
Share on other sites

1573211119.jpg

 

Eastnews.org-un verdiyi xəbərə görə, Suriya ordusu mümkün olan hər hansı Türkiyə hücumuna qarşı sərhəd bölgələrinə, xüsusən Hasəkə əyalətinə hərbi texnikalar göndərməyə davam edir. Bu barədə Suriyanın rəsmi xəbər agentliyi SANA məlumat yayıb. Məlumata görə, Suriya ordusu Türkiyə ilə sərhədlərində yerləşməyə davam etdiyi üçün hərbi texnikalarını Suriyanın şimal-şərqinə göndərib. Son iki gün ərzində Suriya qoşunları Türkiyə ilə sərhədə yerləşdirilib. Sahə Qamışlı şəhərindən şərqdə əl-Maliki şəhərinə qədər təxminən 60 kilometr uzanır. Mənbə: https://eastnews.org/news/41552

Suriya ordusu Türkiyə ilə sərhədə hərbi texnika göndərdi - Foto

Link to comment
Share on other sites

1573129904.jpg

 

Eastnews.org-un verdiyi xəbərə görə, Əfqanıstanın Loqar vilayətində dörd məhkəmə hakimi qətlə yetirilib.   "TOLO News" agentliyinin verdiyi xəbərə əsasən, faktı yerli polis rəsmiləri təsdiqləyib.     Polisdən bildirilib ki, hakimlər həftəlik tətil üçün evə qayıdarkən onların olduğu avtomobil Məhəmməd Ağa rayonunun Baqi Abad bölgəsində yaraqlıların pusqusuna düşüb.   Polis hadisənin "Taliban" tərəfindən törədildiyini bildirsə də, hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib. Mənbə: https://eastnews.org/news/41518

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, ötən gün rəsmi Pekin birtərəfli sanksiyalara qarşı çıxdığını və onların problemləri həll etmədiyini açıqlayıb.   Bu açıqlam ilə Çin Xarici İşlər Nazirliyinin rəsmisi Qen Şuan çıxış edib.   “Çin hər zaman birtərəfli sanksiyalara qarşı çıxıb və çıxmağa davam edir. Həmçinin eksterritorial hüquqa da qarşıdır. Biz hesab edirik ki, sanksiyalar heç vaxt problemləri həll edə bilməz, yalnız danışıq yolu doğru yoldur”, - deyə Qen Şuen bildirib.   Çin rəsmisi tərəflərin danışıq, hörmət, bərabərlik əsasında fikir ayrılıqlarını həll edəcəkləri, regional və beynəlxalq sabitliyi qorumalı olduğunu dilə gətirib. Mənbə: https://eastnews.org/news/41406

1572956248.jpg

Link to comment
Share on other sites

1573277595.jpg

 

Yenidən iraqlı nümayişçilərə müraciət olundu Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Baş Nazirlik Ofisi ölkədə baş verənlərlə bağlı növbəti dəfə müraciət yayıb. Müraciətdə vurğulanır ki, nümayişçilər tələblərini dinc yollarla hökumətə çatdırmalıdırlar. "Aksiyalarda ara qarışdıranları tapmaq üçün hökumətə yardım etmək lazımdır. Bu vətəndaşlıq borcudur", - deyə müraciətdə diqqətə çatdırılıb. Qeyd olunub ki, bu gün İraq çox çətin dövrdən keçir və sabitliyi qorumaq hökumətin əsas amalıdır. Mənbə: https://eastnews.org/news/41559

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın Kərbəla şəhərinin polisi, Kərbəladakı son təxribatda günahlandırılan Mahmud Həsən Sarhinin həbsi barədə xəbərləri təkzib edib.   Bu barədə "Əxbarul İraq" saytı məlumat yayıb.   Məlumata görə, Kərbəla şəhəri polis idarəsi Mahmud Sarhinin həbsi barədə yayılan məlumatları təkzib edib:   "Mahmud Həsən Sarhinin həbsi barədə yayılan xəbərlər həqiqəti əks etdirmir".   Qeyd edək ki, dünən İraqdakı bəzi xəbər saytları, o cümlədən "əl-Masalah" saytı Mahmud Sarhinin həbs olunduğunu iddia etmişdi.   Mahmud Sarhinin adı Kərbəla şəhərindəki İran İslam Respublikası konsulluğuna hücumda hallanır.  Mənbə: https://eastnews.org/news/41514

 

1573128164.jpg

Link to comment
Share on other sites

1573064964.jpg

Eastnews.org-un verdiyi xəbərə görə, İraqın paytaxtı Bağdadda üç gün əvvəldən etibarən tətbiq olunan komendant saatının ləğv edildiyi bildirilib. Bağdadın əməliyyat komandiri general Qeys Məhəmmədəvi vətəndaşlarla təhlükəsizlik qüvvələri arasında əməkdaşlıq təmin edilməsi səbəbilə Bağdadda komendant saatının tamamilə ləğv edildiyini açıqlayıb. Qeys Məhəmmədəvi qərarın səbəbini etirazçılara evlərinə dönmə fürsəti vermə formasında izah edib. Bağdadda komendant saatı bu həftənin bazar ertəsi günündən (4 noyabr) etibarən qüvvəyə minsə də, ancaq etirazçılar bu qadağaya əməl etməyərək küçələrdə qalmağa və aksiya keçirməyə davam etmişdi. Mənbə: https://eastnews.org/news/41468

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, BMT Təhlükəsizlik Şurası Liviya Sanksiya Komitəsi hesabatla çıxış edib.   Hesabatda vurğulanıb ki, Liviyanın paytaxtı Tripoli şəhərinin şərqindəki Tajoura bölgəsində qaçqın düşərgəsi hədəfə alınıb.   "Bu hücum zamanı xarici ölkələrə məxsus döyüş təyyarəsindən istifadə edilmiş ola bilər", - deyə BMT hesabatında diqqətə çatdırılır.   Qeyd olunur ki, bu barədə BMT nümayəndələri araşdırmalarını davam etdirirlər. Mənbə: https://eastnews.org/news/41501

1573120873.jpg

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, Liviya Ali Dövlət Şurası ölkədəki general Xəlifə Haftərə dəstək verənlərin beynəlxalq formada cəzalandırılmasını istəyir.   Şuradan bu barədə verilən yazılı açıqlamada bildirilir.   Diqqətə çatdırılır ki, Birləşmiş Ərəb Əmirlikləri də daxil olmaqla müharibəyə dəstək verən ölkələr boykot olunmalıdır.   "Bu dövlətlər hər biri müharibə cinayəti törədilməsinə görə məsuliyyət daşıyırlar. Onları cəzalandırmaq lazımdır", - deyə yazılı açıqlamada qeyd olunub. Mənbə: https://eastnews.org/news/41414

1572955246.jpg

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, Nigeriyanın paytaxtı Abuja şəhərində Şeyx İbrahim Zəkzakiyə dəstək məqsədilə yürüş keçirilib.   Nümayişçilər Şeyx İbrahim Zəkzaki və onunla birlikdə həbs olunan bütün hər kəsin azad edilməsini tələb ediblər.   Yürüşdə Nigeriyada öldürülən fəalların fotoları da qaldırılıb.   Qeyd olunur ki, yürüşdə iştirak edənlər hökumət əleyhinə də şüarlar səsləndiriblər. Mənbə: https://eastnews.org/news/41309

1572602097.jpg

Link to comment
Share on other sites

1572594818.jpg

 

Eastnews.org-un verdiyi xəbərə görə, ötən gün Liviya sahil mühafizə xidməti ölkənin qərb sahili yaxınlığında qadın və uşaqların olduğu 200 qanunsuz miqrantı batmaqdan xilas edib.   Bu barədə “Sinxua” Liviya Milli Birlik Hökumətinə bağlı Livia Hərbi Dəniz Qüvvələri rəsmisinə istinadən məlumat veirb.   "Miqrantların qayıqlarından batmaq siqnalı aldıq və axtarış-xilasetmə gəmisi göndərdik. İki taxta gəmidə olan yeddi qadın və üç uşaq da daxil olmaqla cəmi 200 qeyri-qanuni miqrant xilas edildi", - deyə Liviya rəsmisi Əyyub Qasim bildirib.   Liviya rəsmisinin sözlərinə əsasən, xilas edilənlər arasında afrikalılar, ərəblər və Asiya ölkələrindən olan şəxslər olub. Onlar Tripolidə miqrantların qəbulu üçün nəzərdə tutulan mərkəzə aparılıb. Mənbə: https://eastnews.org/news/41303

Link to comment
Share on other sites

1572594438.jpg

 

Eastnews.org-un verdiyi xəbərə görə, Mərakeş hökumətinin mətbuat katibi Həsən Abyabe paytaxt Rabat şəhərində jurnalistlərə işğalçı İsrail rejimi ilə bağlı açıqlama verib.   O, açıqlamasında bildirib ki, Mərakeşin İsrail rejimi ilə rəsmi olaraq heç bir ticarət əlaqəsi yoxdur.   "İsrail ilə Mərakeşin heç bir ticarət razılaşması yoxdur. Rəsmi mövqeyimiz belədir", - deyə Həsən Abyabe diqqətə çatdırıb.   Qeyd edək ki, Mərakeşə məxsus şirkətlərdən birinin işğal altındakı Fələstin torpaqlarında keçirilən iqtisadi foruma qatılması "Mərakeş və İsrail arasında ticarət əlaqələri qurulur" şəklində şərh olunurdu. Mənbə: https://eastnews.org/news/41301

Link to comment
Share on other sites

1572499082.jpg

 

Eastnews.org-un verdiyi xəbərə görə, Nigeriyada "Boko Haram" terror təşkilatı üzvləri hərbi düşərgəyə silahlı basqın təşkil edib. Bu barədə yerli mətbuat xəbər verib. Xəbərə görə, terrorçular Diffa bölgəsinin şimalındakı Blabrine hərbi düşərgəsinə hücum ediblər. Hücumda 12 əsgər ölüb, 8-i yaralanıb. Mənbə: https://eastnews.org/news/41243

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, Liviyanın Hərbi Baş Prokurorluğu ölkənin şərqində qanuni hökumətə qarşı döyüşən general Xəlifə Haftər barəsində qərar qəbul edib. Bildirilir ki, general Xəlifə Haftər və digər ehtiyyatda olan 3 komandir haqqında cinayət işi açılıb. Sözügedən şəxslər vətəndaşları oğurlamaqda ittiham olunurlar. Qeyd olunur ki, general Xəlifə Haftər hazırda cinayətkar kimi axtarışdadır. Mənbə: https://eastnews.org/news/40965

 

1571728725.jpg

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, Tunisdə keçirilən Prezident seçkilərinin nəticələri rəsmi olaraq ictimaiyyətə açıqlanıb. Bu barədə Tunisin rəsmi seçki qurumunun mətbuat xidməti məlumat yayıb. Məlumatda vurğulanır ki, Prezident seçkilərinin qalibi Qeys Səid olub. Qeyd olunur ki, konstitusiya ilə bağlı professor olan Qeys Səid seçkilərin ikinci turunda üstünlüyü əldə edib. Mənbə: https://eastnews.org/news/40763

1571039178.jpg

 

Link to comment
Share on other sites

İran əleyhdarı iraqlı şiə lider Mahmud Həsən Sarhi kimdir? - Təfərrüat "Əl-Halic əl-Youm"un hadisə şahidlərinə istinadən verdiyi xəbərə görə, Kərbəladakı İran konsulluğuna hücum edən təxminən 300 nəfərin şəhərə Tuveyric bölgəsindən daxil olub. Hücum edənlərin özlərini dini mərce olaraq təqdim edən Mahmud Sarhinin tərəfdarları olduğu və həmçinin bu qrupun daha əvvəl də Kərbəlada çox sayda təhlükəsizlik problem yaratdığı vurğulanıb. Mahmud Sarhi kimdir? Şeyx Mamud ibn Əbdürrza ibn Məhəmməd Sarhi 2003-cü ildə Səddam Hüseyn devrilməzdən bir az əvvəl özünü dini mərce olaraq tanıtdırıb. Səudiyyənin "Əl-Ərəbiyə" televiziya kanalı Mahmud Sarhi tərəfdarlarının Kərbəlada hadisələr törədən zaman onu Ayətullah Sistaniyə müxalif iraqlı şiə lider kimi təqdim edib. 2014-cü ildə İraq Baş Naziri Nuri əl-Maliki əleyhinə çıxışlarıyla bir daha gündəmə gəlib.  "Əl-Ərəbiyə" kanalı "Kərbəlada bir şiə mərcenin tərəfdarlarıyla Maliki qüvvələri arasında toqquşma" başlıqlı xəbərində Mahmud Sarhinin fəaliyyətlərinin 2006-cı ildən nəzərə çarpmağa başladığını və tərəfdarlarının o vaxt da Bəsrədəki İran konsulluğuna hücum etdiyini yazmışdı. 25-30 min silahlı adamı olduğu bildirilən Sahinin tərəfdarları 2014-cü ildə də İraq təhlükəsizlik qüvvələriylə toqquşub. Sarhinin İraqda vilayəti-fəqih əsasında dini idarəetmə qurmağa çalışdığını bildirən "Əl-Ərəbiyə" "Bağdada ən böyük təhdid cənubdan gəlir. Bu bölgədəki qruplar İraqa da, İrana da təhdid yarada bilər", - şərhini vermişdi. Nəslinin Peyğəmbər nəvəsi həzrət Həsənə çatdığını iddia edən Mahmud Sarhi 1964-cü ildə İraqın Kazımeyn şəhərində doğulub. 1987-ci ildə Bağdad Universiteti Mühəndislik Fakültəsindən məzun olub. Səddam Hüseyn rejiminin devrildiyi dövrdə bir müddət gizlənən Mahmud Sarhi 2005-ci ildə İraqın Hillə şəhərində ortaya çıxıb.

1573037046.jpg

 

Link to comment
Share on other sites

Qısa müddət ərzində ABŞ qüvvələriylə mübarizə apardığını və 3 ABŞ əsgərini öldürdüyünü iddia edərək, İraqın bir çox şiə şəhərində bürolar açmağa başlayıb. Sarhinin bu dövrdə İmam Mehdini onu ziyarətə gəldiyinə dair açıqlaması iraqlı nüfuzlu şiə din xadimlərinin reaksiyasına səbəb olub. Sarhinin Səddam dövründə BƏƏS partiyasının kəşfiyyat əməkdaşı olduğu, Səddam rejiminin devrilməsindən sonra da Səudiyyə kəşfiyyatında dəstək aldığı iddia edilib. Daha əvvəl Mahmud Əbdürrza əl-Bahadili adıyla tanınan Sarhi daha sonra adını Şeyx Mahmud ət-Təmimi olaraq dəyişdirib. Şeyx Mahmud ət-Təmimi adını istifadə etdiyi dövrdə ağ əmmamə istifadə edən Sarhi daha sonra adını Seyid Mahmud əs-Sarhi olaraq dəyişdirib peyğəmbər nəslindən gəldiyinin göstəricisi olaraq qara əmmamə taxmağa başlayıb. "Knooz media"nın xəbərinə görə, Səddam hökumətinin hegemon olduğu 1990-cı illərdə Sarhi evinə peyk antenası quraşdırdığı üçün saxlanılaraq, 300 dinar cərimə edilib. Həbsdə olduğu dövrdə qəribə fəlsəfi fikirlər ortaya atmasından sonra bir kəşfiyyat əməkdaşı bu vəziyyəti məruzə edir. İraq kəşfiyyatı da Sarhini Pakistana göndərir. Sarhi bir il Pakistanda qaldıqdan sonra İraqa qayıdıb və adını Şeyx Mahmud Sarhi olaraq dəyişdirib. Həmin vaxtdan ağ əmmamə taxmağa və Şeyx Mahmud adını istifadə etməyə başlayıb. Bir müddət sonra qara əmməmə taxıb adını əvvəlcə Mahmud Sarhi olaraq dəyişdirib. Sonra isə Seyid Mahmud əl-Həsəni adını istifadə edib. Xalqa özünü Seyid Həsən Xorasani olduğunu və İmam Mehdini tanıdığını deməyə başlayıb. Bir ara özünü İmam Mehdinin naibi kimi tanıdan Mahmud Sarhi daha sonra isə əslində özünün İmam Mehdi olduğunu, ancaq bunu aşkar etmək istəmədiyini deyib. Dini mərcəiyyətə qarşı təşkilat İraq dini mərcəiyyətinə qarşı olan Sarhi "İmam Mehdinin edamları" adlı bir təşkilat qurdu. İmam Mehdinin hazırkı mərcəiyyətə qarşı olduğunu iddia edən Sarhi bu qrupa da Ayətullah Sistanini öldürməyi tapşırdı. İraqlı nüfuzlu din xadimləri tərəfindən düşüncələri və aksiyaları səbəbilə şübhəli sayılaraq, kənarlaşdırılan Sarhi özünü Ayətullah Məhəmməd Baqir Sədr ilə Muqtəda Sədrin atası Seyid Sadiq Sədrin tələbəsi olaraq tanıdıb, dini mərcelik iddiasında olsa da, dini mərcelərdən Seyid Qasım əl-Hairi "Mahmud Həsən Sarhi müctəhid deyil və biz ona güvənmirik", - açıqlamasını verib. İŞİD-lə müharibəyə vəAyətullah Sistanin fətvasına etiraz Mahmud Sarhi Ayətullah Sistaninin 2014-cü ildə İŞİD hücumlarına qarşı xalqı səfərbərliyə çağıran fətvasına qarşı çıxır. Sarhi o dövrdə İŞİD-in sünni olduğunu və onlara silah çəkməyin haram olduğunu bildirərək, Ayətullah Sistaninin fətvasının batil olduğunu deyir. Sarhi İŞİD əleyhinə beynəlxalq koalisiyanın qurulmasından sonra Misirin "Əl-Vətən" qəzetinə verdiyi açıqlamada İŞİD-in konkret gerçəklik olduğunu, müvəqqəti bir şey olmadığını bu səbəbdən onu yox etmək üçün daha çox qan tökülməməli və buna görə də bu "faydasız, təhlükəli müharibəyə son qoyulmalı olduğunu" söyləyir. Mahmud Sarhi tərəfdarları 2006-cı ildə İranın Bəsrədəki konsulluğunu yandırıb, 2016-cı ildə Yaşıl bölgəyə hücum edib və İranın Bağdaddakı səfirliyini yandırıb. 2018-ci ildə və 1 oktyabr 2019-cu ildən keçirilən nümayişlərdə də "Həşdi Şabi" bürolarına hücum edib və bu yerləri yandırıb. İraqda yoxsulluq, xidmət çatışmazlığı və iqtisadi problemlər səbəbilə keçirilən nümayişlərə sızan Sarhi ardıcıllarının son olaraq bir "Həşdi Şabi" komandirini təcili tibbi yardım maşınından çıxarılaraq öldürülməsinin günahkarı olaraq göstərilir. Mənbə: https://eastnews.org/news/41447

Link to comment
Share on other sites

Eastnews.org-un verdiyi xəbərə görə, noyabrın 2-də Yəmən ordusu Səudiyyə Ərəbistanının Həcca vilayətinin Həyran rayonunda suadnlı muzdlulara qarşı əməliyyat keçirib. Bu barədə Yəmən ordusu məluamat verib. Məlumata əsasən, Həcca vilayətinin Həyran rayonunda keçirilən əməliyyat zamanı 10-dan artıq sudanlı muzdlu öldürülüb, 5 sudanlı hərbçi isə əsir götürülüb. Hərbi əməliyyat zamanı sudanlı muzdlulara məxsus “PDM-70MZ-1” zirehli texnikası məhv edilib. Çox sayda silah-sursat ələ keçirilib. Xatırladaq ki, oktyabrın 31-də Sudanın keçid hökuməti 10 min sudanlı hərbçinin Səudiyyə Ərəbistanından çıxarılması prosesinə başlandığını açıqlayıb. Sudan hərbi kontingenti 2015-ci ildən bu günə kimi Yəmənlə müharibədə azı 1000 hərbçi itirib. Mənbə: https://eastnews.org/news/41352Yəmən ordusu sudanlı muzdluları belə öldürdü - Foto/Video

1572848541.jpg

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
      • 0 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 15 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
      • 1 reply
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Upvote
      • 11 replies
    • Чингиз Абдуллаев: «Врачи вытащили меня с того света, Аллах меня пожалел»
      Народный писатель Азербайджана Чингиз Абдуллаев 17 апреля был выписан из Центрального таможенного госпиталя, куда был помещен из-за проблем со здоровьем 6 апреля.
      На своей странице в социальной сети Facebook писатель подробно рассказал о произошедшем, отметив следующее:
      «Я умер. Нет. Это не прозаическое резюме моего повествования. Это то, что со мной произошло. В ночь на 6 апреля и в течение дня моего юбилея 7 апреля. Я снова родился. Как констатировать смерть? Когда все внутренние органы перестают одновременно функционировать, дыхание останавливается и сердце перестаёт биться. Несколько минут подобной комы или клинической смерти превращают человека в «овощ». Врачи вытащили меня с того света, Аллах меня пожалел. Может решил, что мне пока рано. Вернул меня обратно. Страшно представить, какую боль я причинил в эти несколько дней своим близким, своим родным»
      В своем сообщении народный писатель также выразил слова благодарности: «Хочу поблагодарить всех! Моего Президента, всех друзей, знакомых, читателей и вообще незнакомых мне людей. Которые в эти дни переживали за меня. Спасибо им всем! Постараюсь оправдать Ваше доверие. Там я уже успел побывать. Теперь я совсем не боюсь. Тот, кто умирает один раз, не боится умереть во второй. Но не торопитесь. Наверное, у каждого из нас свой срок. Я вышел из больницы. На снимке люди, которые помогли мне «вернуться». Спасибо им за все!»
       
       
      https://1news.az/news/20240418121620670-CHingiz-Abdullaev-Vrachi-vytashcili-menya-s-togo-sveta-Allakh-menya-pozhalel-FOTO
        • Upvote
        • Like
      • 10 replies
    • Несовершеннолетняя девочка, которую хотели склонить к проституции, сбежала из района в Баку
      Председатель общественного объединения «Чистый мир» Мехрибан Зейналова поделилась в социальной сети «Фейсбук» вопиющей историей несовершеннолетней девочки, которая была вынуждена бежать из района в столицу.
      По словам правозащитницы, Захра (имя условное) в данный момент находится в их приюте.
      «После того, как ее родители развелись, девочка продолжала жить с матерью в районе. Через какое-то время мать передала ее знакомому мужчине (40-50 лет), сказав ему, что он может делать с ней все, что захочет. После того, как Захра прожила с ним месяц, мужчина предложил ей продавать свое тело и делить с ним деньги. Услышав это, Захра нанесла увечья своим рукам, после чего сбежала в Баку», - сообщает правозащитница.
        В Баку девочку обнаружили сотрудники Абшеронского районного управления полиции, которые сразу же доставили ее в приют Мехрибан Зейналовой.
      «То, что пережила эта малолетняя девочка, немыслимо. Надеемся, что в скором времени люди, которые заставили ее это пережить, будут наказаны. В настоящее время Захра живет с нами и получает психологическую помощь», - говорит М.Зейналова.
          https://1news.az/news/20240417044406338-Nesovershennoletnyaya-devochka-kotoruyu-khoteli-sklonit-k-prostitutsii-sbezhala-iz-raiona-v-Baku-FOTO
        • Sad
      • 32 replies
    • Хады Раджабли всё
      В мечети Тезепир проходит церемония прощания с экс-депутатом Милли Меджлиса Хады Раджабли.
      В церемонии принимают участие члены семьи покойного, депутаты Милли Меджлиса, представители общественности.
      После церемонии прощания экс-депутат будет похоронен на II Аллее почетного захоронения.
      Отметим, что Х.Раджабли скончался 17 апреля в возрасте 76 лет от сердечного приступа.
        • Facepalm
      • 93 replies
    • Какие травмы получила Айтен Сафарова? – ВИДЕО
      Стали известны некоторые подробности о состоянии здоровья телеведущей Айтен Сафаровой, попавшей в тяжелое ДТП сегодня утром.
      Муж ведущей сообщил порталу Olay.az, что у нее сломаны ребра.
      11:53
      Сегодня, 17 апреля, около 07:00 на пересечении проспекта 8 Ноября и улицы Садыгджана в Хатаинском районе Баку произошло столкновение автомобиля марки Hyundai IX-35 под управлением Исмаила Мамедова и автомобиля ведущей телеканала «Хазар» Айтен Сафаровой (Пириевой).
      Об этом сообщает пресс-служба МВД Азербайджана, пишет Репорт.
        Пострадавший в ДТП пассажир автомобиля Hyundai IX-35 Айхан Алиев был госпитализирован и скончался в больнице.
      11:21
      Известная телеведущая Айтен Сафарова в настоящее время проходит необходимые обследования в соответствующем отделении Клинического медицинского центра.
      Об этом 1news.az сообщили в Объединении по управлению медицинскими территориальными подразделениями Азербайджана (TƏBİB).
      Общественности будет предоставлена дополнительная информация.
      10:16
      Стали известны некоторые подробности дорожно-транспортного происшествия, в котором пострадала известная телеведущая Айтен Сафарова.
      Как сообщили в Главном управлении Государственной дорожной полиции города Баку, авария произошла сегодня утром, около 06:50, на территории Хатаинского района - на пересечении Зыхского шоссе и улицы Садыгджан в направлении проспекта 8 Ноября.
      В результате столкновения двух легковых автомобилей марки Hyundai одна из машин перевернулась на проезжей части и врезалась в припаркованную на обочине машину марки KIA, пишет Qafqazinfo.
      А.Сафарова госпитализирована с травмами различной степени тяжести.
      По факту ДТП начато расследование.
      09:48
      Сегодня в Хатаинском районе Баку произошло тяжелое ДТП.
      На проспекте 8 Ноября столкнулись два автомобиля марки Hyundai. За рулем одного из них находилась известная телеведущая Айтан Сафарова. Ее автомобиль перевернулся.
      Как пишет Qafqazinfo, Айтан Сафарова получила тяжелые травмы и помещена в отделение травматологии одной из больниц.


       
       
        • Sad
      • 138 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
  • Topics

  • Posts

    • Однако никто по собственному и увольняться не торопится) 
    • Düzdü söhbətin üstündən xeyli keçib.Amma elə bildiyiniz yaxşı dualar varsa,mənə şəxsidən atın.Sırf bu ağırlığı filan götürməyə və ya mənfi enerjidən qorunmaq üçün.Mənə mütləq lazımdı.Pis olmazdı.
    • Так тестовая система обучения именно это и предполагала изначально.. 
    • Не учи ученого, гражданин Копчёный МВИН
    • 100 % это была ибня, ифритя, джинн женского пола. У джинов и шейтанок тоже есть женщины и мужчины. Вам надо было сращу же прочесть аят-алькурси. Тем более что это было не столь сильный, иначе она вас полностью парализовало бы и вы не смогли бы вообще ни двигаться, ни слова произнести. Со мной такое раньше много раз было, потом пошли к имаму и он мне сказал что кто-то постоянно джадушничает на меня. Посоветовал мне во-избежание этих джино/шейтано атак - некоторые меры, если хотите могу поделиться, реально помогло.
    • Напрасно тут некоторые смеются над вашей историей, некоторые вумники даже намекнули на "психрастройство", "галлюцинации" и "кота" царапающего ручку двери. Это стопроцентно был домушник или маньяк-педофил, и вполне возможно что ему наводку на вас дали кто-то из соседей, иначе он бы не знал в какое время ваша мама на работе. Аллаh сизи горуюб от маньяка, а сон ваш был предупреждением от Аллаhа не открывать дверь, иначе тот человек бы вас как минимум убил бы. У меня были подобные истории: первая история когда мне было 9 лет  (в то время в Баку орудовал какой-то маньяк-газовщик), иду я в школу, спускаюсь по лестнице, и вдруг внезапно возле лифта, этажом ниже нас, вижу спрятался какой-то мужик, лет 25-30, я на инстиктивном уровне сразу-же бегу обратно домой (хорошо-что мама на тот момент не успела закрыть дверь квратиры, подметала перед нашей и соседской дверью), через несколько дней весь дом был в шоке от ужасного случая (оказалось что тот парень изнасиловал и расчленил 7-летнюю девочку, соседку этажом ниже). Второй случай был:за-границей, в 1993, сестра через пустырь (там с метро до дома пешком минут 5-10, а если через людное место минут 20, и она наивная, юная идиотка решила укоротить путь пойдя через пустырь. Вообщем идет через пустырь, и вдруг сзади слышит чьи-то шаги, а вокруг в радиусе видимости никого, сестра вынула из сумки зеркало типа припудриться, а там какой-то странный мужик в капюшоне и с большим ножом, причем мужик был огромного телосложения, ей худенькой явно не по силам было спастись от него, ей очень повезло что вдруг на пустырь пришел какой-то собачник выгуливать собаку, она побежала к нему.и начала кричать.звать его на помощь, и тот мужик завидя собачника убежал. Хорошо-что тот собачник оказался порядочным человеком, не воспользовался ее ситуацией и довел ее до нашего дома. Третий случай был, @Гвоздичка как и ваш сон, мне приснилось (правда не за день до этого как у вас, а за несколько месяцев до этого) приснилось как я открываю дверь какой-то женщине, и за ней в квартиру входят двое мужчин и убивают меня и грабят квартиру. Через несколько месяцев смотрю ко мне стучится какая-то незнакомая женщина (на тот момент семья были у родственников на днюхе, а мне из-за мигрени не хотелось идти). Короче смотрю в глазок - какая-то тургеневского вида девушка аки божий одуванчик, по виду даже не скажешь что матерая наводчица, откройте говорит, я тут ваша новая соседка (на тот момент действительно у нас в блоке одни из соседей продали квратиру), мол что-то с ее замком случилось, мол ребенок внутри остался и в панике. Мол помогите. У меня рука уже поотянулась к нашему дверному замку- как вдруг (Аллаh горуду мяни) передумалось, вспомнился тот сон-предупреждени, дцмаю пойду продолжу спать, итак голова раскалывалась от мигрени на тот момент. Поздно вечером того- же дня когда наши возвратились домой - в ужасе наперебой рассказывали мне как нашу другую соседку и ее мужа оказывается убили, причем полиция, камеры здания потом показали что та же самая женщина которая стучалась к нам постучалась к той соседке, и через минуту за ней в квартиру зашли двое мужиков, ограбили их квартиру и убили соседку и ее мужа(((((  
    • ААх да,вспомнил один эпизод из моей жизни..Произошло это примерно года два назад или может чуть больше..Короче,в ту ночь я улёгся на диване в гостиной..Где-то наверное в промежутке 3-4 часа,словно что-то подсказывает мне проснуться.Я значит лежу на левом боку..Как только я открыл глаза,передо мной отчётливо была видно существо с длинными волосами..Эти волосы будто бы закрывали ей лицо.Прям как в том фильме "Звонок"..Но ростом оно было то ли невысокое,то ли обзор угла у меня был такой,так как она прислонилась прямо к моему лицу и будто изучала меня..Это всего происходило в течение нескольких секунд..Я проснулся,оно будто поняло что я её спалил на деле и пулей так ринулось влево,мен де диксиндим ве сола дондум,но оно со скоростью света просто исчезло.. Такого раньше со мной никогда не бывало..Это жуть..По силуэту она напоминала проклятого духа из картины Мускетти "Мама",имею в виду оболочку/форму..Это был просто капец.Это третий мистический случай,с которым мне доводилось иметь дело.
×
×
  • Create New...