Jump to content

Juhud alveri

Members
  • Posts

    84
  • Joined

  • Last visited

Posts posted by Juhud alveri

  1. ребят, есть ли смысл мультипликаторную катушку брать для морской ловли у нас?) просто очень хочется научиться ею пользоваться

    Тема старая да исчерпанная у нас в форуме, работаем с мясорубками и не паримся. Можно любоваться а так это лишняя в море. Не какой привилегии.
  2. Это город призрак Припять. К сожалению там нет больше жизни. Там не летают бабочки. Облучение выше 7 мр. Все ученые мира занимаются научной деятельностью со всякими экспериментами но увы результаты близки нулю. Насекомые либо погибают а самые живучие страшно мутируються.  Это конец жизни. Старайтесь не отравить а оживить природу. Это так необходимо сегодня...

     

    https://www.youtube.com/watch?v=UImNvpBC6Yc

  3. Rəşid ,siz məni elə danladız ki)  Mən ilbizlərlə başqa nə edim axı? Siz mənim qonşumun hasarından sürü ilə gələn ilbizləri görsəniz ,mənə haqq verərdiz.Bəlkə bundan sonra dərmanı torpağın üstünə tökməyim,taxta parçasının və ya məcməyiyə töküm.Bununla torpağa keçməsin ,məcməyinin( podnos) içində qalsın..Bax ,mənə yeni ideya verdiz))..Bu cür torpağı da zəhərləmərəm.

    Birazdan buraya bir qəmli video yerləşdirəcəyəm. Məqsədim təbiəti sevməyi aşılamaqdır. Əgər sizi düşündürsə ilbizləri əlinizin üzərinə qoyub xoşbəxt baxışlarla onun necə şən hərəkət etdiyindən zövq alacaqsınız :) 

  4. Qasaniya ,bu mövzuda mən sizinlə həmrəyəm).Biz tərəflərdə çəyirtkə çox olmur.İlboyu 4-5 dənə ancaq olar.Ancaq bu il Medvedka mənə elə yandırdı ki,düz ikisini öldürdüm və böyük həzz duydum.Əslində bu cür işləri sevmirəm.No, Medvedka məni əsl killerə döndərdi. :devil:

    Təbiətən zərif  olan qadınlar həqiqətdə kişilərdən daha aqressiv məxluqdurlar :) Bizlər düşünər sonra məhv edərik onlar məhv edər sonra düşünərlər :) Sonunda təbiətə uduzacaqsınız xanımlar, ona verdiyiniz zəhər isə sizə qayıdacaq. Çün ki, üzvi və qeyri üzvi maddələr təbiət tərəfindən neytrallaşa bilir amma kimyəvi birləşmələr və polimerlərin neytrallaşması üçün bəzən 100 illiklər lazım olur.Kimyəvi çirklənmənin təmizlənməsi bu gün dünyada qlobal problemlərdəndir. Hətta üzvi maddə olan neftlə çirklənmiş ərazilərin rekultivasiyasına dövlətlər milyardlarla pul ayırır , proqramlar tərtib edir amma faydası sıfıra yaxındır.  Heyvan və həşəratların miqrasiyasının qarşısını almaqda insan evladı bu gün acizdir. Sizin də həyətinizdə mütləq ilbiz olacaqdır. Həyəti və özünüzü zəhərləməyin :) 

  5. Torpağı zəhərləməyin. İlbiz təbii bir bir canlıdır, toksin isə yox. Ziyanverici hesab etdiyiniz canlılara qarşı təbii mübarizə üsulu düşünmək lazımdır, kimyəvi radikal yox. Elm sübut edir ki, zəhərlənmiş torpaqda yetişdirilmiş meyvə və tərəvəzlər kanserogendir. Kimyəvi elementləri əsasən də nuh əyyamında qalan İran kimya sənayesi ( əks təsirləri öyrənilməmiş) dərmanlarının istifadəsi faciəvidir. Bir vaxtlar mən də ilbizlərlə mübarizə aparmağa çalışdım sonra isə uzun müşahidələrdən sonra məlum oldu ki, onlar düşündüyümüz qədər də zərərverici deyillər. Məsələn mən çiyələk əkdim ona heç toxunmadılar. Ən sevdikləri yarpaq xren oldu. O da böyüdükdə heç onu da yemədilər. Onlarla təbii mübarizə aparmaq olar. Məsələn lal ördək saxlamaq olar. Onlar ilbizləri ləzzətlə yeyirlər. Hətta yadıma gəlir Mərdəkanda bir nəfər biznes də qurmuşdu :) Bir sürü ördəyi bir neçə günlük həyətinizə buraxıb ilbizlərdən təmizləyirdi. Qaz 24 avtomobilinə ust baqaj düzəltmişdi. Ördəklər elə öyrəşmişdilər ki, pilləkənlə özləri maşına minib düşürdülər. Çox məzəli idi. Heyf telefon üzərimdə olmadı. Hətta maşının üzərinə ördək loqosu da vurmuşdu :) Bax belə ... Bir sözlə təbiəti, əkib becərdiyiniz məhsulları zəhərləməyin, əksinə təmizləməyə çalışın. Unutmayın ki, təbiətdə təsadüfi canlı yoxdur. Hər bir canlının öz funksiyası var və mükəmməl bir düzənlə iş başındadırlar. Bu düzəni pozmaq təbiətə müdaxilə etməkdir ki, onun heç bir müsbət nəticəsi olmayacaqdır. Sizi əmin edirəm ki, heç bir vasitə ilə ilbizlərin sonuna çıxa bilməyəcəksiniz. Bütün kimyəvi maddələr təbiətə müvəqqəti təsirə malik olmaqla insan bədənində depolaşaraq ağır və sağalmaz xəstəliklər gətirib çıxarır. Etməyin :) 

×
×
  • Create New...