Jump to content
  • Откройте аккаунт на Диспуте за 5 минут

    Продаете недвижимость, машину, телефон, одежду?  Тысячи  просмотров ежедневно на dispute.az  помогут вам. Бесплатная доска обьявлений.

Recommended Posts

H.O.S.T Alliance

8 nəfərlə fəaliyyətə başlayan bu alyansın birləşmə forması belədir:

Baku Clan(Jamal_Ali, Feck, Felon De Jure, ErranT, Qaraqan və Dərviş), AiD və PRoMete.

Baku Clan Türkiyədə təhsil alan 4 gənc təfərindən yaradılıb. Bunlar: Jamal_Ali, Felon De Jure, ErranT və Feckdir. Ankarada ilk track olan “Baku Clan” tracki yazılır. Daha sonralar klana Qaraqan və Dərviş də qoşulur. Birgə ilk iş - “Sənsiz (Love Story)” tracki yazılır. Yazılış prosesi PRoMetenin çalışdığı studiyada olur. 2006-cı il yay aylarının axırlarında Qaraqan və Felon De Jure “Məni qaytar” adli track yazır və bununla Baku Clan fəaliyyətə bir qədər ara verir. 2007-ci ilin əvvəlində AiD və PRoMete də daxil olmaqla Alliance qurmaq fikri yaranır və tək fikir olaraq qalmır, yazılışa hazırlıqlar başlanır. “H.O.S.T Alliance” adı altında albomun yazılışına start verilir. 18 fevralda ilk track olan “Həyatım əllərimdə” tracki hazır olur. 29 iyun 2007-ci il tarixinə ilk albomun işləri bitir. Albom satışda çıxarılmır. 2000-ə yaxın nüsxə əldən-ələ paylanır. İnternet saytlarında da albom çox böyük rəqəmlərlə yüklənilir və maraqla qarşılanır. Albom “Proloq” adlanır və 17 kompozisiyadan ibarət olur.

İlin sonunda(9 dekabr 2007) tarixində ilk konsert baş tutur. Konsert “Yuğ” teatrında keçirilir. Birinci albom uğurla qarşılandıqdan sonra artıq ikinci albomun işləri başlayır. Bu ərəfələrdə alyansın üzvlərindən olan Dərviş şəxsi səbəblərə görə alyansı tərk edir. 10.05.08 tarixində artıq tam hazır olur və ilk əvvəl albom “HOSTdan HOSTçuya eksklüziv” adıyla xüsusi tiraj şəklində təqdim edilir. 29.05.08 tarixində isə artıq kütləvi satışa buraxılır və bu albom da “Proloq” kimi çox uğurla qarşılanır. Albom “Qarada Qırmızı” adlanır və 18 kompozisiyadan ibarət olur.

Bu ərəfədə alyansın üzvlərindən olan Qaraqan “A” adlı kitabı yazıb tamamlayır.Kitabın yazılmasında məqsəd insanları düzgün yola çəkmək, gəncləri axmaq işlərdən yayındırmaq, dünyanın necə bir yer olduğunu başa salmaq və ən əsas da “HOST ideologiyası”-nın yaranması olur. HOST ideologiyası hər ideologiyadan götürülmüş ən yaxşı cəhətlərdən təşkil olunub. Kitab “Azərbaycan Yazıçılar Birliyi”-nin katibi Rəşad Məcidin ön sözüylə 05.05.08 tarixində satışa buraxılır və çox böyük maraqla oxunulur. Kitab gözlənildiyindən qat-qat artıq satılır.
2008-ci ilin avqust ayında isə əvvəl Felon De Jure, sora Jamal_Ali və ErranT şəxsi səbəblərə görə alyansı tərk etdi.Hal-hazırda HOST 4 nəfərdən ibarətdir: Qaraqan, AiD, PRoMete, Feck.

HOST mətbuat və televiziya tərəfindən də çox böyük maraqla qarşılanıb.Artıq bir neçə dəfə qəzetdə HOSTla bağlı məqalələr çıxıb. Radiolarda, TV-lərdə qonaq olublar. Ən çox internet dəstəyi də məhs HOSTa məxsusdur.

H.O.S.T sözu Hava Od Su Torpaq sözlərinin baş hərflərindən təşgil olunmuşdur.Alliance sözü isə hər hansı klan,qrup və üzvün birləşməsindən yaranan ən böyük birləşmədi.H.O.S.T Alyansın tərkibində klan(Baku Klan) və 2 üzv(AiD, PRoMete) var.

H - Qədim Şumer mixi yazılarında xoşbəxtlik və bədbəxtlik rəmzi...
O - Ağ pentaqramma,satanizmin əks,xeyir qüvvələr.Bu medalyon mənfi enerjiden və qara qüvvələrdən qoruyur...
S - Dollarin əksi,anti-pop,culture,tərki-dünyalıq,israf və etikaya qarşı,dünya qaydalarına əks olmaq...
T - Qılınc,mübarizə

Hava - Romantizm,
Od - Aqressiya,
Su - Lirika,
Torpaq - Realizm.


HOST sözünün digər mənaları:

HOST - Sahib (ingilis)
HOST - Allah ordusu,ilahi qüvvə (omonim)
HOST - Lider,aparıcı,showman (U.S.A)
HOST - Xəstəlik,virus (tibb)
HOST - Zülmət
HOST – Qalaktika

Link to comment
Share on other sites

  • Replies 572
  • Created
  • Last Reply

[b]Hücuma başladıq![/b]

[img]http://havaodsutorpaq.com/img/basladiq.jpg[/img]

Bir gün ətrafımızdakı insanların öz şəxsiyyət vəsiqələrindəki seriya nömrələri kimi proqramlaşdırıldığını gördük. Ruhumuzu vermək istədik onlara.

Bir gün ətrafımızdakı insanların Bakının sahibsiz ağaclarının başında məskən qurmuş kulyoklar kimi boz rəngə büründüklərini gördük. Damarımızı kəsib qanımızı sıçratmaq istədik üzərlərinə.

Bir gün ətrafımızdakı insanların həyatlarının reklamlar kimi mənasız və yalan olduğunu gördük. Televizorlarını söndürmək, pəncərənin o tayında qaynayan həyata qoşulmalarını istədik.

Yalanların, yalançıların, fahişələrin, sutenyorların, mavilərin, lezbiyanların, yanıqların, acgözlərin, taxtabaşların, rüşvətxorların, qulların, quldarların, savadsızlığın, rəngsizliyin, mənasızlığın üzünə tüpürdük və hücuma başladıq. Qaldır əllərini, sən də qoşul ordumuza, yırtaq içalatını düşmənlərimizin!

Silahımız nə bıçaqdı, nə də tapança. Amma onları qorxudacaq qədər, qorxudan altlarını batırdacaq qədər təhlükəlidi. Qələm, mikrofon və beyin qırışdıran hər şey. Fikirlərimizi orduya çevirdik, ordumuz onların belini sındıracaaaaaaaaq!

Seç artıq, ya bizimləsən, ya altımızda...

Link to comment
Share on other sites

"Qarada Qırmızı" albomundan replər...

[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/aglama.mp3"]Ağlama (AiD, Dərviş, Qaraqan, PRoMete)[/url]

[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/azadhostchular.mp3"]Azad HOSTçular (Qaraqan, AiD)[/url]

[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/azerbaycan.mp3"]Azərbaycan (AiD, Qaraqan, PRoMete)[/url]

[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/bezmishem.mp3"]Bezmişəm (Qaraqan, AiD)[/url]

[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/elvida.mp3"]Əlvida (PRoMete, ErranT, Qaraqan)[/url]

[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/esmeralda.mp3"]Esmeralda (Qaraqan)[/url]

[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/etirafotagi.mp3"]Etiraf Otağı (Qaraqan)[/url]

[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/menimmubarizem.mp3"]Mənim Mübarizəm (Qaraqan)[/url]

[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/qaradaqirmizi.mp3"]Qarada Qırmızı (Qaraqan, PRoMete, AiD)[/url]

[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/sevgiyoxdur.mp3"]Sevgi Yoxdur (Qaraqan)(vokal Ayka)[/url]

[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/smslerdunyanixilasedecek.mp3"]Smslər Dünyanı Xilas Edəcək (Qaraqan)[/url]


[b]------------[/b]


[b]Video Collection[i]..![/i][/b]

[url="http://host-fan.ucoz.com/Video/aglama2_www.host-alliance.li.wmv"]Ağlama-part-1[/url]
[url="http://host-fan.ucoz.com/Video/aglama_www.host-alliance.li.wmv"]Ağlama-part-2[/url]
[url="http://host-fan.ucoz.com/Video/elvida_www.host-fan.tk.rar"]Əlvida[/url]
[url="http://host-fan.ucoz.com/Video/men_deyishecem_www.host-fan.tk.rar"]Mən Dəyişəcəm[/url]
[url="http://host-fan.ucoz.com/Video/istemirem_www.host-alliance.li.wmv"]İstəmirəm[/url]
[url="http://host-fan.ucoz.com/Video/neche_www.host-alliance.li.wmv"]Neçə[/url]
[url="http://host-fan.ucoz.com/Video/umidler_www.host-alliance.li.wmv"]Ümidlər Qəbirsanlığı[/url]
[url="http://host-fan.ucoz.com/Video/xronika_www.host-alliance.li.wmv"]Xronika[/url]
[url="http://host-fan.ucoz.com/Video/host_www.host-fan.tk.avi"]Hava Od Su Torpaq[/url]
[url="http://host-fan.ucoz.com/Video/padre_www.host-fan.tk.wmv"]Etiraf Otağı[/url]

Link to comment
Share on other sites

[b]Ringtone Collection.[i].![/i][/b]

[url="http://host-fan.ucoz.com/ForMobile/azad_hostchular_for_mobile.mp3"]Azad HOSTçular[/url]
[url="http://host-fan.ucoz.com/ForMobile/azerbaycan_for_mobile.mp3"]Azərbaycan[/url]
[url="http://host-fan.ucoz.com/ForMobile/bezmishem_for_mobile.mp3"]Bezmişəm[/url]
[url="http://host-fan.ucoz.com/ForMobile/buza_donecem_for_mobile.mp3"]Buza Dönəcəm[/url]
[url="http://host-fan.ucoz.com/ForMobile/elvida_for_mobile.mp3"]Əlvida[/url]
[url="http://host-fan.ucoz.com/ForMobile/maraqsiz_mahni_for_mobile.mp3"]Maraqsız Mahnı[/url]
[url="http://host-fan.ucoz.com/ForMobile/men_deyishecem_for_mobile.mp3"]Mən Dəyişəcəm[/url]
[url="http://host-fan.ucoz.com/ForMobile/nagil_for_mobile.mp3"]Nağıl[/url]
[url="http://host-fan.ucoz.com/ForMobile/smsler_for_mobile.mp3"]Smslər Dünyanı Xilas Edəcək[/url]
[url="http://host-fan.ucoz.com/ForMobile/gullelenmish_mektub_for_mobile.mp3"]Güllələnmiş Məktub[/url]
[url="http://host-fan.ucoz.com/ForMobile/gunesh_sheheri_for_mobile.mp3"]Günəş Şəhəri[/url]

Link to comment
Share on other sites

Когда Емин Ефенди мне на своей машине поставил пару треков от Хоста я офигел...
Качественно, неразфуфыренно и со смыслом. Это конкретно нечто новое и вообще не пройденная тропа в отечественном черном рынке(который почти выдохся...). Чую ребятам это скоро надоест... Жалко.. За то качественно!

Вообще, популярная музыка и вообще музыка обьязательно далжна вносить какую то идею, а с идеей у этих пацанов все на уровне!!!
С удовольствием завтра на работе скачаю все что сюдЫ кинули!

Link to comment
Share on other sites

[img]http://host-fan.ucoz.com/_nw/1/79979.jpg[/img]

Bu həftənin bazar günü(05.10.2008) Azadlıq radiosunda(101.7fm) saat 23:00-da Rap Time verlişinin qonağı HOST olacaq...Dinləməyi unutmayın...Exclusive heç kəs eşitmədiyi track olacaq...


radionu internet vasitəsiylə canlı dinləmək üçün www.azadliq.org saytına daxil ola bilərsiniz...

Link to comment
Share on other sites

[img]http://xs132.xs.to/xs132/08406/___507.jpg[/img]

QaraQanın "A" Adlı Kitabınının Yeni Tirajları Artıq Satışda..!

Kitabı Akademiya Kitabxanasından [ Yeni Azərbaycan Kinoteatrından - Araz Kinoteatrına Gedən Yolun Sol Tərəfində ( Quick Silver İlə Üzbəüz ) ] Əldə Edə Bilərsiniz...
Kitabxananın Qarşısında Kitabın Afişası Vurulub...

Link to comment
Share on other sites

[img]http://xs432.xs.to/xs432/08400/rap-sene-god-father_h253.gif[/img]

Küçədə boş boş gəzib özünə gangster rapper deyənlərə,
Tutun gəldi!..

"Sən rap`ə qul Bracho, rap sənə God Father!"

H.O.S.T - Raplica [[url="http://havaodsutorpaq.com/H.O.S.T_-_Raplica.mp3"][b]YÜKLƏ[/b][/url]]

Link to comment
Share on other sites

[center][color="#FF0000"][b]QaRaDa QıRMıZı - 2oo8 FuLL ALBoM[/b][/color]

[img]http://xs232.xs.to/xs232/08413/uz_02250244.jpg[/img]


[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/prelud.mp3"]1. Prelüd (Qaraqan)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/esmeralda.mp3"]2. Esmeralda (Qaraqan)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/menimmubarizem.mp3"]3. Mənim Mübarizəm (Qaraqan)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/mendeyishecem.mp3"]4. Mən Dəyişəcəm (PRoMete)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/buzadonecem.mp3"]5. Buza Dönəcəm (Qaraqan, PRoMete)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/aglama.mp3"]6. Ağlama (AiD, Dərviş, Qaraqan, PRoMete)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/dushunce.mp3"]7. Düşüncə (Qaraqan, AiD, PRoMete)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/azerbaycan.mp3"]8. Azərbaycan (AiD, Qaraqan, PRoMete)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/elvida.mp3"]9. Əlvida (PRoMete, ErranT, Qaraqan)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/etirafotagi.mp3"]10. Etiraf Otağı (Qaraqan)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/nagil.mp3"]11. Nağıl (AiD, Qaraqan)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/maraqsizmahni.mp3"]12. Maraqsız Mahnı (Qaraqan)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/qaradaqirmizi.mp3"]13. Qarada Qırmızı (Qaraqan, PRoMete, AiD)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/sidretulmunteha.mp3"]14. Sidrətül Müntəha (Qaraqan)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/sevgiyoxdur.mp3"]15. Sevgi Yoxdur (Qaraqan)(vokal Ayka)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/smslerdunyanixilasedecek.mp3"]16. Smslər Dünyanı Xilas Edəcək (Qaraqan)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/azadhostchular.mp3"]17. Azad HOSTçular (Qaraqan, AiD)[/url]
[url="http://host-fan.ucoz.com/QaradaQirmizi/bezmishem.mp3"]18. Bezmişəm (Qaraqan, AiD)[/url][/center]

Link to comment
Share on other sites

[img]http://xs432.xs.to/xs432/08415/3ca9d92bce1e2993.jpg[/img]

Qaraqanın "A" kitabının çox satılmasına ilə əlaqədar bəzi "bomba" işçilər satış qiymətlərini qaldırıblar...Özlərinə əlavə pul qazanmaq üçün 6, 8 hətta 9 AZN-ə satırlar kitabı...Bunun qarşısını almaq üçün belə bir tədbir gördük...Kitabı öz qiymətinə yəni 5 manata əldə etmək şansınız var...İstəyənlər Rock_Boy və H.O.S.T FighteR-lə əlaqə saxlayın...

MSN & E-MAİL :

[email protected]
[email protected]

Link to comment
Share on other sites

  • 2 weeks later...

[center][img]http://xs432.xs.to/xs432/08441/001782.jpg[/img]

[img]http://xs432.xs.to/xs432/08441/002474.jpg[/img]

[img]http://xs432.xs.to/xs432/08441/003169.jpg[/img]

[img]http://xs432.xs.to/xs432/08441/004988.jpg[/img]

[b]"Qarada Qırmızı" albomu artıq bütün Azərbaycan üzrə satışda[i]..![/i][/b][/center]

Link to comment
Share on other sites

[b]PRoMete - Yeni Dünya[/b]

[img]http://img338.imageshack.us/img338/8369/downtr22pe2.jpg[/img]


Bəli üç nöqtə - hansı ki, istənilən fikrin sonuna qoyulsa fikri daha dərin edir.
Bezmişəm, hamınızdan bezmişəm! Axı istədiyim – istədiyimiz bu deyildi.
Biz axı belə olmaq istəmirdik. Başlayanda hamıdan fərqli idik. Insan olmadığımızı və ya hamı kimi insanlardan olmadığımızı dərk edərək başlamışdıq. Amma indi hamı kimiləşmə prosesini dayandıra bilmirik.
Gücüm tükənib hiss eliyirəm. Ya da kimsə məni nəyisə vəd etdiyimi verməməkdə günahlandırdığı üçün özümü günahkar hiss eliyirəm.
Özüm:
- hər şeyi niyə bu qədər çətinləşdirirsən?

Özümə:
- mən hər şeyi asanlaşdırmağa çalışıram əslində.

Özüm:
- çox danışırsan!

Özümə:
- amma başqa bir şey bacarmıram, hələ ki.

Özüm:
- dünyanı dəyişməyə çalışırsan?

Özümə:
- ... !

Özüm:
- Bu mümkün deyil!

Özümə:
- Amma dünyamı dəyişə bilərəm. :)


[b][i]PRoMete[/i][/b]

Link to comment
Share on other sites

[center][img]http://xs433.xs.to/xs433/08446/005640.jpg[/img]

[b]H.O.S.T'dan ən son şəkillər..!

Buyurun..!

14 şəkil..

PRoMete,Qaraqan,Feck,AiD

2oo8[/b]

[url="http://havaodsutorpaq.com/depo/Javidan_Akhundov_Photo_Session_v1.rar"][b][color="#FF0000"]Yüklə[/color][/b][/url]

[size=1]All photos by Javidan Akhundov[/size][/center]

Link to comment
Share on other sites

HOST-chulari ushaqliqdan tanimagima baxmayaraq,soyleye bilerem ki-SUPERDILER!
Heqiqeten de,oz ishleri ile meshguldurlar.Sadece yaradirlar!Esas odur ki,her bir misranin altinda mentiq var...2 Albom chixariblar bugunedek,InshAllah albomlarin sayi en azi -20 olsun!Hemishe bele iddiali ve hevesli qalsinlar :)
UGURLAR!

Link to comment
Share on other sites

  • 2 weeks later...

[img]http://xs433.xs.to/xs433/08482/aaaaaaa417.jpg[/img]

[b]Qaraqan - Kazım dayı və oğlu...[/b]

Kazım dayının çoxlu pulu var idi. Yazıq Kazım dayı ömrü boyu əziyyət çəkib bir təhər üzə çıxa bilmişdi. Kazım dayı yaxşı adam idi. Qohuma-qardaşa əl tutardı, yetimləri oxudub adam eləyərdi. Oğlu Qoşqar isə atasına oxşamırdı. Qoşqar doğulandan pul içində olub, əzab-əziyyətdən xəbərsiz idi. Qoşqarın günü gecəsi barlarda, restoranlarda, çimərliklərdə keçirdi. Dostlarının yanında lovğalanıb, kasıblara yuxarıdan aşağı baxan Qoşqar atasının gül balası idi. Amma atası ona heç nə demirdi. Çünki Kazım dayı Qoşqarda öz itirdiyi cavanlığını görürdü. İstəyirdi ki, oğlu gəncliyin dadına baxsın, kef eləsin, əylənsin. Oğlunun yaşında o daş daşıyırdı. Amma oğlu bu əziyyətləri görməməlidir. O Qoşqarın xoşbəxtliyini istəyirdi. Hər il oğluna yeni avtomobil hədiyyə edir, hər həftə 2000 manat cib xərci verirdi. Qoşqar da pulu sağa-sola xərcləyirdi. Ən bahalı geyimlər, ən gözəl avtomobillər, ən cazibədar qızlar. Bir gün ona daha yaxşı bir şey təklif etdilər. Bu iynənin içindəki cənnət idi. Onu damara vuran kimi Qoşqar dünyanın sahibinə çevrilirdi. Bu ona ləzzət eləyirdi. Qısa bir vaxtda Qoşqar narkotikə alışır və atasından daha çox pul almağa başlayır. Hər dəfə Kazım dayı evə gələndə oğlu onu qarşılayıb əlindən öpür, qucaqlayırdı. Atasına onu çox sevdiyini deyirdi. Sadəlövh kişi də inanırdı. Yuxuya gedəndə də oğlu gizlincə cibindən pulları əkişdirib heroinə xərcləyirdi.
Amma bu gün ata ilə oğul tamam başqa vəziyyətdə idilər. Onlar qaranlıq bir otaqda üzbəüz duran iki dirəyə qalın kəndirlərlə bağlanmışdılar. Ata ilə oğul üz-üzə durmuşdular. Ikisini də bərk bağlamışdılar. Oğulun əlində tapanca da vardı. Tapanca iplə Qoşqarın əlinə sıx bağlanmış, atasına tərəf tuşlanmışdı. Onu yerə ata bilmirdi. Kazım dayı fikirləşirdi. Dünən saunada hiss elədi ki, gözü qaralır. İndi də tanımadığı qapalı bir yerdə oğlu ilə üzbəüz. Bu nə məsələdir? Qoşqar da qorxurdu:
- Atacan, bura haradır? Biz haradayıq?
- Bilmirəm. Bizi niyə bağlayıblar? O tapanca nədir?
- Atacan, xəbərim yoxdur.
Elə bu an otağın qapısı açıldı və içəri qara geyimli bir adam daxil oldu.
- Atalar və oğullar. Heh. Atalar və oğullar. Maraqlı şouya hazırsınız?
Kazım dayının gözləri bərəldi.
- Nə şou? Bura haradır? Sən kimsən? Heç bilirsən kimi tutmusan? Mən burdan çıxan kimi sənin başını kəsdirərəm!
- Hmm. Sən burdan çıxmayacaqsan.
- Nə?
- Səni oğlun öldürəcək.
Otağa sükut çökdü. Ata oğula baxırdı, oğul qara geyimi adama, sonra əlindəki tapancaya, atasına sonra... Heç nə başa düşmək olmurdu.
Qoşqar dedi:
- Yox, nə danışırsan? Nə istəyirsən bizdən?
Qara geyimli otaqda gəzişə-gəzişə dedi:
- Mən sizdən heç nə istəmirəm, amma Qoşqar bir azdan məndən bir şey istəyəcək.
Bu sözü deyib qara geyimli maye ilə dolu şpritsi küncdəki masanın üzərinə qoydu. Sonra dedi:
- Kazım dayı, yəqin xəbəriniz yoxdu ki, oğlunuz narkomandır. İndi bilirsiniz. Oynayacağımız bu oyunda səmimi olmaq lazımdır. İndi mən Qoşqarın tapancasına bir güllə salacağam. Sonra qonşu otaqda uzanıb kitab oxuyacam. Bir müddətə Qoşqar narkotik istəyəcək. Qoşqar, görürsən də o masadakı ləzzətli iynəni. Bəh-bəh-bəh. Bu ləzzəti sənə ancaq mən verə bilərəm. Təbii ki, bir şərtim var. Sən gülləni atanın alına vurmalısan. Onsuz da elə tətiyi çəksən güllə alına dəyəcək.
Qoşqarın sağ əli - tapancalı əli düz atasının alnına tuşlanmış şəkildə başqa bir dirəyə bağlı idi. Ona görə Qoşqar tapancanın istiqamətini dəyişə bilmirdi. Onu tərpədə bimirdi, tətiyi çəksəydi atası öləcəkdi. Qarageyimli davam etdi:
- Qaydalarla tanış oldunuz. Qoşqar tətiyi çəkir, sizi öldürür, mən ona narkotik verirəm. Oyun üç gün davam edəcək. Əgər üç gün ərzində oğlunuz sizi öldürməsə ikinizi də azadlığa buraxacağam. Söz verirəm. 3 gündən sonra azadlığa çıxırsınız. Ona görə mehriban olun.
Bu sözü deyib qara geyimli tapancaya bir güllə salıb otaqdan çıxdı. İrəlidə üç gün var idi.

BİRİNCİ GÜN
- Qoşqar sən narkomansan?
- Yox ata nə danışırsan? Əlbətdə ki, yox.
- Bəs bu nə deyir?
- Nə bilim bəlkə sənin düşmənindi bizi tutub?
- Mənim düşmənim yoxdu. Hey. Ayyy. Eyy eşidirsən bizi? Sənə nə qədər istəsən pul verərik. Burax bizi. Eyyyyy
- Ata, deyəsən heç kəs yoxdu. Bəsdi qışqırdın.
- Burdan çıxmağın yolunu tapmalıyıq.
- Ata, necə çıxaq? Çıxart bizi burdan. Qurban sənə
çıxart bizi.
-ııı.. hğğğğğ....mm.. İp çox bərk bağlanıb tərpənə bilmirəm.
- Mən də. hğğrrmmm
- Ehtiyatlı ol tətiklə.

İKİNCİ GÜN
Qoşqarın rəngi dəyişmiş, gözləri qızarmışdı. Kazım dayı isə gümrahlığın saxlayırdı. O uşaq olandan aclığa susuzluğa öyrəşmişdi. Amma Qoşqar əsirdi. Hərdən qışqırırdı. Atası soruşanda niyə qışqırırsan?
Deyirdi ki, susuzluqdandır. Amma susuzluqdan bu cür qışqırmazdılar. Günün axırı Qoşqar ağlayırdı, tez-tez tüpürürdü. Kazım dayı şübhələnməyə başlamışdı. O başa düşürdü ki, Qoşqar susuz deyil. Susuzluqdan adam udqunar, tüpürməz.
- İtin balası, narkomansan?
-Yox.
- Gədə, mənə yalan danışma.
-Yox.
Amma Qoşqarın gözləri qaçırdı. Kazım dayı çox əsəbi idi.
- Mən də elə bilirdim ki, ağlın başındadır. Gör özünü nə günə qoymusan.
- Hə, iynə vururam hərdən, rahatlandın? Hə, vururam. Nə edim? Mən də beləyəm. Nədir olmaz? Pul var da.
- Qoduğ, pul mənimdi. Sənin nəyin var? Mənim halal zəhmətimi iynəyə verirdin?
-Ata, bağışla.Vərdişdi də. Nə edim? Mən səni sevirəm. Bağışla.
- Yaxşı bala, Bir gün qalıb. Söz verib ki, bizi buraxacaq. Onda həkimə gedib səni sağaldarıq. Eyyy axmağ, eşidirsən bizi? Bir gün qalıb. Oğlum məni dəlicəsinə sevir. Axmaq, heç o məni vurar? Ağlın özünə getməsin. Buradan çıxan kimi səni tapacam.

ÜÇÜNCÜ GÜN
Kazım dayı gözünü örtüb başını dirəyə söykəmişdi. 3 gecə ayaq üstə yatmaqdan bütün beli göynəyirdi. Qoşqar da tər içində ağzı köpüklü damarları şişmiş, dişləri əsə-əsə atasına baxırdı. O dözə bilmirdi. Sümüklərində ağrı vardı. Masadakı iynəni görəndə dəli olurdu. Bəlkə atasını vursun? Bəlkə ..bəlkə.. O dözə bilmirdi, içindəki səslər onu gic edirdi. Bəlkə vurasan? Qoşqar, bəlkə vurasan? Qoooşşqarrr. Qooşşqaaarrr... Ay uzun saç qara göz ağıllı iynəm mənim. İynəəəəə... He, he, he, he, iynə. İynəəə. İynəcik. Düyməcik. He he he. İynəəə. Miyələk, kəpənək, unitaz... He.. unnnn iit zzzzzz....Vur o cındırı! Vur! Vur! Vur! Tətiyi çək! Cındır Kazım. Vur o qoca kaftarı.. Cır ağzını onun..yox yox , vurma..vurma.. Yox, sakitləş Qoşqar bircə gün qalıb..Bircə gün. Vurma, səni türməyə salarlar.Vurmaq olmaz. Elə bu an içəri qarageyimli adam daxil oldu.
- Salam uşaxlar, necəsiz? Bəlkə bir gün də artıraq? Yox iki gün, iki günə buraxaram sizi. Qoşqar, niyə vurmursan ee bunu? Vur canın qurtarsın da. Onu öldürən kimi səni azad edəcəm. Bir dənə yaxşı xəbərim var sənə Kazım dayı keçən həftə vəsiyyətnamə imzalayıb - bütün mülkünü sənin adına keçirib. Kaftarı vurursan, iynəni verirəm, əlavə olaraq bank hesabına da 7 milyon dollar. Necədi? Əlində də əlcək var. Tapancada heç barmaq izin də qalmayacaq.
Kazım dayı bağırdı.
- Alçaq bəs dedin, 3 günə buraxırsan? Sabah buraxmalısan bizi. Sabah səhər açılan kimi.
-Yaxşı, oldu söz vermişəmsə buraxacam.
Bu sözü deyib qarageyimli otağı tərk etdi.
Qoşqarın damarları qaşınırdı. İynə iynə iynə iynə, ata, iynə, iynə, ləzzət, ata, vicdan iynə, pul, kef, 7 milyon, iynə, ata, iynə iynə..
“Oğlum necəsən? ” iynə iynə, “ Qoşqar eşidirsən məni? Ağlını itirmə “iynə iynə” Bala 5 -6 saat qalıb”
- Bilirəm də nə qədər qalıb. Qoyun deyiləm ki, nə qışqırırsan?
- Mən sənin atanam.
- Mən də sənin oğlun, çox şad oldum tanışlığımıza. Nə olsun. Atama bax. Mənə öyrətmə nə etmək lazımdır. (iynə iynə iynə iynə, vur onu bütün pullar sənin olacaq) özüm bilirəm (iynə ev maşın pul)
- Oğul əlini çək tətiydən. Bala, bağışla atanı, bağışla.
- Nə? (iynə, heç kəs bilməyəcək. Deyəcəm məcbur ediblər.)
- Qoşqar, qurban sənə, qurban olsun atan sənə. Oğlum mənim canım balam, gözümün işığı bircə oğlum.
....“PART”.......
Qara rəngli Makarın gurultulu səsi Qoşqarın qulaqlarını batırdı. Tapancanın lüləsindən süzülüb çıxan tüstüdən gözəl barıt ətri gəlirdi. Otağa qara geyimli girib iynədəki narkotiki Qoşqarın damarına vurdu. Qoşqar gözlərini yumub sakitləşirdi. Kazım dayının isə gözləri bərələ qalmışdı. Onun baxışı oğluna yönəlmişdi. 20 il əzizləyib böyütdüyü oğluna. Kazım dayı heç nə eşitmirdi çünki eşidə bilmirdi, Kazım dayı heç nə görmürdü çünki baxa bilmirdi. Dodaqları donub qalmış, nəfəsi kəsilirdi. Oğlu ona atəş açmışdı. Qara geyimli adam Qoşqarın qollarını açdı amma o ləzzət içində olduğundan yerə yıxıldı. Sonra Kazım dayının qollarını açdı. Kişi ayaq üstə donub qalmışdı. Qara geyimli otağı tərk etdi. Uzaqdan avtomobil mühərrikinin səsi yerə sürtünən təkər səsinin uğultusunda yox oldu. İndi otaqda iki nəfər qalmışdı. Yerə uzanıb ləzzət alan oğul və ayaq üstə durub oğluna nifrətlə baxan ata. O oğluna baxıb iyrənirdi. Nə deyəcəyini bilmirdi. Tapancaya qoyulan güllə boş olduğundan ataya heç nə olmamışdı.. Sadəcə gurutulu səs çıxaran tapanca atanı mənəvi cəhətdən yaralamışdı. Oğul ləzzət içində atasına baxır və elə bilirdi ki, bu onun gözünə görünür. Əslində isə ata sağ idi. Ata sağ idi. Amma bu gündən onun üçün oğul ölmüşdü.

[u][b]Qaraqan[/b][/u]

[i]mənbə: Qaraqan'ın "A" kitabı...Almağa tələsin...[/i]

Link to comment
Share on other sites

[size=2][b]
H.O.S.T - абсолютные индивидуалы, возрождающие романтику. Чужаки общества в черном, у которых есть своя философия, музыка и мировоззрение, литература, арт и, которые начали называться
H.O.S.T, потому что исторически не было иного, лучшего слова, сочетающего силу и красоту. Категория "
H.O.S.T " является защитной границей между миром романтики и лавиной усредненнгоо общественного мировоззрения.
H.O.S.T ы - всегда смотрят на темные стороны жизни, не закрывая на них глаза.
H.O.S.T ы берут энергию и жизненную силу из той музыки, литературы, арта и философии, которая других просто депрессирует и кажется слишком мрачной.
H.O.S.T - тяга к большему во всем - жизни, любви, музыке, етс. Стиль "не-простой" жизни, дорога к красоте, к моменту отчаянного понимания самого себя и стиль, который защищает нас от зажеванных и догматических общественных ценностей, потому что
H.O.S.T ы - формация индивидуалов. Анти-тусовка. Нам не обязательно быть вместе, чтобы быть
H.O.S.T ами, но когда мы собираемся вместе, мы создаем себе отдельный мир.
H.O.S.T - это индивидуализм и романтика как стиль жизни. Знание того, кто мы есть. Мы знаем, что мы -
H.O.S.T ы и называем себя так.
H.O.S.T ы - защитная категория, с помощью которой мы отделили себя от канонов и постулатов дешевого и закоммерциализированного общества, от всего стандартного и простого. Для того, чтобы быть hosтом, нужно лишь быть самим собой и не открещиваться от своих "слишком" мрачных, "заумных", нестандартных, нетрадиционных, депрессивных меланхолических вкусов и стиля жизни.

[/b][/size][size="3"][/size]

Link to comment
Share on other sites

Eshq olsun! :) Respect!!! Chox qisa bir muddete Underground-dan chixdilar genish efire ve sevildiler !!! Track-larini dinleyende o deyge bilinir ki, ushaqlarin intelektual seviyyesi yuksekdi ve dunya gormush, oxunmush qaqashlardi !!! Movzulari aktual, sozleri menali, chitkalari efir, minuslari professional, rejisura e'la, Bir sozle her shey yuksek seviyyede !!! En xoshladigim tracklar Xronika, Raplica !!!


Lakin, menden qabaq qeyd olundugu kimi, Pessemist Ruh yegane ve en boyuk menfi cehetdir sizin yaradiciliginizda, amma fikir verirem ki, mehz ela odu sizin yaradiciliginiza tekan veran, chox teessuf ki !!! Chunki, sizin Pessemist movzular, insanlarda umidsizlik yaradir!!! Umidsiz ise gelecek ola bilmez !!! bu gun bizim genclerde Optemist Ruh formalashdirmaq lazimdir mence, mehz ela bu bizim genclere bu gun chatishmir !!! Jimi Hendrix-in musiqisine qulaq asanda, adama boyuk bir quvvet, enerji gelir, lakin umumiyyetce indiki musiqi xususuile Azerbaycan musiqisi o qeder besitdir ki, insanlara o enerjini vera bilmir, bir chox halda ise eksine ruhdan salir!!! Mence bu chox boyuk qusurdur!!! Musiqi chox boyuk psixoloji tesirdi, ve men size bir peofessinallar kimi hormet etdiyim uchun istemezdim ki sizin minuslar, Raplar insanlara menfi tesir etsin !!!


Ugurlar HOST-a !!!

Link to comment
Share on other sites

[size=4][b]
Однажды ты проснешься и поймешь, что надежды больше нет. Она растворилась в холодных каплях дождя, в шершавом асфальте, в бесконечно равнодушном небе, в мокрых листьях, в обшарпанных обоях и запертых окнах... Однажды ты проснешься и поймешь… Пропасть, возникшая глубоко внутри, пустота, выевшая душу, будет кричать, стонать, просить, вымаливать то, что сможет заглушить ее… Бутылка спиртного… вторая... третья… Пятьдесят таблеток снотворного… Пачка сигарет, одна за другой… Теплая ванна и холодное лезвие… Веревка с маленькой табуреткой… Открытое окно двенадцатого этажа… Каждый унимает свою боль по-разному. Кто-то на время, кто-то навсегда… Трипуя от отчаяния к щемящей тоске, путешествуя по всем оттенкам своей печали, в конце концов ты либо срываешься и летишь ко всем чертям, либо цепляешься за что-то, способное тебя еще ненадолго задержать… В слякоти серых улиц, в криках летящих птиц, в шорохе гниющих листьев можно найти ее – музыку осени, печали, отчаяния, тоски… Найти, зацепиться и не упасть. Это музыка, отравленная медленным ядом, но именно он является лучшим противодействием меланхоличным мыслям и апатичным состояниям. Это X.O.C.T

XOCT настолько прекрасен и печально романтичен, что заставляет задуматься и вернуться в окружающую действительность из мира своей внутренней тоски в тоску всеобщую. Эта музыка создает мистическую атмосферу и надолго удерживает в ней, изменяя сознание. Это отчаяние, возведенное в абсолют. Музыка для настоящих ценителей меланхоличной красоты, для эстетов и художников.[/b][/size]
[color="#8B0000"][/color][attachment=215619:afisa22.jpg]

Link to comment
Share on other sites

[center][b]H.O.S.T - GÖRÜŞ !!! // Diqqət..![/b]

[img]http://img95.imageshack.us/img95/2109/hostsx1.jpg[/img]

[b]7 dekabr
səhər saat 10:00
TV Club [ H.Aslanov-119,(Mango mağazası ilə üzbəüz yolun sağ tərəfində, Ağır Cinayətlər Üzrə məhkəmənin yanı) ][/b]

[b][i]görüşün məqsədi yalnız şəkil çəkdirmək,imza almaq,albomu,posteri imzalatmaq,kitabı və sairə...[/i][/b][/center]

Link to comment
Share on other sites

  • 2 weeks later...

[quote]Istemirem trackinda McDonalds istemiyen oglanlari defelerle McDonaldsda gormushem[/quote]
Sözlərin mənasını hərfi deyil rəmzi anlamaq lazımdı. Onlar sadəcə bu sözlərlə McDonaldsa-da oturub özünü yuxarıdan aparanları tənqid edirlər, mənim fikrimcə.
Guya onlar adidas,versace,dolce&gabbana geyinmiyebler heç vaxt. Geyinibler 100%. Sadəcə olaraq yuxarıda da yazdığım kimi, məncə, bu sözlərlə həm gecə-gündüz onları arzulayanları və ya onları əldə edib lovğalananları tənqid edirlər.

H.O.S.T.-un mahnılarının (sözləri kim yazır bilmirəm) sözləri çox xoşuma gəlir. Hardasa 95% mənim fikirlərimlə üst-üst düşür.
Üst-üstə düşməyən fikirlər isə bunlardır:
1. "Varlılardan oğrayaq, kasıblara paylayaq" - Ona görə ki, kasıba yaxşılıq nə qədər xeyirxah əməldirsə, kimdənsə oğramaq da eynilə o qədər pis əməldir. Bilmirəm, bəlkə bu cümlədə başqa bir şeyi nəzərdə tutublar, ola bilsin mən səhv başa düşmüşəm.
2. "Mübarizəm cinsi azlıqlara qarşı..." - Bu fikrə ona görə qarşıyam ki, bu azlıqlar fiziki olaraq xəstədirlər,yəni onların mavi, lezbi və s. olması 90% özlərindən asılı olmur. Onlara düşmən kimi yox , hormonal xəstəliyi olanlar kimi baxmaq lazımdı. Hərçənd xəstə olmaq günahkar olmaq demək deyil.

Qalan hər şey demək olar ürəyimcədir. Xüsusilə - " Telefonunda porno, budurmu İslam ölkəsi? Bəlkə çıxardaq bayraqdan onun yaşıl hissəsini" - deyəndə tüklərim biz-biz oldu.

Tənqid + düzgün yola çağırış prinsipi çox xoşuma gəlir. Sadəcə tənqidlərlə qorxuram başlarına bəla açarlar bu ölkədə.

Hər ideologiyadan ən yaxşı prinsipləri seçirlər. Amma məncə bunu artıq onlardan qabaq Edən var. O da Allahdı. Onun sözlərinə əməl edilsəydi, indi heç bu tənqidləri eşitməzdik. İnşaallah Vədolunmuşlar dünyanı düzəldərlər!

Link to comment
Share on other sites

[center][img]http://img101.imageshack.us/img101/5387/tshirtzs0.jpg[/img]

[b]25 dekabr
15:00
sabir bağı[/b]

qiymət: 13 azn
rəng: qara
yazı: logo(altında bəzi sözlər, şəkildəki)
ölçü: L (normal, hamının geyinə biləcəyi ölçüdür)

[u][b]köynəkdən əlavə "A" kitabını da ala bilərsiz... [5azn][/b][/u][/center]

Link to comment
Share on other sites

Единственная группа,кого можно с удовольствием слушать!Респект ребятам!Именно благодаря им ,понимаешь,что в Баку еще есть здравомыслящие люди!А то Роя и прочие бездари надоели!

Link to comment
Share on other sites

Не являюсь поклонником такой музыки, более того, ненавижу её. Но всё же не могу не согласиться с талантом этих ребят. Тексты просто классные. Респект. Може благодаря им что-то изменится.

Link to comment
Share on other sites

Не в обиду кому-то будет сказано,но внешний вид ребят прочно отталкивает меня от нажатия на кнопку "скачать" для их треков.Не знаю с самого появления не слушал эту группу норм.Только один трек с Мир Юсифом из Д-н слушал и еще что-то случайно на комп попало,но впечатления не произвело

Link to comment
Share on other sites

Archived

This topic is now archived and is closed to further replies.

  • Our picks

    • Всплыли новые подробности в связи с подозреваемым в убийстве своих родителей в Сумгайыте - ОБНОВЛЕНО + ВИДЕО
      Стали известны новые подробности в связи с Фикретом Мамедовым, подозреваемым в убийстве членов своей семьи в Сумгайыте. 
      Согласно полученной Oxu.Аz информации, молодой человек был участником второй Карабахской войны. 
      Как стало известно Qafqazinfo, в ходе предварительного расследования было установлено, что он употреблял наркотики.
      Утверждается, что Ф.Мамедов часто требовал у родителей денег и поэтому дома между ними постоянно происходили конфликты. По аналогичной причине 8 апреля Фикрет подрался со своим другом детства. Полицейские, дежурившие рядом с местом происшествия, попытались задержать Мамедова, но тот оказал сопротивление.
      В тот же день на Фикрета Мамедова в 3-м отделении Сумгайытского городского управления полиции был составлен протокол по статьям 510 (мелкое хулиганство) и 535 (злостное неповиновение законному требованию работника полиции или военнослужащего) Кодекса об административных проступках. Суд оштрафовал подозреваемого на 150 манатов за совершенное деяние и освободил его.
      В настоящее время продолжается расследование с целью выяснения причин убийства.
      10:52
      Фикрет Мамедов подозревается в убийстве своих родителей в общежитии №18 в 41-м квартале Сумгайыта.
      Отмечается, что он предоставлял услуги такси. Некоторые из соседей заявили, что в семье время от времени возникали конфликты. 
      Однако одна из соседок сообщила Baku TV, что Фикрет был приветливым и спокойным, да и все члены семьи были очень дружелюбными.
      "Мы только услышали крики о помощи. Но когда мы пришли, было уже поздно", - сказала она.
      Подробнее - в сюжете.
      • 1 reply
    • Названы причины закрытия Бакинского французского лицея
      В Бакинском французском лицее (БФЛ) обнародовали причины приостановки деятельности спустя 10 лет работы.
        • Milli
        • Facepalm
        • Haha
      • 13 replies
    • Утопленные автомобили из Дубая могут оказаться в Азербайджане: как распознать «утопленника»? - ВИДЕО
      Интенсивные дожди, наблюдающиеся в Дубае (ОАЭ) в последние дни, затопили многие жилые районы города. Больше всего от этого пострадали автовладельцы, так как в результате природного явления множество машин разных марок оказалось под водой.
      Как сообщает Xezerxeber.az, в Азербайджан автомобили в основном импортируются с рынков США, Кореи и Дубая.
      Поскольку привезти машину из Дубая в Азербайджан можно в кратчайшие сроки, то есть за 15 дней, предприниматели предпочитают именно этот вариант. Данная ситуация говорит о том, что автомобили с «подмоченной репутацией» могут быть доставлены также и в нашу страну.
      По словам автомеханика Сахиля Агабейли, обычно бизнесмены покупают такие машины в несколько раз дешевле.
        Однако распознать такой автомобиль можно по нескольким признакам: следам плесени и ржавчины, а затем гнили, особенно в нижней части транспортного средства. Мастер отметил, что, лица, торгующие машинами, чистят и красят днище таких автомобилей. Покупатели также могут определить эти изменения.
      Автомеханик добавил, что, в отличие от автомобилей с двигателями внутреннего сгорания, стоимость ремонта «утопленников» выше. И вождение таких транспортных средств представляет риски даже после ремонта.
      Подробнее - в сюжете:
       
        • Haha
      • 6 replies
    • Эксперты ВОЗ обеспокоены по поводу возможности распространения птичьего гриппа среди людей
      Глобальное распространение вируса птичьего гриппа среди млекопитающих, включая людей, представляет собой серьезную проблему для общественного здравоохранения.
        • Upvote
        • Haha
      • 17 replies
    • Отца и друга азербайджанца, подозреваемого в убийстве москвича из-за парковки, задержали
      Отца и приятеля мужчины, которого подозревают в убийстве жителя Москвы возле дома в
        • Like
      • 113 replies
    • Почему результаты выпускного экзамена у мальчиков ухудшились по сравнению с девочками? - ВИДЕО
      Согласно статистике Государственного экзаменационного центра, результаты тестов у девочек выше, чем у мальчиков.
      Было отмечено, что начиная с 2001-2009 годов поступление девочек-абитуриентов в высшие учебные заведения стремительно росло.
      В 2010-2022 годах девочки превзошли мальчиков в этом соотношении.
        Эксперт по образованию Адиль Велиев считает, что причиной этого может быть то, что мальчики больше отвлекаются.
      Подробнее - в видео Xəzər TV.
       
        • Haha
      • 25 replies
    • Брат жестоко убитой в Казахстане Салтанат Нукеновой дал эксклюзивное интервью - ВИДЕО
      Жуткая, потрясшая всех история убийства хрупкой женщины ее мужем, возможно, не получила бы такой огласки, если бы не ее семья и брат. 
      Речь идет о громком деле об убийстве Салтанат Нукеновой ее мужем, экс-министром экономики Казахстана Куандыком Бишимбаевым. Внимание людей по всему миру сейчас приковано к трансляции судебного заседания - сможет ли влиятельный, состоятельный убийца избежать справедливого наказания? 
      Baku TV Ru поговорил с Айтбеком Амангельды, братом Салтанат, о погибшей сестре, о ее взаимоотношениях с мужем и семьей, о ее прошлом, о семьях Нукеновой и Бишимбаева, и о многом другом.
      В эксклюзивном интервью он также рассказал о том, повлияло ли данное дело на изменение взглядов общества, о психологе преступника, поступали ли угрозы ему от семьи Бишимбаева и т.д.
        Подробнее - в сюжете.
       

       
        • Like
      • 6 replies
    • Буллинг в школах и агрессия в обществе. Новый выпуск «Поговорим?» - ВИДЕО
      Журналист Гамид Гамидов в новом выпуске программы «Поговорим?» представил очередное видеоинтервью. И на этот раз формат передачи несколько отличался от предыдущих выпусков - кроме знакомого ведущего в данном выпуске приняли участие его коллеги – журналисты Джамиля Алекперова, Джавид Османов и Mick Bloom.
      Журналисты обсудили насущные социальные темы, связанные с насилием. Возникает ощущение, что с начала года количество новостей, которые «пугают», стало расти.
        Комментируя данную тенденцию, собеседники в своих обсуждениях затронули буллинг в школах, уважение к старшим и тему безнаказанности, поговорили о том, нужно ли закрывать тик-ток и, как можно сократить уровень агрессии в обществе...
      • 24 replies
  • Recently Browsing   0 members, 0 guests

    • No registered users viewing this page.
×
×
  • Create New...