Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Alfons


Zaman.

Recommended Posts

Alfons

ÐаÑÑинки по запÑоÑÑ Ð°Ð»ÑÑонÑ

Qadının hesabına yaşayan kişilər həmişə olub, belə getsə, həmişə də olacaq!

Böyük səs-küy salmış bir filmin qəhrəmanı insanları üç yerə bölürdü: satanlar, alanlar və satılanlar. Maddi dünyadan danışanda bu, həqiqətən də, belədir. Vicdanı, sevgini almaq, ruhunu satmaq kimi sözlərdən adamın tükləri biz-biz olur. Bugünkü mövzumuz barədə çoxları danışmağı sevmir. Çünki adəti üzrə əxlaqsız qadınlardan deyil, kişinin özünü satmasından danışacağıq. Satılan və qadının hesabına başını dolandıran kişilərə alfons deyirlər. Əlbəttə, əsl kişi satıla bilməz. Amma qadının hesabına yaşayan kişilər həmişə olub. Tarixən həmişə yararsız sayılan bu kişilər son vaxtlar nədənsə dəbə minib.
ÐаÑÑинки по запÑоÑÑ Ð°Ð»ÑÑонÑ
Nə qədər ki pul var, hər şey satıla bilər

Mövzunu aydınlaşdırandan sonra çoxları dodağını büzəcək: «Kişilərin satası nəyi var ki, alan da olsun?». Kiməsə belə yaşamaq rahatdısa, dəvəquşu kimi başını torpağa soxub olanları görməyə də bilər. Nəzərə alın ki, böyük şəhərdə yaşayırıq. Çoxları da yağışdan sonra göbələk kimi artan fitnes və qadın klubları adlandırılan, gözəllik mərkəzi kimi fəaliyyət göstərən bağlı yerlərdə nələr baş verdiyini dəqiq bilmir. Amma bu, o demək deyil ki, alfonsa marşrut taksidə rast gəlmək mümküq deyil. Ona görə də tipik alfons obrazını bir az geniş çözələyək.
Kişilər özünə difiramb oxumasın deyə, əvvəlcədən deyim ki, alfons həyatını yaşayan kişilər heç də mənfur və murdar məxluqlar deyil. Əlbəttə, seksual partnyoru havayı tapmaq mümkün olan, deyərdim ki, gərgin rəqabət şəraitində alfons nə qədər usta olmalıdı ki, onun «zəhmətinə» qiymət verən tapıla bilsin. 

ÐаÑÑинки по запÑоÑÑ Ð°Ð»ÑÑонÑ
Professional maço bütün cazibə və seksual bacarığını imkanlı qadının başını «piyləməyə» yönəldən kişidir. Evə sifarişlə gələn oğlanları axtarmaqçün internetə girib bir neçə düyməni basmaq kifayət eləyir. Burda parametrləri rəqəmlərlə və poetik ifadələrlə tam təsvir olunur. Əslində kişi fahişəliyi cəmiyyətdə sosial hadisə kimi, demək olar ki, yoxdur. Heç bir qanunda bu barədə heç nə yazılmayıbsa, bu, o demək deyil ki, heç nə baş vermir. Dünyagörmüşlərin dediyinə görə, nə qədər ki pul var, qadınlar və hətta güclü cins olan kişilər də satılacaq. Həm də özünü maddiyyata dəyişmək istəyən kişinin fiziki parametrlərindən başqa, xeyli müsbət keyfiyyətləri də olmalıdı. Qadınlara bu daha çox lazımdı.

  • Downvote 1
Link to comment
Share on other sites

Təcrübə böyük qüvvədir

ÐаÑÑинки по запÑоÑÑ Ð°Ð»ÑÑонÑ

Bir neçə alfons tipi var: intelligent alfons, romantik alfons, zəhmətkeş alfons. Alfons utancaq, kompaniyanın sevimlisi və tutqun, sadəlövh də ola bilər. İlk görüşdə alfonsun əlində, adətən, gül olur, amma bu, birinci və axırıncı diqqət formasıdı. Yüngülcə eyham da vurur ki, böyük məmnuniyyətlə hər gün gül alardı, amma imkanı çatmır.

ÐоÑожее изобÑажение

Qadının maraqlandığı mövzulardan kənara çıxmır, özü danışmaqdansa danışdırmağa üstünlük verir. Bilərəkdən mübahisə də sala bilər. Çünki qadın mübahisə edərkən son dərəcə səmimi olur və qadının nə qədər üzüyola olması müəyyənləşir. Professional alfonsun nitqində mütləq uğursuz sevgisi, hətta özünü öldürmək istəyi baradə gözyaşardıcı əhvalatlar olmalıdı. Yaxud çətin uşaqlığını tez-tez yada salacaq.

ÐоÑожее изобÑажение

Bu vaxt qadın ürəyiyumşaqlıq edib onun evdəki, işdəki yaxud sağlamlığıyla bağlı problemini həll etməyi təklif etsə, artıq özünü tora düşmüş saya bilər. Adətən, sevgi oyununda əsas «kozır» intim sahədədi. Qurbanı mütləq onun əsarəti altına düşməlidi, yoxsa heç nə alınmaz. Bu məsələdə texnika böyük rol oynayır. Məlumdur ki, texnika təcrübəylə cilalanır. Alfons heç vaxt sizdən nəyisə birbaşa xahiş etməyəcək. Sizin məsləhətləriniz da ona lazım deyil. Özünüz düşünün, parlaq zahiri görünüşü olan birisinin sevgi sükanı daim qayaya niyə rast gəlsin ki? Yaxud onun qabağına daim əclaf qadınlar niyə çıxmalıdı? Elə bil başqa cürəsi yoxmuş. Elə bilirsiz ki, yataqda çıxardığı «fokusları» təkbaşına, özü də bələkdə öyrənib? Qızlar, təcrübə böyük qüvvədir! 

ÐаÑÑинки по запÑоÑÑ Ð°Ð»ÑÑонÑ
Sənətkar təbiətinə də arxayın ola bilər. Guya fani dünyanın nemətlərindən çox uzaqmış, yalnız sənətə özünü həsr eləməkdi amalı. Əsl sənətkarlarla dəyişik salmamaqdan ötəri bilin ki, sənətkar öz işini görür, onun zarımağa, kiminsə qoltuğuna girməyə, sadəcə, vaxtı yoxdu.
İnternet alfonsları xüsusi kateqoriyadı. Axı internet müxtəlif havayı hədiyyələrlə – şəkillər, başqalarının şerləri, gözəl məhəbbət ifadələriylə doludur. Bir də ki, qurulmuş tora bir neçə qadın birdən də düşə bilər. Düyməni bir dəfə basmaqla neçə qadını «xoşbəxt» eləmək olar. Necə deyərlər, tutar qatıq, tutmaz ayran. Öz emosiyalarını ifadə eləməyən kişidən nə gözləyirsiz?

 

Kişidi bu! Atasının səhv işidi bu!

ÐаÑÑинки по запÑоÑÑ Ð°Ð»ÑÑонÑ

Alfons obrazının tam olmasıycün daha bir tipi də təsvir eləmək lazımdı. Buna milli alfons deyərdim, çünki çeşidli testlər və məqalələrdə təsvir edilmiş obrazlarda onun təsviri yoxdu. O, başdan ayağa kimi bizimkidi, millidi. Bu alfons tipi işləmək istəməyən, evdəki qadınların – arvadı, anası, bacılarının boynunda oturub zəhmətdən qaçan kişi obrazıdır.

ÐоÑожее изобÑажение

Ətalətli həyat tərzini ölkədəki sosial vəziyyət, işsizlik, dövlətin insana qayğı göstərməməsi və s. bəhanələrlə izah eləməyə çalışan bu kişilərə siz də çox rast gəlmiş olarsız. Adətən, gününü televizor qarşısında, ya da tində, çayxanada dostlarıyla gün öldürməkdə keçirir. Biçarə arvadının danlağına orda-burda xüsusilə də ehsan yeyərkən yas məclisində mollanın ağzından eşitdiyi ifadələrlə cavab verir: «Allah kərimdi», «Ruzunu Allah yetirir», «Naşükürlük eləmə, acından ölmürük ki?», «O dünyada əvəzi veriləcək». Bəs belə kişi hər gün yediyi çörəyə görə, geydiyi paltarın əvəzində qadınına nə verir? İnanmıram ki, vaxt öldürməklə gün keçirən kişi eşşək kimi işləyən, evə gələndən sonra mətbəxdə çarpışan arvadını özünə seksual marağıyla bağlaya bilir.

ÐаÑÑинки по запÑоÑÑ Ð°Ð»ÑÑонÑ

Vecsiz kişinin arvadına verə biləcəyi bir şey varsa, o da abırlı, evli xanım statusudur. «Uşaqlarımın atasıdı», «Necə olmasa da, kişidi» düşünən arvadı bu statusu itirmək qorxusundan heç vaxt ərinə qarşı çıxmaz.
Cəmiyyətin evli xanım statusuna olan münasibəti bəzən cəmiyyətdə alfons kişilərin yaranmasına təkan olur. «Parlaq» keçmişi və bəzən bu günü olan qadınlar çox vaxt sakit və problemsiz həyat axtarışında olan bir kişiylə evlənməklə fərsiz papaq sahibinin sayəsində adının üstündəki ləkəni təmizləmiş olur. Bunun əvəzində kişini yedirib-geyindirmək bir elə də problemli görünmür.

ÐоÑожее изобÑажение
Gözəlliyi və cazibəsini artıq itirmiş kişilərin əlləri yanına düşməsin. Deyilənə görə, daz başı, hətta burnuna dəyən qarnı olan kişilərin də alfons olmaq şansı var. Onun da qismətinə bankda hesabı olmayan, amma kifayət qədər qazana bilən, təravətini hələ itirməmiş qadın düşə bilər.

  • Downvote 1
Link to comment
Share on other sites

«Sevgini kişilər uydurub ki, xərcə düşməsinlər»

ÐоÑожее изобÑажение

Alfonsluq patologiyadır – bunu psixoloqlar deyir. Çünki daşıyıb gətirmə, əldə eləmə, qalib gəlmə, birinci olma – bunlar kişinin təbiətidi. Mağaraya sığınan vaxtlarda o, mamont vurub evə daşıyırdısa, indi o, pul gətirir. Kişinin özünü və ailəsini təmin eləmə instinktini əlindən alsan, o, pələngdən pişiyə çevrilə bilər. Kişilərin də yaxşı bəhanələri var: deyəcəklər ki, bərabərlik istəmirdiz? Bu da bərabərlik, alın! Nə qədər ki, cinslərin bərabərliyi söhbəti gedir, ayrı-ayrı adamların alfonsluğu gülməli görünə bilər. Kişinin puluyla dolanan qadın elə, sadəcə, qadın adlanır. Həyatda uğur qazanmaq asan iş deyil, amma məhz bu, kişini kişiyə çevirir.

 

Hər qadının öz nağılı

ÐаÑÑинки по запÑоÑÑ Ð°Ð»ÑÑонÑ

Münasibətlərin sonunda qadın parçalanmış ürəyi və boşalmış qəlbi (əlbəttə, cibiylə birgə) ilə təkbətək qalır. Məhz bu dövrdə qüssə, xiffət və göz yaşları həyatınızı dəhşətə çevirə bilər. Qadınlar belədir də, əvvəl eləyir, sonra düşünürlər.
Hər bir qadın öz nağılını özü yazır. Alfonslar təkcə pulunu deyil, canını, qəlbini alır. Ola bilər ki, kimsə qarşısına çıxan alfonsu minnətdarlıq hissiylə xatırlayır, çünki onu göylərə qaldıran, görmədiyini göstərən birisiylə tanışmışdı. Amma əvəzində bütün kişilərə və sevgiyə inamını itirməli olmuşdu.
Kişiləri almaq istəyən qadının özünün obrazını canlandırmağa çalışaq. Aldanan qadınları bir kənara qoysaq, yerdə tənha, imkanlı və aldanmaq istəyən qadınlar qalacaq. Həyatda maddi arzuların hamısını dadandan sonra sevgi, nəvaziş və hələ də ölməmiş sevimli olmaq arzusu çoxunu rahat buraxmır. Emansipasiya nəticəsində müstəqilləşib kişiylə bərabər həcmdə qazancı olan qadınların çoxalması qoltuğa sığınıb yaşamaq, yağ-bal içində üzmək istəyən kişilərin artmasına gətirir. 


Daha bir alfons kişi növü də var ki, onlar varlı kişilərin arvadlarının «ovu»na çıxırlar. Fikir vermisizsə, şəhərdə xarici və çox bahalı maşın sürən qadınların sayı çox artıb. Onlar hamısı imkanlı kişilərin təkcə arvadı deyil, məşuqəsidir, aşnasıdır, bir sözlə saxladığıdır. Ahıl yaşında cavan məşuqə saxlayan kişilərçün elə bir gün gəlir ki, qadını elə onun pulunu nisbətən cavan kişiyə xərcləməli olur. Bu tip alfons kişi artıq qadınların yox, kişilərin hesabına yaşayır. Həyatdı da, belə də olur! İndiki xanımların həyat eşqi və iştahası qarşısında davam gətirməkmi olar?

 

Varlı qadın acından ölənin birisinin üzünə də baxmaz

ÐаÑÑинки по запÑоÑÑ Ð°Ð»ÑÑонÑ

«Metalın yorğunluğu» adında texniki termin var. Daimi gərginlikdən metal yorula bilər. Bəlkə, elə kişilərlə də belədir? Güclü cins olmaqdan beziblər? Düzdür, lovğalıq və qürurundan bunu boynuna alan az tapılar.
Düşüncələrini etiraf etməkdən çəkinməyən professional alfons hesab edir ki, (belə etirafları yalnız rusdilli məqalələrdə oxumaq olar) adi oğlan uzaqbaşı fahişə ola bilər. Varlı qadın acından ölənin birisini heç vecinə də almaz. Yəni düşünürsüz ki, pul qazanmağı bacaran bir xanım adam tanıyan olmayacaq? Tanışlığın üçüncü günü heç kimə ev, maşın bağışlamırlar. Ən əvvəl eyni sosial pillədə dayanmaq lazımdı.

 

Artıq qocalmağa doğru gedən «şlyapalı Malvina» dodaqaltı məhəbbət şerlərini pıçıldayırsa, alfons ən azı şerin müəllifini tanımalıdı.
Alfonsluğu özünə yaraşdıranların əksəriyyəti boqema həyatını yaşayan və imkanlı valideynlərin uşaqlarıdı. Onların beynində işləmək və zəhmətlə qazanmaq anlayışları yoxdur. 30 yaşacan hələ də «oxuyur», 40 yaşacan pivə pulunu hələ atalarından alırlar. Belə cavan oğlan qadının başını göz qırpımında tovlaya bilər. «Gələcəyinçün niyə bir şey eləmirsən?», «Niyə heç vaxt pulun olmur?» kimi axmaq sualları eşidənəcən nə qədər xeyir götürmək olar?

ÐаÑÑинки по запÑоÑÑ Ð°Ð»ÑÑонÑ

Əgər bəxtinə düşən qadın həm yaşlı, həm də eybəcərdirsə, lap yaxşı. Gözəl olsa, vurula bilər axı!
Tənha və varlı qadını ayırmaq çətin deyil. Ola bilər, onun əlində bir dənə, amma necə (?!) üzük olacaq. O, yorğun və tənha görünür. Üz-gözündəki çoxlu kosmetika ruhi vəziyyətinin qeyri-stabilliyindən xəbər verir. Bir qədər kökdürsə, kompleksləri də onu rahat buraxmır. Onu əldə eləmək professionalçün çox rahat olacaq.
Əlbəttə, elə bir gün gələcək ki, alfonsun özü də qocalacaq və cavanlarçün tamamilə cazibəsinii itirəcək. Yəqin, o vaxt o, «zəhmətlə» qazandığı puldan ev alıb ailə başçısı, uşaq atası da olacaq və respektabelli burjua kimi bahalı kurortlarda dincələcək. Axı oraların tamı adamın ağzından çox gec gedir.

 

Kişilər, qiymətiniz neçədir?

ÐаÑÑинки по запÑоÑÑ Ð°Ð»ÑÑонÑ

Bu günlərdə internetdə oxudum: «Tamahkarlıq və seksual cazibəsi sayəsində varlanmaq istəyi təkcə insana məxsus keyfiyyət deyil. Bunlar meymunlarda,  hətta pinqvinlərdə də müşahidə edilib». Neynək, deməli, təbiətə qarşı getmək olmaz. Hər bir insanın qiyməti özünə verdiyi dəyər qədərdir. 
Minlərlə maraqlı insan münasibətlərini gizləmiş internetə alfons axtarmaq məqsədilə «Kişilər, qiymətiniz neçədir?» sualıyla da müraciət etmək olardı. Axtarışlar nəticəsində belə cəsarətdə bulunan bir qadının müraciətinə də rast gəldim. O, kişilərə özünü dəyərləndirib, fiziki və texniki parametrlərini göstərməklə neçəyə olduqlarını yazmağı xahiş eləmişdi (AzTOP Forum). Bütün parametrləri təfsilatıyla yazan kişilərdən az qala hamısı bir xeyli «naz-qoz»dan sonra etiraf elədilər ki, pulla bu işi çox həvəssiz görərdilər. Amma ehtiyacı olanlara havayı xidmət göstərmək onların ürəyincədir. Bizim xalq sadəlövh və xeyirxahdır, pulgirliklə heç arası yoxdu. 

ÐоÑожее изобÑажение
...Düşünürəm ki, sevgi, nəvaziş, gündəlik təmiz köynək və işti şorbanı dünyanın heç bir valyutasıyla ölçmək olmur. Bu yazıya görə daşqalaq olunmamışdan əvvəl bilmək istərdim: «Kişilər, özünüz deyin, bu, belə deyilmi?»

Müəllif: Gülnarə Rəfiq

  • Downvote 1
Link to comment
Share on other sites

28 минут назад, Zaman. сказал:

Alfons obrazının tam olmasıycün daha bir tipi də təsvir eləmək lazımdı. Buna milli alfons deyərdim, çünki çeşidli testlər və məqalələrdə təsvir edilmiş obrazlarda onun təsviri yoxdu. O, başdan ayağa kimi bizimkidi, millidi. Bu alfons tipi işləmək istəməyən, evdəki qadınların – arvadı, anası, bacılarının boynunda oturub zəhmətdən qaçan kişi obrazıdır.

)) bu milli alfons olmur artıq, bu konkret parazitdi 

Link to comment
Share on other sites

35 минут назад, Zaman. сказал:

Bu günlərdə internetdə oxudum: «Tamahkarlıq və seksual cazibəsi sayəsində varlanmaq istəyi təkcə insana məxsus keyfiyyət deyil. Bunlar meymunlarda,  hətta pinqvinlərdə də müşahidə edilib». Neynək, deməli, təbiətə qarşı getmək olmaz. Hər bir insanın qiyməti özünə verdiyi dəyər qədərdir. 

xeyli güldüm... erkək cinsin cazibəsi barədə müqayisəli və yaxşı yazıb )) demək ki, bu kimi davranış normal olmasa da, təbiidir ))

Link to comment
Share on other sites

Meymunlarda hardasa başa düşdüm. Şimpanzeler yığıcılıqla meşgul olurlar.Yıgdıqları meyve ile erkek meymunu aldada bilirlər.Pinqvinləri təsəvvür edə bilmədim. Neçə ildir  heyvanlara aid verilişlərə baxmışam,bu mənim logikama ters-mütanasibdir.

 

 Pinqvinlərə böyük hörmətim var idi..)

Link to comment
Share on other sites

Create an account or sign in to comment

You need to be a member in order to leave a comment

Create an account

Sign up for a new account in our community. It's easy!

Register a new account

Sign in

Already have an account? Sign in here.

Sign In Now
  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 1 reply
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
        • Downvote
        • Like
      • 13 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
        • Like
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
        • Haha
        • Like
      • 15 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Sad
        • Like
      • 113 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
        • Like
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
        • Like
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...